Dünya gənc türk yazarlar bġRLĠYĠ (dgtyb)



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə3/125
tarix30.12.2021
ölçüsü1,01 Mb.
#22269
1   2   3   4   5   6   7   8   9   ...   125
 
 
Seçmə aşıq şeirləri 
 

Ustad  aşıqlarımızın  kitablarının  nəşr  edilməsi,  onların  yubi-
leylərinin  qeyd  olunması,  2010-cu  ilin  oktyabrında  Bakıda  böyük 
uğurla  I  Uluslararası  Aşıq  Festivalının  keçirilməsi,  dünyasını  də-
yişmiş aşıqlarla bağlı “Ozan-aşıq dünyası” adlı kitab-albomun işıq 
üzü  görməsi,  “Ozan  dünyası”  jurnalının  nəşrə  başlaması,  Azər-
ıbaycan  Aşıqlar  Birliyinin  yeni  internet  saytının  istifadəyə 
verilməsi  və  s.  məhz  son  illərdə  bu  sənətə  dövlət  səviyyəsində 
göstərilən qayğı və diqqətin sayəsində mümkün olmuşdur.  
Sevindirici  haldır  ki,  son  illərdə  gənclər  və  yeniyetmələr  ara-
sında  aşıq  sənətinə  meylin  güclənməsi  ilə  yanaşı,  onlarda  bu  sə-
nətin  tədqiqinə,  təbliğinə  də  maraq  artıb.  Özəlliklə,  gənc  tədqi-
qatçılar, yeni nəsil yazarları bu sahəyə daha çox maraq göstərirlər. 
Oxucuların  ixtiyarına verilən “Seçmə aşıq şeirləri” adlı bu kitabın 
Azərbaycan Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Döv-
lət  Dəstəyi  Şurası  tərəfindən  maliyyələşdirilən  “Yazarlardan  milli 
sənətə  töhfə”  adlı  layihə  çərçivəsində  Dünya  Gənc  Türk  Yazarlar 
Birliyi  (DGTYB)  tərəfindən  araya-ərsəyə  gətirilməsi  də  bu  sənətə 
dövlət qayğısı ilə yanaşı həm də gənclərin sonsuz məhəbbət və ma-
rağının  əyani  sübutu,  aşıq  sənətinə  gənclərin,  yeni  nəslin  layiqli 
töhfəsidir.  
Burada Türk Dünyasının ünlü ozanlarının şeirləri öz əksini tapır. 
Kitabın  Yunus  İmrə  ilə  başlayıb  zəmanəmizin  böyük  söz  ustadı, 
xalq  şairi  Zəlimxan  Yaqubun  şeirləri  ilə  tamamlanmasının  isə 
məncə,  ayrıca  bir  özəlliyi  var.  Yunus  İmrə,  Aşıq  Veysəl  və  digər-
lərinin yaradıcılıq örnəklərinin olduğu kimi – orjinal halı ilə veril-
məsi də təqdirolunasıdır.    
Bu  gün  demək  olar  ki,  kalssik  ustad-şəyird  ənənəsi  aradan  qal-
xmaq üzrədir, sənətə yeni gələn gənclər ya musiqi məktəblərindəki 
saz siniflərində dərs alır, ya da müstəqil olaraq öyrənməyə üstünlük 
verirlər.  Belə  bir  məqamda  bu  kitabın  gənclərin  klassikləri  öy-
rənmələri,  onların  yaradıcılıqları  ilə  daha  yaxından  tanış  olmaları 
baxımından böyük önəmi vardır.  
Kitabda  şeirlərindən  örnəklər  verilmiş  aşıq  və  şairlərin  hamısı 
Azərbaycan  oxucusuna  yaxşı  tanışdır,  hər  birinin  ayrı-ayrılıqda 
kitabları  nəşr  olunsa  da,  Türk  Dünyasının  tanınmış  aşıq  və  şair-


 
 

lərinin seçmə şeirlərinin bir yerdə cəmləndiyi bu kitab aşıqlarımız, 
özəlliklə də bu sənətə yeni gələn gənclər üçün qiymətli ərməğandır.   
Sirr  deyil  ki,  ustaddan  dərs  almadan  kamil  sənətçi  olmaq  çə-
tindir.  Bu  səbəbdəndir  ki,  bəzən  aşıqlar  klassiklərin  sözlərini 
oxuyarkən təhrifə yol verirlər ki, bu da şeirin məna tutumuna xələl 
gətirir,  dinləyicilərin  haqlı  narazılığına  səbəb  olur.  Bəzən  hətta  bu 
təhriflərə  kitablarda  da  rast  gəlmək  olr.  Bu  kitab  isə  sənətə  yeni 
gələnlərə  imkan  verəcək  ki,  klassiklərin  şeirlərini  yazıldığı  kimi 
oxuya  bilsinlər.  Onlar  burada  “Yol  odur  ki  doğru  vara”  deyən 
Yunus İmrənin, “Namərd ilə yoldaş olma” öyüdünü verən Miskin 
Abdalın, heç yerdə “bənövşəni düz görməyən” Qurbaninin, ”Dosta 
gedən  yolda  izim  var  mənim”  deyən  Qaracaoğlanın,  “Bir  məclisə 
varsan,  özünü  öymə”  söyləyən  Xəstə  Qasımın,  “Dünya,  sənsən 
etibarsız” deyən Abbas Tufarqanlının, “Əlif qəddini  hicran məlalı 
əyən”  Sarı  Aşığın,  “Mən  görmüşəm  bu  qürbətin  dadını”  deyən 
Molla Vəli Vidadinin, Azərbaycan aşıq sənətinin əlçatmaz zirvəsi, 
hər elmdən halı” olan Aşıq Ələsgər və digər ustad aşıqların, eyni 
zamanda  Almas  Yıldırım,  Əhməd  Cavad,  Səməd  Vurğun,  Hüseyn 
Arif, Zəlimxan Yaqub və digər görkəmli şairlərin seçmə şeirləri ilə 
tanış olmaq imkanı qazanacaqlar.  
Bu  kitab  DGTYB-nin  həyata  keçirdiyi  layihə  çərçivəsində  nə-
zərdə  tutulan  üçcildliyin  birinci  cildidir.  Sonrakı  cildlərin  də  daha 
geniş  əhatəli,  yüksək  səviyyədə  tərtib  olunacağına  böyük  ümidlər 
bəsləyərək  bu  layihənin  həyata  keçirilməsində  zəhməti  olan  hər 
kəsə minnətdarlığımı bildirirəm. 

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin