Seçmə aşıq şeirləri
72
GÖRMƏDĠM
Viranə bağlara mən
oldum bağban,
Almasın, heyvasın, narın görmədim.
Bivəfa sözündən çox cəfa çəkdim,
Bəslədim budağın, barın görmədim.
Vəfasız fələkdə etibar olmaz,
Ağlayan
kimsədə kiridar olmaz,
Hər sevən kimsədə düz ilqar olmaz,
Çoxu çox danışdı, karın görmədim.
Alıyam, mətləbim veribdi xudam,
Bütün ölkələrə yayılıb sədam.
Hərcayı gözəli məhv
olsun tamam,
Namusun, qeyrətin, arın görmədim.