55
ƏFƏNDĠ
Siyah
telli bir sənəmin ucundan
Badə getdi din-imanlar, əfəndi!
Ol oda ki, mən düşmüşəm yanıram,
Düşməsin heç müsəlmanlar, əfəndi!
Könül
deyil sən gördüyün havada,
Dərdim olur gündən-günə ziyada,
Hər
zaman düşəndə ləbləri yada
Tökülür gözümdən qanlar, əfəndi!
Bilməm nə nəhs gündə çıxdım bu dağa,
Bir
lalə üzündən düşdüm irağa,
Yana-yana qaldım belə fərağa,
Bərbad
olsun ol zamanlar, əfəndi!
Mənim meylim yoxdur sultandan, xandan,
Yarımın arzusun saxlaram candan.
Xalq
da bilir, mənim könlümdür andan
Olsa yüz min növcavanlar, əfəndi!
Molla
odur hər nə görsə kitabda,
Onu şərh eyləyə haqda-hesabda,
Vaqif
deyir sənə, mənə bu babda,
Hələ azdır bu divanlar, əfəndi!