Dünya gənc türk yazarlar bġRLĠYĠ (dgtyb)



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə93/125
tarix30.12.2021
ölçüsü1,01 Mb.
#22269
1   ...   89   90   91   92   93   94   95   96   ...   125
 
 
Seçmə aşıq şeirləri 
 
148 
BORSUNLU MƏZAHĠR DAġQIN  
 
(1908 - 1979) 
 
QALDI 
 
O gün ki, ayrıldım ana vətəndən, 
Yarımın bağbansız bağları qaldı. 
Alagöz çiçəkli, tər bənövşəli 
Sevgi bostanının tağları qaldı. 
 
Köç başlandı, karvan yola düzüldü, 
Şəhla gözdən qanlı yaşlar süzüldü. 
Haray, ellər, əlim yardan üzüldü, 
Sinəmdə hicranın dağları qaldı. 
 
Yaz kağıza, söylədikcə 
   qələm 
      mən, 
Dərdim çoxdur, gərək sənlə böləm mən, 
Müşkül olar innən belə güləm mən, 
Sevib-sevilmənin çağları qaldı. 
 
Çal, aşıq, dinlənsin sazın telləri, 
Aparsın naləsin Qərbin yelləri. 
Səfalı Qafqazın gözəl elləri, 
Sərin yaylaqları, dağları qaldı. 
 
Könül deyir: Daşqın, harayla yarı, 
Həsrətəm, ölməmiş bir görüm barı. 
Baxmaqdan gözlərim Vətənə sarı, 
Qarası əriyib, ağları qaldı... 

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin