61
***
Cəfa çəkdim bağ yetirdim,
Gülşəni xarə tapşırdım.
Bunca fikrü xəyal etdim,
Tapmadım çarə, tapşırdım.
Ölsəm qoyun, sizi tarı*,
Yönümü dilbərə sarı.
Özüm öz əlimlə yarı
Bu gün əğyarə tapşırdım.
Nə qədər
eylədim minnət,
Vəslinə vermədi fürsət:
Lailac olub aqibət
Gənci şahmarə tapşırdım.
Qaldım
misali-pərvanə,
Eşq oduna yanə-yanə:
Canı göndərdim cananə,
Dili dildarə tapşırdım.
Xəstə Zakir kimi hanı
könlü olan ğəm məkanı?
Mən öldüm, ahü əfğanı
Bülbülü-zarə tapşırdım.
*
sizi tarı – Siz Tanrı, Sizi Tanrıya and verirəm