Dünya xalqları öz nadir sənət incilərini



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə4/37
tarix09.02.2017
ölçüsü1,77 Mb.
#7868
1   2   3   4   5   6   7   8   9   ...   37

47

Onlar torpaq oldular,

Sən mərmər heykəl oldun. 

İşilə, 


mərdliyi

ilə


ölməzliyə

qovuşan


qəhrəmanın

nəcib


əməllərini

şair


belə

qiymətləndirir.  Özündən sonra ad qoyub gedən

insanın adı unudulmadığı kimi,  cismini də

yaşatmaq üçün mərmərə,  heykələ döndəririk, 

ürək kimi gözlərin də canlı şahidi edirik, gələcək

nəsillərə çatdırmaq üçün yaşadırıq.

İnsan elə bir varlıqdır ki,  bu günündən

sabahına ümidlə baxmasa yaşaya bilməz, 

yaratmaq hissi ölər.  Ümid insan üçün həyatdır, 

yaşamaqdır.  Ümidin qırılması qeyri-mümkündür. 

O gün insan ömrü sona yetər.

İnsan ümidinə bağlanıb,  ümidlə yaşayıb, 

sabaha ümidlə çıxıb,  yaşayıb,  yaşayır.  Quşun

qanadı,  kor insanın əl ağacı qırıla bilər,  amma

insanın ümidləri qırıla bilməz.  Ümiddir insanı

yaşadan,  insanı insan eyləyən.  Ümidlər insana

ilham gətirir.  İlhamlı şair tufanla qarşılaşdırılır. 

Tufanı təbiətin ilham çağına bənzədir və tufanla

ilhamın fərqində bir böyüklük görür.  Tufan ilham

çağında vurub dağıdır. Lakin insan ilham çağında

qurub yaradır.  Ümid yıxılana dayaqdır.  Ümidsiz

yaşamaq ölümdən də betərdir,  şairin nəzərində. 

Ümidlə dost olanı,  insan kimi yaşayanı,  insani

keyfiyyətlərin qorunub saxlanmasının vacibliyini

unutmamağı insanın əsas vəzifəsi bilir:  "İnsan

qalmaqdırsa

niyyətin-insan

ol!"-deyən

şair


48

"niyyətin hara,  mənzilin ora"  atalar misalının

hikmətinə sığınaraq insan oğlunu yaxşı niyyətlər

üstündə köklənməyə səsləyir.

Real

müşahidə, 



həyatilik

F. 


Sadığın

yaradıcılığında əsasdır.  O nə özündən əvvəlki, 

nə də özüylə bir zamanda yazıb-yaradan

sənətkarlara nə üslubca,  nə də yaradıcılıq

baxımından bənzəmir.  O,  novator şairdir.  Onun

şerinin qəhrəmanı həyatdan gələn, romantikadan

uzaq

bir


qəhrəmandır.  Lakin

o,  klassik

sənətkarlarımızın

yaradıcılığına

dərindən

bələddir.  Onlar kimi şerin vəzifələrinii dərindən

dərk edir.  M.Arif yazırdı:  "klassik şerimizin

görkəmli


nümayəndələri

həmişə


novator

olmuşlar.  Onlar öz dövrlərində ədəbiyyatımızın

qarşısında duran vəzifələri yerinə yetirmək üçün

yeni yollar, yeni bədii vasitələr axtarıb tapmışlar. 

Bu

keyfiyyət



klassik

poeziyamızın

həyata

bağlılığını,  öz poetik qidasını xalqdan aldığını, 



cəmiyyətin inkişafı ilə boy atıb irəlilədiyini

göstərir".  (M.Arif.  Seçilmiş əsərləri.  I cild,  Bakı, 

Az. SSR, EA nəşriyyatı, 1967. səh.526)

Nizami,  Füzuli,  Nəsimi,  Vaqif,  Vurğun,  Sabir

və digər böyük klassiklərimiz heç zaman bir-birini

sənətdə təkrar etməmişlər.

XX əsrin böyük Sabiri də bu ənənəni davam

etdirmiş, 

oricinallığı

qoruyub


saxlamışdır. 

Azərbaycan

xalqının

böyük


ictimai-siyasi

hadisələrə,  mübarizələrə çağıran sənət əsərləri



49

yaratmışdır. O, özündən əvvəlki sələflərdən dərs

alaraq

bnzərsiz


sənətkar

kimi


yetişmişdir. 

Məmməd


Arif

bir


ədəbiyyatşünas

kimi


sənətkarlara qiymət verir. Onun, Sabir poeziyası

haqqında dediklərini Fikrət Sadıq yaradıcılığında

da

görmək


olar:  "o

tapdanmış

yollarla

getməmişdir və gedə də bilməzdi.  Füzuli qəzəli

onun üçün əziz olsa da,  Vaqif qoşması o qədər

qiymətli olsa da,  Sabir yalnız o yol ilə gedə

bilməzdi.  Sabir üzərinə tarix böyük bir vəzifə

qoymuşdu.  O Azərbaycanın əzilən,  istismar

olunan sadə,  savadsız zəhmətkeş insanlarını

dünyada


baş

verən


böyük

ictimai-siyasi

hadisələrə, 

sosialist

inqilabı

uğrunda


mübarizələrə hazırlamalı idi.  Bu böyük vəzifə ilə

əlaqədar olaraq o,  Nizami,  Füzuli,  Vaqifin

şerlərindən çəkdiyi şirəni yeni bir səpgidə xalqa

qaytarmalı,  XX əsr üçün tamamilə yeni olan

Sabir şerinin qüvvəsiylə kütlələrin şüuruna təsir

etməli,  onlarda vətəndaşlıq hissi oyatmalı idi." 

(M.Arif.  Azərbaycan sovet şeri.  "Azərbaycan" 

curnalı, №2, səh.193)

Zamanın tələblərinə yüksək bədii səviyyədə

cavab verə bilmək qabiliyyəti,  Sabir ruhu,  klasik

ənənə F.Sadıq yaradıcılığında özünəməxsus

gözəlliklərə malikdir.  Onun vətən,  torpaq,  xalq, 

insan sevgisi,  ana-bala ünsiyyəti və digər

mövzularda yazdığı əsərlər oricinal F.Sadıq

yaradıcılığına məxsusdur.


50

Pisi yaxşıdan ayıra bilməyən, gözü görə-görə

ədalətsizliklərə

göz


yuman,  özünü

çəkən, 


özgəsini bəyənməyən, öz şəxsi mənafeyi naminə

başqalarına atılan qara böhtanlardan,  öz xeyri

naminə söylənilən yalançı təriflərdən,  yalandan

qorxan şairin köksündə bir dünya var.  O

dünyadan qorxmamaq o dünyanın nəbzini tuta

bilmək deməkdir.  Fikrət Sadıq həmin dünyanın

nəbzini tuta bilmədiyindən,  bir əqidə sahibi

olduğundan düzlük,  saflıq,  mərdanəlik kökündən

boy atdığından "suyu da üfürüb içdiyindən" 

təmiz,  saf qalıb.  Gələcəkdə öz oğlunun,  qızının, 

nəvəsinin…  özündən sonra qoyub getdiyi nəslin

gözündə


saf

qalmaqdan

ötrü

keçirdiyi



narahatçılığın yaratdığı qorxu hissini keçirir və bu

qorxuda bu gün də haqlıdır. 

Ç ünki:

Bir zaman yenilik olan,



Çıraq ilə axtarılan,

İndi dərdə çevrilən,

Hər köhnə dərddən qorxuram.

Sülhlə müharibə,

Yaxşılıqla yamanlıq,

Arasındakı

tükcə

sərhəddən



qorxuram.

Doğruya çəkilən çəpərdən,

Yalana qoyulmayan sərhəddən

qorxuram.



51

Mərdi


qova-qova

namərd


eyləyən,

Namərddən qorxuram.

Bütün bu dediklərini şair görə-görə gəlib.  O

çətinliklərdən şərəflə çıxıb.  Adına-sanına layiq

olub F.Sadıq.  Namərd gülləsindən qorxmaqda

haqılıdır.  Bu qoca dünya çox mərdləri öz

ədalətsizlikləri

içərisində

əridib, 

haqdan, 


düzlükdən üznü döndərib.  F.Sadıq bu düzlüyü, 

mərdliyi öz simasında qoruyüb saxlamaq üçün

ona bu yolda gözləyə biləcəkləri görüb,  duyub, 

qorxub.


F.Sadıq saflığından irəli gəlir,  kimin kiminsə

kölgəsini qılıncladığını gördükdə heyrətə gəlmək. 

Bu qədər insanların bir-birinə nifrəti, kini "hardan

su içir",  boy atır.  "Nədir səbəb?"- sualına cavab

axtaran şair öz heyrət dünyasında "çabalayır", 

çıxa bilmir:

…nədir.

Bu qədər acıq,



Kin, qəzəb, nifrət.

Eşidib-eləyəndə ki,

kimsə kimsənin

kölgəsini belə qılınclayır.

Bürüyür məni  heyrət.

F.Sadıq aləminə,  xarakterinə bələd olan hər

kəs bu heyrətə adi baxır.  Ç ünki mənən saf, 

cismən,  ruhən

haqla

bağlı


şəxsiyyətlərin, 

sənətkarların qələmindən çıxan bu misralarda



52

bəşəri duyğular,  insanların bir-birisinə sevgisi

arzulanır.

Onun şerlərində Yunis İmrə ruhu var.  O,  bu

ruhu

zamanına


uyğun

mövzuda


yazdığı

misralarında

yaşadır.  Özünü

kainatda-onun

böyük,  sonsuz,  geniş

qucağında

"kövrək" 

samanca olmadığını bildirir.  Yeri "əzab torpağı" 

adlandırır,  dərdini kamançalarda çalınan musiqi

sədalarında

olduğunu

söyləyir. 

Yaşadığı

zəmanəylə ayaqlaşa bilməyən,  möcüzəsi "söz" 

olan özünü də bir kəlmə söz bilən qəhrəman bu

dünyada özünü qərib sanır.  Yerdə,  ətrafında

yaşadığı insanlarla münasibətdə də qəribdir:

Bir kimsəm yox çata dada.

Yerdə hamı-Yerli adam…

Mən qəribəm bu dünyada,

Mən bu zamanca deyiləm.

Dünya-kainat-insan F.Sadıq şerlərində bəzən

poetik-fəlsəfi don geyinir.  Dünyada yaşamaq

üçün çox əzablarına dözmüşsə də, lap zəhirmar

olsa da yaşamaq hissini, bu işıqlı dünyada ömrün

"bal" da daddığını gizlətmir. Başına gələnləri alın

yazısı bilir, yaşadığı acılı-şirinli dünyanın "qarışıb

şerə çevril"diyini söyləyir.  Atasını,  anasını, 

bacılarını,  yaxın dostlarını,  yaxşı sirdaşlarını

əlindən aldığı bu dünya şair üçün aldadıcıdır:

İnsan dünyanı aldadır.

Dünya insanı aldadır.

Lap zəhirmar olsa belə,


53

Ömür yenə də bal dadır.

("Etiraf)

F.  Sadıq bu dünyanın hər üzünü görüb və

belə qənaətə gəlib ki:  bu dünya "kiminə təsəlli", 

kiminə "ümid",  kiminə var-dövlət verib.  Hamıya

bir

gözlə


baxmayan

dünya


şairin

güzgü


misralarında öz əksini görür.  Bu dünya onun

ümidlərinə qılınc da çəkib,  ona səbir də verib, 

dərdlə də kökləyib,  şirin duyğularla könlünü də

alıb.  Bu ikili dünyanın,  təzadlarla dolu aləmin

əməllərinin ağrısını çəkən insan qəlbi isə tərəzi

gözlü dünyasından gileylidir.  Fikrət Sadıq itirdiyi

iki gözü, sevimli balası İlkinin yoxluğundan doğan

kədərini,  qüssəsini,  dərdini,  əzabını,  nisgilini, 

ağrı-acısını verəndə də yaratdığı misralarda

dünyanın ədalətsizliyindən gileylidir.  Ç ünki bu

dünya "zalım adam kimi olur fağırın qənimi". İlkini

də ona görə bu dünyadan incik idi. Şairin özünün

dediyi kimi:

Mehri-məhəbbəti, qılığı yoxdur.

İstidi, soyuqdu-ilığı yoxdur.

Yanmış ümidlərin qılığı yoxdur,

Torpağı oxşayır külə dünyanın.

Niyyəti bilinməyən bu dünyanın "başı qarışıq, 

işi dolaşıq",  sevinci qəmlə dolu,  göz yaşı ilə

qarışıqdır.  Qurulandan,  tikiləndən bu dünya

"sarayının kərpici qəmdir".  Ç ünki Fikrət Sadığa

bu dünya olduğu kimi,  İlkin kimi bir baladan, 

Fuad kimi sevimli nəvədən, dərd içində yaşamış


54

anadan, iyirmi il "xalq düşməni" kimi əzilib mənən

qırılan atadan,  ömrünün-gününün müdrik çağına

düşən "keçid"  dövrümüzdən məlumdur.  Onun

ciginə-biginə bələddir.

F.Sadıq ömrünü,  gəncliyini qürbətdə,  yadlar

içində

keçirən


həmvətənlərinin

dərdini


ümumiləşdirib bu misralarda. Onlar İlkini kimi ona

əzizdir.  Taxta sinəsi altında gəzdirdiyi ürəyinə

sığmayan dünyanın harasında olursa-olsun bir

istəyi var;  vətən istəyi,  bir həsrəti var;  vətən

həsrəti:

Bunda nə hikmət var,  görəsən

nədən?

Elə Vətən deyir qürbətə gedən.



Hər qürbətə gedən qürbətdə

qalsa,


Azalar torpağı, kiçilər Vətən!

Ona görə də şair istəmir ki,  gedən insanlar

qürbətdən İlkin kimi qayıtsın.  Ç ünki İlkin də o

həsrətin odunda,  közündə yanıb kül olub. 

Yadların içində yaşayanda,  şimalın darısqal, 

qürbət


küncündə

vurnuxanda

da

ürəyinin


hökmünə qulaq asmışdı.  İnsan ürəyi çevrəyə, 

kainata sığmayanda özü-özündən də qaçır.

Şair iki dünyamızın varlığına bəzən şübhəylə

baxır.  Bir-birinə bitişik bu dünyanın arasındakı

"pərdə"yə qarşı çıxır.

Bu dünya-haqq dünya!  Deyənlər

də var.


55

O dünya haqq dünya!  Deyənlər

də var.

Əgər ikisi də haqq dünyadırsa,



Bəs niyə arada gizli pərdə var.

Bu müəmmalı,  sirli,  soraqlı görünüşüylə

dünya çoxlarının rahatlığını əlindən alıb; nədir bu

dünya? Nədir yaratdığından istəyi? 

F.Sadıq məkanı bildiyi Yerin təkliyini də şəxsi

qayğısı kimi çəkir.  Bu geniş kainat,  ucu bucağı

bilinməyən bu möhtəşəm qalaktikada ikinci bir

insan məskəni axtarır,  varlığına inanır.  Yerdən

göyə ümid dolu nəzərlərlə,  arzularla baxan şair

"var,  hardasa var"  deyə üstüörtülü şəkildə

mütləqləşdirir.  Bu boyda ulduz məzarlığında ola

bilməz ki, bir "diri" olmasın. O dirini, o "hardasa" 

olanı,  ondan həsrətlə,  ümidlə xəbər gözləyənin

bəzən istəklərini gizlədə bilməməsində də bir

səbəb var. Onun lirik qəhrəmanı:

"Ətim yeyən,  qanım içən düşmən də yalqız

olmasın"  -deyə dünyasına bir doğma qardaş, 

sirdaş gəzir: 

Ağ dumanlar, qulaq asın.

Qara lağımlar qulaq asın.

Göyün zülmət pəncərələrindən,

Gecə-gündüz,

Düymə-düymə,

İynə-nizə.

Səsləyirəm sizi.

Açın sirrinizi.



56

Mavi səma, bəsdir, dillən.

Danışın ulduzlar!

Baxmayın belə matdım-matdım

Fağır-fağır.

Var, hardasa, var.

O

"var" 


inamında

"əvvəl-axır" 

yanılmayacağını bilən lirik qəhrəman mütləq "o

başdan"  cavab eşidəcək.  Başqa cür də ola

bilməz.  "Axı bu boyda kainatda yalqız qalmaq" 

özü də bu yaşda ağır dərddir.  O,  əzizi olan Yer

kürəsinin bu yalqızlıq dərdini şəxsi dərdi kimi

ifadə edir.  Ona görə sanki qüssə çəkə-çəkə

ömrün müdrik çağında əlinə "qələm götürüb bu

duyğuları,  hissləri ifadə edən insan Dünyaya

baxışlarında onunla həmyaşıd, həmqəlbdir.

Şair gözünün önündən keçirdiyi tramvayların, 

qatarların, 

maşınların-bütün

nəqliyyatların

içərisində bir nəqliyyat da görür. O nəqliyyat Yer

kürəsidir.  Tramvay "qəpiyə",  qatar "manata" 

mənzil başına çatdırandırsa,  ən böyük,  ən baha

nəqliyyat isə Yer kürəsidir ki,  ömür bahasına

"günəşin başına dolandırır bizi"- deyir şair. Ömür

bahasına bu nəqliyyatın "sərnişini"  olan insan-

şair ətraf aləmin sirli pərdəsini yırtmaq istəyini, bu

istəyə çatmaq yolunda acizliyini də etiraf edir. 

Dünyalar arası nə var görəsən, o hansı varlıqdır

ki, insanın əzabından, göz yaşından həzz alır?

Min sirri-mübhəmi bir Allah açar,



57

Mən


aciz

bəndəyəm


aça

bilmərəm.

Dünyalararası yalnız ruh uçar,

Mən hələ insanam uça bilmərəm.

"Bir ruhu küskünə"  şe'rinin əsas ideyası elə

şairin özünün epiqraf kimi yazdığı bu misralarda

ümumiləşib.  Övlad sevgisi,  ayrılıq dağı ruh

küskünlüyü ilə dolu "Bir ruhu küskünə"  şe'rində

şəxsi kədər ictimai kədərlə birləşir.

Şairə görə dünyaya azad gələn,  yaşı

bilinməyən,  başı bəlalar çəkən incə qəlbli,  bir

kəlmə acı və ya sərt sözdən küsüb ağlayan, 

sonra susub içində əzab çəkən,  əbədi olmayan, 

gəldi-gedər, dağ yüklü dərdləri çiynində gəzdirən, 

hərdən bulud kimi dolub,  dünya,  həyat,  tale

əzablarından Tanrısına belə ağ olan    insan

məsuliyyətini duymalıdır.  Nəfsin əsiri,  dünya

nemətlərinə həris olmamalıdır:

Aldatmasa nəfs onu,

Danmaz haqqın yolunu.

Bir insan olduğunu,

Bilsə -savabdı insan. 

("İnsan")

Mürşüd Məmmədli şairin insan haqqında

fikirlərini belə ümumiləşdirir:"  F.  Sadığın poetik

qənaətinə və fəlsəfəsinə görə insan yalnız öz

təbii mahiyyətindən və mənəvi borcundan irəli

gələn öhdəlikləri yerinə yetirəndə daşıdığı adın

zirvəsinə ucalır. Heyf ki, insanların heç də hamısı


58

daşıdığı adı və tanrının onlara göstərdiyi etimadı

doğrultmurlar".  Ç ünki Fikrət Sadıq    Allahın

ümidlərini "doğrultmay"an,  insanlıq ləyaqətinə

xələl

gətirən


"canavar

xislət"li

insanlardan

dünyanın xali olmadığını görüb təəssüf hissi

keçirir və bildirir ki,  insan hər şeydən üstün

tutulmalı,  insanlıq insanın meyarı olmalıdır. 

Əməlinə

görə


insana

qiymət


verməyi, 

nanəcibdən mərdi seçməyi bacarmağı,  şərdən

uzaq olmağı məsləhət bilir. Əks təqdirdə insanlığı

uca tutmayan,  insanlığı unudan adamı "Yerdə

nahaq yer tutunca, yeydir yesə yer".

İnsani


keyfiyyətlərdən

uzaq


insanın

yaşamasındansa yaşamamağını daha üstün

tutan şair insanlar arasındakı yalanı mərdə rəva

bilmir.  "Mərdə yalan yaraşmaz"- deyən şair öz

öyüdlərinin bəhrə vermədiyini,  əsrlərdən bəri

öyüd-nəsihət verilsə də şər sevən insanların

dəyişmədiyini görüb narahat olur.

İnsafı, mürvəti insan mənəviyyatının tacı bilir, 

hər ürəkdə insaf görəmməyən, insafın "dürr" kimi

az tapıldığını duyan şair insan-insaf birliyində

meyarları əsas götürür;  "insan insaf balasıdır, 

insafsız qəlb solasıdır,  insaflı ad qalasıdır, 

insafdan yey ad-san yoxdur"  misraları hikmətli

misralardır. Ç ünki:

İnsaf saxlar ər kişini,

İnsafla gör hər işini,

Gör dünyanın gərdişini,


59

Ç ətin yoxsa, asan yoxdur.

İnsanlar arasındakı insafı,  mürvəti,  eyni

zamanda


dostluğu, 

səmimiyyəti

yüksək

qiymətləndirən şair dostluqda sədaqəti də daha



üstün bilir.  Şair dar günündə dostları sınağa

çəkdiyini, dostu dostdan, yadı yaddan ayırdığını, 

əsl dostların unudulub,  yamanların "dost"  kimi

özünü göstərmələrini görüb belə bir qənaətə gəlir

ki:

Dost var dosta fərəhlidir, 



Dost var, dosta gərəklidir.

Dost var, düşmən ürəklidir,

Marıtdayır altdan-altdan.

F.Sadıq dostluğu, sədaqəti tərənnüm etməklə

yanaşı,  insan həyatında mühüm rol oynayan

çörəyi,  çörəyə dost münasibəti,  kəsilən çörəyə

sədaqəti,  çörəklə ucalmanı da öz şerlərinin

mövzusuna çevirir.  Bir öynəlik çörək üçün

çalışan,  min

bir


zəhmətə

qatlaşan


insan

unutmamalıdır ki,  çörək ən əziz nemətdir, 

Qur"ana bərabərdir.

Ç örəksiz dövlət ac məmləkət olar.  "Çörəklə

ucalar el-oban, yürdün-yuvan"-deyən şair bir şeyi

də unutmamağı nəsihət edir ki, çörəklə düşməni

belə sınağa çəkmək günahdır.  Duz-çörək baş

ucalığıdır.  Evinə gələn qonağı duz-çörəklə

qarşıla, süfrəndə bir tikə çörəyi əsirgəmə:

Qatı düşməni də bax ha,

Ç örəklə çəkmə sınağa.


60

Ç örək ver gələn qonağa,

Duz-çörəkdir baş ucaldan.

("Ç örəklə ucalır")

F.Sadıq öz lirikasında insan,  dünya,  kainat

haqqında keçirdiyi həyəcanları,  düşüncələri ən

incə fikirlərlərlə,  hisslərlə ifadə etməyi qarşısına

bir yaradıcılıq vəzifəsi kimi qoyur, O, bu mövzuda

yazdığı

şerlərində



mühakimə

yürütmür, 

qəlbindən keçənləri mənalandırır.  O,  dünyanın

dərdləri,  əzabları,  insan kimi yaşamaq üçün

apardığı mübarizələr içində boğulur.

Tövbə! Əl də vurmamışam

Bir kəpənək qanadına.

Bu fağırlıq   ucbatından,

Məni salıb qana dünya!

("Etiraf")

Dünya insan haqqında düşüncələrini,  poetik

dillə insanlığı, ülfətin gücü ilə təmasda verir.

İnsan-şairin lirik qəhrəmanı (çox zaman elə

özü)  dünyaya,  onu əhatə edən ətraf aləmə bir

qayğıyla yanaşır.  Min bir qayğıyla əhatə olunan

insan üçün vaxt təkrarolunmaz bir məfhumdur. 

Şair sevinc, kədər qarışıq vaxtı boş keçirməməyi

ömrünün mənası bilir.  İnsan ömrü də vaxtla

qoşadır.  Su kimi axıb gedən vaxtdan şair

səmərəli istifadə etməyi məsləhət bilir.  Vaxtında

sevilib-sevilməyə, arzulara çatmağa can atan lirik

qəhrəman "hər işi vaxtında gör"-deyir.  Mənalı, 

gözəl keçən vaxtın getməsinə heyfslənmir:


61

Vaxt əriyib söz olur.

Dilimizin ucunda.

Vaxt axırsa qoy axsın,

Gözəl əməl uğrunda.

("Vaxt)


Şairin yaradıcılığında gerçək hadisələr öz

şəxsi düşüncələrinə uyğun olaraq poetikləşdirilir. 

Hegel yazırdı:"Həqiqi lirik şair öz daxili aləmində

yaşayır,  bütün şəraiti oz poetik fərdiyyətinə

uyğun olaraq mənimsəyir və öz daxili aləmini

xarici aləmlə, onun şərtləri, tale və konfiliktləri ilə

necə ən müxtəlif təzahürlə qovuşdursa da,  bu

materialın təsvirində o həmişə ancaq öz hiss və

mühakimələrinin müstəqil həyatiliyini ifadə etmiş

olur":


Qaldır göyə, at yerə,

Yernən süründür məni.

Şaxtada dondur məni.

Oda büründür məni.

Ç ək məni,

aşağı, yuxarı çək.

Ç ək sola, sağa məni.

Amma yoxsulluq ilə

Ç əkmə sınağa məni.

("Ç əkmə sınağa məni")

F.Sadıq şe'rlərində insan əməyini yüksək

qiymətləndirir.  Yaradan -quran əllər şair üçün

daha qiymətlidir,  qüdrətlidir.  Şair şe'rə elə

ideyalar,  mövzular gətirir ki,  insanı düşünməyə, 



62

öz-özlüyündə özünün dediklərindəki həqiqəti

götür-qoy

eləməyə


məcbur

edir.  Kiminsə

şərəfinə,  hansısa şahın,  hökmdarın,  hansısa bir

müqəddəs insanını adına qranit sütunlar yonulur, 

mərmər divarlar hörülür.  Şərəfinə tikilən şəxsin

adı da o divara nəxş edilir. Şairi bu düşündürmür. 

Onu düşündürən məsələ doğurdan da həqiqi

mə'nada


düşündürcüdür. 

Ayağına


ağac

qabığından çarıq geyib,  o qranit sütunları

yonanlar,  mərmər divarları hörənlər var,  bəs

onların adı,  zəhməti,  əməyi?  Şairin qəbul edə

bilmədiyi budur:

Bəs bu mərmər divarları,

Hörə-hörə donan da var.

Hanı onlar?

Hanı ağac qabığından,

Çarıq geyən dülgərlərin adları

bəs.

Bir divarda yüz müqəddəs, 



Nəxş olunub məhəbbətlə,

Bir bənnanın adı belə

Yazılmayıb.

Axıdılan tərə hayıf!

("Qədim kilsə")

F.Sadıq insanları təbii görmək istəyir. Onların

yaratdıqları əsərləri də təbii çalarlarla dolu

görmək arzusundadır. Sənətkardan da tələbi elə

bil budur. Bu da ondan irəli gəlir ki, təbiilik onun

qanındadır.  O,  hər şeydə bir təbiilik gəzir.  Ona



63

görə də sənədli filmin çəkilişində,  "sənədsiz" 

yağan yalançı yağış o filmə yamaq kimi görünür. 

Və o filmi çəkənin nəzərini yağacaq yağışa cəlb

edir, təbii səhnələr yaratmağa çağırır:

Sabah dağlarda

Leysan olacaq.

Leysanı çəkmək

Asan olacaq.

O leysanı çək.

O yağışı çək.

Yalançı yağış

Nəyimə gərək.

("Sənədli filmdə yağış")

Dünyada    gərəksiz,  yalqız,  lazımsız olmaq

nəinki insan üçün bir daş üçün də dözülməzdir. O

gərəklik şairi narahat edir:

Yaşayıb heç bir şeyə,

Gərək olmamaq dərdi,

Ölümdən də betərdi.

("Daşlar")

Dağlardan düzlərə, dərələrə yuvarlanıb qalan

daşlar bünövrə olmaq, ayaqlar altına döşənmək, 

"Yerin ən alt qatı"na düşüb təki yarımaq,  gərək

olmaq istəyir.  Daşların könlündənmi keçir bu

hisslər,  yoxsa narahat,  dünyanı nura bürümək

eşqi ilə yaşayan, yaradan bir insanın?

Yerin altında qalan

Qaya olan.

Dağlardan dərlərə, düzlərə



Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin