Dünya gənc türk yazarlar bġRLĠYĠ (dgtyb)



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə26/125
tarix30.12.2021
ölçüsü1,01 Mb.
#22269
1   ...   22   23   24   25   26   27   28   29   ...   125
 
 
Seçmə aşıq şeirləri 
 
46 
 
OLMAZ 
Dəli könül, nə divanə gəzirsən, 
Bivəfa dilbərdən sənə yar olmaz. 
Düz çıxmaz ilqarı, əhdi-peymanı, 
Hərcayıda namus, qeyrət, ar olmaz. 
Üz vermə nadana, sirr vermə pisə
Axır qəlbin ya inciyə, ya küsə, 
Ot bitər kök üstə, əsli nə isə
Yovşan bəsləməklə çəmənzar olmaz. 
Vəfalıya əmək çəksən itirməz, 
Bədəsil nəsihət, öyüd götürməz. 
Qabaq tağı tər şamama bitirməz
Göy söyüddə heyva olmaz, nar olmaz. 
Təklif olunmamış bir yerə varma
Nər olmaz meydanda hər bığıburma, 
Seyraqub adama sən yaxın durma, 
Xain çıxar, onda düz ilqar olmaz. 
Xəstə Qasım günü keçmiş qocadı, 
Gələn bəzirgandı, gedən xocadı, 
Sərv ağacı hər ağacdan ucadı, 
Əsli qıtdı, budağında bar olmaz. 



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin