Dünya gənc türk yazarlar bġRLĠYĠ (dgtyb)



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə39/125
tarix30.12.2021
ölçüsü1,01 Mb.
#22269
1   ...   35   36   37   38   39   40   41   42   ...   125
 
 
Seçmə aşıq şeirləri 
 
62 
AĞ AġIQ  
(AĢıq Allahverdi – 1754 - 1860) 
 
SƏNĠN 
 
Alçaqlı, ucalı dağlar, 
Xub əsir yellərin sənin. 
Bəlli deyil yayın, qışın, 
Qar qucar bellərin sənin. 
 
Yay olanda gülün qaynar, 
Ağır ellər səndə yaylar. 
Bir cüt yaşılbaş oynar, 
Bulanır göllərin sənin. 
 
Güllərin solğun olmasın, 
Süsən-sünbülün solmasın. 
Yad yerdən ovçu gəlməsin, 
Bağlansın yolların sənin. 
 
Allahverdi, budur yurdun, 
Nə bir yerdə məskən qurdun. 
Xub gözləyib, dürüst vurdun, 
Qurusun qolların sənin... 
 
 


 
 
63 
 
 
 
 
***  
 
Cəsədim möhnətə, narə qalandı 
Yandırıb döndərib küllərə məni. 
Dərdim dərya kimi coşub bulanır 
Qərq edir ümmana, sellərə məni. 
 
Əyibdi işimi qəzavü qədər, 
Dolandım dünyanı tamam sərasər, 
Gedər bu dərdi-qəm mənlə bərabər 
Axıdar çaylara, göllərə məni. 
 
Ağ Aşıq həsrətdi biçarə yarə, 
Görəsən olarmı dərdimə çarə? 
Müddətdir düşmüşəm qürbət diyarə 
Fələk saldı qərib ellərə məni. 



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin