PƏrvanə MƏMMƏDLĠ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə9/11
tarix31.01.2017
ölçüsü2,31 Mb.
#7225
1   2   3   4   5   6   7   8   9   10   11

VII  F Ə S Ġ L  
 
«VARLIQ» DƏRGĠSĠNĠN NƏġRĠ TARĠXĠ 
 
 «Varlıq» gərgin, ziddiyətli ictimai-siyasi, ədəbi-mədəni hadisələr fonunda 
nəşrə  başladı.  Dərginin  ilk  nömrəsi  1979-cu  ilin  aprelində  işıq  üzü  gördü.  İlk 
nömrəsindən bu günədək «Varlıq» Tehranda öz nəşrini davam etdirir. Tehranın 
paytaxt  olması,  «Varlıq»ın  imtiyaz  sahibinin  və  naşirinin,  redaksiya  heyəti 
üzvlərinin  bəzilərinin  Tehranda  yaşamaları,  ümumiyyətlə,  Tehranın  Güney 
azərbaycanlıların  kompakt  yaşadığı  şəhərlərdən  biri  olması  məcmuənin  bu 
şəhərdə yayınlanmasının başlıca səbəbidir.  
İlk  nömrələrindən  «fərhəngi-ictimai  məcəllə»  kimi  təqdim  olunan  dərgi 
ədəbi-mədəni  və  ictimai  materiallara  üstünlük  verir.  «Varlıq»ın  səhifələrində 
dil,  ədəbiyyat,  tarix  və  mədəniyyətə  aid  yazılar  dərc  olunur  və  bu  sahələrə  aid 
problemlərə  toxunulur.  «Varlıq»  dərgisində  materialların  müəyyən  hissəsi 
(təxminən  15%)  fars  dilində  nəşr  olunur.  Bu  materiallar  əsasən  Azərbaycan 
mədəniyyətinin,  tarixinin  mühüm  problemlərinə  həsr  olunur  və  adları  çəkilən 
məsələlər  barədə  farsdilli  oxuculara  məlumat  vermək  məqsədi  daşıyır.  Farsca 
yazıların  əksəriyyəti  dərginin  əməkdaşı  Səməd  Sərdar  Niya  tərəfindən 
hazırlanır.  
Nəşr olunduğu ilk illərdə dərgi ayda bir dəfə çıxırdı. Sonralar hər iki, daha 
sonra  üç  aydan  bir  işıq  üzü  görür.  Azərbaycan  və  fars  dillərində  nəşr  olunan 
«Varlıq»ın tirajı təxminən iki min nüsxəyə yaxındır.  
«Varlıq»  dərgisinin  yaradığı  illərdə  milli  varlığının  yaşamaq  və  məhv 
olmaq dilemması ilə qarşılaşan bir xalqın ana dilində sözə, fikrə  böyük ehtiyacı 
vardı.  «Varlıq»  Güney  Azərbaycan  mədəni  mühitindəki  bu  boşluğu  doldurmaq 
üçün yarandı. Bu da acı bir həqiqət idi ki, farsca təhsil almış azəri türkləri üçün 
öz  dillərində  yazıb  oxumaq  problemi  hələ  mövcud  idi.  Ona  görə  də  yaradılmış 

 
146 
nəşriyyə iki dilli oldu: yazılanların əksəriyyəti azərbaycan dilində, bir qismi isə 
farsca idi.  
Jurnalın  ilk  nömrəsində  jurnalın  ortalığa  çıxması  səbəbləri,  mövqeyi  və 
məqsədi yazıçılar heyəti tərəfindən belə açıqlanır. «Azərbaycan xalqı tarix boyu 
İranda yaşayan ayrı-ayrı xalqlar ilə birlikdə, vahid bir sərneveştə (taleyə –P.M.) 
bağlı olduğu müştərək bir tarix və mədəniyyət  yaratdığı halda hər bir əsil xalq 
kimi  öz  milli  varlığını,  dilini,  fərhəngini  (mədəniyyətini  –  P.M.)  xislət  və 
höviyyatını (xüsusiyyətini – P.M.) saxlamışdır. «Varlıq» məcmuəsi Azərbaycan 
xalqının  milli  və  mədəni  varlığına,  doğma  dil  və  ədəbiyyatına,  folklor  və  el 
yaradıcılığına, iftixarlı keçmişinə, tüknməz bədii və hünəri qüdrətinə yol açmaq 
və  onu  təzə  tarixi-ictimai  şəraitdə  daha  insani,  daha  demokratik  və  daha 
qabaqcıl ülkülər (ideya, məfkurə  – P.M.) etmək arzusu ilə ortaya çıxır (108,  № 
1,  1979,  48).  Jurnal  İranın  bütün  xalqlarını  mədəni  sahələrdə  azad  görmək 
istəyir  və  yazır  ki,  «azərbaycan,  fars,  kürd,  ərəb,  qaşqay,  bəluc,  türkmən 
xalqları gərək bərabər olsunlar» (108, №1, 1979, 48). 
«Varlıq»ın  yaradıcıları  başda  doktor  C.Heyət  olmaqla  sonsuz  fədakarlıq, 
sədaqət və zəhmətlə doğma xalqın mənəvi ehtiyaclarını ödəmək üçün çalışdılar. 
Onlar  sənət  və  peşə  baxımından  fərqlənsələr  də  (dilçi,  jurnalist,  ədəbiyyatçı, 
tarixçi, alim, hüquqşünas, həkim, müəllim inşaatçı, ilahiyyatçı və s.) bu yaradıcı 
ziyalıları doğma dillə, xalqa sonsuz məhəbbət hissi sıx birləşdirirdi.  
«Varlıq»ın  redaksiya  heyətində  yayınlandığı  gündən  C.Heyət,  H.Nitqi, 
Məmmədəli  Fərzanə,  Qulamhüseyn  Beqdeli,  Həmid  Məmmədzadə,  Teymur 
Pirhaşimi,  Mənzuri  Xamneyi,  Savalan,  Səməd  Sərdar  Niya,  Əziz  Möhsüni, 
Sönməz,  Əli  Kəmali,  İsmayıl  Hadi,  Tağı  Zehtabi,  Murhədayət  Həsari,  Böyük 
Rəsulvənd, Məmməd Rza Heyət çalışıblar.  
Həmid  Nitqi  Aytan  (1920-1998)  tanınmış  alim,  türkoloq  və  şairdir. 
«Varlıq»  dərgisinin  uzun  müddət  baş  yazarı  olmuşdur.  Dərgidə  türkologiya, 
ədəbiyyatşünaslıq, publisistikaya aid yazdığı yazılar və şerlərlə çıxış etmişdir.  
Pəhləvi  diktaturası  döründə  folklorun  qismən  də  olsa  çap  edilməsi  və 
Azərbaycan  dilinin  qrammatikasına  aid  ilk  kitabın  yazılması  Məmmədəli 

 
147 
Fərzanənin  (1923-2005)  adı  ilə  bağlıdır.  Folklorçu  və  dilçi  olan  M.Fərzanə 
Azərbaycan ədəbiyyatının mənbələrinə və qrammatikasına dair kitablar yazmış, 
folklor nümunələrini ardıcıl olaraq toplamışdır. Onun araşdırmaları dərginin ilk 
saylarından başlayaraq oxuculara çatdırılmışdır.  
Qulamhüseyn 
Beqdeli 
(1918-1998) 
uzun 
müddət 
həmkarları 
H.Məmmədzadə  və  doktor  M.T.Zöhtabi  kimi  Bakıda  təhsil  almış,  yaşayıb 
yaratmışdır.  O,  klassik  ədəbiyyatın  tədqiq  olunub  yayılması  və  nəşr  edilməsi 
sahəsində  çox  gərəkli  işlər  görmüşdür.  «Təsəvvüf  və  ədəbiyyat»,  «Söz 
klassiklərimiz»,  «Azərbaycanın  məşhur  simaları»,  «Yeni  tapıntılar»  silsilə 
məqalələri,  öz  şerləri  və  başqa  müxtəlif  yazılarla  dərgidə  çıxış  etmişdir.  Bu 
məqalələr çox zaman ilkin mənbələrdən olub ədəbi aləmdə böyük marağa səbəb 
olmuşdur.  
Həmid  Məmmədzadə  (1924-2000)  tanınmış  tədqiqatçı  və  nasirdir. 
Dərgidə  klassik  ədəbiyyata  dair  elmi-ədəbi  yazılarla  çıxış  edirdi.  Həmkarı 
Q.Beqdeli  ilə  Bakıda  ali  məktəbi  bitirmiş,  professorluq  dərəcəsinə  yüksəlmiş, 
orada  yaşadıqları  30-35  ildə  Güney  Azərbaycan  ədəbiyyatının,  Quzey 
Azərbaycanda tanınmasına böyük xidmətlər göstərmiş və ciddi elmi əsərlər nəşr 
etmişlər. 
Əli Kəmali (1944-1996) ixtisasca hüquqşünas olub. Uzun illər Savə və ona 
yaxın  olan  mahalların  folklor,  etnoqrafiya  və  klassik  ədəbiyyata  dair  zəngin 
materiallarını  toplamışdır.  Bu  əsərlərin  sayı  100-dən  çoxdur.  Çox  təəssüf  ki, 
yorulmaz  fədakar  tədqiqatçı  həyatdan  vaxtsız  köçmüş  və  toplama  materialları 
indiyədək «Varlıq» dərgisindən qeyri heç bir yerdə işıq üzü görməmişdir. 
Kərim  MəĢutəçi  –Sönməz  (1928)  Güney  Azərbaycanın  istedadlı 
şagirdlərindəndir. Dərgidə müntəzəm olaraq yazdığı poetik parçalarla çıxış edir, 
hüquqşünasdır. Bir neçə Şer kitabının müəllifidir.  
Həsən 
Məcidzadə-Savalan 
(1940) 
çağdaş 
Güney 
Azərbaycan 
şairlərindəndir.  Dərgidə  şerləri  ilə  yanaşı  görkəmli  sənət  adamlarının  həyat  və 
yaradıcılığı  ilə  bağlı  yazılarla  çıxış  edir.  Onun  «Apardı  sellər  Saranı»  kitabı 
inqilabdan əvvəl azərbaycan dilində çıxan ilk kitab olmuşdur.  

 
148 
Səməd  Sərdar  Niya  (1947)  ixtisasca  hüquqşünasdır.  Dərgidə 
Azərbaycanın  tanınmış  xadimləri  haqda  tarixi  səpgili  yazılarla  çıxış  edir, 
yazılarını farsca yazır. Anna dilində də yazıları vardır. Cənubi Azərbaycan teatr 
tarixi, mətbuat tarixi, Məşrutə inqilabi tarixi və s. ilə bağlı kitablar yazmışdır.  
Əziz  Möhüsünü  (1926)  ixtisasca  inşaatçı-mühəndisdir.  Dərgiyə  şerlərlə 
bərabər  müntəzəm  dəyərli  elmi,  ədəbi  məqalələr  yazır.  İnqilabın  ilk  illərində 
«Günəş» qəzetini çıxarmışdır.  
Mirhidayət  Həsari  (1929)  folklor  araşdırıcısı  və  şairdir.  Dərginin 
səhifələrində müntəzəm olaraq şerləri və folklor tədqiqatları ilə çıxış edir. Elmi 
ədəbi, ictimai və tarixi mövzulara aid olanlarla məqalənin müəllifidir.  
Ġsmayıl Hadi (1957) gənc yazıçı və tədqiqatçı alimlərdəndir. Dərgidə elmi 
ədəbi  yazılarla  çıxış  edir,  onun  müxtəlif  məzmunlu  elmi  məqalələri  və  kitabı 
nəşr olunmuşdur. 
Teymur PirhaĢiminin yazıları öyrədici və tanıtma xarakteri daşıyır. Onun 
seçib ayırdığı bədii nümunələrin oxucuların bədii səviyyəsinin formalaşmasında 
təsiri az olmamışdır. 
Əbdülkərim  Mənzuri  Xamneyi  ixtisasca  müəllimdir.  Atalar  sözlərini 
toplayaraq  onları  müntəzəm  dərginin  səhifələrində  dərc  etdirmişdir.  Dərgidə 
transliterasiya işlərini aparmışdır.  
Məmmədrza  Heyətin  dərgi  üçün  yazdığı  müsahibə,  resenziya  və  digər 
məqalələri  Bakı  Dövlət  Universitetini  bitirmiş  gənc  filoloqu  artıq  formalaşmış 
bir araşdırıcı kimi tanıtmağa yönəldir. 
İbrahim  Rəf-rəf  dərginin  katibidir.  İxtisasca  mühəndisdir.  Dərgidə 
dilçiliklə bağlı silsilə məqalələrlə çıxış edir.  
Dərgi  üçün  yazılmış  yazıdan  tutmuş  onun  bütün  tam  hazır  vəziyyətə 
gəlməsinə  qədər,  hətta  böyük  və  kiçik  şəhər  və  məntəqələrdə  yayılması  da  bir 
neçə  həmkarın  üzərinə  düşür.  Bu  işin  zəhməti  üçün  bir  tümən  belə  almayan, 
əksinə  yeri  gələndə  ortaya  çıxan  məsrəfləri  ödəmək  üçün  imkanı  daxilində 
maddi  yardım  göstərən  redaksiya  kollektivinin  fədakarlığı  müasir  dövrümüzdə 
kommersiyanın  hər  yerdə  ayaq  açaraq  qoyduğu  qanunlarla  bir  araya  sığmır. 

 
149 
Böyük  maddi  çətinliklər  və  mənəvi  təzyiqlər  bahasına  ərsəyə  gələn  böyük  bir 
elmi-tədqiqat  institutunun  görə  bilmədiyi  işin  öhdəsindən  gələ  bilən  dərginin 
yaradıcı heyətinə başqa ölkələrin ziyalıları yəqin ki, həsəd apara bilər. 
«Varlıq»  jurnalının  yarandığı  vaxt  Cənubi  Azərbaycanda  ədəbi  dilin 
şimalda  mövcud  olan  üslubları  yox  idi.  Fars  təfəkkür  tərzi  ziyalıların  danışıq 
tərzində  və  yazı  üslublarında  hakim  idi.  Orfoqrafiya  və  orfoepiya  qaydaları 
haqqında  təsəvvür  zəif  idi.  Ən  başlıcası  isə  azərbaycan  dilini  mükəmməl  bilən 
ədib, jurnalist kadrlar çatışmırdı. 
«Varlığın  həll  edəcəyi  birinci  dərəcəli  vəzifə  publisist  dildə  yeniləşmə, 
reforma etmək, Şimalda mövcud olan nailiyyətlərdən bəhərlənməklə ədəbi dildə 
vahid yazı qaydası yaratmaq idi. 
Doktor  Cavad  Heyət  müsahibələrindən  birində  bu  problemə  toxunaraq 
demişdi: «İnqilabdan sonra İranda ana dilli nəşrlərdə vahid yazı qaydası yox idi. 
Ona görə də türkdilli mətbuat dil problemi ilə qarşılaşdı. Fars və ərəb tərkibləri 
ilə  yüklənmiş,  fars  dilinin  bir  çox  təsirinə  məruz  qalmış  Cənub  danışıq  dili 
məqsədə  uyğun  deyildi.  Türkiyə  türkcəsi  də  bizə  uyğun  gəlmirdi.  Cənubi 
Azərbaycanın  ədəbi  dili  üzərində  dayanmağı  qərarlaşdıq.  Dili  öyrənmək,  onun 
zənginliyini,  qüdəritini,  göstərmək  üçün  isə  o  taylı  dilçi  alimlərin  əsərlərindən 
istifadə  edildi.  Bunun  nəticəsində  Güney  Azərbaycanda  ədəbi  dildə  yeniləşmə 
prosesi  baş  verdi.  «Varlıq»  isə  öz  təmiz  və  kamil  dil  üslubu  ilə  başqa  mətbuat 
orqanları üçün aparıcı və yol göstərici rolunu oynadı».  
«Varlıq»  ilk  günlər  dil-üslub  problemini  də  tədricən  aradan  götürmüş, 
nəticədə  ərəb  əlifbası  ilə  sözlərin  azərbaycanca  asan  oxunması  kimi  vacib 
məsələni həll etmişdir. «Varlıq» bir mətbuat orqanı kimi özünəməxsus dili olub, 
digər  mətbuat  orqanları  üçün  də  örnək  rolunu  oynayır.  Ortaq  türkcə  sözlərdən 
bol-bol  istifadə  edən  dərgi  bu  gün  ümumtürk  nəşrinə  çevrilmişdir.  Dərgidə 
İrandakı  digər  türk  xalqlarının  da  öz  öyrənilmiş  ədəbiyyat,  dil  və  tarixi 
araşdırılır,  Azərbaycan  xalqının  mənəvi  dəyərlərinə  həsr  olunmuş  materiallara 
ümumtürk konteksti prizmasından yanaşılaraq bu məsələni kompleks halda həll 
etməyə səy göstərilir. 

 
150 
«Varlıq»  dərgisi  varlığımızın  rəmzi  və  bayrağı  oldu  (108,  №  39-40, 
1986,5)  –  bu  sözlər  doktor  Həmid  Nitqinindir  və  dərginin  ictimai-milli 
məzmununu və platformasını dəqiq əks etdirir. Jurnalın nəşr olunmuş nüsxələri, 
komplektləri  onun  xalqımızın  mədəniyyət,  ədəbiyyat  və  ictimai-siyasi  fikir 
tarixindəki  misilsiz  xidmətlərini  ümumiləşdirməyə  və  Həmid  Nitqinin  bu 
qənaətini təsdiqləməyə imkan verir.  
«Varlıq»  birinci  növbədə  Güney  Azərbaycanda  Milli  hərəkatın  inkişafına, 
milli  özünüdərk  prosesinə  xidmət  edir.  Dərgi  ikiyə  bölünmüş  xalqın  siyasi, 
mədəni  və  bədii  təfəkkür  baxımından  qovuşmasında  əvəzsiz  rol  oynayır.  Milli 
birliyin  Cənubdakı  ədəbi-mədəni  mərkəzi  məhz  «Varlıq»  dərgisidir.  Dərgidə 
vahid Azərbaycan mədəniyyəti konsepsiyası rəhbər tutulur.  
«Varlıq» vətəndaşlıq və milli qeyrət hissi ilə yaşayan mötəbər ziyalıları öz 
ətrafında birləşdirir və İranda Azərbaycan elmi-ədəbi mühiti yaratmaqda ardıcıl 
fəaliyyət  göstərir.  «Varlıq»  milli  ədəbi  dil  birliyi  yaradır.  Cənub  və  Şimal 
arasında milli-mənəvi psixoloji körpü rolunda «Varlıq» və onun yaradıcı heyəti 
tarixi vətəndaşlıq missiyasını yerinə yetirir. «Varlıq»ın hər nömrəsini müşaiyət 
edən  (və  onun  gələcək  ovqatını  da  öncədən,  əvvəlcədən  xəbər  verən)  «Heydər 
babaya  salam»  və  Şəhriyar  ruhu  bizim  yalnız  torpağımızı  və  mənəviyyatımızı 
yox, tariximizi də birləşdirir və bütövləşdirir» (13,17). 
«Varlıq» təkcə Şimal və Cənub arasında birlik körpüsü olmayıb, bütün türk 
dünyasının  keçmişi,  indisi  və  gələcəyi  haqqında  mötəbər  elmi,  ədəbi  yazılar 
verməklə  türk  xalqlarının  birliyinə  xidmət  edir.  Qədim  türklər,  orta  türklər, 
İslam  dövrü  və  sonrakı  dövrdə  türk  dövlətləri  və  mədəniyyəti  haqqında  silsilə 
tədqiqatlar öz soykökünü dərk etməkdə hər bir türkə yardımçıdır. Xüsusən İran 
və Amerikada, Avropa ölkələrində yaşayan türkdilli xalqlar üçün bunun ictimai-
siyasi əhəmiyyəti olduqca böyükdür.  
Nəhayət,  «Varlıq»  Quzey  Azərbaycanın  ən  vacib,  ən  ağrılı  problelərinə 
böyük  yanğı  və  həssaslıqla  yanaşır.  Xalqımızın  düçar  olduğu  bəlalara  ən 
mötəbər səviyyədə münasibətini bildirir. Qarabağ dərdi «Varlığ»ın da dərdidir.  

 
151 
Doktor C.Heyətin böyük ürək ağrısı və göz yaşları ilə Türkiyənin o vaxtkı 
prezidenti  S.Dəmirələ  yazıdığı  məktubunu  həyacansız  oxumaq  mümkün  deyil. 
O,  Azərbaycanın  düçar  olduğu  fəlakətli  vəziyyətdən  qurtulması  üçün  qüvvə  və 
səyləri  gücləndirməyə,  «Böyük  dövlətlərin  silahları  ilə  təpədən  dırnağadək 
silahlanmış  ermənilər  qarşısında  azərbaycanlıları  müdafiə  edib  soyqırımına 
mane olmağa» çağırırdı. C.Heyətin bu məktubu erməni işğalına qarşı  böyük bir 
xalqın  həqq  səsi  idi.  Cavad  Heyətin  Süleyman  Dəmirələ  məktubu  «Varlığ»ın 
ictimai-siyasi xəttini parlaq əks etdirirdi.  
Şəhriyarın  tarixi  missiyasını  «Varlıq»  ləyaqətlə  davam  etdirir.  Böyük 
şairin  dərgi  haqqında  aşağıdakı  misaralarında  öz  əksini  tapmış  fikrin  böyük 
həyatı mənası zaman ötdükcə artır:  
 
«Varlıq» nə bizim təkcə azadlıq quşumuzdur, 
Bir müjdə də vermiş bizə həmkarlığımızdan  
Dil açmada, karlıq da gedir korluğumuz da, 
Çün lallığımız doğmuş idi karlığımızdan.  
                                     (108 №2, 1979, 58.) 
Dərginin  baş  redaktoru  və  naşiri  cavad  Heyət  ixtisasca  həkimdir.  Böyük 
alim  və  ruhani  olan  atası  Əli  Heyət  Məşrutə  inqilabının  fəallarından  və  İran 
ədliyyəsinin qurucularından olmuşdur. C.Heyət 1925-ci ildə  may ayının 24-də 
Təbrizdə  dünyaya  gəlmiş,  tibbi  təhsilini  İstanbul  və  Paris  universitetlərində 
almışdır.  İranda  ilk  açıq  ürək  cərrahiyyəsi,  ürək  qapaqlarının  və  ürəyin 
dəyişdirilməsi, böyrək köçürülməsi Cavad Heyətin adı ilə bağlı olmuş, bununla 
o İranda nəzəri və eksperimental cərrahiyənin əsasını qoymuşdur.  
Dr.  C.Heyət  cərrahi  əməliyyatlarla  yanaşı  cərrahlığa  aid  araşırmalar  da 
aparır. 1964-cü ildən başlayaraq «Daneşe-pezeşki» (Tibb elmi) adlı jurnal nəşr 
edir.  12  il  davam  edən  jurnal  M.Rza  Pəhləvinin  50-ci  il  dönümü  ilə  bağlı 
məqalə yazmadığından qapanır. 

 
152 
Tibb  sahəsində    monoqrafiya  və  dərsliklərin  müəllifidir.  1965-ci  ildə 
yazdığı  II  cildlik  «Ümumi  cərahiyyə»  kitabı  İranda  bu  mövzuda  yazılmış  ilk  
dərslik idi. 
Elmi-nəzəri  əməli  uğurlarına  görə  1983-cü  ildə  Fransa  Cərrahlıq  
Akademiyasının  üzvü  seçilmişdir.  1963-cü  ildən  Beynəlxalq  Cərrahiyyə 
Cəmiyyətinin  İran  təmsilçilçisidir.  Tehranda  Azad  İslam  Universitetinin 
Cərrayyə kafedrasının rəhbəri, Azərbaycanda 7 universitetin fəxri doktoru, Türk 
Dil  Qurumunun  fəxri  üzvü,  İstanbul  Universitetinin  fəxri  doktorudur.  İstər 
İranla  Azərbaycan  arasında  mədəni  əlaqələrin  inkişafında,  istərsə  də  Qarabağ 
haqda əsil həqiqətlərin açılıb yayılmasında, qaçqın və şəhid ailələrinə humanitar 
yardım  göstərilməsində,  yaralıların  İranda  müalicə  olunmasında  C.Heyətin 
böyük xidmətləri olmuşdur.  
Azərbaycan sevgisi, millət, vətən təəsübkeşliyi doktor Cavad Heyətə irsən 
keçmişdir.  Anası  Məsumə  xanım  Sultan  Füruğ  tayfasının  başçısı  Hacı  Mirzə  
Məhəmmədin  qızı  idi.  Azərbaycan  xalq  ədəbiyyatına  yaxından  bələd  olan 
Məsumə  xanım  öz  övladlarına  xüsusilə  Cavada  körpəlikdən  xalq    xəzinəsinin 
incilərini  sevdirmiş və ona qarşı dərin maraq oyatmışdı.  
Vaxtilə  İranda  baş  prokuror,  məhkəmə  sədri,  ədliyyə  naziri  kimi  yüksək 
qulluqlarda  işləyən  atası  Mirzə  Əli  Heyət  xalqını  Cənubi  Azərbaycanda  şah 
qırğınlarından, Naxçıvanda erməni təcavüzündən qorumuşdur.  
Dövlətin ölkə daxili və xarici işləri yönümündəki çeşidli görüşlərdə önəmli  
heyətlərə  başçılıq  edib  uğurlu  nəticələrə  nail  olduğundan  eyni  zamanda  heyət 
(kosmoqrafiya)  alimi  olduğu  üçün  ona  Heyət  təxəllüsü  verilmiş,  sonralar  Əli 
Heyətin  şəcərəsi  bu  adı    daşımışdır.  Əli  Heyət  daim  Türk  dünyası  və  islam 
dövlətləri  arasında  yaxşı  dostluq  əlaqələrinin  yaranmasında  çalışmış  bu  birlik 
idealının soydaşlarına və övladlarına da aşılamışdır. 
Doktor atasının bu mötəbər missiyasını heç vaxt unutmamış, elmi və əməli 
fəaliyyətində  Arazın  hər  iki  tayında  yaşayan  xalqının  dilini,  mədəniyyətini, 
tarixini  araşdırmış,  təbliğ  etmiş  və  bu  mövzuda  6  cildlik  kitabını  Tehranda,  5 
kitabını isə Bakıda nəşr etdirmişdir.  Yeni  tapıntı və faktlara söykənən, orijinal 

 
153 
fikir  və  mülahizələrə  əsaslanan  «Azərbaycan  ədəbiyyatı  tarixinə  bir  nəzər 
(Tehran,  1980,  1990,  Bakı,  1993,  2  cilddə)  «Müqayisətül-lüğəteyn  (Tehran 
1948,  Bakı,  1989),    «Azərbaycan  şifahi  xalq  ədəbiyyatı»  (Tehran,  1988,  Bakı, 
1990),  «Türk  dili  və  ləhcələrinin  şairanə  bir  baxış»  (Tehran,  1986,  1987), 
«Türklərin  tarix  və  mədəniyyətinə  bir  baxış  (Tehran,  1988,  Bakı,  1993), 
«Ədəbiyyatşünaslıq»  (Tehran,  1995,  Bakı,  1997)  kitabları  oxucuların  dərin 
rəğbətini  qazanmışdır.    Görkəmli  alimin  «Varlıq»  dərgisinin  səhifələrində  nəşr 
olunan  Türkologiya,  əəbiyyat  tarixi,  folklor,  ana  dili,  ilahiyyat  və  s.  dair 
araşdırmaları  o  dildə  Azərbaycan,  İran,  Türkiyə,  Amerika  və  Fransa 
mətbuatında yayınlanmışdır. «Doktor C.Heyətin ən böyük əsəri isə (belə demək 
mümkündürsə) onun müntəzəm yayınladığı «Varlıq» dərgisidir.  
Güney  Azərbaycan  poeziyasının  korifeyləri  ustad  Şəhriyar  və  Səhənd  də 
«Varlıq»ın  nəşrini  böyük  sevinclə  qarşılamış,  onun  yazıları  sırasına 
qatılmışdılar. İlk nömrələrdən birində Şəhriyarın  «Azadlıq quşu» «Varlıq» şeiri 
dərc  olundu.  Səhənədə  isə  «Varlıq»ın  ilk  nömrəsini  görmək  nəsib  olmadı.  
Dərginin  birinci  sayı  bütövlükdə  yenicə  dünyasını  dəyişmiş  şairin  xatirəsinə 
həsr  olundu.  Ölümündən  az  əvvəl  yazdığı  «İmama  salam»  şeri,  Pəhləvi  rejimi 
dövründə  qadağan  olunmuş  «Yasaq»  şeiri  «Varlığ»ın  ilk  nömrəsinin  bəzəyi 
oldu.  
Məcəllənin  yayıldığı  coğrafi  sərhədə  nəzər  salsaq,  görərik  ki,  dərgi 
Amerikada,  Avropada  tanınmışdır.  Dünyanın  hər  yerində  yaşayan 
azəbaycanlılar  «Varlıq»ı  oxuyur,  ona  abunə  yazılır,  məqalə  və  şerlər  göndərir, 
yazdıqları  məktublarda  ürək  sözlərini,  qüssə  və  sevinclərini  onunla 
bölüşdürürlər.  
«Varlıq»  dərgisinin  25  illik  (1979-2004)  sayı  onun  fəaliyyətinin  aynası 
kimi  səciyyəvidir:  İlk  2-3  ildə  Milli  mədəni  dirçəlişi  öz  səhifələrində  əks 
etdirən  «Varlıq»  sonrakı  illərdə  (1983-1990-cı  illərdə)  ictimai-siyasi  durumun 
gərginliyi  ilə  əlaqədar  durğunluq  keçirir.  Son  illərdə  isə  (1991-2005-ci  illərdə) 
«Varlıq»  3  ayda  bir  dəfə,  bəzən  də  ildə  iki  dəfə  çıxsa  da  ədəbi  prosesdə  baş 
verən janlanmanı müəyyən dərəcədə əks etdirir.  

 
154 
«Varlıq»ın  25  ildə  keçdiyi  inkişaf  yolunu  nəzərə  alı  bonu  şərti  olaraq  3 
mərhələyə bölmək olar:  
I. 1979-1982-ci illər- Milli Mədəni İntibah dövrü.  
II. 1983-1990-cı illər – Durğunluq dövrü.  
III. 1991-2005-ci illər- Nisbi dirçəliş dövrü. 
I.  İran  Konstitusiyasında  milli    məsələnin  həlli  ilə  bağlı  yeni  maddələr 
qəbul edildikdən sonra Güney Azərbaycanda onlardan qismən və formal da olsa 
istifadə olundu. Xalq ziyalıları ana dilli qəzet və jurnal çıxarır, Yazıçılar birliyi 
yaradır,  radioların  verilişlərini  təmiz  ana  dilinə  çevirir,  ana  dilinin  fars  dili  ilə 
yanaşı  dövlət  dili  kimi  işlənməsinə  çalışırdılar.  Tehranda,  Təbrizdə  və  başqa 
şəhərlərdə  klassiklərin  əsərləri  çap  olunmağa, 
Güney  Azərbaycan 
məktəblərində,  Təbriz  Universitetində  qismən  azərbaycanca  məşğələlər 
keçirilməyə başlandı. Lakin bütün bu demokratik proses və islahatlar cəmi ikicə 
ay çəkdi. 
Öz  ana  dilini  ancaq  evdə  ailə  çərçivəsində  eşidən  və  bilənlərə  «Varlıq» 
dərgisi  bir  növ  əlifba  və  digər  dərslikləri  onlar  üçün  əvəz  edən  həm  müəllim, 
həm də məktəb oldu.  
«Varlıq»da  ilk  illər  müəllif  məhdudiyyəti  vardı.  Bütün  materialların 
hazırlanması demək olar ki, redaksiya heyətinə daxil olan 4-5 nəfərin öhdəsinə 
düşürdü. Dərgi ildən-ilə öz səhifələrini yəni qələm tutmağa başlayan cavan şair 
və  yazıçılara  açdı,  onların  yetkinləşməsinə  çalışıb,  yeni  yazıçı  nəsli  yaratdı. 
Həmid  Məmmədzadənin  də  yazdığı  kimi  bununla  gənc  yazarlarda  ana  dilində 
yazıb yaratmaq məziyyəti və zərurəti yarandı. Bu baxımdan  «Varlıq» təkcanına 
sözün həqiqi mənasında, Milli universitet vəzifəsini ifa etdi (13, № 28,55).  
İlk  illər  dərginin  səhifələrində  əsas  yeri  xalqın  ruhuna  yaxın  olan  folklor 
nümunələri  tuturdu.  M.Fərzanə,  Ə.Kəmali,  Mənzuri  Xamneyi,  Abbas  Mehyar 
dərginin demək olar ki, hər nömrəsində yeni material təqdim edirdilər. Bununla 
şifahi xalq ədəbiyyatı həm elmi cəhətdən araşdırılır, həm də, onun yağılıb nəşr 
olunması  qayğısına  qalanların  sayı  artırdı.  Bu  materiallar  oxucular  tərəfindən 

 
155 
maraqla  qarşılanır,  onların  redaksiyaya  göndərdikləri  folklor  nümunələri 
dərginin səhifələrini yeni məlumat və faktlarla zənginləşdirirdi.  
«Varlıq»  uzun  illər  doğma  dildən,  eləcə  də  bədii  ədbiyyatı  oxumaqdan 
məhrum  qalmış  oxucularının  səviyyə  və  tələbələrini  nəzərə  alaraq  ilk  illərdə 
sadə  və  anlaşıqlı  dildə  olan  öyrədici  yazılara  daha  çox  yer  verirdi.  Belə 
yazılarda  dilin  qrammatikası,  üslubu  haqda  məlumat  verilir,  məşhur  yazıçı  və 
şairlərin əsərlərindən, folklor nümunələrindən misallar gətirilirdi. 
Oxucular  yeni  qəbul  olunmuş  ədəbi  dil  və  islahatlar  sarıdan  çətinlik 
çəkməsin  deyə  dərginin  sonunda  ayrıca  izahlı  sözlük  verilirdi.  Sonrakı 
mərhələdə isə artıq bunlara ehtiyac duyulmadığından onun yerini öz dövrü üçün 
zəruri olan yazılar, məsələn, «Yeni çapdan çıxmış kitablar» və s. tutdu.  
İldən-ilə  püxtələşib  yetkinləşən  dərginin  onu  izləyənlərə  də  təsiri  çox 
olmuşdu. Əvvəllər gələn  məktubların əksəriyyəti farsca idisə, sonralar artıq bu 
nisbət azərbaycan türkcəsinin xeyrinə dəyişmişdi.  
Azərbaycan  xalqının  çoxəsrlik  zəngin  ədəbiyyatı  da  bütün  özəllikləri  ilə 
«Varlıq»da  çap  olunurdu.  Doktor  C.Heyətin  «Azərbaycan  ədəbiyyatı  tarixinə 
bir  baxış»  silsilə  məqalələri  bu  sahədə  uzun  illər  yeri  görünən  boşluğu 
doldurulurdu.  «Şəhriyarın,  Səhəndin,  sönməzin,  Savalanın,  H.Nitqinin  gözəl 
şerləri,  Fərzanənin  ana  dilinin  yaşaması  uğrunda  mübarizə  aparanlar  barədə 
acılı-şirinli  məqalələri,  «Varlıq»ın  ilk  nömrələrini  bəzəyirdilər»  (3,  s.  51). 
«Varlıq»da  hələ  adları  çoxlarına  məlum  olmayan  istedadlı  gənc  yazarların  da 
imzası görünməyə başlayırdı. 
İnqilabın  qələbəsindən  sonra  mühacirətdən  Vətənə  dönən  Qulamhüseyn 
Beqdeli,  Həmid  Məmmədzadə  və  Məhəmmədtağı  Zehtabi  kimi  yetkin  ziyalılar 
Vətənə qayıtdılar. Onlar Azərbaycan ədəbiyyatının tədqiqi və təbliği sahəsində 
çalışıb  çox  önəmli  işə  başladılar.  Klassik  Azərbaycan  ədəbiyyatının  bəzi 
açılmamış,  naməlum  səhifələri  bu  tədqiqatçı  alimlər  tərəfindən  araşdırılıb 
incələndikdən sonra oxuculara çatdırıldı.  
Xalqın  ədəbiyyatını  qavramaq  və  təhlil  etmək  üçün  o  xalqın  dilinin 
təşəkkülünü,  inkişafını,  üslublarının  meydana  gəlməsini  izləmək  lazımdır. 

 
156 
Azərbaycan  dilinin  dünya  dilləri  arasında  qədimdən  özünəməxsus  yer 
tutduğunu,  onun  zənginliyini  oxuculara  çatdırmaq  üçün  dərginin  səhifələrində 
dillə  bağlı  geniş  bəhslər  açıldı.  Dərgi  müxtəlif  sahələrdə  çalışan  müəlliflərin 
ana  dili  haqqında  məqalələrini  çap  etməklə  Milli  dilin  yaşayıb  qorunması 
yolunda böyük xidmət göstərdi.  
Azərbaycanın  ilk  mətbuat  orqanı  olan  «Əkinçi»nin  redaktoru  Həsən  bəy 
Zərdabi  yazırdı  ki.  Qəzet-jurnal  insanı dünya  xəbərləri  ilə  tanış  etmklə  yanaşı, 
həm  də  ona  öz  ana  dilini  öyrədir  (80,  №15,  1876).  «Varlıq»  dərgisi  də  ilk 
növbədə bu məqsədi qarşısına qoymuşdu.  
II. İnqilabın ilk illərində tədricən mətbuat azadlığına son qoyuldu. 
İctimai-siyasi şəraitin təhlili göstərdi ki, ilk illərdə xalq inqilabdan və yeni 
yaranmış  respublikadan  çox  şey  gözləyirdi.  Hakimiyyət  din  xadimlərinin  əlinə 
keçdikdən sonra ölkədəki sosial-iqtisadi problemlərin həlli unuduldu, millətlərə 
öz müqəddaratını təyin etmək hüququ verilmədi. Dini konservativlik inqilabdan 
sonra  da  iqtisadi,  ictimai-siyasi,  ədəbi-mədəni  həyatın  inkişafına  mane  olmağa 
başladı.  İranın  ictimai-siyasi  reallıqlarını  nəzərə  almadan  həyata  keçirilən  hər 
bir  tədbir  ikiqat  müqavimətlə  üzləşməli  olurdu.  Belə  kəsif,  sıxıntılı  durumda 
anna dilli mətbuat yaşatmaq mövcud şəraitdə çox çətin idi. Bunun üçün mövcud 
rejimlə  münasibətlərə  az  da  olsa  sərinlik  gətirən  yazılara  ehtiyatla  yanaşmaq 
zərurəti  yarandı.  Bu  da  daha  çox  M.Zehtabi,  Ə.Kəmali,  Ə.Daşqın  və  s.  kimi 
siyasi  əqidəli  ziyalıların  tədricən  dərgidən  uzaqlaşması  ilə  nəticələndi.  Ana 
dilində  yeganə  müntəzəm  işıq  görən  mətbuat  orqanını  yaşatmaq  üçün  belə 
mənəvi qurbanlarla yanaşı, şübhəsiz ki, maddi ziyanlar da az deyildi.  
III.  70-ci  illərdə  Azərbaycanın  hər  iki  tayı  arasında  mədəni  körpünü 
mərhum şərqşünas alimimiz Rüstəm Əliyev salmışdı. Sovet İttifaqı dağıldıqdan 
sonra  Azərbaycan-İran  arasında  sərhədlər  artıq  keçilməz  deyildi.  Gediş-gəliş 
asanlaşmışdı.  «Varlıq»ın  da  Şimalla  bağlı  mövzu  dairəsi  xeyli  genişlənmişdi. 
Quzey  Azərbaycanın  müstəqillik  qazanması  Güney  Azərbaycanın  mədəni 
həyatında  canlanma  yaradaraq  nisbi  dirçəlişə  səbəb  olmuşdu.  Təbii  ki, 
«Varlıq»da bu cür dəyişiklilər, xalqın həyatındakı ictimai hadisələri özündə əks 

 
157 
etdirirdi.  O  illərdə  dərgi  bir  növ  oxucuların  tirbunasına  çevrilmişdi.  Adətən, 
oxucular öz məktublarında onları narahat edən məsələlələrə toxunurdular. Yeni 
rejimin  şovinist  siyasəti  uşaq  və  gənclərdə  türkcə  yaranmış  ədəbiyyata  xor 
baxıb onu yad dil kimi qəbul etməyi aşılayırdı. Redaksiyaya gələn məktublarda 
bu  məsələlərə  toxunulurdu.  Təəsüf  ki,  Yeni  Konstitusiyanın  15-ci  maddəsində 
göstərilmiş İranda yaşayan bütün xalqların, o cümlədən azərbaycanlıların da dil 
və  mədəniyyətinin  yayılması,  işlənməsi,  ən  əsası  isə  ana  dilində  təhsil  almaq 
hüquqları  indiyədək  hələ  də  öz  həllini  tapmayıb.  1998-ci  ildə  başda  doktor 
Cavad  Heyət  olmaqla  64  azərbaycanlı  ziyalı  yazıçı  və  şairin  Cümhuriyyətin 
prezidenti  cənab  S.M.Xatəmi  həzrətlərinə  yazıb  göndərdikləri  məktubda  da  bu 
məsələlərə toxunulurdu (108, №108,51-59). 
90-cı  illərdən  üzü  bəri  Quzey  Azərbaycanda  baş  verən  mühüm  hadisələr 
«Varlıq»da  öz  əksini  tapırdı.  Qırmızı  ordunun  Bakıya  basqını  ilə  törədilən  20 
yanvar  faciəsi,  Qarabağ  müharibəsi,  erməni  işğalçılarının  Azərbaycan 
torpaqlarına  təcavüzü  və  onların  cinayətləri  ilə  bağlı  materiallar  dərginin  hər 
sayında  verilirdi.  Dərginin  səhifələrində  yaxın  və  uzaq  keçmişimizə  Aid  olan 
bir  çox  tarixi  sənədlərə  də  tez-tez  rast  gəlmək  olardı.  90-cı  illrdən  başlayaraq 
Quzeyli alimlərin yazıları «Varlıq»da müntəzəm görünürdü.  
Cənubi  Azərbaycanda  ictimai-siyasi,  ədəbi-mədəni  mühitin  ziddiyyətli  və 
mürəkkəb  olmasına  baxmayaraq  «Varlıq»  bu  gün  də  Azərbaycan 
mədəniyyətinin  inkişafına  öz  töhfəsini  verir,  milli  şüurun  yüksəlişində  öz 
rolunu oynamaqda davam edir.  

 
158 
Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin