Dünya gənc türk yazarlar bġRLĠYĠ (dgtyb)



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə21/125
tarix30.12.2021
ölçüsü1,01 Mb.
#22269
1   ...   17   18   19   20   21   22   23   24   ...   125
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
bənlərin - xalların


 
 
Seçmə aşıq şeirləri 
 
34 
AġIQ ABBAS TUFARQANLI 
 
(XVI yüzilin sonları – XVII yüzilin əvvəlləri) 
 
 
OLMAZ 
 
Bir gözəl oxladı məni, 
Belə əbru-kaman olmaz. 
Göydən huri-mələk ensə
Onun kimi qılman olmaz. 
 
Kabab yanar gözü ilə, 
Danış yarın özü ilə, 
Müxənnətlər sözü ilə, 
Yar ha yardan yaman olmaz. 
 
Aşıq Abbas, yana-yana, 
Yandı bağrın döndü qana, 
Bir namə yaz Tufarqana
Daha səndən aman olmaz. 
 
 


 
 
35 
 
GƏLMƏDĠ 
 
Oğrun yollara baxmaqdan, 
Bağrım qan oldu, gəlmədi. 
Ağlamaqdan eynim yaşı, 
Bir ümman oldu, gəlmədi. 
 
Mənim yarım boyu bəstə, 
Dərdindən olmuşam xəstə
Gözüm qalıbdı yol üstə, 
Yenə dan oldu, gəlmədi. 
 
Dağların qarı söküldü, 
Axdı, çaylara töküldü, 
Abbas deyər, bel büküldü
Qədd kaman oldu, gəlmədi. 



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin