Seçmə aşıq şeirləri
178
GĠZLĠ MƏHƏBBƏT
Dağların başına düşən qardımı,
Dumandan xəbərsiz, çəndən xəbərsiz?!
Sinəmi göynədən intizardımı
Qəlbimdən xəbərsiz, məndən xəbərsiz?!
Qırdım öz əhdimi mən bilə-bilə,
Haqqın var, yanımdan keç gülə-gülə,
Əriyim oduna mən gilə-gilə,
Mən səni sevmişəm səndən xəbərsiz.
Gör mənim qismətim nələr-nələrmiş,
Sən uzaq saydığın yaxın gələrmiş!?
Sən demə, dağlara qar ələnərmiş,
Dumandan xəbərsiz, çəndən xəbərsiz.
179
VƏTƏN
Dostu bu dünyada seçib taparlar,
Dost-düşmən seçilər, Vətən seçilməz.
Qayanı yararlar, dağı çaparlar,
Dağ-qaya kiçilər, Vətən kiçilməz.
Neçə taleyimdən, ömrümdən keçər,
Qovuşmaz karvana, yovuşmaz köçə.
Köçsə qürbət eldə qəlbinə köçər,
Ağır elli-günlü Vətən köçülməz.
Ürəyin Vətənin önündə - zərrə,
Adını dəyişməz qızılla, zərlə.
Vətənin yolunda candan keçilər,
Keçilməz qaladı, Vətən, keçilməz!
|