Dünya gənc türk yazarlar bġRLĠYĠ (dgtyb)



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə118/125
tarix30.12.2021
ölçüsü1,01 Mb.
#22269
1   ...   114   115   116   117   118   119   120   121   ...   125
 
 
189 
 
 
 
ARZULAR  
 
Gözüm rahinində, ey kamil usta
Maraqlı özünü könlüm arzular. 
Ucadan, gah pəstən xırd
 
eylədiyin, 
Şəkər tək sözünü könlüm arzular. 
 
Ah çəkif, üz yırtıf etmə günahı, 
Göylər də götürməz bu qədər ahı, 
Sinəndə quruluf haqqın dərgahı, 
Kəlamlar düzünü könlüm arzular. 
 
Əliyəm, saralıf solan, ay Səlim, 
Bulud tək boşalıf dolan, ay Səlim, 
Ağçallı, göyçallı olan, ay Səlim 
Mübarək üzünü könlüm arzular. 
 


 
 
Seçmə aşıq şeirləri 
 
190 
 
 
GÜLƏ MƏN 
 
Eşq əhlini qəmli gördüm həmişə
Görmədim ki, bir ürəkdən gülə mən. 
Yandım naləsinə şeyda bülbülün 
Baxıf gördüm xar qonufdu gülə mən. 
 
İstəməzdim qönçə açıf gül olsun, 
Bülbül gülə, gül bülbülə gül olsun
Güllər açıf xalçalara gül olsun
Heyran qalım hər naxışa, gülə mən. 
 
Aydır, Əli, gözüm düşüf Gülgəzə
Baxdım vuruf, bir yanağı gülgəzə. 
Seyrə çıxıf çəmənimdə gül gəzə 
Könül verəm, o sevdiyim Gülə mən. 



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin