163
HAYANDA DURUM KĠ,
GÖRƏSƏN MƏNĠ?
Elə dayanırsan, elə baxırsan,
Elə bil qarşında quru bir daşam.
İpək saçlarını bir vaxt oxşayan
Elə bil hardasa mən olmamışam.
Səni dostlarımla, tanışlarımla,
Mən tanış edərdim nə vaxtsa bir-bir.
İndi özgələri yad ehtiramla,
Deyirlər tanış ol... –
Nə qəribədir?!
Yuxuda görərdin nə vaxtsa hər dəm,
Yolumu gözlərdin yollardan uzaq.
Mən sənin yuxundan çıxıb gəlmişəm,
Bu da bir yuxudur,
gəl, tanış olaq.
Qoluna girərdim... bu, yadındadır,
gedərdik... yolumuz , arzumuz şərik.
Qolum qollarının lap yanındadır,
toxunsa... biz indi üzr istəyərik.
Hayanda oldumsa səhər, ya axşam,
Aradın sən məni, gördün sən məni.
İndi gözlərinin qabağındayam,
Hayanda durum ki,
görəsən məni?!.
|