Dünya gənc türk yazarlar bġRLĠYĠ (dgtyb)



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə32/125
tarix30.12.2021
ölçüsü1,01 Mb.
#22269
1   ...   28   29   30   31   32   33   34   35   ...   125
 
 
53 
 
 
BƏRĠ BAX 
 
Ala gözlü, sərvi boylu dilbərim, 
Həsrətin şəkdiyim canan, bəri bax. 
Gecə-gündüz fikrim-zikrim, əzbərim, 
Üzüldü taqətim, aman, bəri bax! 
 
Kim dözər mənim tək belə firqətə, 
Rəncü-məşəqqətə, bari-möhnətə? 
Haçandır düşmüşəm tari-zülmətə, 
Çəkilsin üstümdən duman, bəri bax! 
 
Payibəndəm qəmi-eşqə giriftar, 
Hicran həsrətindən can oldu bimar. 
Razi-dilim edə bilməm aşikar, 
Çəkərəm dərdini pünhan, bəri bax! 
 
Günbəgün könlümün artır qubarı 
Pərişandır, tapmaz o qəm küsarı. 
Ölsün, itkin olsun belə əğyarı, 
Gəzməsin arada yaman, bəri bax! 
 
Çox çəkər hicrini Vaqifi-xəstə, 
Leylü-nahar, şamü-səhər peyvəstə, 
Ey yanağı lalə, ləbləri püstə, 
Ağzı nabat, şəkkər zəban, bəri bax! 

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin