Dünya gənc türk yazarlar bġRLĠYĠ (dgtyb)



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə27/125
tarix30.12.2021
ölçüsü1,01 Mb.
#22269
1   ...   23   24   25   26   27   28   29   30   ...   125
 
 
47 
 
DEYƏRLƏR 
Ay ağalar, gəlin sizə söyləyim
Yalqız daşdan olmaz, divar deyərlər. 
Bəzirgansan, aç mətahın, xırd eylə, 
Ararlar: yükündə nə var? – deyərlər. 
Ovçu olan bəslər alıcı quşu, 
Sərraflar tanıyar qiymətli daşı, 
Bir oğul atadan artırsa işi, 
El içində ona tavar deyərlər. 
Qızıl gülü dəstə-dəstə dərginən, 
Dəribən də yaylıq üstə sərginən. 
Hər nə versən öz əlinlə verginən
Yüz qadanı başdan sovar deyərlər. 
Neynirəm bir bağı, barı olmasa, 
Alması, heyvası, narı olmasa. 
Bir igidin dövlət-varı olmasa, 
Yeləksiz ox kimi çovar deyərlər. 
İsgəndər atlandı, çıxdı zülmətdən, 
Qasım, Xızır içdi abı-həyatdan. 
Bəhsə duşsə igiddən, qılıncdan, atdan, 
Süfrəni hamsınnan kübar deyərlər. 
 



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin