Dünya gənc türk yazarlar bġRLĠYĠ (dgtyb)



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə115/125
tarix30.12.2021
ölçüsü1,01 Mb.
#22269
1   ...   111   112   113   114   115   116   117   118   ...   125
 
 
 
 
 
 


 
 
183 
AġIQ MAHMUD ƏLƏSGƏROĞLU  
(NĠFƏTLĠYEV – 
1946-2002 
 
 
TƏCNĠS 
 
Gözlərini elə süzmə, qadası, 
Çarə olmaz süzdüyünün dərdinə. 
Mehman olub vüsalına yetənin, 
Deyərəm ki, bu dünyada dərdi nə?! 
 
Ağ buxağın aldı canım, a zalım, 
İnsafdımı ondan busə az alım, 
Yanım qətrə-qətrə eşqdən, azalım, 
Qoy desinlər tapdı sevgi, dərdi nə?! 
 
Tamaşadı bəyaz gərdən, tər sinə, 
Mən qurbanam gözəllərin tərsinə, 
Heyif, hərdən tale yazır tərsinə, 
Əlac olmur sevənlərin dərdinə. 
 
 
 


 
 
Seçmə aşıq şeirləri 
 
184 
 
CIĞALI TƏCNĠS 
 
Qəvvas olub ləl topladım dəryadan, 
Qiymət verən misgər ayağa saldı. 
 
Aşıq ayağa saldı, 
Sözüm ayağa saldı, 
Mərd yanında baş oldum 
Nadan ayağa saldı 
 
Halal ömür sürüb təmiz ad aldım, 
Haramlar güc gəlib ayağa saldı. 
 
Acı sözdən bağrım başı yaradı, 
Heç görmədim namərd işə yaradı. 
 
Aşıq deyər yaradı, 
Pünhan sözüm yaradı. 
Dərd ilə əkiz canım 
Min bir yerdən yaradı. 
 
Mən qorudum namus, qeyrət, yar adı 
Çoxu şöhrət üçün ayağa saldı. 
 
Heç soruşma bu küskünlük nədəndi, 
Üzə, başa erkən düşən nə dəndi?! 
 
Aşıq deyər nədəndi, 
Zülfün üzdə nədəndi, 
Məni kədər qocaldıb 
Səndə çallıq nədəndi? 
 
Mahmud, de, əzəldən fələk nədəndi, 
elə yaxşıları ayağa saldı.?!

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin