131
gəzir, qələmə alınmayıb. Kəndlərində canlı
Homerlər yaşayır. Burada aşığa "qayçı" deyirlər.
Bəlkə qayçı, hayçı sözündəndir. Qayçı elin,
Anayurdun dar günündə, şad günündə hay-
harayçısıdır. Onun yaddaşı -insan yaddaşının
sonsuzluğuna sübutdur. İnsan yaddaşına bütöv
bir kəhkəşan sığışarmış demə! Bu dastanlarda
qaranlıq və şər tanrısı Yerlik bəy var ki, çoxdan
zülmətə qarışıb. İşıq və Xeyirxahlıq timsalı
Maaday qara (bəlkə Mete) var ki, hələ də
yaşayır. Altaylının girdə üzündə, qonur gözündə,
tunc biləyində, mehr dolu ürəyində gördüm onu.
Bu dastanlarda küpəgirən qarı-Dibələk var ki,
bütün küpəgirən qarılar onun yanında arı
vızıltısıdır. Dibələk neçə-neçə yolçunu yolundan
eləyib. (Dibələk də elə küpəgirən qarıdır. İntəhası
adını orda qoyub gəlmişik).
Burda hər dağ dərə, hər çay mənə doğmadır.
Elə bil haçansa bu yerlərdə olmuşam. Burda
Dərdümar adlı açılıb-yumulan qayalar var ki,
mənə "Odisseya"dakı Ssila və Xarıbda qayalarını
xatırlatdı. Burda hər daşın, ağacın, kolun yiyəsi
var. Burda yaxşı adamlar qocalanda ölmür, göyə
çəkilib ulduz olur. Yeddi qardaş bürcü, Dan
ulduzu bu cür yaranıb deyirlər.
Burada ər igidlər dağdan-dağa, qayadan-
qayaya, çayın bu tayından o tayına atıla bilərmiş
deyirlər. Yaxşı baxsan indi də qayaların şaxə-
şaxə
damarlarında,
daşların
al-əlvan
132
naxışlarında görərsən o günləri. Vadilərdə
eşidərsən at kişnərtisini".
Ç in səddindən üzü bu yana böyük ərazilərdə
məskunlaşmış, tarixdə ad qazanmış, qüdrətli
dövlətlər qurmuş, möhkəmləndirmiş, öz qılıncına,
qalxanına, bir də ki qolundakı təpərə, canındakı
coşqun
enerciyə
güvənməklə
döyüş
meydanlarına qalibiyyət bayraqlarını sancmış
türklərin-soyadlarının şərəfli tarixiylə öyünən şair
böyük fəxrlə söyləyir ki:
Ç in səddindən üzü bu yana,
Dunaya qədər tapdaq altında qalan
dünya,
Onların idi bir zaman.
Dünyanı başdan-başa bürümüşdü
onda,
Ox-yay, qılınc, qalxan səsi.
Göydəmir atların kişnərtisi.
Ucalırdı ta yerdən
Ayadək, Günəşədək,
Atilladan tutmuş,
Alp Arslan Türkeşədək.
("Ərkənoqondan gəlir)
F.Sadıq xalq rəvayətlərinin motivlərindən
istifadə etməklə, onun sücetindən yararlanmaqla
vətənə, torpağa olan sədaqəti, etibarı tərənnüm
edir. Onun Metesindən xaqan poladüz göy
qılıncını istəyir. Mete qolundakı gücə, təpərə
arxayın olsa da, sülh naminə, igidlərini qorumaq
133
naminə döyüşə razı olmur və qılıncını da, gözəl
atını da ona göndərəndə də ancaq sülh naminə,
qan
tökməmək
naminə
susur. Lakin
Ç in
Xaqanının ondan istədiyi torpaq, bu zaman
əyanlarının bu torpağı düşmənə vermək təklifi
onu yerindən oynadır. Metenin qəzəbini şair
misralara çevirir:
Göy qılıncı istədi xaqan.
Verdim ona yaraq olsun.
Göydəmir at istədi xaqan,
Verdim ona ayaq olsun.
"Ölü çölü" verə bilmərəm!
Torpağı verməzlər,
Torpağı alarlar.
Mete babalarından qalan torpağın ona
əmanət olduğunu, bu əmanəti gələcək nəsillər
üçün qoruyub saxlamağa borclu olan, öz
vəzifəsinin məsuliyyətini duyan, anlayan ölkə
başçısı kimi şairin əsərində yüksək qiymətini alır.
Bütün elin-obanın bir nəticəyə gəlməsi, Metenin
sözlərindəki həqiqətin dəstəklənməsi oxucu üçün
dərsdir. Mete öz igidlərinə:
Dedi: ərənlər!
Göy qılınc kimin idi?
Metenin!
Göydəmir at kimin idi?
Metenin!
Bəs "ölü çöl" kimindir?
Vətənin!
134
O yer ki, vətənindir
O nə sənindir, nə mənim.
F.Sadıq
metelərin
obrazını
sənətinə
gətirərkən, onun xalq, dövlət mənafeyini əsas
tutmasını xalqına, elinə arxalanmaqla tarixdə
özünə yer qazanmasını, başçılıq etdiyi ölkənin
xalqıyla
bağlılığını
əsas
götürür.
Şairin
nəzərində:
Bir elin qara ürəklidirsə
əgər xanı,
əgər xaqanı.
Vətənin günü-gündüzü
Qatı gecə olar….
Elə arxalanan ər güclü olar.
Vətən var olacaq, necə ki, el var.
("Aladağın ətəyində")
F.Sadığın bu günümüzün hadisələri ilə
səsləşən əsərində Mete "özüdür". O milyonların
istək və arzularını, üzərinə düşən məsuliyyətin
ağırlığını Mete kimi duymağa çağırır. Vətən
torpağının hər qarışının bundan sonra da
qoruyub
saxlamaqda,
düşmən
tapdağına
verməməkdə, lazım gəlsə onun yolunda canını
belə qoymaqda məsul oduğunu unutmamağa
səsləyir. Şair torpağının bir hissəsinin erməni
işğalı altında qaldığı bir zamanda güldən,
bülbüldən, məhəbbətdən yaza bilmir. Dönə-dönə
qayıtdığı, qələmə aldığı rəvayətlərdə, gah təsvir
etdiyi təbiət hadisələrində, gah gəzdiyi doğma
135
türk ellərində qələmə aldığı mövzularda buna
toxunur.
Xalqının, dövlətinin taleyini etibarlı əllərdə
görmək istəyir, başsızlıq, özbaşnalığın gətirə
biləcəyi faciələrin qorxusu, təlaşı, narahatçılığı
şairin gününü göy əskiyə dügüb. Hər bir oğul, hər
bir igid düşmən sinəsinə atılan ox olmalıdır. Hər
bir oğul öz yurdunda, elində, obasında ərdir,
igiddir. Şairin nəzərində o, eldən uzaq düşsə
"yalqız qalar, pas atar". Ç ünki;
Bir ömür boyu unudulan deyil,
Göz açıb gördüyüm,
Ç örəyini yediyim,
Doğma yurd, doğma el.
Şair minilliklərin sınağından çıxmış, dədə-
babalarımızın bir hikmətli ifadəsini yada salır,
yadımıza Dədə Qorqud dünyasının hikmətli
ifadələrini çatdırır, öz qələminə məxsus Dədə
Qorqud boyasıyla birlikdə:
Vətən, qarşı yatan
"Dağlarını aşmağa gəl"ən, "sularından su
iç"mək, "vadilərindən
keç"mək, "dərələrinə
sığın"maq, ana qoynunda yaşamağa gələn hər
bir
vətən
övladının
istək
və
arzularını
ümumiləşdirir. Bu ümumiləşdirmədə son ucu
ölümlü dünyada yaşayan insan övladının ayaq
basdığı torpağına, yurduna bəslənən müqəddəs
duyğularını əsrəlri, qərinələri, keçmişləri, indiləri
göstərmədən bu sevgidə birləşdirmək olar. Bu
136
birləşmədə bir insan övladı, bir də vətən torpağı
durur, bir də doğmalıq, bir də soykökə bağlılıq.
F.Sadıq şerlərində metelərin, alp ərlərin
zamanını,
dövranını
oxucuya
unutdurmur.
Onların
amallarındakı
yaxınlığı, müqəddəs
ideyaları əsas götürərək dünəninin-keçmişinin
prizmasından təsvirini verir.
F.Sadıq susdurula biləcək şair deyildir, o
əldən gedən Vətənin hər qarışı üçün dərd çəkən,
həsrət yüklü, qayğı, narahatlıq dolu ömründə acı
olan doğru sözü deməyi daha üstün tutur. Susan,
duymayan, gördüyünü deməyən, içinə qapılıb
qalan ürək şair üçün "niyə ürəkdir", kardır,
kordur, duymayan ürək"dir-deyir.
Şairsən bülbüldən yaz,
Ç əməndən yaz, güldən yaz.
-deyənlərin ağzından vuran, xalqın taleyinə
biganə qala bilməyən, xalq, dövlət mənafeyini
hər şeydən üstün tutub onun işıqlı, xoşbəxt
gələcəyi naminə yaşayan, yaradan Sabirlərin,
Cəlillərin
əsrimizin bu
günündə
ən
yaxşı
davamçılarından biri kimi, ürəyinin hökmünə
qulaq asaraq qələmiylə, kəlamıyla xalqına xidmət
edir. Sabirlərin sətiraltı gizlənən eyhamlı, dərin
mənalı kəlamlarında yatan hikmətamiz ideyaları
əsas tutaraq vətəndaş şair, onun kimi minlərlə
vətən, xalq ziyalılarının fikirlrinə, arzu və
ideyalarına səs verir.
137
"İstiqlal bayrağı" şerində şair xalq inamına
dəstəklənir, göy üzünü-Tanrının məskəni, Tanrı
yeri kimi tanıyırıq. İstiqlal bayrağındakı mavi
rəngi
şair
"Tanrını
qərargahı"na
bənzədir.
İnsanların ümid yeri, pənahı göylər, onun mavi
rəngi barağımızdakı üst zolağın mavi rəngi-səma
rəngi kimi vəsf edilir. Bu rəngdə həyat, əbədiyyət,
ucalıq, bərəkət, yağış, qar, həyat var. Göy rəng-
mavi rəng öz ucalığı, ülviyyəti, əbədiyyəti özündə
yaşadan bu Tanrıya məxsusdur. Azərbaycan
xalqının istiqlal bayrağındakı mavi rəng-səma
rəngi Tanrının məskəninə tay tutulmaqla şair onu
ululuqlara, ucalıqlara qaldırmış olur.
Orta zolaq- qırmızı rəng şəhid qanına
bənzədilir. Bu Şəhidlərin qanıdır. Yü il, iki yüz il
və ondan öncə və ondan sonra öz azadlığını,
müstəqilliyini istəyən, bu yolda çalışan, çarpışan,
vuruşan, bir qaşıq qanından qorxmayan, döyüş
meydanlarında azadlıqsevər millətinin tökülən
qanıdır. O qana Araz, Təbriz, 20 Yanvar,
Qarabağ, Xocalı və neçə-neçə faciəli günlərdə
qanıtökülən insanların, şəhid oğulların qanı
qarışıb. Bu qan bizim qanımızdır-o taylı, bu taylı-
bütün türk doğmalarının, azərilərin zəfər qanıdır:
O tayda da, bu tayda da,
Haqq uğrunda müğarizə,
Bu rəng xəbərdarlıqdı bizə,
Yaxşı bax!
Türkün ömür möhürüdür,
138
Zəfər tarixidir
Onun üstündəki Ay-Ulduz!
Bu möhürlə tanı bizi!
Bəli, türkün ömrünə savaşlar, mübarizələr,
döyüş meydanları, o döyüşlərdən zəfərlə çıxma
yazılıb. Bu rəng haqq uğrunda mübarizə aparan
bir millətin qanının möhürüdür. Bu möhür qan
yaddaşıdır və şair bunu unutmamağı, öz gələcək
nəsillərinə nəsihət etdiyi kimi, düşməninə də
məsləhət bilir. Məsləhət bilir ki, türk meydanlarda
zəfər, qələbə naminə, qələb çalmaq uğrunda
döyüşüb, haqq-ədalət uğrunda vuruşub. Gec-tez
haqq yerini tutub, tutur və tutacaq da. Sən də öz
işini bil. Girmə onunla döyüş meydanına, göz
dikmə onun loxmasına, uda biləcəksən, amma
əridə bilməyəcəksən. Öz əlinlə özünə qəbir
qazma.
Şair istiqlal bayrağındakı üçüncü-Yerə yaxın
zolağı -islam ümmətinin sevdiyi rəng kimi
tərənnüm edir. Bu rəng özündə Dinclik, Gənclik,
Təmizliklə yanaşı, Anayurd, Ana torpaq, Ana
Vətən mənasını da daşıyır. Sülh, əmin-amanlıq
içində yaşamaq, çiçəkli, çöllü, barlı-bərəkətli,
meşəli, dağlı vətən-onun baharı, yayı, həyat eşqi
güclüdür bu rəngdə. Azəri övladının istədiyi,
uğrunda döyüşdüyü, keşiyində durduğu, əlindən
gedəni üçün şam kimi dərddən əriyib çöpə
döndüyü, döyüşə hər an hazır olduğu, qovuşmaq
həsrətiylə
yandığı
Qarabağı,
Kəlbəcəri,
139
Zəngilanı, Qərbi Azərbaycanı, Ağdamı, Füzulisi,
Cəbrayılıdır. Bu bayraq bir millətin varlığının
simvoludur,
bir
dövlət
kimi
varlığının
atributlarından biridir. Xalqım onu bir dəfə
göylərə qaldırmışdı. İmperialist qüvvələr İblis-
Şeytan xislətli qonşularımız bu xalqın varına-
yoxuna
sahib
durmaq
üçün
öz
yırtıcı
xarakterindən istifadə edib, onu hansısa bir
dövlət binasının başından aşağı salsa da,
ürəklərdə onu ayaqlara endirə bilmədi. 70 il
mübarizə apardı; gizlin-aşkar apardı və böyük
dövlət xadimi Məmmədəmin Rəsulzadənin dediyi
kimi "Bir kərə yüksələn bayraq bir daha enməz"
kəlamının həqiqətinin işığında yeridi, mübarizə
apardı və üç rəngli bayrağımızı öz yerinə
qaytardı. Ürəklərdəki od öz məşəlini yandırdı.
Üçrəngli
bayrağımız
Müstəqil
Azərbaycan
Dövlətinin əzəli və əbədiliyinin rəmzidir. İndi onun
sərhəddi, bayrağı, dili yaşayır və yaşayacaq da:
Ey öz doğma ocağına,
Bir də qayıtmış
Üçrəngli bayrağım, ucal!
Ucal başımızın üstdə,
Ucal bütün ölkələrdə,
Özgələrə tanıt bizi,
Əsarətdən azad olmuş
Ölkəmizi.
Bu müstəqillik, bu azadlıq hissidir ki, şairin
qəlbində
qəzəb
doğurur
Moskvanın
140
Azərbaycanda havaların necə olacağını xəbər
verməsini eşidəndə hirsini tökür onun üstünə:
Hava necə olacaq,
Axı, sənin nə işinə?
Havadan danış, amma
Göz tikmə qonşuların,
Torpağına, daşına.
Şairin narahat olmasına da əsas var. Bu gün
Bakının,
Şəkinin,
Gəncənin,
Şamaxının
havasının necə olması ilə maraqlanmır bu qüvvə.
Onun dişində qalıb şirəsi bu yerlərin bərəkətinin,
nemətlərinin. Ona görə narahat olmağa əsası var
ki, onu hamı yaxış "tanıyır":
Tanıyır səni hamı.
Sənin işindir dava.
Yandırdı Qroznını,
Sənin çaldığın hava.
Onun atdığı güllələrin qəlblərə yağdırdığı
yağışı unutmayıb şair. Ona görə də istəmir
düşməninin
yalançı
qayğısını.
Leonid
Nikitinskinin "Komsomolskaya pravda" qəzetində
"Tələfat vardır" adlı məqaləsində yazdığı:"
Ç ərşənbə axşamı leysan yağdı. Elə bil Rusiyanın
topa-iopa buludları yeni qaçqınların halına
yanmaq
üçün
gəlmişdi
bura" sözlərindən
qeyzlənir.
Tökdüyü
qanların
müqabilində
Rusiyanın imperialist qüvvələrinə nifrətini gizlədə
bilmir. Yağan yağışına, buluduna "qəhmər" çıxan
Rusiyaya "Şəhid nədir, sən bilməzsən, Sən
141
Şahidsən, şəhid başqa, sən başqa"-deyə onu
qırmanclayır. Eyni zamanda kövrək qəlbinin
aldığı
yaraların
hələ
sağalmadığından
düşməninə nifrəti içində itirdiklərini də əzizləyir,
kininin, qəzəbinin
odunda
yadına
düşən
Şəhidlərinə ağlayır. Bu göz yaşları nöyüt olub
ocağını daha da alovlandırır:
Yağışımdan təsəlli umma.
Bircə bu qalmışdı elə.
Sənin yağışın güllə yağışıdı.
Bu yağış mənim yağışımdı.
Bu mənim göz yaşımdı.
Sənin gözlərin heç yaşarmayıb
da.
Bu yağış mənim gözlərimdən
yağır,
Mənim şəhidlərimin qəbrinə.
Mənim buluduma dəymə.
Şair göylərin tökdüyü yağışda doğmalıq gəzir.
Öz
dərdinə
ağlayan
buludların
düşmən
hüdudlarından keçdiyi ilə barışmaq istəmir.
Düşmən qəlbində insaf görmədiyindən göylərin
göndərdiyi buluda "mənimkidir"- deyə sahib çıxır
və o yağan yağışla axan göz yaşlarının
oxşarlığını
tapır
və
qüssəsini,
nifrətini
ümumiləşdirir.
142
AZADLIQ GÖZƏL ŞEYDİR
Fikrət Sadıq zəngin mənəviyyata malik
sənətkardır. "Zəngin şəxsiyyət dərin əqidəyə,
143
inama, yüksək məqsədə və ideala malik olan
şəxsiyyətdi. İnsan yüksək mütərəqqi ideallar
uğrunda yaşayıb fəaliyyət göstərdikcə özü də
yüksəlir, böyüyür, onun varlığı daha yüksək
ictimai məna kəsb edir. Doğru deyilmişdir ki,
qartala qanad, insanda ideal eyni dərəcədə
zəruridir.
Böyük
məqsəd,
yüksək
ideal
şəxsiyyətin
zənginliyinin
ölçüsüdür.
Əgər
şəxsiyyətin həyatında heç bir yüksək məqsədi,
idealı olmursa, o maddi cəhətdən nə qədər
zəngin olursa-olsun ən yoxsul həyat sürür. Ən
misgin vəziyyətdə yaşayır. Ç ünki şəxsiyyəti
həyatda ucaldan nə onun vəzifəsidir, nə də onun
malik
olduğu
var-dövlətdir, onu
yüksəldən
yeganə bir şey varsa, o da ancaq böyük məqsəd
və ideallar uğrunda fəal mübarizədir".
F.Sadıq da bu mübarizlərdən biridir. O
qorxmadan, həqiəqti olduğu kimi yazır, günün
aktual
məsələlərinə
toxunur,
dövlətimizin,
millətimizin azadlığına, xalqların müstəqilliyinə
xələl gətirə biləcək məsələləri açıqlayır, həyəcan
təbili çalır.
F.Sadıq
şerlərində
öz
milli
azadlığı,
müstəqilliyi,
suverenliyi
uğrunda
mübarizə
aparan,
işğalçı
rus
imperiyasının
istismarçılığından təngə gələn, öz müqəddaratını
özü həll etmək istəyən Azərbaycan xalqı kimi
digər Qafqaz xalqlarının, o gümlədən çeçen
azadlıqsevərlərinini də mübarizliyini, arzu və
144
ideyalarını
dəstəkləyir. Bu
ölkənin
azadlıq
mücahidlərini,
onların
şərəfli
mübarizə
əzmkarlığını vəsf edir. Onlarda olan vətən,
torpaq, azadlıq sevgisini tərənnüm edir.
Ç eçen azadlıqsevərlərini quldur adlandıran
rus
millətçilərini
qınayır. Xalqın
öz
dost-
düşmənini yaxşı tanıdığını, "özü quldur" olan,
millətləri, xalqları parçalayan, azsaylı xalqlara
fəlakətlər gətirən düşməni öz adıyla gözünü açıb
ətrafına baxmağa, çirkin siyasətindən əl çəkməyə
çağırır.
A rus, qanrıl bax Allaha!
Axıdılan bu qan baha.
At silahı, bəsdir daha,
Oraq götür, biçin gəlir.
Xalqın qəhrəman övladlarının polad iradəsini
görüb onları qorxmazlığa, məğlubedilməzliyə
səsləyən şair onlardakı azadlıq duyğularının
yüksək olduğunu imperialist, işğalçı rusun yadına
salır:
Bil ki, namərd güllələri,
Qorxutmaz ər oğlu, əri.
Yurddan ayaq basmaz geri,
Desələr ki, lap Ç in gəlir.
Rus şovinistlərinin Zaqafqaziyada yeritdiyi
çirkin siyasətə nifrət edən, xalqlar arasına milli
ədavət toxumu səpən, bu milli-ayrı-seçkilik
siyasətindən öz məqsədləri üçün istifadə edən,
Zaqafqaziyanı terror mərkəzinə döndərən erməni
145
separatçılarını silahlandırıb burada bilərəkdən
müharibə ocaqları yaradan, erməni daşnaklarını
silah,
sursat,
pullu
muzdur
qüvvələrlə
silahlandıran rus imperializminə qorxmadan, açıq
aşkar ürəyindən keçənləri bildirir:
Rus Ç eçenə düşmən deyir.
Erməniyə niyə demir?
Ürəyində min hiylə var,
Yerə demir, göyə demir.
Bir soruşan yoxdur nədən,
Ayaq altda qaldı vətən.
Törətdiyi vəhşilikdən,
Nigarandır deyə demir.
Torpağı
qanla
suvaran,
xalqın
milli
duyğularını qan içində boğan, lakin çeçen
xalqının polad iradəsini əyə bilməyən, özünə qul
edə bilmək imkanı əlindən gedən, çeçen
torpaqlarında istədiyinə çatmaq üçün vəhşiliklər
törədən
rus
ordusunun
qaniçənliliyinin,
qəddarlığının
qarşısına
çeçen
övladının
məğlubedilməzliyini, cəsarətini qoyur:
Sən çeçeni aciz bilmə.
Ç eçen dağ çəkir ölümə.
Kim deyib ki, "baş əy zülmə",
Quran demir, ayə demir.
Millət dikəldib özünü,
Kimsə əyəmməz dizini,
146
Tarixə deyir sözünü,
İlə demir, aya demir.
F.Sadıq
çeçen
qəhrəmanlarının
azadlıq
yolunda şəhid olan igidlərinə göz yaşı axıdır.
Ç eçenistan dövlətinin başçısı, milli azadlıq
mücahidi, çeçen xalqının milli qəhrəmanı Cövhər
Dudayevin bu azadlıq yolunda mübarizədə
əfsanəvi şəkildə yoxa çıxması, ölüm xəbərinin
yayılması, bir müddət Babək, Koroğlu qüdrətli bir
cəngavərin
ölümünə
inanmayanların
onun
yoxluğuna
da
dözməməsi, xalq
içərisində
ölümüylə bağlı yayılan söz-söhbət bütün dünyanı
dolaşaraq,
azadlıqsevərlərin
qəlbini
necə
kədərləndirirdisə, Azərbaycan xalqını da, onun
şairini, nasirini, rəssamını da elə kədərləndirirdi.
Fikrət Sadıq bu münasibətlə yazdığı əsərində
təkcə Cövhər Dudayevin ölümündən doğan
kədərini, qüssəsini, ürək ağrısını bildirmir, eyni
zamanda Qafqaz xalqlarının üzünə bir gün
azadlıq günəşinin doğacağına inamı da ifadə
edir. Ç ünki bu xalqların qadını da, qocası da,
cavanı da, uşağı da azadlıq yolunda əli silahlı,
qəlbi düşmənə nifrət dolu "ər"dir. Haqq-ədalət
uğrunda mübarizə aparan xalqın bir gün qalib
gələcəyinə ümidini itirmir.
Burda ərdir qadın, uşaq.
Gərək tutsun yerini haqq.
Haqq gəlincə od tutacaq.
Dərəsi, dağı deyirəm.
147
Olan oldu, ta qulaq as!
Qiyamətə qalmaz qisas.
Bir gün azad olar Qafqaz.
Mən Olacağı deyirəm.
Cövhər Dudayevin ölüm xəbərini eşidəndə
çeçen xalqının öz dərdini, qüssəsini "Yallı"
getməklə qarşılaması, Cövhər bayrağının etibarlı,
əyilməz, mətin əllərdə olduğuna inam kimi
qiymətləndirir. Cövhər Dudayevin ölümünə ağı
deyən şair onun ölümündən doğan kədərini,
dərdini, qəmini boğa bilmir. Öz şair təbinə uyğun
olaraq namərdi lənətləyir:
Bu dərdi kim kimə desin?
Namərdə çeçen neyləsin?
Ç ilikləndi saf aynası,
Söndü çırağı deyirəm.
F.Sadıq çeçen xalqının dərdlərini başa düşən
azəri övladıdır. O, bu dərdləri yaşamış, bu
mübarizə yolunda minlərlə şəhid vermiş, nəhayət
ki, düşmənin dizini qırmış, öz istiqlaliyyətini
qazanmış, azadlıq deyilən baldan şirin bir
nemətdən dadmış, bunu çeçen kimi onlarla
ayaqlar altında əzilməkdən, çapılıb talanmaqdan
bezar olmuş, ayağa qalxmış xalqların övladlarına
arzulayan qəlbi təmiz, saf bir azəri millətinin
övladıdır. Üç rəngli bayrağı uca tutan, bir millətin
"istiqlal bayrağı"nın şərəfini, şöhrətini qoruyan
şair oğludur:
148
Bu bayrağı, bu səadəti hər kənddə, hər
şəhərdə
şəhidlər
xiyabanı
deyilən
məzarıstanlarda uyüyan igid vətən oğullarının
qanı, canı, Azərbaycan xalqının mətin oğullarının
dəyanəti, dözümü
sayəsində
qazanıldığını
unutmayan şair xalqların iradəsinə qarşı çıxan,
qanlar tökən vəhşi imperialistləri qamçılayır,
daşqəlblilərin bu yerlərdə törətdiyi faciələri, illər,
qərinələr keçsə də bu yolda verilən "Şəhidləri
unutmayaq"-deyir.
Dağüstü parkı "dağ üstə dağ" adlandırmaqda
şair haqlıdır. XX əsrin əvvəllərində xalqımızın
milli-azadlıq, müstəqillik yolunda şəhid olmuş,
dağüstü parkda dəfn olunmuş şəhidlərinin məzarı
üstündə sonralar ölkəni işğal etmiş qırmızı
bolşeviklər o qan yaddaşını hafizələrdən silmək
üçün park saldı. Şəhid oğulların sümükləri
üstündə salınan bu parkdan xəbərsiz millətimiz
70 il sonra yenidən bu həyatı yaşamalı oldu. İndi
yenə öz azadlığı uğrunda mübarizə aparan
şəhidlər bu parkda uyuyur. Şair xalqını o günləri
unutmamağa çağırır. O unutqanlığın bizlərə
vurduğu yaralar kimi sızıldayır misralarında:
Saralıbdı daşda yazı.
Yaram sızlar sızım-sızım.
Qoy eşitsin oğlun, qızın!
Bu torpağın başı üstən
Əskik olmur qara bulud.
Ay tutulub, gün tütülüb.
|