Seçmə aşıq şeirləri
152
GÖZLƏRĠM
Səbrim tükənibdi səbr eləməkdən,
Yoruldu baxmaqdan yola gözlərim.
Bir səni arayır, bir də gəncliyi,
Boylandıqca sağa, sola gözlərim.
Əzəldən olmusan əhdə ilqarsız,
Məhəbbəti soyuq, eşqi baharsız,
Biz belə demədik, ay etibarsız,
Necə qıydın qanla dola gözlərim.
Könlümü vermədim özgə birinə,
Dünya sərvətinə, simü-zərinə,
Əgər mən olsaydım sənin yerinə,
İstəsən deyərdim: “ala gözlərim”.
Nə ulduz deyilsən, nə də ay, günəş,
Nədənsə görəndə eyləyirəm qəşş!
Dodağımda alov, qəlbimdə atəş,
Çəkib bəla üstən bəla gözlərim.
Azaflı əhdini başa yetirdi,
Hicran gəncliyini aldı, itirdi,
Şöləsi qaraldı, sarı gətirdi,
Sənə həsrət qala-qala gözlərim.
|