11
MƏNƏ SƏNĠ GƏRƏK SƏNĠ
Eşqin aldı məndən məni,
Mənə səni gərək səni.
Mən yanarım dün ü günü,
Mənə səni gərək səni...
Nə varlığa sevinirim,
Nə yoxluğa yerinirim;
Eşqin ilə avunurum,
Mənə səni gərək səni...
Eşqin, aşiqlər öldürür,
Eşq dənizinə daldırır.
Təcəlli ilə doldurur,
Mənə səni gərək səni...
Sofilərə söhbət gərək,
Ahilərə ahrət gərək;
Məcnunlara Leyla gərək,
Mənə səni gərək səni...
Yunus durur mənim adım,
Gün keçdikcə artar odum.
İki cihanda maksudum,
Mənə səni gərək səni...
Seçmə aşıq şeirləri
12
KAMĠL MÜRġĠDƏ
VARMASAN OLMAZ
Gəl ey qardaş Haqqı bulayım dersən,
Bir kamil mürşidə varmasan olmaz,
Rəsulun cəmalın görəyim dersən,
Bir kamil mürşidə varmasan olmaz.
Necələr gittilər mürşid arayı,
Arayanlar buldu dərdə dəvayı,
Min kəz oxusan da ağdan qarayı,
Bir kamil mürşidə varmasan olmaz.
Gəl şimdi, qardaşlar, gidəlim belə,
Necə aşıqların bağrını dələ,
Cəbrail dəlildir, Əhmədə belə,
Bir kamil mürşidə varmasan olmaz.
Kadılar mollalar cümlə gəldilər,
Kitabların həp bir yerə qoydular.
Sən bu elmi kimdən aldın dedilər
Bir kamil mürşidə varmasan olmaz.
YUNUS İMRƏ bunda məna var dedi,
Bir kamil mürşidə sən də var şimdi,
Həzrəti Musaya, Xızra var dedi,
Bir kamil mürşidə varmasan olmaz.
|