39
SARI AġIQ
(XVII yüzil)
GÖZLƏRĠN
Əyibdi qəddimi qaşların tağı,
Qəsd eləyib şirin cana gözlərin.
Bu qədər şux baxıb aşiq öldürmə,
Heyifdi batmasın qana gözlərin.
Camalın şöləsi günəşdən əla,
Səni görən necə olmaz mübtəla?
Qəmzeyi-cəlladın, xədəngin bəla,
Rəhm eyləməz heç insana gözlərin.
Gözəllikdə sənsən bu gün yeganə,
Canım qurban olsun sən tək cananə.
Yıxar Aşiq evin, elər viranə,
Dolananda hər bir yana gözlərin.
Seçmə aşıq şeirləri
40
***
Şikar edib tutdum bir şahi-tərlan,
Sən etdin ağlımı zail, a Yaxşı!
Səni sevən keçər can ü sərindən,
Olar camalına mail, a Yaxşı!
Məhəbbəti olan istər sazını,
Mən çəkərəm hər dəm sənin nazını.
Şəms ü Qəmər kimi görkəz üzünü,
Gün təki aləmə yayıl, a Yaxşı!
Qaşların bir oxdu, kirpiyin almaz,
Haramdan oxlasan, oram sağalmaz.
Gedər bu gözəllik sənə də qalmaz,
Əgərçi sərxoşsan, ayıl, a Yaxşı!
Məni sənə aşiq etdi yaradan,
Seyrağıbı haqq götürsün aradan.
İstəyirsən xəbər tutgil Sarıdan,
Yollarında mənəm sail, a Yaxşı!
|