111
QARAÇÖPLÜ AġIQ MUSA
(1885-1965)
OLMASA
İgidin saçı ağarmaz,
Gər, yarı
nadan olmasa,
Kimsə baş əyməz fələyə,
Qəm suyu dadan olmasa.
Bürcü hasarlar sökülər,
Qatlanmaz qollar bükülər.
Gündə yüz yol
qan tökülər,
Acı söz udan olmasa.
Musa eldən aralanmaz,
Mərddir, qəlbi qaralanmaz.
Yüz ox dəysə yaralanmaz,
Xatası dostdan olmasa.