109
XOġ XƏBƏRDĠMĠ
Ağrın alım, namə, söylə eşidim,
Bizə gətirdiyin xoş xəbərdimi?
Ağ nazik əllərlə,
incə barmaqla,
Səni yazan görüm o dilbərdimi?
Görünmür çoxdandı, halım pərişan,
Bu qədər cəfaya dözərmi insan?!
Söylə, açıq söylə,
sevdiyim canan
Mənim bu dərdimdən xəbərdardımı?
Nə vaxtdı gözlərəm
sənin yolunu,
Gəl, sevindir Mirzə kimi qulunu.
Gizlətmə yarımın xoş əhvalını,
Yoxsa gətirdiyin dərdi sərdimi?