59
SEVDĠYĠM
İllərilən həsrətini çəkdiyim,
Döndü əlif qəddim yaya, sevdiyim.
Neçə hicrət, bəla, cövrü cəfadan,
Heyf ömrüm getdi zaya, sevdiyim.
Eşqar deyil, mənim dərdim pünhandı,
Firqətindən eşqi
-
çeşmim rəvandı,
Malım, mülküm, cümlə canım qurbandı,
Sənin təki məhliqaya, sevdiyim.
Lütf elə aşiqə vəfa qıl, vəfa,
Ay qəmzəli yağı, gözləri şəhla,
Səni məndən hər kim qılarsa cida,
Görüm düşsün yüz bəlaya, sevdiyim.
Ağlamaqdan çeşmim qaldı ziyadan,
Bizə meyl et, kəs ülfətin riyadan,
Tanrı səni hifz eləsin bəladan,
Qail ol, sən, bu Mövlaya, sevdiyim.
Valehəm, eşqindən ey şuxu leyla,
Səni sevdim, oldum aləmə risva,
Aşiqəm, yolunda çəkmişəm cəfa,
Yarın qıyma bu cəfaya, sevdiyim.
|