Seçmə aşıq şeirləri
150
MĠKAYIL AZAFLI
(1924-1990)
OLMAYA
Aman dostlar, bu dünyada,
İnsan ömrü az olmaya.
Nə ayrılıq,
nə də zindan,
Tərsə dönən yaz olmaya.
Adamlıq döy* duymamazlıq,
Qəm-hicrana uymamazlıq,
İgidlərdə saymamazlıq,
Gözəllərdə naz olmaya.
Ola dostun sədaqəti,
Azaflıya məhəbbəti,
İstəmirəm o cənnəti,
Orda söhbət, saz olmaya.
* döy - deyil
151
QURBAN OLUM
Harda varsa insanlığın,
Kamalına qurban olum.
Ahal qanan cavanlığın,
Xəyalına qurban olum.
Harda varsa etibarın,
Təmiz eşqin, namus, arın,
Vəfası düz olan yarın,
Halalına qurban olum.
Harda varsa qananların,
Aşiqiyəm o canların.
Vətən üçün yananların,
Məlalına qurban olum.
Harda varsa haqq-divanın,
Adamlığı düz qananın,
Yaranmışı yaradanın,
Cəlalına qurban olum.
Harda varsa haqqa hörmət,
Odur mürvət, odur qiymət,
Azaflıyam
səmimiyyət
amalına qurban olum.
|