Dünya xalqları öz nadir sənət incilərini



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə7/37
tarix09.02.2017
ölçüsü1,77 Mb.
#7868
1   2   3   4   5   6   7   8   9   10   ...   37

97

İndi acı həsrətim.

Yaşıl xatirələrim,

Yadıma düşdü bir-bir.

O günlərə qayıtdım.

Addım-addım, Qərənfil,

Ç örək dərdimizi də,

Ürək dərdimizi də,

Xağırladım Qərənfil!

"Beş


yarpaq" 

poemalar


silsiləsindəki

"Yadındamı, 

Qərənfil", 

"Ağ


cığır", 

"Ucadandanışan",  "Qərib

at,  Qəribə

at", 


"Səhrada

tənha


buruq"  müharibənin

ağır


xatirələrindən,  insanlara həsrət,  göz yaşı,  ayrılıq

əzablarından Azərbaycanın taleyinə vurulan ağır

zərbələri,  bu zərbələrdən əzab çəkən insanların

torpağa,  elə,  Vətənə məhəbbət,  düşmənə nifrət

hisslərini özündə yaşadır:" Məndən soruşsalar ki, 

ən çox nədən yazıram.  Deyərəm ki işıqdan və

müharibədən.  İşıqçı olmuşam ona görəmi? 

Müharibənin özünü görməsəm də,  ağrısını

acısını dadmışam,  ona görəmi?  Bu qəlbimdə

olan,  yaddaşımda qalan diri xatirələrdir ki, 

zaman-zaman oyanıb şe'r olur".

F.Sadığın "Növbə daşları"  şe'rinin mövzusu, 

ideyası haqqında Rəhim Əliyevin fikirləri də

həqiqətdir.  Şair dava vaxtındakı aclıq illərində

axşamdan tutulan çörək növbələrində adamları

əvəz


edən

daşlardan

danışır. 

"Şairin


məhəlləsindəki dükanın qabağındakı daşların

98

hərəsi bir adamın olub və hamı bu daşların

sahiblrini tanıyıb.  Amma biz bu şe'ri daşlar

haqqında yazdığı və mövzuca təzə olduğu üçün

fərqləndirmirik,  ona görə fərqləndiririk ki,  şe'r

bizim


təsəvvürümüzdəki

müharibə


obrazına

yönəldilib,  bu obrazın insani tərəflərinə toxunur

və bununla bizdə poeziyanın doğurmağa qadir

olduğu sadə,  insani fikirlər və hisslər yaradır." 

Növbə daşları aclıq və məhrumiyyətlərə,  qıtlığa

mətanətlə dözən insanlarnı fədakarlığını özündə

əks etdirir. O daşları bir yerə yığıb yaddaş hasarı

hörməyi


məsləhət

görəndə


düşünürdü

görəsən?  O çətin dərdli günlərdə bir-birinə

həmdəm olan,  bir-birinin yaşaması naminə

çalışan,  birlikdə növbəyə durub çörək gözləyən, 

birlikdə ər, qardaş, ata yolu gözləyən, birlikdə bir

olan o insanların birliyinimi,  dözümünümü, 

müharibənin dəhşətlərinə nifrətimi əsas götürür. 

"Növbə daşlarında"  çox məzmun,  mə'na,  ideya

var və bu da şairin həyati müşahidələrinin

güclülüyündən irəli gəlir.

Müharibə


F.Sadığın

əsərlərində

oxucu

şüurunda dərin izlər buraxan lövhələr yaradır. O, 



bu

lövhələrdə

müharibənin

qoyub


getdiyi

dağıntıları, 

addamac

dövrünün


bazarını, 

bahaçılığın əzdiyi insanı,  görkəmi ilə qəlbləri

üzən qaçqını görmək mümkündür.

Müharibənin dağıtdığı,  uçurtduğu,  yerlə -

yeksan etdiyi tikililərdən,  evlərdən qalanları


99

"Yaralı evlər"  şerində ümumiləşdirir.  Təəssüf, 

qüssə,  kədər doğuran bu "yaralı evlər"  ürəkləri

yaralı insanlar kimidir.  Atası,  əri,  oğlu gedib

müharibədən

qayıtmamış

analara,  bacılara, 

gəlinlərə

bənzəyir

bu

evlər.  Müharibənin



dağıtdığı bir divarın,  evin də dərdi şairin

qələmində dil açır:

Dərd əlindən bükülüb,

Pillələrsiz piləkan.

Tavan yerə tökülüb-

İnsan olmayan evin,

Nəyinə gərək tavan.

"İnsan olmayan evin"-nələr demir bu misralar. 

Gözümüzün önünə on ildir yiyəsiz qalmış, 

sökülüb dağılmış,  taxtası-tuxtası daşınmış,  tilinə

bayquş qonub ulayan Kəlbəcərin sıldırımlı

qayalarının

zirvəsində, 

döşündə, 

Laçının, 

Qubadlının

qucağında,  dərəsində,  düzündə

salınmış-indi yiyəsiz qalmış ocaqlar,  obalar, 

tikililər,  qurulular düşür və biz onların da "dərd

əlindən bükülmüş pillələrsiz piləkan"ını göz

önünə gətirir,  ruhən ölürük,  dirilirik,  ruhən, 

cismən varlığımızda bu gün yoxluğunu qəbul edə

bilmədiyimiz,  can atdığımız,  öz əlimizlə tikib-

qurduğumuz,  yağı əli ilə dağılmış,  yandırılmış

dərd belini bükən "tavan"larımız gəlir.  Və Hafiz

Hüseynovun bu misralar haqqında söylədikləri:" 

Fikrət

Sadığın


şerlərində

yaratdığı

təsirli

lövhələrlə oxucularda müharibə əleyhinə kəskin



100

nifrət yaradır. Bu lövhələr canlı olduğu üçün uzun

zaman oxucunun xatirində dərin silinməz izlər

buraxır.  Şairin "Yaralı evlər"  şerindən gətirilmiş

misralarda görün nə qədər yüksək emossiya, 

rəsam tərəfindən çəkilmiş kimi görünən gözəl

lövhələr, dərin hiss və həyəcan vardır:

Hələ də yer üzündə,

Yaralı evlər qalır.

Pəncərə oyuqları,

Zor ilə çıxarılmış,

Göz yeridir, qaralır".

F.Sadıq

öz

dünyasını



sevən, 

onun


gözəlliklərini də sevən,  bu sevgi ilə qəlbi dolu

olan, 


eyni

zamanda


bu

dünyanın


eybəcərliklərindən, 

ədalətsizliklərindən, 

haqsızlığından ömrünə düşən ağrılı-acılı,  şirin

hadisələrdən də qəlbi dolu olan,  dediklərini, 

yazdıqlarını qışqıra-qışqıra, gurultu ilə deməkdən

çəkinən, lakin bu utancaqlığın onu karvan-karvan

yükü çəkməyə məcbur edən qayğı,  qüssədən

artıq olan,  əzizlərinin,  qələm sahiblərinin demək

istədiyini, lakin ömür aman vermədiyi üçün deyə

bilməyən sabirlərin,  hadilərin,  əli kərimlərin

sözlərini saxlamağa gücü çatmayanda bir sakit

guşə görəndə "dərdini dağlara de,  dağlar

götürsün"  qənaətinə gəlir.  "Ay uşaqlar,  ay Mirzə

Qabil,  mən qışqırmaq istəyirəm"-deyir.  Onun

ürəyindən keçənləri Qabil gözəl duyur:"  Qışqır, 

sən ki, şerində heç vaxt qışqırmırsan. Bu ulduzlar



101

əmanəti güllü-bülbüllü meşədə qışqır, qoy ürəyin

boşalsın. 

Qışqır-qoy

həyəcanlı, 

təlatümlü

qışqırığını bu yaşıl meşə,  o dumanlı dağlar,  o

əlçatmaz,  ünyetməz güləklər,  aylar,  ulduzlar

eşitsin!".

"Adamo"  şerində

özünü

sevən


eqoist

insanlar,  kimsəyə

əl

tutmayan,  "kimsəyə



yovuşmaz",  "heç kəsi bəyənməz"  insanı Adamo

adlandırır. Adamo özündən başqa heç kimi adam

saymır,  bu dünyada adam yalnız özüdür.  Yaxşı

tapıntıdır,  qısa,  eyham və ikrah dolu hissləri

özündə birləşdirən odur.

"Metaformoza" 

(istihalə) 

şerində


şair

sevmədiyi,  qəbul edə bilmədiyi ikiüzlüləri tənqid

edir.  Hər cür sifətlərə malik,  öz işi xətrinə

erməniyə "dayı"  deyənləri "bir vaxt türkü söyə-

söyə" rütbə və vəzifə, kreslo sahibi olmuşların bu

gün də "türkəm" deyə-deyə özünü gözə soxması, 

indi də bu yolla yararlanmaq istəyənin iç üzünü

görür. 


Türk olan, türk doğulan, Qarsa gedə bilmədiyi

vaxtda,  bu "Moskva nökəri"  bu gün də iki üzlü

siyasətlə yaşayır, özü də kefi kök yaşayır. Şairin

isə ümidi qalır, elə bir əyar axtarır ki, seçə biləydi

aça biləydi belələlərinin iç üzünü-kimin kim

olduğunu əyan edəydi:

Kim qurtarar bizi Allah,

Bu yanlışdan, bu tünlükdən.

Ay, bir əyar olaydı kaş,


102

Ayıraydı tükü-tükdən,

Türkü-türkdən.

("Metamorfoza")

"Kim kimdir"  şerində də şair pisini-yaxşısını, 

əyrisini-düzünü, 

yaltağını-düzünü, 

mərdini-


namərdini,  zalımını-rəhimlini bir-birindən seçə

bilmədiyi dünyasında kim-kimdir sualına daha

cavab gəzmir. Ç ünki:

Onsuz da zaman qarışıqdır.

"Kim kimdir"dən keçib daha.

İndi "kim-kimə" zəmanəsidir.

Ümid qalıb Allaha.

Ümidi Allaha qalan zamanın da təqsirlərini

dünyanın

boynuna


yıxmaqda

haqlımı-


haqsızmıdır.  Nə qədər şair fikirlərində bu

təzadları yaşadır,  ikili fikirlərin içində çırpınır, 

bilmirəm,  amma bircə şeyi asanlıqla duymaq

olar(  şairin bütün yaradıcılığına bələd bir oxucu

kimi)  ki,  şair bu fikirlərində bəşəri duyğularını

verir.  O,  bu dünyada,  zamanda onun qismətinə

ömrü-günü bu gün yaşamaq düşən insan

övladını əzizləmirsə,  qayğısını çəkmirsə,  onu

gözü yaşlı, qarnı ac, qəlbi dərdli qoyubsa, demək

dünya da,  zaman da günahkardır.  Günahkardır

ki,  bu tərəzinin gözündə tarazlığı pozub.  İnsan

övladının içindəki İblis-Şeytan əməllərinə elə

meydan verib ki,  dünya dünyalıq simasını itirib. 

Xətir-hörməti qalmayıb insan yanında.  Ona görə

puç, fani hesab olunur:


103

Suyu zəhər, çörəyi qəm.

Ç ox zalim, fani dünyadı.

Ç ox dünyalar gəlib gedib,

Bu dünya, yəni dünyadı?!

İnsan əməyi,  zəhməti F.Sadıq şerlərində

özünə məxsus bir gözəlliklə tərənnüm olunur. 

Ovucunun içi qabar-qabar olan əllərin qızıla

tutula

biləcək


barmaqların

yaratdığı,  tikib-

qurduğu gözəlliklər göz önündə canlandırılır. Əlin

qabarını xoşbəxt gələcək üçün hər şeydən

yüksək qiymətləndirir. Şairin nəzərində

Dünyaya insan əllərinin

Qabarı bəsdir.

Göyərsə bu qabardan

göyərəcək -gələcək!!!

Şair bu qabarlı əllərin yaratdığı möcüzələrdən

bixəbər deyildir.  Su içində plaşı,  toztorpağa

bulaşmış


dəbilqəsi,  yorğun,  qabarlı,  lakin

dözümlü,  etibarlı bir cüt fəhlə,  əmək adamının

əllərinin yaratdığı möcüzəyə diqqəti cəlb edir. 

Yerin altında metro tikən bir zəhmətkeş insanın

obrazını canlandırır, fırçası, boyası söz olan şair

gözümüz önündə sanki canlı bir portret yaradır. 

F.Sadıq ilk şeri ilk insanın əməklə əlaqədar

yaratdığı mənəvi xəzinəsi kimi tərənnüm edir. 

Əmək prosesində    insan köməyinə ehtiyac,  "ilk

ağır daşı qaldıranda" insanın qarşılaşdığı çətinlik, 

onu birliyin gücüylə qaldıra biləcəyinə ümid və bu

ümidlərin doğurduğu şirin duyğular ilk şeri



104

yaratdı.  Və şairin dediyi kimi "ilk şer ilk insanın

birliyə çağırdığı saymac" oldu.

İnsan elə bir varlıqdır ki,  öz arzularının

fövqündə bu  möhtəşəm dünyaya da sığa bilmir. 

Nəsimi nahaq yerə demirdi ki,  "məndə sığar iki

cahan, mən bu cahana sığmaram. Fikrət Sadığın

bu şerində Nəsimi ruhu duyulur.

Şair üçün çevrə dərddir,  qəmdir.  Ç evrədə

fırlanan,  kənara çıxa bilməyən insan üçün çox

darısqaldır.  İnsan elə məfhumdur ki,  o azad

olmaq istəyir.  Ona öz dünyası darlıq edir.  Onun

arzusu,  istəyi böyükdür.  Ç evrə bü böyüklükdə

əzabdır.  Hər günü,  saatı "çevrə"də keçən insan

"çevrədə dustaqdır", qolu, qanadı buxovludur.

Xəyalım çevrənin boyunca uçub

Ç evrəyə toxunub sınıb inadım.

- deyir. Şair ürəyindəki dərdi, qəmi çevrə bilir, 

ömrünün

yumağa


döndərmiş

çevrə


insan

övladının çəkdiyi əzabları görmür,  halı dəyişmir. 

Şairi

qəmə


salan

çevrə


dünyasının

darısqallığıdır:

Bir ayağım gedir, biri sürünür.

Bir əlim açıqdır, bir əlim bağlı.

Lap cənnət olsa da zindana

dönür,


Bu çevrə dünyanın darısqallığı.

Şarin bu giley-güzarı çevrədən kənara çıxmır. 

Heç kimə çatmır əzəldən qara yazılmış səsi, 

çünki çevrəyə "alın"ıb. İnsan bu çevrənin



105

məhdud çərçivəsindən çıxmaq üçün ot olub yeri

deşməyə, od olub yanğın salmağa hazırdır. İstəyi

isə bu çevrədən çıxmaqdır.

"Birisinə"  və "Bayquş"  şe'rlərində də şair

paxıl, murdar, xəbis millətlər kimi insanları tənqid

edir.  Şairin nəzərində paxılın gözü heç kimi

götürməz.  Paxıl üçün dost-tanış əziz adam

yoxdur.  Paxılın qəlbində bir sürü iblis qaynayar: 

adamın xəbisi,  paxılı hər cür peşə,  sahiblərinin

arasında

var.  Şair

belələrini

özlərinin

sırasında görür,  istedadsız,  az-maz istedadı



olanları da "zəhmətlə" yaşamağa səsləyir. Paxıl, 

xəbis bayquş tipli insanların qəlb yıxmaq əlindən

gəlir,  belələri "qəlp qəlbin sahibləridir".  Belə

bayquşların abadlıqdan könlü açılmayıb. "Viranə

yurd gəzənləri" belə qiymətləndirir:

Ürəyi qurtludur, dili acıdıır.

Ona nə gəlirsə dilindən gəlir.


106

VƏTƏN-TORPAQ-MİLLƏT

Fikrət


Sadıq

şerlərində

xalqına

sadiq


insandır.  Alnı açıq,  üzü ağ şair "xalqının şair" 

övladı olmasıyla fəxr edir:

Fələkdən sinə dağlıyam,

Bəndi-bərəsi bağlıyam.

Xalqımın şair oğluyam,


107

Quru dilmancı deyiləm.

("Deyiləm")

F.Sadıq şerlərində vətənin,  xalqın birliyi

məsələsini

ön plana


çəkir.  Şair

fikir


duyğularını Bütöv,  Azad və Bölünməz Vətən

üstündə kökləyir.

Bu

gün



ana

Vətənin


başına

gətirilən

müsibətlər,  parça-parça olunan vətənin dərdi, 

taleyi qocaman şairi kədərləndirir,  o,  bu dərdi

ötəri qarşılaya bilməzdi də.  Onun bu dünyada

varı-dövləti,  səadəti bu varlıqdadır.  Vətənin

qədrini bilməyənlərdən gileylidir,  gördüyü acı

həqiqətlərdən göynəyəndir,  indiki ömründən

narazı əsl vətəndaşdır.  O,  bu dünyaya bir də

gəlsə belə yaşamazdı,  həyatını belə qurmazdı, 

insanları bir də belə dağınıq,  torpaq dərdi çəkə-

çəkə qəriblikdə ölüb-itməsini,  torpağa amanat

qoyulduğunu görmək istəməzdi:

Bir də gəlsəm dözmərəm mən,

Hər tərəfə şaxələnən,

Bu qədər yol ayırıcına.

Bu qədər haça budağa.

Gərək bütöv olaq ki, biz,

Bütövlüyü də yaşadaq.

Vətənin ərazi bütövlüyünü,  xalqının birliyini

arzulayan şair yazılmış tarixini bu gün "adımıza-

şənimizə qınaq"  bilir və tarixinin yenidən

yazılmasının zəruriliyini, yad əllərdə dustaq qalan

torpaqlarımızı geri qaytarıb sərhədlərini bərpa



108

edilməsini və yalançı sədlərin pozulmalı olduğu

vaxtın çoxdan çatdığını söyləyir.  Torpaq,  Vətən

üçün


görüləcək

işlərin


yığılıb

qalması, 

yazılmamış həqiqi tarixi,  sərhəddi pozulmuş

Vətənin bu günü onu dərdə salıb.  Onu Azad, 

Bölünməz görməyi arzulayan,  bu yolda yenidən

bir ömrü olsa bütün varlığıyla bü müqəddəs əməl

arxasınca

düşünmədən

gedəcəyinə

inanan


vətəndaş şair bu gün ömründən razı deyil. Yalnız

o vaxt gözlədiyi ömründən razı ola bilər ki, vahid

Azərbaycan

torpağının

ərazi

bütövlüyünü



qorumağı bacarsın,  onu düşmən tapdağından

qurtarmalı olduğunu anlasın,  vicdan əzabı

çəksin,  qalxsın,  bir oğul kimi qəhrəmanlıqlda

döyüşsün,  vuruşsun,  istədiyimiz qələbəni əldə

etsin; Xoşbəxt Vahid Azərbaycanın əsgəri olsun, 

sərhədləri qorusun,  amal və istəklərini işiylə, 

əməlləri ilə gələcək nəsillərə çatdırsın ki, 

gələcəkdə onu kimsə,  lap elə balaca nəvəsi də

qınağa çəkməsin,  deməsin ki,  torpaq sizin

dövrünüzdə başı bəlalar çəkib,  siz isə əli

qoynunda oturub gözləmisiniz və bu gözləməklə

ulu babalarımızdan üzü bəri qəhrəmanlıqlarla, 

qəhrəmanlarla

dolu


Azərbaycan

xalqının


tarixində şərəf,  ad-san nöqteyi nəzərindən

sələflərinizdən seçilmisinz.  Yalnız Şəhid olmuş

on minlərlə Azərbaycan oğullarının mərdlik, 

şücaət dolu həyatı olmasaydı biz neyləyərdik, 

İlahi.  Fikrət Sadığın lirik qəhrəmanı ona görə bir


109

oğul kimi bu günkü ömründən narazıdır, dünyaya

gəlsə bir də o səhvləri təkrar etməzdi.

Xalqımızın tarixi keçmişi,  qəhrəmanlıq dolu

səhifələri, 

fədakarlıq, 

vətən

məhəbbəti, 



yadellilərə qarşı sonsuz nifrət,  nifrətin qəlbində

yaratdığı mübarizə odu,  alovu Fikrət Sadıq

şerlərində əsasdır. 

Onun üçün Vətən ən müqəddəs, torpaq əbədi

yanan ocaqdır. Özünü vətənin "bir körpə yarpağı" 

sanan şair onu özünün ən ülvi təsəllisi,  ömrünü

nura qərq edən Günəşi,  doğması bilir.  O yurd

çörəyini yediyi, havasını udduğu, ulularından ona

miras qalan bir xəzinədir. Bu yurdun Kürü, Arazı, 

Göygölü var. Bu yurdun bir "budağı" Qarabağ, bir

"budağı" Naxçıvandır. Onun Bakısı, Şirvanı, Mili, 

Muğanı var. Onun üçün Xəzər başqa bir aləmdir. 

Doğulub boya-başa çatdığı havasıyla,  suyula

dirçəldiyi eli,  obası odlu ürəyi,  uca dağları, 

yaraşıqlı,  hündür,  enli kürəkləri,  boyu-buxunu, 

çayları "şirin ləhcəsi", sərt qayaları vüqarıdır. Şair

vətənini "yamyaşıl nəhəng bir ağaca"  bənzədir. 

Qolu-budağı Qarabağı,  Naxçıvanı,  Mili,  Muğanı, 

Şirvanı,  Bakını-neçə-neçə

dilbər


guşələrini

sadalayır.  Günəşdən can alan,  sularından içən, 

"sevincini,  kədərini dad"an,  yollarından keçən

Vətənin ona verdiyi dürlü-dürlü nemətlərin, 

gözəlliklərin əvəzində təvazökar şair "Arzudan və

alın tərindən savayı" bu Vətənə verəcəyi bir şeyi

yoxdur desə də, əsl vətəndaş kimi Azərbaycanın


110

bu gününün, gələcəyinin qoruyucusu kimi vətənin

çırağını havayı yandırmamağa can atan əsl

övladdır. "Ömrümün çırağını vətəni yandıran şair:

Mən də can atıram ki, 

Bu çırağı yandırmayım havayı-

deyir.

("Vətən-vətən")



F.Sadığın yaradıcılığında bir parça vətən

onun üçün həyatdır,  ömürdür,  sonu,  ucu-bucağı

görünməyən kainatdır.  İnsan ömrünün təməl

daşıdır, arzusudur, ümididir. Onun üzərində:

Yüz ögey el birləşə,

Doğma yurd olmaz.

Ç ünki onun ömür çırağını ana yurdu yandırıb. 

Ona öz doğmalığını hiss etdirib,  bu doğma-bir

parça vətənin dərəsi,  dağı daha əzizdir.  Ç ünki

ömrü boyu "bir Ana,  bir də vətən"  onu əzizləyir: 

Ona görə də yurd itirən "Yüz il ağlar,  min il

ağlar"-deyir.

F.Sadıq

bütün


xalqını,  millətini,  Vətəni

qorumağa çağırır.  Bu çağırışda bir el ağsaqqalı, 

mömin qoca,  Dədə Qorqud nəsihəti yaşayır. 

Müraciət etdiyi xalqının qocasına,  cavanına, 

qızına, gəlininə, balaca uşağına belə  yerin quru

otunu,  göyün qara buludunu da "vətən bilib

qorumağı" tövsiyə edir. Ana torpağın bir parçası, 

zərrəsi də insan üçün qiymətlidir.  Vətən də,  ana

da birdir.  Bu birlikdə vəhdətdə bir hikmət,  bu

birlikdə bir məna var. Bu birliyə şair başının



111

üstündəki Günəşi də yoldaş edir,  insan üçün

doğma,  əziz bilir.    Ç ünki onların "hər üçünün" 

niyyəti ancaq yaşatmaqdır.

Şair Azərbaycanıyla fəxr edir.  Böyük bir

həvəslə,  coşqunluqla,  sevinc dolu duyğularla

Vətəni cəsarətin beşiyi kimi tərənnüm edir.  "Öz

sonuncu


tikəsini

dosta


verən",  düşmənin

qarşısında diz çökməyən vətən ona əzizdir. 

Vətənsiz ömrüm "zülmət kimi keçər qara"- deyir.

And içirəm, ana torpaq,

İşdir ölsəm səndən iraq-

Parçalaram daş məzarı,

Sürünərəm sənə sarı.

Son nəfəsdə görmək üçün,

Bu düzləri, bu dağları.

(" Azərbaycan")

Azərbaycan F.Sadıq üçün dünyadır. Onun bu

şeri Səməd Vurğunun,  Məmməd Arazın,  B. 

Vahabzadənin,  neçə-neçə şairlərimizin vətənə

olan sonsuz məhəbbətinin əbədi salnamələri kimi

qiymətlidir. Harda Azərbaycan mövzusu var, orda

Fikrət


Sadıq

duyulur.  F.Sadıq

qəlbindəki

Azərbaycanın böyüklüynü duyduğundan hələ

1962-ci ildə ədəbiyyatşünas alim Qulamhüseyn

Beqdelinin xahişi ilə qüdrətli şairimiz Şəhriyarın

"Azərbaycan" şerini Azərbaycan dilimizə tərcümə

etmişdir.  1995-ci ildə "Öyrətmən"  nəşriyyatı

səhvən 8-ci sinif ədəbiyyat dərsliklərində şerin

tərcüməçisi

kimi

hörmətli


şairimiz

Balaş


112

Azəroğlunu göstərib.  Əlbəttə,  bunu bir texniki

səhv olduğunu bilirik.  1966-cı ildə Azərbaycan

Dövlət Nəşriyyatı Şəhriyarın seçilmiş əsərlərini

nəşr etdirərkən tərcümənin Fikrət Sadığa aid

olduğunu (Şəhriyar.  Seçilmiş əsərləri,  Bakı, 

Azərbaycan Dövlət Nəşriyyatı.  səh.  271-272) 

yazıb.  Hələ 1996-cı ilin 28  noyabrında Fikrət

Sadıq mətbuatda gedən bu yalnışlığa görə

etirazını bildirib:"  Əvvala bu dərsliyin müəllifi

bilməlidir ki, bu tərcümə sonralar 1966-dan 1996-

ya dək azı on dəfə dərc olunub.Hətta İranda nəşr

olunan "Varlıq"  dərgisinndə də!  O tərcümə

barədə Qulamhüseyn Beqdeli və Cavad Heyət

cənabları da söz deyiblər.  Bu tərcüməyə görə

mən


İrana-Şəhriyar

konfransına

getmişəm. 

Təbrizdə böyük Şəhriyarın məqbərəsində həmin

tərcüməni oxumuşam.  Nəhayət,  bu şer 1988-ci

ildə,  xalq o vaxt Lenin indi Azadlıq adlanan

meydana

axışmasında



beyt-beyt

yazılıb, 

divarlara vurulurdu.  Sonralar "Koroğlu"  musiqi

dəstəsində çox gözəl bir mahnıya çevrildi.  Az

qala bütün Azərbaycan ziyalıları bu tərcümənin

mənə məxsus olduğunu bildiyi halda,  təəccüb

eləyirəm

ki,  bu


dərsliyin

müəllifləri

niyə

bilməyiblər. 



Bu

tərcüməni

mən

"Yazıçı" 



nəşriyyatında dərc olunmuş "Dünya öz işindədir" 

(bu


kitaba

görə


Dövlət

Mükafatına

layiq

görülmüşəm)  kitabında "Qərib at,  qəribə at" 



poemasında epiraf vermişəm."

113

Bu yazıda da F.Sadığın müəlliflik hüququnun

təsdiqi

kimi,  "Gözlədiyim



ömür"  kitabında

"Tərcümə"  etdiyi əsərlərin içərisində olduğu kimi

verməyi özümə borc bilirəm.  Ç ünki sirr deyil ki, 

həmişə ən qiymətli əsərlərin müəlliflik hüquqları

pozulmuş, alim və tədqiqatçılarımız bu pozulmuş

hüquqları gərgin elmi axtarışları sayəsində bərpa

etmişlər. Tərcüməçilik çox çətin peşədir. İllah da

ki,  şair olasan.  Və o şeri tərcümə edəndə

poetikanı gözləyəsən,  şerin ruhunu qoruyub

saxlaya


biləsən.  Şəhriyar

kimi


böyük

bir


sənətkarımızın bütün yaradıcılığının qayəsini

təşkil edən "Azərbaycan"  şeri Fikrət Sadıq kimi

şerə, sənətə, sözə sərraf gözüylə baxan bir şairin

qələmindən əlbəttə belə gözəlliklə tərcümə

olunmalıydı.  Şəhriyarın

"Azərbaycan"  Şeri

F.Sadığın tərcüməsində:

Könlüm quşu qanad çalmaz sənsiz bir an, 

Azərbaycan,

Xoş günlərin getmir müdam xəyalımdan, 

Azərbaycan.

Səndən uzaq düşsəm də mən,  eşqin ilə

yaşayıram,

Yaralanmış

qəlbim

kimi,  qəlbi



viran

Azərbaycan…

Bütün dünya bilir sənin qüdrətinlə, dövlətinlə


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin