97
AĞDABANLI QURBAN
(
Qurban MəĢədi Məmmədalı oğlu –
1859 -1935)
GETMƏ
Gözəllər karvanı yola düzüldü,
Kəpəzin kəkliyi, maralı, getmə.
Gözlərin süzüldü, canım üzüldü,
Qoyub
məni dərdli, yaralı, getmə...
Bir
dərd ürəyimdə var, üzdü canım,
Bir də qəsd eylədi yar üzdü canım.
Bülbüləm gül üstə xar üzdü canım,
Bir qönçəsən səni xar alı, getmə.
Qurbanam dərd qoydun azarım üstə,
Bir də güzar eylə güzarım üstə.
Mən öləndə bir gəl məzarım
üstə
Sən Allah, yar, ötüb aralı getmə.