Azərbaycan mətbuatının neçə yaşı var?
PƏRVANƏ MƏMMƏDLĠ
CƏNUBĠ AZƏRBAYCAN
MƏTBUATI TARĠXĠ
(XIX-XX-XXI yüzilliklər)
2
Bakı 2009
Məmmədli Pərvanə Hacı qızı. Cənubi Azərbaycan mətbuatı tarixi.
Bakı: “Elm”,2009. -230 s.
XIX əsrin əvvəllərində Rusiya ilə İran arasındakı savaş nəticəsində
Azərbaycan iki yerə parcalanmış, Azərbaycanın Quzeyi və Güneyi o
zamandan bir-birindən fərqli inkişaf xəttinə malik olmuşdur. İki əsrə yaxın
vahid bir xalqın mənəvi ünsiyyətinə qoyulan qadağalar, şovinist çar və
şahlıq rejimləri qədim və zəngin ədəbiyyata və tarixə malik bir xalqın
mənəviyyatına ağır zərbə olsa da, onun öz varlığını yaşatmaq, gələcək
nəsillərə ötürmək iradəsini, millilik qürurunu sındıra bilməmişdir. Bu
baxımdan o illərdə yaranmış ədəbiyyat, mətbuat xalqa əvəzsiz xidmət
göstərmişdir.
Oxuculara təqdim olunan bu kitabda XIX əsrin birinci yarısından
müasir dövrümüzədək İranda və ondan qıraqda yaşayan azərbaycanlı
ziyalıların ədəbi-ictimai fəaliyyətindən, onların nəşr etdikləri çeşidli mətbu
orqanlarından geniş bəhs olunur.
Kitab Güney Azərbaycanda mətbuat tarixi haqqında sistemli məlumat
yaratmaq məqsədi ilə yazılmışdır. O bu sahədə ilk təşəbbüsdür,
Kitab jurnalistika, filologiya, tarix və şərqşünaslıq fakültələrində təhsil
alan tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
“Elm” nəĢriyyatı,2009
3
GĠRĠġ
Tarixin amansız hökmü ilə iki yerə parçalanmış Azərbaycanın
Quzeyində və Güneyində ictimai-siyasi və ədəbi-mədəni həyat öz məzmun
tutumu, inkişaf səciyyəsi baxımından fərqli istiqamətdə olmuşdur. İki əsrə
yaxın bir zaman hüdudlarında vahid bir xalqın mənəvi ünsiyyətinə qoyulan
qadağalar, şovinist çar və şahlıq rejimləri qədim və zəngin ədəbiyyata və
tarixə malik bir xalqın mənəviyyatına ağır zərbə olsa da, onun öz varlığını
yaşatmaq, gələcək nəsillərə ötürmək iradəsini, millilik qürurunu sındıra
bilməmişdir. Azərbaycanın hər iki tayında «Araz» mövzusunda böyük bir
ədəbiyyat yaranmışdır. Azacıq siyasi imkan çərçivəsində güneyli-quzeyli
ziyalıların məktublaşması, onların mətbuat vasitəsi ilə yayılması hər iki
tayda yaşayan azərbaycanlıların Vətənin birliyi, bütövlüyü inamını
gücləndirmiş, xüsusən Azərbaycan ədəbi dilinin güneydə inkişafına belə
ünsiyyətin böyük təsiri olmuşdur.
XIX əsrin ikinci yarısında Quzeydə və Güneydə ilk mətbu orqanların
meydana çıxması inzibati cəhətdən ayrı düşmüş bir xalqın ədəbi-ictimai
baxımdan zəifləmiş ünsiyyətinin inkişafına təkan verdi.
Güney Azərbaycanın mətbuat tarixi ilə milli azadlıq hərəkatı paralel
olmuşdur. Hər inqilabdan sonra mədəni həyatda da irəliləyiş olmuş, lakin
hakim dövlət siyasəti milli tərəqqinin qarşısına Çin səddi çəkmişdir.
1906-1911-ci illər Məşrutə inqilabı, 1920-ci il Xiyabani hərəkatı,
1945-ci il 21 Azər hərəkatı, nəhayət 1978/79-cu illər İran inqilabı təkcə
XX əsrdə Güney Azərbaycan türklərinin aparıcı qüvvə kimi iştirak etdiyi
əsas ağırlıq mərkəzini təşkil etdiyi, böyük itkilər verdiyi inqilabi
hərəkatlardır.
Hər iki tayda Azərbaycan xalqının düçar olduğu mənəvi ağrıları əks
etdirən «Molla Nəsrəddin» jurnalı bu xalqın milli birliyinin təşəkkülündə
böyük rol oynamışdır.
«Molla Nəsrəddin» jurnalı 1906-cı ildə capdan cıxan saylarından
birində yazırdi ki, vaxtı ilə çar hökuməti Qafqaz Azərbaycanının başına
gətirən baqqal oyununu, indi də İran mutləqiyyəti Cənubi Azərbaycanın
başına gətirməkdədir. İrandakı panfarsist quvvələr Cənubi Azərbaycan
xalqını milli zülm altında saxlamaqda, onların ana dilini boğmaqdadırlar;
ana dilində mətbuat və ədəbiyyat nəşri qadağan edilmişdir. «Tehran
hökuməti İran Azərbaycanında türklük söhbətlərini o dərəcədə qadağan
tutub ki, bu sətirləri cızmaqaralayanın gözünün qabağında Təbriz
şəhərində həftənin bu baş – o baş kitab mağazalarında saxta axtarışlar
meydana gəlirdi ki, məbadə-məbadə orada bir türk kitabı tapıla». («Molla
Nəsrəddin» № 5,1906)
4
Jurnal uzaqgörənlikllə elə bir gündən xəbər verirdi ki, o gün İran
azərbaycanlıları milli zülmə, son qoyacaq, «tac və taxtı cumhuriyyət üsul-
idarəsinə göndərəcək və deyəcəklər: bizə özgə dili lazım deyil, bizim öz
ana dilimiz var, yəni bizim azərbaycan-türk dilimiz var…» («Molla
Nəsrəddin» № 19, 1925)
«Molla Nəsrəddin» jurnalının 1925-ci ildə Cənubi Azərbaycanın xoş
gələcəyi ilə bağlı söylədiyi cümhuriyyət fikri nəhayət, 1945-ci ildə həyata
keçdi. Həmin il Cənubi Azərbaycanda S.C.Pişəvərinin rəhbərliyi ilə Milli
Demokratik Hökumət quruldu. Muxtariyyət əldə etmiş Azərbaycanda bir
çox sahələrdə, eləcə də təhsil, çap işi sahəsində islahatlar keçriildi.
Azərbaycan dili rəsmi dil elan olundu. Ana dilində məktəblər açıldı, jurnal,
kitab nəşr olundu, radio verilişləri yayımlandı… Lakin, təəssüf ki, bu cəmi
bir il çəkdi.
1978-1979-cu illər İran İnqilabından sonra, bu məsələ yenə də
gündəmə gəldi. İran dövlət konstitusiyasında öz əksini tapan – ölkədə
yaşayan bütün xalqların, eləcə də azərbaycanlıların ana dilində ibtidai
təhsil almaq, mətbu orqanları çıxarmaq, kitab nəşr etmək kimi hüquqlara
malik olduğunu göstərən maddələr qəbul olundu. Lakin, təəssüf ki, bu
günə qədər İranda ana dilində təhsil almaq, qəzet, kitab oxumaq kimi, ən
adi insan hüquqları pozulur. 1978-1979-cu illər İran inqilabı Cənubi
Azərbaycanda milli mətbuatın dircəlişi üçün zəmin yaratdı. Xüsusən,
inqilabın ilk illərində Azərbaycan dilində onlarca jurnal və qəzet nəşrə
başladı. Lakin bunların çoxunun ömrü qısa oldu. Sonuncu inqilab da
Cənubda yaşayan böyük bir xalqın milli-mənəvi ehtiyaclarına məlhəm
olmadı.
1978-1979-cu illər inqilabı İranda azərbaycandilli mədəniyyətin,
mətbuatın, ədəbiyyatın inkişafı üçün nisbi zəmin yaratsa da, 1982-ci ildə
nəşr olunan anadilli mətbuat orqanlarının, «Varlıq» istisna olmaqla hamısı
bağlandı. 20 illik bir zaman ərzində İranda Azərbaycan dilinin,
ədəbiyyatının yaşadılması, «Varlıq» dərgisinin adı ilə ayrılmaz surətdə
bağlı olmuşdur.
Vaxtilə «Molla Nəsrəddin» jurnalının da qeyd etdiyi kimi əsrlər boyu
İranın möhkəmlənməsində və tərəqqisində əsas rol oynayan, yeri gələndə
canını belə əsirgəməyən azərbaycanlılar bu gün də öz hüquqları uğrunda
yorulmadan mübarizə aparırlar. Bu müqəddəs işdə çətinliklərlə nəşr edilən
hər bir mətbuat nümunəsinin adicə bir sayının da böyük siyasi, mədəni
əhəmiyyəti vardır. Oxuculara təqdim olunan bu kitab Güney
Azərbaycanında mətbuat tarixi haqqında sistemli məlumat yaratmaq
məqsədi ilə yazılmışdır.
5
I F Ə S Ġ L
GÜNEY AZƏRBAYCANDA MƏTBUATI N YARANMASI
VƏ ONUN ĠNKĠġAF MƏRHƏLƏLƏRĠ
1799-cu ildən Azərbaycanı idarə edən Fətəli şah Qacarın oğlu vəliəhd
Abbas Mirzə özünü istedadlı sərkərdə, elmə, sənətə yüksək qiymət verən
şəxsiyyət kimi tanıda bilmişdi. Bir mütərəqqi ziyalı kimi Abbas Mirzə bilirdi ki,
ölkəsinin geri qalmasının səbəblərindən biri hərbi məğlubiyyətlər üzündəndirsə,
digər səbəbi iqtisadi və mədəni geriliklə bağlıdır. O dövrdə fransalı şərqşünas,
yazıçı, Bonopart Napoleonun mütərcimi Jan Gevr İranda olarkən Təbrizdə
şahzadə Abbas Mirzə ilə də görüşür.
*
Vəliəhdin görüş zamanı ona verdiyi ilk
suallardan biri Avropanın inkişaf və tərəqqiyə necə nail olması ilə bağlı olur
(26, 160).
Abbas Mirzə verdiyi suala özünün gəlmiş olduğu nəticəyə uyğun cavab
alır; hər kəs öz millətinin tərəqqisini istəsə bunu elmi bilikləri ölkəyə tətbiq
etmək yolu ilə tapa bilər.
Abbas Mirzə Avropaya yaxınlaşmaq üçün ölkədə bir çox sahələrdə
islahatlar keçirməyə başladı. İran-Rus müharibələrində İran ordusunun müasir
texnikadan geriliyi üzrə çıxmışdı. Abbas Mirzə qonşu Türkiyədə III Sultan
Səlimin apardığı islahatdan təsirlənərək Azərbaycanda bir nizamlı ordu
yaratmağa səy göstərdi. Yeni ordu hərəkət edən top və yeni silahlarla təhciz
edilmiş, hərbi elmə və təlimə yiyələnmək üçün Avropadan zabitlər dəvət
edilmişdi. Təbrizdə silah və top istehsalı zavodu qurulmuş, hərbi və texniki
kitabları çevirmək üçün tərcümə idarəsi təşkil edilmişdi. Uğurla nəticələnən bu
islahatlar tək Cənubi Azərbaycanda deyil, bütün İranda kitab çapı və
litoqrafiyanın tətbiqi, tərcümə işi Avropaya Avropaya tələbələrin göndərilməsi
(Bu hal Şərqdə ilk təşəbbüs idi –P.M.) və Təbrizdə ilk nizamlı hərbi alayların
yaranması ilə tarixə daxil oldu. O dövrdən etibarən Təbriz İranın mədəni və
iqtisadi mərkəzinə çevrildi. Təbrizdə bir çox ölkələrin konsulluğu açıldı.
6
Abbas Mirzənin təşəbbüsü ilə 1809-cu ildən etibarən, Avropada təhsil
almaq və orada elm və texnikanın yeniliklərinə yiyələnmək və yeni yaradılan
qurumların kadr baxımından təminatı üçün üçün tələbələr göndərildi. 1815-ci
ildə onların sayı 7-yə çatmışdı. Avropadan mütəxəssis kimi geri qayıdan bu
gənclər, sonralar İran və Cənubi Azərbaycanda elm, maarif və mətbuatın
inkişafında xidmət göstərib, ilk mətbəələrin, kitab çapı, qəzet nəşri, dünyəvi
məktəblərin və s. əsasını qoydular (8).
1812-ci ildə Abbas Mirzənin göstərişi ilə Təbrizə ilk çap maşınları
gətirildi.
Moskva və Peterburqda çap işinə yiyələnən Mirzə Cəfər və Mirzə Əsədulla
Təbrizə geri dönərkən çap maşınının avadanlıqlarını da özləri ilə gətirərək,
Abbas Mirzənin Avropadan gətirdiyi çap dəzgahlarında işə başladılar.
1825-ci ildən etibərən Təbrizdə mətbəələr işə düşdü.
İngilis şərqşünası E.Braun yazırdı ki, Təbriz, çap maşınının işə salındığı ilk
şəhər olduğundan, sonralar bütün İranda qurulan mətbəələr basmaxana, oranın
işçiləri isə basmaçı adlanırdı (60). Bu təbii ki, mətbəənin və çap sənətinin
Azərbaycanda qoyulduğundan irəli gəlirdi.
1825-ci
ildə Təbrizdə «Basmaxane-dər-əl-səltəne» adlı mətbəədə
Müqəddəs Quran litoqrafiya üsulu ilə çap olundu. Kitab məşhur xəttat Mirzə
Hüseynin işlədiyi nüsxə əsasında basılmışdı. İlk nəşr olunmuş kitablar sırasına
«Fətəli şahın hakimiyyəti illərinin tarixi» Əbdülrəzzaq Dünbülinin Qacarlara
həsr etdiyi kitab, həmçinin hüquq, hərb sənəti və təbabətlə bağlı digər kitablar
daxil idi. Artıq 1820-30-cu illərdə tək Təbriz deyil, Urmiyyə, Ərdəbil, Qəzvin,
Xoy şəhərlərində bir neçə mətbəə mövcud idi. O dövrdə bütün İranda çap işi
Azərbaycan mətbəələrində yerinə yetirilirdi.
Tehranda ilk mətbəələrdən birini Xoylu Mirzə Cabbar Təzkirəçi açmışdı.
Dövrünün savadlı ziyalısı kimi tanınan bu şəxs bir neçə xarici dil bilirdi. Mirzə
Cabbar xarici ölkələrdə diplomat kimi çalışmış, İranda ilk rəsmi mətbu orqan
olan «Ruznameye-vaqaiye-ittifaqiyə»nin redaktoru olmuşdur. Rəsmi nəşrlər
7
üçün Avropa qəzetlərindən tərəqqi ilə bağlı yazıları tərcümə edib. «Bütün
İranda ilk publisist və nəşriyyatçılardan olmuşdu». (2)
Abbas Mirzənin İranda apardığı islahatları, sonralar Əbülqasım Qayım-
Məqam və Tağı xan Fərəhani davam etdirirlər. Fətəli şah Qacarın nazirlərindən
biri olan Mirzə Əbülqasım gənclik illərindən şair kimi tanınıb, Sanai təxəllüsü
ilə qəsidələr yazırdı. O, həm yazdığı şerlərdə, həm də saray dəftərxanasında
hazırladığı məktub və sənədlərdə o vaxtlar yüksək üslub kimi qəbul edilən
ibarəli, uzun və mürəkkəb söz birləşmələrini sadələşdirməyə nail olmuşdu.
Onun xalq dilinə yaxın olan canlı ədəbi üslubu, sonralar rəsmi (dəftərxana,
qəzet, jurnal) dilə çevrildi.
Qayem-Məqam Abbas Mirzənin islahatlarını daha da genişləndirərək,
bütün İranda Avropa tipli ordu yaratmış, hərbi sənayenin və toxuculuq
sənayesinin əsasını qoymuşdu.
Qayem-Məqamın ardıcıllarından biri görkəmli maarifçi və islahatçı Mirzə
Tağı xan Fərəhani-Əmir Kəbir idi. Onun atası Məhəmmədəli şahın vəzirinin
evində idarəçi idi.
1829-cu ildə İran höküməti tərəfindən, rus səfiri Qriboyedovun ölümü ilə
əlaqədar Rusiyaya diplomatik nümayəndə heyəti göndərilir. Heyətin
nümayəndələri Rusiyanın Peterburq, Moskva, Tula şəhərlərində olan sənaye
mərkəzlərini, maarif, mədəniyyət və elm ocaqlarını, hərbi məktəbləri, rəsədxana
və digər mühüm müəssisələri gəzərək, onlarla tanış olmuşdu.
Heyətin nümayəndələri içərisində, sonralar İranın baş naziri rütbəsinə
ucalan Tağı xan Fərəhani (Əmir Kəbir) də olur.
Türkiyədə, Ərzrum konfransında olarkən, İran nümayəndəsi kimi iştirak
edən Tağı xan Türkiyə hökümətinin apardığı islahatlarla-tənzimatla da yaxından
ilgilənmişdi.
Mirzə Tağı xan Rusiya və Türkiyədə gördüklərindən xeyli təəcüblənmiş və
İranın iqtisadiyyatının nə qədər geri qaldığını anlamışdı. O, belə nəticəyə
gəlmişdi ki, İranı mövcud böhranlı vəziyyətdən çıxarmaq üçün ölkədə bütün
sahələrdə islahatlar aparmaq lazımdır. Vəliəhd Nəsrəddin şah Təbrizdən
8
Tehrana hakimiyyət başına gələndə vəziri Tağı xanı İran hərbi qüvvələrinin baş
komandanı və özünün birinci naziri təyin edir. Tutduğu vəzifəyə görə, əmir-
nizam ləqəbi sonralar ölkədə apardığı mütərəqqi islahatlardan sonra Əmir
Kəbirlə əvəzlənir.
Tarixçi-alim F.Adamiyyət qeyd edir ki, onun şəxsi təşəbbüsləri nəticəsind ə
İranda ilk xəstəxəna yaradılmış, ilk dəfə olaraq dövlət büdcəsi tərtib olunub,
maliyyə və vergi işlərində islahatlar aparılmışdı. O dəmir yolu çəkdirmək
işləmiş, sənaye sahəsində böyük işlər görmüşdü. Toxuculuq fabrikləri və bir
sıra zavodlar onun şəxsi səyi ilə təsis olunmuşdu. O ölkənin mədənlərini işə
salmaq, əkinçiliyi inkişaf etdirmək və s. məsələlərlə bağlı mütəxəssislər
hazırlamaq məqsədilə Moskva və Peterburq şəhərlərində olan sənaye
mərkəzlərinə onlarla tələbə göndərmişdi. O ruhanilərin hökumət işlərinə
qarışmasını məhdudlaşdırmaq istəyirdi.
Təbrizdə hərbi-siyasi fəaliyyəti illərində (1829-1848) Mirzə Tağı dəqiq
elmlərə aid tərcümə və nəşrə təşəbbüs göstərir. F.Adamiyyət Əmir Kəbirin baş
nazir olduğu illərdə yeni elmlərə aid müxtəlif kitabların çap olunub,
yayılmasına böyük rəğbət göstərdiyini və səylə çalışdığını, bir çox kitabların
onun fərmanı ilə yazılıb çap edildiyini yazır (57, 45).
Bu kitabların içərisində vaxtilə vəliəhd Abbas Mirzənin sərəncamı ilə
tərcümə edilib və 1846-47-ci illərdə çap olunmuş «Böyük Pyotrun tarixi»
(1846), «XII Karl» (1847), «Böyük İskəndər» kitabları kimi tarixi kitablar,
Sədinin «Gülüstan»ı, Firdovsinin «Şahnamə»si, Xosrov Nasirinin «Divan»ı
kimi Şərq poeziyası nümunələri var idi. Dahi Azərbaycan şairi M.Füzulinin
«Divan»ı ilk dəfə 1850-ci ildə Təbrizdə nəşr olunur. Bundan başqa 1852-ci ildə
XIX əsr Azərbaycan şairi Nəbatinin, 1855-ci ildə XVI əsrin məşhur din xadimi
Ə.F.Ərdəbilinin yazdığı «Əqideyi-İslam» adlı dini-tarixi əsərinin çap olunması
ilə Azərbaycan dilində nəşr olunan kitabların əsası qoyulur.
Artıq XIX əsrin II yarısında Azərbaycanda çoxlu çapxanalar mövcud
olmasına baxmayaraq, onlar Avropa ölkələrindəki mətbəələrdən texniki
baxımdan çox geri qalırdı. Əl əməyi ilə işləyən litoqrafiya çapxanalarının
9
çoxunun avadanlığı köhnəlmişdi. Çap dəzgahlarında çap olunan məhsulun tirajı
yüksək olanda (adətən tiraj 500-600-dən çox olmurdu) onun keyfiyyəti çox pis
olurdu, mətn çətin oxunurdu.
Təsadüfi deyil ki, Eduard Braun özünün 1914-cü ildə çapdan çıxmış
məşhur kitabında aşağıdakıları yazırdı: «İran mətbuat tarixi ilə bağlı çox qəribə
hallardan biri o idi ki, mətbəənin İranda çox erkən yaranmasına baxmayaraq, o
çox qısa müddətdən sonra «dəbdən» düşdü». Uzun müddət çap işi litoqrafiya
üsulu ilə aparıldı. Bu hal XIX əsrin 70-ci illərinə qədər davam etdi. (4,6)
E.Braunun bu fikri ilə razılaşmamaq mümkün deyil. Və onun İran mətbuat
tarixindəki qəribə saydığı halın səbəbi yəqin ki, əsrin əvvəlində Abbas Mirzənin
təməlini qoyduğu ölkəyə gətirdiyi çap dəzgahı avadanlıqlarının çoxunun
köhnəlməsi, gücdən düşməsi ölkəyə yeni texturanın gətirilməməsi ilə bağlı idi.
1871-ci ildə Nəsrəddin şahın göstərişi ilə İranda çap və tərcümə işlərini
mərkəzləşdirən «Mətbuat və tərcümə evi» yaradılır. Oraya onun təşəbbüskarı
Məhəmmədhəsən xan rəhbərlik etməyə başlayır. Artıq 70-ci illərin sonu 80-ci
illərin əvvəllərində, İranda və Azərbaycanda kitab çapının yeni mərhələsi
başlanır. Nəşriyyat işində, istər kitabların, istərsə də mətbuat nümunələrinin,
həm texniki cəhətdən, həm də məzmun baxımından keyfiyyəti dəyişib, müasir
dövrün tələblərinə uyğunlaşırdı.
Bu dönüşü doğuran amillər, yaranmaqda olan burjuaziya ziyalılarının
maarifçi fəaliyyətlərinin qüvvətlənməsi, habelə Qəriblə, ilk növbədə Rusiya ilə
mədəni əlaqələrin genişlənməsi idi.
1851-ci ildə Tehranda Avropa tipli ilk darülfününyu (universitetinin) əsası
qoyulur. O, hərbi iş, tibb, musiqi və digər sahələr üzrə mütəxəssislər, məmur və
dünyəvi məktəb müəllimləri hazırlamalı idi. Bu mərkəzdə dərs demək üçün
müəllimlər əsasən Avropadan dəvət edilmişdilər. Bunun üçün dövlət
büdcəsindən xeyli pul vəsaiti ayrılmışdı. Təbrizdə isə bu cür tədris ocağı 1877-
ci ildə yaradılır.
Sovet dövrünün tədqiqatları Qacarlar barəsində yazdıqları əsərlərdə bu
sülaləyə məxsus hökmdarların İranı viran qoymuş bir müstəbid, Azərbaycanı da
10
zorla ələ keçirmiş bir işğalçı kimi təqdim edirdilər. «Qacarın Azərbaycanı işğal
edən bir şəxs kimi qələmə verilməsi, habelə parçalanaraq daxili feodal
müharibələri, məngənəsində boğulan bir məmləkətdə, Azərbaycan Səfəvi
dövlətini, yenidən dirçəldib onun tarixi sərhədləri daxilində inkişafına nail
olmaq istəyən bir azərbaycanlı sərkərdəsinə işğalçı damğası vurmaq ən azı
ədalətsizlik idi» (30, 415).
Maraqlıdır ki, artıq müasir tədqiqatçılar Qacarları İran dövlətçiliyinin,
dirçəldilməsi və inkişaf etdirilməsində oynamış olduğu tarixi rol möqeyindən
yanaşıb, araşdırırlar.
XIX əsrin 80-ci illərində İranda kitab nəşrinin yeni mərhələsi başladı.
Ölkədə ziyalıların maarifçi fəaliyyətləri və Avropa ilə əlaqələrin qurulması
nəticəsində bir çox sahələrə mütəxəssis kadrlar hazırlamaq üçün elmi biliklər
tədris edən kitabların tərcüməsinə və nəşrinə böyük ehtiyac vardı. O dövrdə
tərcümə və nəşriyyat naziri Məhəmmədhəsən xan Etimadülsəltənənin bu sahədə
böyük xidmətləri olmuşdur.
Müqəddəm Məhəmmədhəsən xan Etimadülsəltənə dövrünün mütərəqqi
şəxsiyyətlərindən idi. İctimai xadim adını qazanmış Məhəmmədhəsən xan
tarixçi-alim idi. Qacarların rəsmi tarixçisi olmuş, sonralar mətbuat və çap işləri
naziri təyin olunmuşdu. O, İranda və Cənubi Azərbaycanda maarifin, o
cümlədən elmin, kitab çapı və qəzet nəşrinin inkişafında əvəzsiz xidmətlər
göstərmişdir. Layiqli qiymətini almamış, xalqı tərəfindən az tanınmış istedadlı,
cəfakeş ziyalı Məhəmmədhəsən xan haqqında daha ətraflı məlumat vermək
yəqin ki, yerinə düşərdi.
Məhəmmədhəsən xan Cənubi Azərbaycanın qədim və sənət ocaqlarından
olan Marağa şəhərində əsl-nəcabətli ziyalı ailəsində doğulmuşdu. Gənc
yaşlarında orduda xidmət etmiş, sonra sarayda diplomat kimi çalışmışdı.
Məhəmmədhəsən xan Müqəddəm Tehran darülfünunun ilk məzunlarından
olmuş, istedadlı tələbə kimi qızıl medalla təltif olunmuşdu. 1863-67-ci illərdə
Fransada təhsilini davam etdirməklə yanaşı, İran səfirliyində attaşe kimi
çalışmışdır. Məhəmmədhəsən xan bir çox Şərq və Avropa dillərini yaxşı bildiyi
11
üçün uzun illər Nəsrəddin şah Qacarın (1831-1896) şəxsi mütərcimi, tərcümə və
nəşriyyat naziri olmuşdur. Məhəmmədhəsən xan əvvəl «Sani-əd-daulə» (Dövlət
sənətkarı), sonralar «Etimad-ül-səltənə» (Sultanın etimadı) ləqəblərini daşıyır.
1871-ci ildə Nəsrəddin şah Qacarın göstərişi ilə İranda çap və tərcümə
işlərini mərkəzləşdirən (Darültəba və Darültərcümə) – Mətbuat və Tərcümə
evinin əsası qoyulur və bu elmi müəssisəyə Məhəmmədhəsən xan rəhbərlik
etməyə başlayır.
Onun başçılığı ilə çalışan bütöv bir işçi heyəti elmi nəşriyyat işləri ilə
məşğul olur, dövlət qəzetlərini, rəsmi sənəd və fərmanları çap edirdi. İdarədə
Məhəmmədhəsən xanın əsərlərinin və hazırladığı, materialların qaydaya
salınmasında, üzünün köçürülməsində ona yaxından kömək edən şəxslər olurdu.
Bütün sadalanan bu işlərə, əsasən darülfunun əməkdaşları cəlb olunurdu. Elə
buradan görünür ki, Asiyada II Darülfünun kimi məşhur olan bu ali təhsil ocağı
(ilk darülfünunun əsası Türkiyədə qoyulub) tək maarif və tədrislə bağlı işlərlə
kifayətlənmirdi. Bu elmi müəssisəni idarə etmək üçün «Elmlər nazirliyi»ndə
xüsusi kitabxana, saraya məxsus teatr zalı və s. mədəni-maarif müəssisələri də
yaradılmışdı. Orada dərs deyən avropalı müəllimlərlə yanaşı Parisdə təhsil
almış və Avropa inqilabının şahidi olmuş iranlı müəllimlər də vardı (26).
Tanınmış Çex şərqşünası Yan Ripka qeyd edir ki, darülfünunun ilk
müəllimləri dərs vəsaitinin tərtibi ədəbiyyatların tərcüməsi zamanı özləri də
hiss etmədən müasir elmi fars dilinin terminologiyasının əsasını qoydular. (12)
Hərçənd ki, Qayem-Məqamın öncə dildə apardığı bir sıra islahatlar onların işini
xeyli yüngülləşdirmişdi. Avropa ədəbiyyatının xüsusilə o zaman hakim dil
sayılan – fransızcadan Düma ata, Jül Vern, J.Molyerin əsərlərini çevirən
mütərcimlər, orijinalın tələbinə uyğunlaşmaq üçün o zamankı fars dilinə xas
olan köhnəlmiş şərtilikdən, ibarəli ifadələrdən, artıq sözlərdən və s. vaz
keçməyə məcbur olurdular. Bu çox əzablı iş idi. Amma məhz tərcüməçilər sadə
və hər kəsin anladığı bir yazı üslubunun da təməlini qoyurdular.
Məhəmmədhəsən xanın elmi irsinin araşdırıcısı, tədqiqatçı Tahirə
Həsənzadə yazır ki, «Darültərcümədə Avropa dillərindən hərbi və diplomatik
12
işə aid kitablar, coğrafiya, kimya, fizika, tarixə dair dərsliklər tərcümə
olunurdu. İranda Avropa mədəniyyətinin yayılmasında bu idarənin rolu çox
böyük idi». (1)
Məhəmmədhəsən xan Qacarların tarixinə, ictimai elmlərə, həmçinin İranın,
eləcə də Azərbaycanın tarixi və coğrafiyasına aid 30-dan artıq kitabın
müəllifidir. Avropa ədəbiyyatından etdiyi tərcümə kitablarının sayı 10-u keçir.
Bu əsərlərin çoxu İranın, eləcə də Cənubi Azərbaycanın mədəniyyət
tarixindən və coğrafiyasından bəhs edən gözəl mənbələrdir. «Bu əsərlər, eləcə
də Avropanın ən görkəmli yazıçılarının əsərlərindən etdiyi siyasi məzmunlu
tərcümələr iranın ictimai-siyasi həyatına yeni ab-hava gətirirdi» (26)
«Mənbələr göstərir ki, Məhəmmədhəsən xan böyük zəhmət bahasına
irihəcmli elmi əsərlər yazmaqla bərabər, özü təşəbbüsçü olduğu halda digər
alimləri də yazmağa cəlb etmişdir». Onun saraydakı rəqiblərinin canfəşanlığı
nəticəsində təəssüf ki, bəzi mənbələrdə onun əsərlərinin kollektiv əməyin
məhsulu olduğu fikrini irəli sürənlər də tapılırdı.
Məhəmmədhəsən xan Darültərcümə və Darültəba (Dövlət nəşriyyat və
tərcümə idarələri) rəisi kimi 1881-ci ilədək çalışmış, 1882-ci ildən ömrünün
axırınadək həmin idarənin naziri naziri vəzifəsində qalaraq, İranda nəşriyyatın
inkişafına əvəzsiz xidmətlər etmişdir (26, 21)
Məhəmmədhəsən xan 10-a yaxın qəzetin çap olunmasında iştirak edir, bir
çoxunun redaktoru olur. Onlar aşağıdakılardır:
*
1. Ruznameye milləti.
2. Ruznameye dövləti.
3. Ruznameye elmi.
4. İran.
5. Mərrix.
6. Miratüs səfər.
7. Ruznameye orduye humayun.
8. İttila.
9. Şərəf.
13
Bu mətbu orqanlardan qısaca bəhs etmək yerinə düşər.
Dostları ilə paylaş: |