Dünya gənc türk yazarlar bġRLĠYĠ (dgtyb)



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə36/125
tarix30.12.2021
ölçüsü1,01 Mb.
#22269
1   ...   32   33   34   35   36   37   38   39   ...   125
 
 
Seçmə aşıq şeirləri 
 
58 
 
 
MƏNDƏDĠ 
 
Bir qız ilə bir gəlinin bəhsi var
Gəlin deyər, bu gün meydan məndədi. 
Qız da deyər, açılmamış qönçəyəm, 
Fəsli-bahar, baği-reyhan məndədi. 
 
Gəlin deyər, ördəyim var, qazım var, 
Şirin-şirin söhbətim var, sazım var, 
Sallananda yüz qız qədər nazım var, 
Həya, iman, ədəb, ərkan məndədi. 
 
Qız deyər, mən oxşamışam anama, 
Ləlü-mərcan düzülübdü tanama, 
Əl vursalar tağdan qopar şamama, 
Əl dəyməmiş taği-bostan məndədi. 
 
Gəlin deyər, gəl, qız, düşmə araya
Gər mən ölsəm, aləm batar qaraya
Bəzənərəm, sallam səni bəlaya, 
Şövqə salan, camalü-can məndədi. 
 
Valeh deyər ikinizə mən qurban
Yolunuzda mən qoymuşam başla can, 
Əyləməyin bu qəribi bağrı qan, 
Sizdən ötrü çeşmi-giryan məndədi. 
 
 
 



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin