Dünya uşaq zorakılığına qarşı mübarizəni gücləndirməlidir



Yüklə 395,77 Kb.
səhifə2/2
tarix17.11.2022
ölçüsü395,77 Kb.
#69585
1   2
UŞAQ ZORAKILIĞI (1)

Bullinq nədən baş verir?
Şagirdlər arasında zorakılıq hadisələri həmişə məktəbin bir hissəsi olub, ancaq indi onlar daha çox gözə çarpır. Bu gün Ukraynada 10 uşaqdan 8-i bullinqin qurbanı olur. Bu hadisələrin başlanmasına təkan verən isə aşağı sinif şagirdlərinə qarşı münasibətdən qaynaqlanır, məsələn, yuxarı siniflərin şagirdləri onların əlindən mobil telefonları alırlar. 11-15 yaşlı uşaqlar arasında isə dedi-qodular, alçaldıcı zarafatlar və boykot halları geniş yayılıb.
Psixoloq Svetlana Krivtsovanın sözlərinə görə, başqalarına qarşı aqressiv, alçaldıçı davranışları həmişə bir şəxs öz nüfuzunu təsdiq etmək, əylənmək və ya hər hansı marağı naminə edir. Digər uşaqlar isə bullerin hərəkətlərini müşahidə edərək, ya onlara məhəl qoymur, ya qəzəblənir, ya da müdaxilə etməyə çalışırlar. Ancaq görəndə ki, bu cür davranışın qurbanı müqavimət göstərmir, müəllim isə onların təşəbbüsünü dəstəkləmir, onda uşaqlar acizlik hiss edir və onların əhvali-ruhiyyəsi qurbana qarşı şəfqətdən qıcıqlanmaya və laqeydliyə qədər dəyişə bilər.
Bullinqin və mobbinqin (daha az radikal təhqirlər) əsas əlamətləri bunlardır:
- Təcavüzkar və onun qurbanının güclərinin bərabərsizliyi;
- Zorakılığın təkrarlığı;
- Qurbanın kəskin emosional reaksiyası.

Səs-küylü zorakılıq hadisələri
Bullinqin ən açıq nümunələrindən biri Ukrayna məktəblərindən birində baş vermişdi. İki yeniyetmə qız həmyaşıdı olan iki qızı döyüb. Hadisəni görən digər uşaqlar münaqişəyə heç cür müdaxilə etməmiş, əksinə, qızları qarşıdurmaya həvəsləndirib və baş verənləri videoya çəkiblər. Yalnız bir təqaüdçü qoca bu hadisəni evinin pəncərəsindən görərək polis çağırıb və qızları xilas edib. 
Daha bir məktəbdə isə VII sinif şagirdləri öz yoldaşlarını döyərək videoya çəkib və internetə yerləşdiriblər. Kənardan keçənlər isə uşağa köməklik göstərməyiblər. Odessa şəhərində isə bu cür aqressiv hadisələrdən sonra 15 yaşlı oğlan ölüb. Ölüm səbəbi məktəbdə fasilə zamanı uşağın qarın nahiyəsindən aldığı travma olub.

Nə etməli?



Əgər sizin uşağınızı ələ salırlarsa, siz valideyn kimi, uşağın şikayətlərini diqqətlə dinləməli və buna ciddi yanaşmalı, qulaqardına almamalısınız. Valideynlərin dəstəyi sayəsində uşaqlar məktəbdə üzləşdikləri problemləri daha asan yaşaya bilərlər. Həmçinin məktəb müəllimlərinə müraciət etmək və onların diqqətini bu problemə yönəltmək lazımdır. Ən kritik vəziyyətdə polisləri cəlb etmək və hətta təhsil yerinin dəyişilməsi haqqında düşünməyə də dəyər.
Müəllimlərə isə öz fiziki üstünlüklərini göstərmək yox, onlarla danışmaq lazımdır. Bundan başqa, bullerlərin hiylələrini təkcə müşahidə etmək olmaz, axı ona tamaşaçılar da lazımdır ki, maksimum dərəcədə əyani davranış göstərə bilsin. Dərsdə bullerlərin hiylələrini gördükdə, diqqəti bullerlərdə cəmləşdirməklə onu tədris prosesinə cəlb etməyə çalışmağa nail olunmalıdır.
Ancaq yadda saxlamaq lazımdır ki, hətta ən xırda aqressivlik təzahürünə qarşı göz bağlamaq olmaz, çünki yalnız ümumi səyləri birləşdirməklə və vaxtında ona diqqət yönəltməklə vəziyyəti araşdırmaq olar.







Yüklə 395,77 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin