Dünya gənc türk yazarlar bġRLĠYĠ (dgtyb)


  AġIQ HÜSEYN BOZALQANLI



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə60/125
tarix30.12.2021
ölçüsü1,01 Mb.
#22269
1   ...   56   57   58   59   60   61   62   63   ...   125
 
 
101 
AġIQ HÜSEYN BOZALQANLI 
(1863-1941) 
 
YAXġI AD 
 
Səyyad olub ov bərəsin kəsəndə, 
Yaxşı yerdə yaxşı gözlə, yaxşı yat. 
Ovun gəlib bərəsinə çatanda 
Sərvaxt dayan, dürüst tuşla, yaxşı at. 
 
Bekar arvad cavan əri qocaldar, 
Əsli olsa çox dərdini azaldar. 
Üç şey deyim, insan başın ucaldar: 
Yaxşı səxa, yaxşı süfrə, yaxşı ad. 
 
Arsız qohum xalqı sənə güldürər, 
Pis qardaşın dərdi adam öldürər. 
Hüseyn deyər, yıxılsan da qaldırar: 
İgid düşmən, ilqarlı dost, yaxşı yad.


 
 
Seçmə aşıq şeirləri 
 
102 
 
 
ĠNDĠ 
 
Müxənnət zamana, beymürvət fələk, 
Qoymadı mətləbim bir alam indi. 
Gözüm açdım, qərinələr dolandım, 
Görünür gözümə bir aləm indi. 
 
Kamil bağban bağçasını suvara, 
Plan çəkə, qanov vura, su vara, 
Bir şah gördüm səməndini suvara, 
Tutmuşdu dəstində bir ələm indi. 
 
Hüseynəm, əlimdən uçdu tərlanım, 
Qırdı şikar bəndin, qaçdı tərlanım, 
Uca dağ başından aşdı tərlanım, 
Getdi qürbət eldə bir ələ mindi. 
 
 



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin