Seçmə aşıq şeirləri
70
KÖNÜL
Bahar fəsli, yaz ayları gələndə,
Uca sərt dağlardan qar istər könül.
Gozəllər sallanıb sıra vuranda
Xəstəyəm, onlardan nar istər könül.
Bu
dunyada mərdimazar çox olub,
Mərd
iyidin gözü, könlü tox olub.
Qonşu yox istəyən özü yox olub,
Onunçün elləri var istər könül.
Mən gələli xeyli qəddin ucalıb,
Sənin dərdin məni çöllərə salıb,
Fikr etmə ki, Aşıq Alı qocalıb,
Gen tuman, çəpgəni dar istər könül.