Dünya gənc türk yazarlar bġRLĠYĠ (dgtyb)



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə74/125
tarix30.12.2021
ölçüsü1,01 Mb.
#22269
1   ...   70   71   72   73   74   75   76   77   ...   125
 
 
Seçmə aşıq şeirləri 
 
122 
 
MƏNĠ 
(təcnis) 
 
Olmadı qismətim ata-anadan, 
Gəzmədi ya bibi, ya xala məni. 
Ürəyimi yaralama, a nadan, 
Az yapış sinəmdən yaxala məni. 
 
Qoy işləsin, nə çərximi dayandır, 
Əlin saxla, insaf eylə, dayan, dur. 
Ya rəhmə gəl, yandırırsan da yandır, 
Alışdır odlara yax ala məni. 
 
Nə gözəldir bu dağlarda mənzərə, 
Ver naməni sizin mələk Mənzərə. 
Sərrafısan müştəri ol mən zərə, 
Sal qızıl teştinə, yaxala məni. 
 
Yollarında var uçurum yarğanım, 
Söylə nədir sənin meylin yar, qanım. 
Müjganınla az axıtsan, yar, qanım, 
Həna et ya ələ, ya xala məni. 
 
Şəmşirəm, sevirəm mərdi, mən əri, 
Gözləyirəm namus, qeyrət, mən arı. 
Sən çiçəkdə şirin balsan, mən arı, 
Qondur yanağına, ya xala məni...
 



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin