177
GÖZƏLDĠR
Gözlərin
çağlayan sevgi dənizi,
Görənin açılar bəti-bənizi.
Qalxız kirpiyini gülsün dan üzü,
Ağ-qara üstündən halə gözəldir.
Səhərin şehində gəz ayaqyalın,
Meh əssin, çiyninə sürüşsün şalın.
Ayrı ləzzəti var yaşılla alın,
Zəmilər içində lalə gözəldir.
Çəkməzsən qəhrini varın, yoxun sən,
Şirin bir nəğməsən əgər oxunsan.
Dönüb qızıl olar daşa toxunsan
Sənə sayə salan tale gözəldir.
Həsrət dənizinin adası mənəm,
Sən eşqin özüsən, sədası mənəm.
Qara gözlərinin qadası mənə,
Gözəldən gələcək bəla gözəldir.
Yar
ola dərd bilənə, yar
olanda da,
Yoluna göz diksin yorulanda da.
Eləsinə vurul vurulanda da, –
Desinlər,
ay Məmməd, əla gözəldir.