Seçmə aşıq şeirləri
174
DOST
Hər çətin anımda kəsin yanımı,
Axın ürəyimə gülüşlə, sözlə.
Mən oz varlığımı, öz ünvanımı
Tapıram hər yeni gəlişinizlə.
Bəzən hamarda da büdrəyir adam,
Oxuyun üzümə nə günahım var.
İttiham etsəniz günah sanmaram,
Güzəştə getsəniz, ittiham olar.
Gözümdə, könlümdə bir qönçə kimi
Hərəniz bir duyğu bəxş edər mənə.
Ömrüm çox dolaşıq düyünçə kimi
Həmişə möhtacdır dost əllərinə.
175
MƏMMƏD ĠSMAYIL
(1939)
BELƏ DEYĠB AġIQ QARA
Uduz,
insaf zərə qalsa
Çay soğulub dərə qalsa.
Ay doğub səhərə qalsa
Gəlmə, ay batandan sonra.
Ölüm haqsa, yalan kimdi,
Can satan biz, alan kimdi?
De alınmaz qalan kimdi
Anandan, atandan solnra?!
Doğma yurdda gəzəndə yad
Məzhəb ögey, məzəndə yad
İnad olma, gəl, sən də yat,
İqbalın yatandan sonra.
Hələ candan can çıxacaq
Neçə nahaqq qan çıxacaq.
Hər şey yadından çıxacaq
Arzuna çatandan sonra.
|