Seçmə aşıq şeirləri
114
DAĞLAR
Sənə on
dördünnən bəri,
Səni görmür gözüm,
dağlar
Gedib köysündə yaylayır,
Mənim oğlum-qızım, dağlar.
Ağır ellər tökülərdi,
Alaçıqlar tikilərdi,
Sürülərin çəkilərdi,
Yola düzüm-düzüm, dağlar.
Hanı sənin o çağların,
Gəzməli solu-sağların,
Sahibsizdi bulaqların,
Hanı gəlnim-qızım, dağlar?
Qışda bir
böyük qalasan,
Yayda açan gül-lalasan.
Yəqin behiştdən əlasan,
Söyləmən nə lazım, dağlar?
Çox gəzmişəm
bu cahanda,
Görmüşəm yaxşı-yaman da.
Musa yayda çalışanda,
Könlü istər buzun, dağlar.