Dünya: iradə və təsəvvür kimi


§ 59   İndi,  ən  ümumi  düşüncələrin  və  insan  həyatının  birinci,  əsas  və  elementar  cizgilərinin



Yüklə 6,14 Mb.
Pdf görüntüsü
səhifə30/57
tarix01.01.2017
ölçüsü6,14 Mb.
#4243
1   ...   26   27   28   29   30   31   32   33   ...   57
§ 59 

 İndi,  ən  ümumi  düşüncələrin  və  insan  həyatının  birinci,  əsas  və  elementar  cizgilərinin 

tədqiqatının bizi inandırdığı zaman ki, o, artıq öz xarakterinə görə həqiqi xoşbəxtlik bəxş etməyə 

qabil deyil, mahiyyəti etibarı ilə çoxcurətli əzab və başdan-başa müsibətdir – indi biz xeyli daha 

canlı  olaraq bu  inama nüfuz  edə  bilərdik,  əgər, biz  daha  artıq dərəcədə müəyyən  olan  hallara 

müraciət  edərək,  a  posteriori    yanaşma  mövqeyində  dursaydıq,  onda  biz  müəyyən  rəsmləri 

fantaziya qarşısına gətirmiş olardıq və nümunələrdə onların dərdini təsvir edərdik ki, biz haraya 

baxırıqsa  baxaq  və  onları  hansı  münasibətdə  öyrəniriksə  öyrənək,  bunu  bizə  təcrübə  və  tarix 

təqdim edir. Amma belə bir fəsil sona malik olmazdı və bizi fəlsəfəyə xas olan ümumi nöqteyi-

nəzərdən  qoparıb  ayırardı.  Bundan  savayı,  oxşar  təsviri  yalnız  insan  bədbəxtliyi  haqqında 

deklamasiyalardan  biri  kimi  qəbul  etmək  mümkün  olardı,  belə  deklamasiyalar  artıq  dəfələrlə 

səslənmişdir  və  bu  təsviri  birtərəflilikdə  də  günahlandırmaq  olardı,  –  onda  ki,  o,  ayrıca 

faktlardan  çıxış  edir.  Bizim  əzabların  qaçılmaz  olması  barədə  soyuq  və  fəlsəfi,  ümumidən  çıxış 

edən  və  a  priori  olaraq  qurulan  sübutumuz  belə  bir  məzəmmətdən  və  şübhədən  xalidir,  – 

əzablar həyatın öz uzun mahiyyətinə köklənir. Bu həqiqətin a posteriori olaraq təsdiqini isə hər 

yerdə tapmaq asandır. İlk gənclik xülyalarından ayılan, öz şəxsi təcrübəsinə və özgə təcrübəsinin 

məğzinə  varmış, həyata diqqət  yetirmiş, ötən  zamanların və  öz  əsrinin  tarixinə dönüb baxmış, 

nəhayət,  böyük  şairlərin  əsərlərini  öyrənmiş  hər  hansı  bir  kəs,  –  əgər  onun  mühakimələrini 

hansısa yöndəmsiz bir mövhumat, xürafat təhrif etməmişsə, o, şübhəsiz etiraf etməlidir ki, bizim 

insan dünyası daxilində hər bir şeydə, həm böyük, həm də kiçik şeylərdə amansızcasına hökm 

edən  təsadüflər  və  yanılmalar  məmləkətidir,  səfehlik,  bədlik,  kin-kidurət  və  onlarla  bir  sırada 

qırmanc oynadırlar. Nəticədə  yaxşı olan hər şey özünə çətinliklə yol açır, nəcib və müdrik olan 

özünü çox nadir hallarda biruzə verir və  nadir hallarda özünə təsir hədəfinə diqqət kəsilənləri 

tapır,  halbuki  fikir  sferasında  cəfəng  və  əcaib  olanlar,  incəsənət  sferasında  səthi  və  zövqsüz 

olanlar,  əməllər  sferasında  bəd,  yaman  və  məkrli  olanlar  həqiqi  hökmranlığı  keçirirlər,  bu 

hökmranlıq  isə  yalnız  nadir  hallarda  və  az  müddətə  ara  verib,  kəsilir.  Əksinə,  hər  bir  sahədəki 

görkəmli adamlar - yalnız istisnadır, milyonda yalnız bir olan təsadüfdür və buna görə də, əgər 

onlar  uzunmüddətli  yaradıcılıqda  ifadə  olunmuşsa,  onda  bu  sonuncunu,  öz  müasirlərinin 

nifrətini keçmişdə qoyaraq, yalqız dayanır və burada hökm sürən nizamdan fərqli nizamı olan bir 

dünyadan bizim dünyaya düşən meteor kimi qoruyub saxlayırlar.  

O  ki,  qaldı  ayrıca  şəxsiyyətin  həyatına,  onda  qeyd  etmək  lazım  gəlir  ki,  hər  bir  həyatın 

tarixi  –  əzablar  tarixidir,  zira  hər  bir  kəsin  həyat  yolu  adətən,  bir  qayda  olaraq  -  iri  və  xırda 

müsibətlərin tam sırasbir olur. Doğrudur, bizlərdən hər hansı birimiz, mümkün olduqca, onları 

gizlədirik,  bilirik  ki,  başqaları  bizə  nadir  hallarda  şəfqət  və  mərhəmətlə  yanaşacaqlar,  əksinə, 

başqaları  demək  olar  ki,  həmişə  özlərindən  verilmiş  anda  yan  keçmiş  və  müsibətlər  barədə 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

466 


 

fikirdən  həzz  alırlar;  amma,  yəqin  ki,  heç  bir  insan  öz  həyatının  sonunda  heç  bir  vaxt  onu  bir 

daha yaşamağı  arzu etməz, əgər o, zəkalı və səmimidirsə; o, xeyli dərəcədə daha böyük həvəslə 

tam  yoxluğu,  olmamağı  "Hamlet"də  bütün  dünyada  məşhur  olan  monoloqun  məzmunu 

mahiyyəti  etibarı  aşağıdakılardan  ibarətdir:  bizim  vəziyyətimiz  o  qədər  acınacaqlıdır  ki, 

qətiyyətlə tam yoxluqdan üstün tutmaq lazım gələrdi; və əgər intihar həqiqətən də onu bizə  də 

vəd  etsəydi,  bu  halda  qarşımızda  sözün  tam  mənasında  "olum,  ya  ölüm"  alternativi  dayanmış 

olardı,  onda    arzu  olunan  sonluğun  ən  yüksək  dərəcəsi  (a  consummation  devoutly  to  be 



wish'd

cxlvii


) kimi şərtsiz olaraq onu seçmək lazım gələrdi; amma hansısa səs bizə deyir ki, bu, belə 

deyildir, bu, hələ ki son deyildir, ölüm mütləq mənada məhvolma deyildir. Tarixin atası

*cxlviii

 da 


buna oxşar nəsə demişdi (və o, bu baxımdan o zamandan bəri çətin ki təkzib olunmuş olsun): 

hələ  ki,  belə  bir  insan  olmamışdır  ki,  növbəti  günə  çatıncaya  qədər  yaşamağı  arzu  etməmiş 

olsun,  –  özü  də  dəfələrlə.  Elə  buna  görə  də,  barəsində  bu  qədər  tez-tez  ağı  deyilən,  ah-nalə 

edilən fanilik, tezötənlik ola bilsin ki, həyatda olan ən yaxşı şeydir. 

Nəhayət, əgər bütün həyatımızın hər zaman məruz qaldığı dəhşətli əzablar və sarsıntılar 

bizlərdən hər birimizə əyani olaraq göstərilsə, onda lərzə, həyəcan bizi öz qoynuna almış olar, və 

əgər  ən  islah  edilmiş  optimisti  xəstəxanalar,  lazaretlər  və  insanların  cərrahi  işgəncələrə  məruz 

qoyulduğu  kameralar,  həbsxanalar,  zindanlar,  qul  yataqları,  cəza  evləri,  döyüş  meydanları  və  

edam    yerləri  boyunca  gəzdirsələr,  əgər  yoxsulluğun  yad  soyuq  maraqdan  gizlənən  bütün 

qaranlıq  tərəflərini  onun  qarşısında  açsalar  və  əgər  bütün  bunlardan  sonra  ona  Uqolino  aclıq 

qülləsinə

cxlix


 nəzər  salmağa  imkan  versələr,  onda  o,  son  nəticədə  yəqin  ki,  başa  düşərdi  ki,  bu 

meilleur  des  mondes  possibles  (mümkün  olan  dünyaların  ən  yaxşısı

cl

)  nə  olan  şeydir.  Birdəki 



özünün "Cəhənnəm"i üçün materialı Dante bizim gerçək dünyadan qeyri haradan götürmüşdür? 

Və bununla belə, olduqca əla cəhənnəm alınmışdır. Onun qarşısında göylər (cənnəti) və ondakı 

bəxtiyarlığı  təsvir  etmək  vəzifəsi  meydana  çıxdığı  zaman  isə,  əksinə  olaraq,  o,  dəfedilməz 

çətinliklə üzləşmiş oldu, – məhz ona görə ki, bizim dünya buna bənzər heç bir şey üçün material 

vermir. Elə buna görə də, Danteyə behişt həzzlərinin təsviri əvəzinə ona onun ulu əcdadından,

cli


 

Beatriçedən və müxtəlif ovliyalardan bir irs olaraq gəlib çatan öyüd-nəsihətləri bizim qarşımızda 

təzədən  təkrarlamaqdan  başqa  heç  nə  qalmamışdır.  Bu,  kifayət  qədər  göstərir  ki,  bizim 

dünyamız  necədir.  Əlbəttə  ki,  insan  həyatında,  eləcə  də  hər  hansı  bir  zay  malda  Ön,üz  tərəf 

saxta  parıltı  ilə  örtülmüşdür:  nöqsanlar  həmişə  gizlədilir,  bizim  hər  birimizin  nail  ola  biləcək 

parlaq  və  dəbdəbəli  olan  bütün  hər  şeyi  isə  göz  qabağına  çıxarırıq.  Və  hər  bir  kəsdə  daxili 

məmnunluq nə qədər azdırsa, o, başqalarının gözündə daha çox dərəcədə bəxtəvər görünmək 

istəyir:  beləliklə,  səfehlik  getdikcə  daha  uzağa  gedir  və  başqalarının  fikri  hər  bir  kəs  üçün 

meyllərin əsas məqsədinə çevrilir, baxmayaraq ki, onun tam mənasızlığı artıq ondan görünür ki, 

fanilik,bihudəlik  vanitas  demək  olar  ki,  bütün  dillərdə  ilkin  olaraq  boşluq  və  heçlik  mənasını 

verir.  

Amma bütün bu parıltıya baxmayaraq, həyat müsibətləri asanlıqla elə bir dərəcəyə çata 

bilər  (və  bu,  hər  gün  olur)  ki,  insanlar,  ümumiyyətlə,  hər  bir  şeydən  daha  çox  qorxduqları 

ölümdən  acgözlüklə  yapışırlar.  Amma  tale  öz  məkrliliyini  göstərmək  istədiyində  o,  əzabkeş 

qarşısında hətta bu sığınacağı da bağlaya bilər və o, qəzəbli düşmənlərin əlində qalmış olur ki, 

                                                           

*

 Herodot, VII, 46. 28.  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

467 


 

onlar da onu sərt və yavaş-yavaş davam edən işgəncələrə məruz qoyurlar,  və  onun  üçün  xilas 

olmur.  Əbəs  yerə  əzabkeş  kömək  üçün  öz  tanrılarına  üz  tutur:  o,  amansızcasına  öz  taleyinə 

qurban  verilmişdir.  Amma  bu  amansızlıq  yalnız  onun  dəfedilməz  iradəsinin  inikası,  əksidir,  bu 

iradənin təcəssümü olaraq isə onun şəxsiyyəti çıxış edir. Və bu iradəni hər hansı bir xarici qüvvə 

dəyişdirə  və  ya  məhv  edə bilmədiyi  kimi,  eləcə də hər  hansı  bir  yad hakimiyyət  onu həyatdan 

doğan  əzablardan  azad  edə  bilməz,  həyatın  özü  bu  iradənin  təzahürüdür.  İnsan  hər  hansı  bir 

işdə olduğu kimi, ən əsas məsələdə də əbədən öz-özünün ixtiyarına verilmişdir. O, nahaq yerə 

özü üçün tanrılar yaradır, dualar və yalvarışlarla onlardan o şey dilənir ki, bunu onun öz məxsusi 

iradəsi  də  edə  bilər.  Əgər  Əhdi-ətiq  dünyanı  və  insanı  Tanrının  yaratdığı

 

kimi  tanıyırsa,  onda 



Əhdi- cədid özünün xilas və bu dünyanın müsibətilərindən qurtulmayır,  bu dünyanın özündən 

gəlməli,  əldə  olunması  barədə  təlimi  üçün  bu  Tanrını  insana  çevirməyə  məcbur  olmuşdu. 

İnsanın iradəsi odur və o olacaqdır ki, onun üçün bütün hər bir şey  ondan asılıdır. Saniasilər

clii


cəfakeşlər, bütün dini etiqadların və məzhəblərin müqəddəsləri hər cür  əzablara könüllü olaraq 

və  həvəslə  dözüb  səbr  etmirlər,  zira  həyat  iradəsi  bu  insanlarda  özünü  sədd  etmişdir  və  buna 

görə də, hətta onun təzahürünün astaca dağıdılması belə onlar üçün fərəhli idi. Amma mən öz 

izahımda  qabağa  qaçmayacağam.  Özü  də,  burada  o  bəyanatdan  özümü  saxlaya  bilmərəm  ki, 

optimizm,  əgər  yalnız  o,  yastı  alınlarının  arxasında  sözdən  savayı  heç  nə  olmayan  kəslərin 

mənasız söz ishalı deyildirsə, onda o, mənə sadəcə olaraq  cəfəng kimi deyil, həm də, doğrudan 

da, vicdansız olan bir baxış kimi, bəşəriyyətin ifadəyə gəlməyən əzabları üzərində acı bir istehza 

kimi  görünür.  Və  qoy  düşünməsinlər  ki,  guya  xristian  dini  təlimi  optimizmə  yol  açır:  əksinə, 

İncildə dünya və şər demək olar ki, sinonimlər kimi işlədilir

*



 



§ 60 

İndi,  bizim  məqsədimiz  üçün  qaçılmaz  olan  iki  məsələnin  -  özündə  iradə  azadlığı  onun 

təzahürünün  zəruriliyi  haqqında  məsələnin  və    onun  mahiyyətini  əks  etdirən,  dərk  olunması 

onun  özünütəsdiqi  və  ya  özünüinkarı  üçün  əsas  kimi  çıxış  etməli  olan  dünyada  onun  iştirakı 

barədə məsələnin - epizodik olaraq nəzərdən keçirilməsi ilə qurtararaq, – indi biz bu təsdiqin və 

inkarın özünü daha tam bir şəkildə izah edə bilərik. Yuxarıda biz onlar barəsində yalnız ümumi 

cizgilərdə  xatırlatmışdıq,  indi  isə  o  davranış  növlərinin  daxili  mənasını  nəzərdən  keçirək  ki, 

iradənin təsdiqi və inkarı yalnız onlarda ifadə olunur. 

İradənin  təsdiqi  –  daimi,  nizamı  heç  bir  idrakla  pozulmayan  istəyin  özüdür,  –  belə  bir 

istək ümumiyyətlə insanların həyatını doldurur. Nəzərə alaraq ki, artıq insanın bədəni iradənin 

verilmiş pillədə və verilmiş fərddə təzahür olunduğu  obyektliyidir, onda onun zaman daxilində 

inkişaf  edən  istəyi  bir  növ  bədənin  parafrazı,  bütövün  və  onun  hissələrinin  mənasının 

aydınlaşdırılması,  elə  həmin  özündə  şeyin  başqa  ifadə  üsulu  kimi  çıxış  edir,  özündə  şeyin 

təzahürü  isə  artıq  elə  bədənin  özüdür.  Elə  buna  görə  də,  "iradənin  təsdiqi",  bərqərar  olması 

əvəzinə  biz  "bədənin  təsdiqi"ndən,  bərqərar  olmasından  da  danışa  bilərdik.  Bütün  müxtəlif 

iradə  aktlarının  əsas  məzmunu  –  sağlam  vəziyyətdə  bədənin  mövcudluğundan  ayrılmaz  olan, 

                                                           

*

 II cildin 46-cı fəsli buraya aiddir. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

468 


 

artıq onda ifadə olunan və fərdin saxlanılmasına və nəslin davam etdirilməsinə gətirilib çıxarıla 

bilən tələbatların ödənilməsidir. Amma bunun vasitəsilə ən müxtəlif motivlər dolayı yolla iradə 

üzərində hakimiyyət əldə edirlər və ən müxtəlif iradə aktlarını doğururlar. Bu aktlardan hər biri 

burada  ümumiyyətlə  təzahür  olunan  iradənin  yalnız  əyarı  nümunəsi  kimi  çıxış  edir:  bu  əyarın 

hansı növdən olması, hansı formaya malik olması və motivin ona hansı formanı verməsi mühüm 

deyildir,  burada  məsələ  yalnız  nə  istənildiyindən  və  bu  istəyin  qüvvəsinin  dərəcəsindən 

ibarətdir,  gözün  öz  görmə  qüvvəsini  yalnız  işıqda  aşkara  çıxarması  kimi  iradə  yalnız  motivlər 

olduqda üzə çıxa bilər. Motiv, ümumiyyətlə, iradə qarşısında çox surətli Protey kimi dayanır: o, 

həmişə  tam  ödənilmə,  iradə  yanğısını  yatıracağını  vəd  edir,  amma  yalnız  elə  həyata  keçirilən 

kimi  dərhal  başqa  bir    formanı  qəbul  edir  və  onun  daxilində  yenə  də  iradəni  oyadır  –  həmişə 

onun qüvvəsinin dərəcəsinə və onun idraka münasibətinə uyğun olaraq, özü də bu dərəcə və bu 

münasibət məhz belə əyar və nümunələr vasitəsilə empirik xarakter kimi aşkara çıxır.  

Şüurun  gəlişi  ilə  insan  dərhal  özünü  iradəli  kimi  görür  və  onun  idrakı  adətən  həmişəlık 

onun  iradəsi  ilə  qarşılıqlı  münasibətdə  olur.  O,  öncə  öz  istəyininn  obyektlərini,  sonradan  isə 

onlara  nail  olma  vasitələrini  mükəmməl  bir  tərzdə  dərk  etməyə  çalışır.  Bundan  sonra  o,  artıq 

bilir ki,  nə etməlidır və adətən başqa bir biliyə can atmır. O, fəaliyyət  göstərir və nail olur, onun 

öz istəyinin həyata keçməsi məqsədi ilə daimi olaraq səy göstərməsi şüuru isə ona dəstək olur 

və  ruhlandırır;  onun  fikirləri  vasitələrin  seçiminə  yönəlmişdir.  Demək  olar  ki,  bütün  insanların 

həyatı  belədir:  onlar  istəyirlər,  nə  istədiklərini  bilirlər,  buna  o  dərəcədə  uğurla  can  atırlar  ki, 

məyusluğa  düçar  olmasınlar  və  o  dərəcədə  uğursuzluqla  can  atırlar  ki,  darıxmaqdan  və  onun 

nəticələrindən  xilas  olsunlar.  Bu,  onlarda  müəyyən  bir  gümrahlıq  və  ya  ən  azı,  müəyyən  bir 

sakitlik  doğurur,  burada  zənginlik  və  ya  yoxsulluq,  əslində  heç  nəyi  dəyişmir:  axı  həm  zəngin, 

həm də yoxsul malik olduqları şeydən həzz almır ( göstərdiyim kimi, bu, yalnız mənfi təsir edir), 

ondan həzz alır ki, buna onlar öz öz canatmalarının ən uca məqsədi kimi nail olacaqlarına ümid 

edirlər.  Onlar  irəliyə  doğru  böyük  ciddiliklə  və  hətta  sifətin  təntənəli  ifadəsi  ilə  can  atırlar: 

uşaqlar da oynayarkən özlərini belə aparırlar. Belə həyat yalnız istisna olaraq onunla pozulur ki, 

iradəyə  xidmətdən  azad  olan  və  ümumiyyətlə,  dünyanın  mahiyyətinə  yönəmli  olan  idrak  ya 

seyranəliyin  estetik  tələbini,  ya  da  nəfsini  saxlama  barədə  etik  çağırış  irəli  sürür.  İnsanların 

əksəriyyətini  bütün  həyatları  boyu  ehtiyac  dabanbasma  qovur,  özünə  gəlməyə  onlara  macal 

vermir. Digər tərəfdən, iradə bir çox hallarda o dərəcəyə qədər qızışır, gurlaışır ki, bu, bədənin 

təsdiqi üçün  həddindən artıq çox olar və cöşqun affektlərdə və qüdrətli ehtiraslarda üzə çıxır; 

fərd o zaman yalnız öz varlığını bərqərar, təsdiq etmir, həm də başqalarının varlığını inkar edir, 

başqalarının varlığı onun yolunda dayandığı yerdə onu basıb əzməyə çalışır. 

Bədənin  onun  öz  məxsusi  qüvvələri    tərəfindən  dəstəklənməsi,  canlanması  –  iradənin 

təsdiqinin  olduqca  cüzi  olan  dərəcəsidir,  və  əgər  insanlar  bununla  könüllü  olaraq 

məhdudlaşsaydılar, onda biz güman edə bilərdik ki, bu bədənin ölümü ilə onda təzahür olunan 

iradə  də  sönür.  Amma  artıq  cinsi  həvəsin  ödənilməsi  öz  məxsusi,  qısa  zaman  aralığını  tutan 

mövcudluğunun  bərqərar,  təsdiq  edilməsi  hədləri  xaricinə  çıxır,  və  həyatı  fərdin  ölümündən 

sonra da qeyri-müəyyən müddətli gələcək üçün təsdiq edir. Həmişə doğruçu və ardıcıl, burada 

isə hətta sadəlövh olan təbiət cinsi aktın daxili mənasını bizə tamamilə açıq bir şəkildə göstərir. 

Bizim öz məxsusi şüurumuz və cinsi meylin gücü bizi öyrədirlər ki, bu aktda tamamilə xalis bir 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

469 


 

şəkildə və hansısa qatışıq olmadan (məsələn, yad fərdlərin inkarı olmadan) həyat iradəsinin ən 

qəti  təsdiqi  ifadə  olunur  və  budur  zaman  daxilində  və  səbəbiyyət  sırasında,  yəni  təbiətdə  bu 

aktın nəticəsi olaraq yeni bir həyat meydana çıxır: doğanın qarşısında doğulan boy atır, doğulan 

təzahür etibarı ilə doğandan fərqlidir, amma özlüyündə, ideyada onunla eynidir. Elə buna görə 

də  məhz  bu  akt  vasitəsilə  həyatda  olanların,  yaşayanların  nəsilləri  bir  bütövün  daxilində 

bağlanirlar  və  bir bütöv olaraq da  əbədi  yaşayırlar.  Doğuluş  doğana  münasibətdə  onun  həyati 

iradəsinin qətiyyətli təsdiqinin yalnız ifadəsi, simptomudur; doğulana münasibətdə isə qətiyyən, 

əsla onda təzahür olunan iradənin əsası deyildir (belə ki özündə iradə nə əsası, nə də nəticəni 

tanıyır),  hər  hansı  bir  səbəbə  kimi  o,  yalnız  iradənin  bu  zamandakı,  bu  yerdəki  təzahürünün 

təsadüfi  səbəbidir.  Özündə  şey  olaraq  doğanın  iradəsi  və  doğulanın  iradəsi  öz  aralarında 

fərqlənmirlər, zira özündə şey deyil, yalnız hadisə, təzahür principio individuationis-ə tabedir. Öz 

məxsusi bədəninin sərhədləri xaricinə həyatın bərqərar olması, təsdiqi ilə birgə və yeni bədənin 

meydana çıxmasına qədər həyat hadisəsinin şərikləri kimi, həmçinin əzab və ölüm də yenidən 

təsdiq  olunur  və  günahların  idrakın  ən  mükəmməl  qabiliyyəti  ilə  yaradılan  yuyulma  imkanı bu 

dəfə bəhrəsiz qalır. Cinsi aktdan utanmanın dərin əsası da elə buradadır. 

 Bu  baxış  mifik  olaraq  xristian  dini  təliminin  o  ehkamı  ilə  təqdim  olunmuşdur  ki,  ona 

uyğun  olaraq,  bizim  hamımız  Adəmin  günahına  şərikik  (bu,  yəqin  ki,  yalnız  cinsi  instinktin 

ödənilməsidir) və əzabı da,  ölümü də ondan  dolayı haqq etmişik. Adı çəkilən dini təlim burada 

əsas qanununa görə təfəkkürün sərhədləri xaricinə çıxır və o insanın ideyasını dərk edir ki, onun 

vahidliyi  onun  saysız-hesabsız  fərdlərə  parçalanmasından  uşaqdoğmanın  əlaqələndirici  bağları 

ilə  bərpa  olunur.  Bunun  nəticəsində  xristianlıqda  hər  bir  fərd,  bir  tərəfdən,  Adəmlə,  həyatın 

təsdiqinin nümayəndəsi ilə və bu cəhətdən günaha (əzəli günaha) batmış, əzaba və ölümə düçar 

olanla tamamilə eyni olan kimi qəbul edilir; digər tərəfdənsə, ideyanın dərk olunması sayəsində 

xristianlıq  hər  bir  fərdə  Xilaskarla,  həyat  iradəsinin  inkarının  nümayəndəsi  ilə  və  bu  cəhətdən 

onun  özünü  qurban  verməsinə  şərik  olanla,  günahı  onun  şücaəti  ilə  yuyulanla  və  günahın  və 

ölümün, yəni bu dünyanın buxovlarından xilas olanla tamamilə eyni olan kimi görürr (Roma. 5, 

12-21).  

Bizim  həyat  iradəmizin  fərdi  mövcudluğun  sərhədləri  xaricində  təsdiqi,  həyat  insanının 

kölələşməsinin başa çatması anı kimi və ya həyata yeniləşən abunə yazılma kimi cinsi ödənilmə 

barədə  fikrimizin  başqa  bir  mifik  ifadəsi,  –  Prozerpina  barəsində  yunan  mifidir:o,hələ  ki,  onun 

meyvələrini  dadmamışdı  yeraltı  dünyadan  qayıtmaq  onun  üçün  hələ  də  mümkün  idi,  amma, 

narın dadını bildikdə isə o, tam məhkumiyyətə düçar oldu. Bu mifin Hötedə müqayisə olunmaz 

dərəcədə  füsunkarlıqla  verilməsi  zamanı  onun  mənası  çox  aydın  görünür,  xüsusən  o  zaman  ki 

narın dadılmasından dərhal sonra, qəflətən Parokun

cliii


 gözlə görünə bilməyən xoru səslənir: 

O, sən bizimsən!  

                            Yeməsəydin, qayıdardın 

Amma narı yeyib, sən bizimki oldun!

cliv

 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

470 


 

Səciyyəvidir  ki,  Kliment  Aleksandriyalı  (Strom.  Ill,  s.  15)  bu  fikri  elə  həmin  obrazın  və 

ifadənin  köməyi  ilə  verir:  ”Hər  cür  günah  sarıdan  göy  səltənəti  (axirət)  xatirinə  özlərini 

axtalayanlar, dünyanın oruc tutanları, pəhriz gözləyənləri necə də bəxtiyardılar”.  

Həyatın  dönməz  və  ən  qüdrətli  təsdiqi  olaraq  bərqərar  olmuş  cinsi  şövq  onda  təzahür 

olunur ki, təbiətə yaxın olan insan üçün, eləcə də heyvan üçün o, son məqsəd, həyatın ali həddi 

dərəcəsi  kimi  çıxış  edir.  Özünü  qoruyub  saxlama  –  insanın  ilk,  birinci  canatması,  bax,  budur, 

amma elə ki, bu qayğı ödənildi, o, yalnız nəslin davam etdirilməsinə can atır: o, xalis təbii varlıq 

olaraq  bundan  daha  böyük  olan  bir  şeyə  nail  ola  bilməz.  Bir  də  ki,  elə  daxili  mahiyyəti  həyat 

iradəsinin özü olan təbiət də özünün bütün qüdrəti ilə insanı, eləcə də heyvanı doğub-törəməyə 

sövq  edir.  Bunu  yerinə  yetirərək,  o,  fərdə  münasibətdə  öz  sərhəddinə  artıq  gəlib  çatmışdır  və 

onun  məhvinə  tamamilə  etinasızdır,  ona  görə  ki,  o,  həyat    iradəsi  kimi  yalnız  nəslin 

saxlanılmasında  maraqlıdır,  fərd  isə  onun  üçün  –  heç  nədir.  Cinsi  həvəsdə  təbiətin  daxili 

mahiyyəti,  həyat  iradəsi  hər  şeydən  daha  güclü  təzahür  olunduğuna  görə,  qədim    şair  və 

filosoflar – Hesiod və Parmenid – çox dərin mənalı bir tərzdə deyirdilər ki, Eros

clv


 – əsas qoyucu, 

ilk başlanğıcdır, bütün şeylər ondan törəmişdir (bax. Aristot. Metaph., I, 4). Ferekid belə deyirdi: 

"Zevs,  dünyanı  yaratmağı  arzu  edərək  şəhvət  şəklini  aldı"  (Proclus  ad  Plat.  Tim.,  I,  III).  Bu 

predmet  barədə  ətraflı  mühakiməni  bizə  bu  yaxınlarda  Q.F.  Şemann  vermişdir:  "De  cupidine 



cosmogonico", 1852. Və hindlilərin mayyası da bir  ilə ifadə oluna bilər: amor

clvi


Mayya – bütün 

xəyali dünya onun yaradığı və   ərişidir (məğzidir). 

Cinsi  orqanlar  bədənin  hər  hansı  digər  başqa  xarici  üzvünə  nisbətən  qətiyyən  idraka 

deyil,  xeyli  daha  çox  yalnız  iradəyə  tabedir:  burada  iradə  idrakdan  demək  olar  ki,    iradənin 

sadəcə  olaraq  qıcıqlandırıcılar  impulsu  ilə  oyadılan,  yalnız  bitki  həyatına,  yenidən  yaradılmaya 

xidmət edən orqanlarda iradə kortəbii olaraq, şüursuz təbiətdə olduğu kimi fəaliyyət göstərdiyi 

qədər müstəqildirlər. Zira doğuluş – yalnız yeni fərdə şumul edən yenidən yaradılma, sanki ikinci 

potensiyada  olan  yenidən  yaradılmadır,    ölüm  –  yalnız  ikinci  potensiyada  olan  ayrılma  olduğu 

kimi.  Bütün  bu  səbəblərdəndir  ki,  cinsi  orqanlar  iradənin  əsl  fokusudur  və  deməli  ki,  beynin, 

idrakın nümayəndəsinin əks qütbüdür, yəni dünyanın o biri tərəfinin, – təsəvvür kimi dünyanın 

nümayəndəsidir.  Onlar  –  zamanı  sonsuz  həyatla  təmin  edən  həyatverici  başlanğıclardırlar; 

yunanlar onlara bu statusda fallosda

clvii

, hindlilər isə – linqamda  sitayiş etmişlər, beləliklə, onlar 



iradənin  təsdiqinin  simvolu  olaraq  çıxış  edirlər.  İdrak  isə,  əksinə,  istəyi  rədd  etmək,  azadlıqda 

qurtuluş tapmaq, dünyanı dəf  və məhv etmək imkanını verir. 

 Artıq  bu  dördüncü  kitabın  başlanğıcında  biz  təfsilatı  ilə  göstərdik  ki,  həyat  iradəsi 

özünün  təsdiqində  özünün  ölümə  olan  münasibətinə  necə  baxmalıdır,  məhz  ölüm  üçün  iradə 

toxunulmazdır,cinsi ölüm elə həyatın özündə olan bir şeydir və ondan ayrılmazdır,  ölüm odur 

ki,onun  tarazı  olan    doğuluş  onun  tam  əksini  təşkil  edir,  fərdin  ölümünə  baxmayaraq  iradəni 

bütün zamanlar üçün həyatla təmin edir; hindlilər bunu onunla ifadə etmişlər ki, linqamı ölüm 

tanrısının, Şivanın atributu etmişlər. Biz elə orada göstərdik ki, tam şüurluluqlu həyat  iradəsinin 

qəti  təsdiqi  nöqteyi-nəzərində  dayanan  insan  ölümün  gözlərinin  içinə  necə  də  cəsarətlə  baxır. 

Elə  buna  görə  də,  burada  biz  artıq  bu  məsələyə  toxunmayacağıq.  Bunu  tam  dərk  etməyərək, 

insanların əksəriyyəti  məhz  belə bir nöqteyi-nəzərdə  dayanır  və  həyatı  inadla  təsdiq,  bərqərar 

edirlər.  Belə  bir  təsdiqin  güzgüsü  olaraq  sonsuz  zamanda  və  sonsuz  məkanda  saysız-hesabsız 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,14 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin