64
Yuvarlanan
Daşların dərdi
Sığmır yerə-göyə.
"Niyə bizi görmürlər, niyə?"
Niyə o biri daşlar kimi
bizi də
divara,
qalaya,
körpüyə,
hörmürlər, niyə?
Fikrət Sadığın bu misralarındakı ən incə
detallarda bir dünya məna yaşayır. Yaşayan
insan yarımaq istəyir məmləkətinə, torpağına,
xalqına. Daş insan arzusunu, istəyini özündə
ehtiva edir. Bu daşlarınmı istəyidir, ilahi, görən?
Yoxsa öz ağlı, qabiliyyətilə çoxlarından qat-qat
yüksəklərdə duran ziyalının düşündüklərimidir?
Daşların
harayında
nə
yaşayır
görəsən?
Dünyadan, onun ədalətsizliklərindən inciklikmi,
ağlının, zəkasının, qabiliyyətinin gücünün yatıb
qalmasından cana döyən zəhmətkeş bir insanın
narahatçılığımı? Cahilləri kürsülərdə, vəzifələrdə
görən, oturduğu yerdə sayan, xalqı, milləti
qabağa apara bilməyən, danışanda ağzına çullu
dovşan
sığmayan
məmurların
yalançı
vədlərindən doyan hər bir qabiliyyətli, istedadlı,
enercili insan bu duyğuları yaşaya bilir və şair
Fikrət Daş obrazında canlı İnsanın istək və
arzularını ümumiləşdirir. O, daş deyil, o insandır,
65
o torpaq altında qalmayıb, dağlardan dərələrdən,
düzlərdən deyil, illərdən, aylardan, günlərdlən
keçib, gəlib yetişib, kamil bir insan olub, öz
gücünü, cəsarətini göstərmək istəyir, lakin
kölgədə qalıb, buna imkan verilmir. Budur şairin
daşın dililə dedikləri, demək istədikləri, içini didən
haqsızlıqlar. Bu fikirlər Fikrət Sadıq kimi inqilabi
düşüncəli bir şairin qəlbində tüğyan eyləyən
məsələlərdən bəlkə də biridir. O "daşların"
harayına yaxındır şairin bu misraları:
Azadlıq
varımdısa
hürriyyəti
neynirəm?
Mənzilə çatmışıqsa ta niyyəti
neynirəm?
Dərdlərimiz başına götürüb bu
dünyanı,
Ehtiyaca diz çökən əmniyyəti
neynirəm.
Daban-dabana ziddir alçaqlıqla
ülviyyət,
Alçaqlıq
dəbdədirsə
ülviyyəti
neynirəm.
Layiq
olmayanlara
ləyaqət
paylanırsa,
Minnət
ilə
verilən
ləyaqəti
neynirəm.
66
İnsan əməyi, insan əlinin yaratdığı möcüzələr
şairin şerlərinin bəzəyidir. İlk insan "daşı daş ilə
yonmaqla, ilk əmək aləti düzəltməklə acizliyin
daşını atdı. İnsan əli möcüzələr yaratdı. Şair
bütün varlıqların kamili insanın əlinin qüdrətilə
kamala çatdığını bildirir. Yerin dərin qatlarına
enən insan öz marağı naminə göylərə də əl atdı.
Sonsuz fəzanın dərinliklərini fəth etdi. Aya peyk
göndərdi. Kosmosa uçdu, Marsın səthinə endi-
qalaktikanın sonsuzluğunun şahidi oldu. Ağlın,
qüdərtin yaratdığı, icad etdiyi yeniliklər, kəşflər
bəşəriyyətin əli ilə oldu. O əllər ki, cansız
mərmərdən canlı heykəllər yaratdı, polad kimi
əyilməz qayaları "yardı", misli-bərabəri olmayan
kanalları çəkməklə insan əli xarüqələr yaratdı,
dənizləri, çayları, gölləri bir-birinə qovuşdurdu.
Eyni zamanda insan əli yaratıdığı hidrogen, atom
bombaları ilə Naqasaki, Xirosima faciələrini
törətdi, yaratdığı əlləri ilə də dünyada Birinci və
İkinci dünya müharibəsində milyonlarla günahsız
insanların qətlinə fərman verdi. İcad etdiyi
silahların köməyi ilə düynaya sahib olmaq
iddiasından bu gün də əl çəkmir, hegemonluq
siyasəti yeridir, sayı -hesabı olmayan qanlar
tökür. Törətdiyi dəhşətli müharibələr ilə uçurur,
dağıdır. Bir insanın yaratdığını o biri insan öz
əliylə məhv edir. İnsanlara yaxşılıq edən əllərlə
yanaşı, qana batan əllər də çoxdur. Gördüyünü,
eşitdiyini, insan əlinin törətdiyi möcüzələri, şair
67
Fikrət
ürək
ağrısıyla
gözümüz
önündə
canlandırır; yaşamaq naminə əlinin qüvvəsindən
istifadə edən insana nə lazımdır? Həyat, o gün
də, bu gün də həyat! "Dünyanın şüarı həyatdır bu
gün" -deyən şair bəşəriyyəti sülh, əmin- amanlıq
içində yaşamağa səsləyir, "qurduğu büsatı
uçurmaq" üçün yaradan əlləri silah götürməməyə
çağırır. Bu səsləmədə, çağırışda dünya dolu
narahatlıq, həyəcan, təlaş duyulur.
Dünyada yaxşı insanların, yaşamaq eşqilə
yaşayan insanların, kağızlar, daşlar üzərində
misilsiz lövhələr yaradanların, bir insan övladını
həyata qaytarmaq üçün özünü fəda etməyə hazır
olan insanların obrazları Fikrət Sadıq şerinin
bəzəyidir, tacıdır. "İnsan ölümü utandırır" şerində
fədakar həkimin xəstə üstünə gedərkən keçirdiyi
narahatçıllıqlar,
qarşılaşdığı
çətinliklər,
qorxmadan qarlı- çovğunlu gecəni qət edərkən,
piyada da olsa özünün xəstəyə yetirən, bir evin
aman-zaman bir oğlunu ölümün pəncəsindən
qurtarmaq üçün insan övladının nəyə qadir
olduğu tərənnüm olunur. Gecəni səhərə kimi
ölümlə çarpışan həkimin həyəcanları, övladın
başı üstündə narahatlıq keçirən ata-anaya bəxş
etdiyi sevinc insan əllərinin bəxş etdiyi sevincdir.
F.Sadıq xalqının yaratdığı incəsənətə vurğun
könül sahibidir. Ən yaxşı çalınan saz, kaman, tar,
balaban insan övladının əllərinin möcüzəsidir,
barmaqlarının kəşfidir. İnsan oğlu arzu, həsrət,
68
hopmuş musiqisində nələr yaşatmır; vüsal
həsrəti, könül istəyi, hicran əzabı, yurd nisgili,
qartallı qayalara sahib olmaq arzusu, daha nələr,
nələr…
Şair balabançı Həsrət Hüseynovun, görkəmli
bəstəkar
Qara
Qarayevin
musiqisində
duyduqlarının önündə əsirdir. Eşitdiyi "Ərəb
nəğməsi"ndə
də
insan
övladının
hiss
və
duyğularını görürük. Qəm, kədər, sevinc, ümid,
arzu bəşəridir. Hansı dildə, hansı ölkədə
yaşamasından asılı olmayaraq, onu dinləyəndə
duyursan ki,
Bu nəğmənin bəmində həsrət, intizar,
hicran!
Bu nəğmənin zilində fəryad, çağırış,
üsyan!
Bu nəğmənin bəmində sakit suların
səsi.
Bu nəğmənin dilində tufanların nərəsi.
Bu nəğmədə qəm də var, kədər də var,
yas da var.
Nifrət də, qisas da var.
("Ərəb nəğməsi")
Afrika xalqlarının azadlıq uğrunda apardıqları
mübarizədə qazandıqları qələbə "Afrika" şerinin
mövzusudur. 1960-cı ildə Afrika xalqları azadlıq
əldə etdi. Ürəklərdəki arzular gül açdı. Nil çayı
aşıd-daşdı, amma o sevincdən aşıb-daşdığından
69
nə taxıl zəmilərinə, nə kəndlərə, nə bağlara, nə
bəndlərə ziyan toxundu:
Müstəmləkə zəncirini
Parça-parça qopardı Nil,
apardı Nil.
Günəş yerə xəlbir-xəlbir od ələyib əsarəti
yandırıb
kül
elədi. Zəncilərin-
qara
dərili
zəncilərin zəncirləri "xıncım-xıncım" oldu, azadlıq
günəşi doğan ölkədə qaraların ağ geyinməsi,
ağların qara geyinməsi müstəmləkə zəncirinin
qırılmasına, onların öz hüquqlarını müdafiə
etməsinə, bir insan kimi öz şəxsi səadətlərini
əldə edə bilməsinə işarədir. Şair Afrika xalqının
bu sevincinə qoşulur. Onun lirik qəhrəmanları
hansı irqə, hansı dinə mənsub olmasından asılı
olmayaraq xoşbəxtltik arzusu ilə yaşayır. Bəxtiyar
Vahabzəadənin dediyi kimi "Sülh mövzusu
azadlıq eşqi ilə çırpınan müstəmləkə xalqlarının
qollarındakı əsarət zəncirini qırmaq arzusu"
Fikrət Sadığın mövzu dairəsinin geniş, əhatəli
olduğunu göstərir və "insan kainatın müqabilində
bir zərrə olsa da, adi insan ömrü intəhasız
zamanın bir saniyəsi olsa da, o kainatın və
əbədiyyətin sirlərini öyrənməyə qadirdir. Fikrət
kainatın sirli əlifbasını oxumağa başlayan, öz
idrakı ilə mübhəm sirləri öyrənməyə can atan adi
insanın sonsuz qüdrətini tərənnüm edir".
F.Sadığın muasir nağıllarında insan əvəzsiz
varlıqdır. Qumun üstündə "Mağara", "Balıq",
70
"insan" şəkilləri çəkən balaca qız mağaranı
balığa, balığı insana oxşadır. Ona görə də
qəlbində
öz
nağılını
düzür, qoşur. Onun
nağılında bu dünyada əvvəllər dağlarda xeyli
mağaralar, kahalar olub.
Günlərin bir günü,
Ayaq açıb yeriyiblər.
Bir yerdə durmaqdan bezikmiş mağaralar gah
qarnıüstə, gah üzü, gah böyrü üstə, gah dizi
üstə, başı üstə yıxıla-dura
Axışıblar
çaylara, dənizlərə,
balıqlara dönüblər.
Bacalarına su dolub, bir cüt göz olub və
mağaranın ağzı balıq ağzı olub".
Balıqlar suda da cana doyub. Yenidən
çıxıblar üzə. Gəldikləri sahillərə sürünüblər.
Mağaraların
kələ-kötür
divarları suda
olan
pulcuqlara çevrildiyindən süründükcə balıqların o
pulcuqları tökülür. Ürəklərində təpər tapıb, o
pulcuqları çırpıb töküb, "dönüb olublar insan". Öz
ilkinliyini unutmayan insan evlər tikib, yollar
çəkib, bütün dünyanı gəzib dolanıb, onun sahibi
olub. Dünyanın hər misqalında insan izi axtaran
şair nə istəyirsə onu yaradır. İlk insanın suda,
quruda izləri axtarılır və o izlərdə insan arzusu
əsasdır. Bəli insan arzusu. O insan ki, sudan
çıxdı, evlər
tikdi, qurdu, yaratdı, arzuları
tükənmədi, başının üstündəki mavi səmaya, boş
71
kainata
baxdı,
möcüzələr
axtardı,
gözləmədiyindən də qəribə möcyzələr tapdı. İndi
də göyləri fəth etmək istəyir. Quş olub uçmaq,
buludlara qoşulmaq istəyib, arzularına çatıb.
Burada insan arzusu, istəkləri, həmişə yenilik,
macəralar gəzən insanın qorxusuz, hürküsüz
yaşamaq fantaziyası baş alıb gedir. Deməli,
Fikrət Sadıq insanın ilkinliyini daşda, suda
axtarır. Bu axtarış yeni deyil, kökə dönmədir bu.
İlkinlərimiz də suyu, Dağı, Daşı insanın yaradıcısı
hesab etmişlər və bu inamın işqığında möhtəşəm
bir
mifik
dünyalarını
qurmuşlar. O
mifik
ünsürlərdə də insan daima yenilik arzusundadır.
Bir yerdə qərar tutmaq istəməyən insan quş
olmaq istəyir, ağac da, bulaq da, dərya da,
göylərə uçmaq üçün qanadlı olmaq da-nə
istəyirsə istəsin insan, onun istəyində ancaq
yaşamaq istəyi, yenilik duyğusu əsasdır. O, bir
yerdə qərar tuta bilməz. Ç ünki onda elə bir duyğu
var ki, bu duyumdur insçanı dəyişən, dəyişdirən,
aliləşdirən, möhtəşəmləşdirən. Kim nə bilir,
qayalar, mağaralar balıq olub, balıqlar insan
olub…. Bunlardan insan necə yaranıb? -sualına
romantik cavablar deyilmi? Fikrət Sadıq insanı
burada aliləşdirir. O insanları ki onları sevir. O
insanları ki, beşikdən qalxanı böyük arzuların
qucağında çırpınır. Onlara yetişmək ümidi,
arzusuyla
çalışır, mübarizə
aparır
və
bu
mübarizə onları ümidlərin qoynunda yaşadır.
72
çoxlarını dəyişir, adilikdən ülviyyətə, insanlıqdan
şəhidlik zirvəsinə qaldırır, onun daima yeniliyə,
tərəqqiyə səsləyir.
İnsan bu yolda yıxılır, durur, çiçəklənir, solur.
Şairin lirik qəhrəmanının qəlbində istəyi təkcə
yaxşılıq olmayan insan xəbisliyi də bir qorxu
yaradır. Fikrət Sadıq "qorxu" məfhumuna ötəri
baxmır. Bu dünyasının pisini-yaxşısını, ağrısını-
acısını, şirinini duyandan ömür yollarının enişini-
yoxuşunu görəndən şair "qorxur". Bu qorxudan
çox ehtiyatdır. Dünya ölümlü-itimlidir. İnsanlar
xeyirxah və daşqəlblidir, paxıl və mərddir, acı dil-
şirindildir, səmimi və kobuddur. Yaxşını, pisi
qanmayan nadandan, yaxşıya göz yumub pisi
tərifləyən ikiüzlüdən, üzünə dost, arxasınca
düşmən olandan qorxmamaq olmaz. O, təmiz,
saf insan olduğundan
Quru böhtandan
Qırmızı tərifdən
Ağ yalandan qorxuram.
-deyir və şairin qorxuları da bəşəridir. Sülhlə
müharibə, yaxşılıqla yamanlıq üz-üzə duranda
dünya özü qara geymirmi? Bundan qorxmamaq
özü qeyri -insanilikdir. Hər kəs yaşadığı dünyanın
əkslikləri ilə qoşadır. Doğruya çəpər çəkilirsə,
yalana hədd qoyulmursa, mərdi qova-qova
namərd edirlərsə niyə də qorxmasın. Bu
qorxaqlığın arxasında insanın öz insani ləyaqətini
73
qoruyub saxlamaq məsələsi durur. Ona görə də
üstüörtülü şəkildə
Həmişə qoçaq olmaq çətindir bu
dünyada,
Hərdən bir də qorxaq olur adam-
deyir.
F.Sadığın
"işıq" şerlərində
insan-dünya-
kainat var. Bu şerlrində işıq fəlsəfi, bəşəri bir
ucalıqdır. Bu
ucalıqda
vəhdət
və
tamlıq
ölçüsüzlük, nəhayətsizlik, əbədilik var. Onun
şerlərində torpaq, insan, vətən, zaman, dünya,
işıq anlayışları bir-birilə vəhdətdəir. İşıq, od
xalqımızın sitayiş yeri, inam ocağıdır. İşıq şairin
şerlərində zamanla-həyatla bir yaranıb.
İşıq inamlarımızda "Avesta"dan əvvəllər də
mövcud idi. "Avesta"da od özünəməxsus bir
poetika ilə bəzənib. Fikrət Sadıq bu obraza yeni
çalarlar vurub. İşıq saflıqdır, işıq yenilikdir,
tərəqqidir. Fikrət Sadıq yaradıcılığında işıq
böyük, əvəzsiz bir məfhumdur, varlıqdır. İşıq
Günəşin timsalıdır. İşıq həyatdır, şairin nəzərində
işığın yaşı dünyanın yaranışından başlayır.
Bir cazibə burulğanına düşüb
Əbədi dolanmaqdan:
Bir çınqı alışdı haçaqsa.
Bir topa dumanlıqdan.
O gün doğulan çınqı,
Günəş oldu, Kürə oldu, közərdi.
74
Dövrəsində
halay
vuran
planetlər,
Ondan qopan gözlərdi.
Yer o gözlərin ən gözəlidir, çünki sonsuz
səma səltənətində "bəlkə də ilk odlu-sulu torpaq
kimi qəbul etdiyi Yer kürəsinin astronomik
qanunlarını şair poetik bir dillə vəsf edir. Yer
Günəş ətrafında fırlanır, Günəş şairin şerində
"başına
dolandırır
bizim
Yeri".
Başına
dolandırdığı Yer kürəsinin sakinlərini-insanlarını
sevdiyindən,
insanın
dünyaya
gələcəyini
əvvəldən bildiyindən dəryalarında, dənizlərində,
çaylarında, neftində, qazında
"işıq
yığıb
saxlayıb", "gizlətməyib yerdən heç nəyini".
Zaman və məkan qütblərini yalnız işıq sürəti
birləşdirə bilirsə, ən böyük tamlığı və vəhdəti işıq
sürəti
mümkün
edirsə, onda
şair
poetik
fikirlərində nə qədər haqlıdır:
Amalı işıq olub
işığın hər zaman.
Yaşda hamıdan böyük,
Hünərdə hamıdan iti,
Mərdlikdə hamıdan ulu,
Səxavətdə Günəşə tay,
ucalardan uca,
Həmişəcavan, həmişə
Əbədi işıq.
75
İşıq F.Sadıq şerlərində elə bir tərif alıb ki,
fiziklər, riyaziyyatçılar, astronomiklər işığa belə
tərif verə bilərdilərmi görən?
Doğra, parçala, kəs, sındır.
Böl, quyuya at, as işığı.
Yenə işıq olacaq.
Bütövü də işıqdır, zərrəsi də.
Rəngi də işıqdır, səsi də.
Həcmi də, tutumu da, biçimi də.
İşıqdır, işıqdır, ancaq.
Əsrlərin zülmətini yara-yara
qorxudulsa da,
gizlədilsə də,
işıq olub insanlara.
-deyir və özünü işıq övladı kimi vəsf edir.
İnsan harda olursa-olsun işıq axtarır, sevgi də,
ünsiyyət də, söz də işığa "möhtac"dır. Gecə də,
gündüz də insana işıq gərəkdir. "işıqdan
doğulmuşuq, işıqdan" israrla deyir və insanın
əməlində, qəlbində də işıq gəzir, onun insani
keyfiyyətlərini işıqla, onun çəkisi ilə ölçür:
Qəlbində işığı çox olanın,
Ocaq söndürə bilməz əli.
Söndürmək istəsə də gəlməz əli.
İşıq ədalətlidir, düzdür, haqqına tapınandır.
Yaxşılara ana olan, yalanlara gülən işıq bir
Obrazdır. O, Gecələr yanır, gündüzlər var,
dünyanın hər üzünü görür və ona görə də"çox
görüb, çox bilir işıq". İşığın adında bir həqiqət
76
var. O yalanı sevmir, hiylədən uzaqdır, o mərddir,
Prometey
onu
oğurlayıb
insan
övladına
çatdırmaq
istəyəndə, allahlar
allahlıqlarıyla
qorxub, bunu "gizlətsə" də od qorxmadan,
yarpağı yandırıb keçib, "məni aparırlar" deyə
comərdlik edir, həqiqətin işıq üçün əvəzi yoxdur
və ona görə də mayasına qatılacaq haramı
istəmir. İşıq eyni zamanda səbirli, dözümlüdür.
İnsan övladına gərəkliliyini bilib tələsmədən ona
çatacağı günü
də dözümlə gözləyir. Şair
Prometey
tərəfindən
oğurlanıb
insanlara
çatdırılan
işığa-oda, onun
insan
övladının
səadəti, firavanlığı naminə istifadəsinə poetik
məna verir. İşıq obrazdır. İşıq Fikrət Sadıq üçün
öz əqidəsi uğrunda döyüşən, əzilən, vurulan,
vuruşan, hər cür əzablara sinə gərən mərd,
azadlıq
mücahidini
xatırladır.
O
azadlıq
mücahidini ki, işini, ömrünü vətənin, xalqının
xoşbəxtliyi naminə qurban verdiyindən xalq üçün
müqəddəs, işıqlı bir yolun yolçusu olduğundan
sevilir, xalqın, vətənin işığı, ziyası, nuru kimi
yüksək
qiymətini
alır. Taleyini
insanların
xoşbəxtliyi naminə qurban verərək öz xalqını
insanları necə sevirsə, işıq da onları elə sevir. Bu
işıqda bir yanımcılıq var, inadkarlıq var, cəsarət
var, dözüm var…. İnsan xoşbəxtliyi naminə işıq o
qədər fədakardır ki, "mumda" əridib şam
döndəriblər, insan kimi "qəlbini şan-şan" ediblər,
ocaqda qaynadıb "dağ" ediblər, şüşə qəfəsə
77
salıb "dustaq" ömrünü yaşadıblar, hətta Nəsimi
tək dara çəkiblər, amma şöləsini, işığını, nurunu,
insana bəxş etdiyi sevincini duyub, "bir dəfə də
incimədi, küsənmədi taleyinə".
İşıq Fikrət Sadıq üçün budur. İşığın ömrü
insanın ömrü kimi mənalandırılır. İşıqla üzbəüz,
təkbətək söhbətində şairin daxili aləmi, duyğu və
düşüncələri özünün təzahür formasını, bədii
ifadəsini
tapır. Milli-mənəvi, etnik, əxlaqi
dəyərlərimizə söykənərək yazılır Fikrət Sadığın
şerləri. Kainatın təməl daşı kimi vəsf etdiyi işıq-
od yaxşı ki var. İnsan ağlını, düşüncəsini işığa
bənzədən şair "bəşərin yoludur, işığın yolu"-
deyir.
Bəxtiyar Vahabzadə:
Azərbaycan oğluyam,
Odu Allah sanmışam.
Anam torpaq,
Atam od,
Mən oddan yaranmışam
-deyirsə, Fikrət Sadıq oda bağlılığını bu cür
tərənnüm edir:
Mən lap uşaqlıqdan vurğunam
oda.
İşıq axtarardı gözüm hər axşam.
Anam lampamızı gec yandıranda
"Cızza,
cızza"
deyib
çox
ağlamışam.
78
Hələ indiyədək qalıb yadımda
Əlim yana-yana od qaladığım.
İlan gözündəki parıltını da
İşığa oxşadıb qamarladığım.
Hörmətli şairimiz Musa Yaqub onun işıq
mövzusunda
şerlərində
nələr
görmür:"ilan
gözlərində olsa belə o işığı, o parıltını qamarlayıb
tutmaq istəyən Fikrət.
Ömrünün
bütün
mərhələlərində
Fikrətin
içindən keçən o işıq onun şerlərinə, misralarına
axıb keçib, oxucularının ürəyinə ümid işığı verib,
yaşamağa inam işığı paylayıb.
İşıq olmasa gül-çiçək üstə şeh parlamaz. İşıq
olan yerdə inci var, üzük qaşı var, zərgər işi var.
Məhz Fikrət könlünün işığıyla şerdə söz üstündə
zərgər işi görür, inci yaradır, sözə rəng vurur,
üzüyə qaş qoyur. Budur əsil söz sənəti".
F.Sadığın şerlərində insan təbiətindəki işıq
xeyirxahlıq, nəciblikdir. İşıq obrazı onun bütün
yaradıcılığından qırmızı bir xətt kimi keçir və
"İşığın yaşı" kimi poemanın mövzusuna çevrilir.
Lirik assasiasiyalar silsiləsi kimi yazılmış bu
poemada işıq obrazı insanın mənəvi tarixinin
əsas başlanğıclarından biri kimi poetikləşir".
Cənub
qütbünün
buzlaşmadan
əvvəlki
dövrünün
xəritəsinin
tapılması
haqqında
danışılan sözlərə şair həm inanır, həm inanmır.
Atlantida adlı dünyanın varlığına, orda bütün
canlıların dil açıb danışmasına inanır da, inanmır
79
da. İnsan övladı bilir ki, harda sülh əmin -amanlıq
varsa, harda səmimiyyət varsa orda gülüstan
olar. Bunları bəlkə həqiqət, bəlkə fərziyyələr
hesab edib eşitdiklərinə inamında şübhələr
dolaşan şair fəqət dəhşətli bir şeyə inanır, özü də
heç bir şübhəsi olmadan inanır. İnanır ki, "atom
dolu raketlər" qitələrdən qitələrə uçuş etsə, onda
Nə dünya qalar, nə xəritəsi.
Nə Atlantida əfsanəsi.
Nə də balıqların səsi.
"Dövrlər" Fikrət Sadığın eyni adlı şerində
ayrıca bir mövzudur. Dövrlər silahına, Allahına,
günahına görə məşhurdur.
Daş-Tunc-Mis dövrü
Bu
üçü bir yerdə
parçalanma
və güc dövrüdür.
Sonra da
Ömürə,
kömürə,
dəmirə.
Ondan sonrakı dövrləri şair ən pis dövr kimi
qiymətləndirməkdə
haqlıdır.
Müharibələr,
ziddiyyətlər, bir-birilə ədavət və bundan da
dəhşətli dərdlərin içində-"itib-batıb, haqq-ədalət
dövrü". Və o zamandan bəri davam edən çoz
"uzun" çəkən "tarixin bu paxıl və xəbis dövrü"
80
şairi dəhşətə gətirir və həsrətlə "qızıl dövrü,
gümüş dövrü, mis dövrü" arzulayır.
Şairin özünün dediyi kimi bu xəbis dünyada
qazancı beton ev. "ton-ton" dərd, qəm, "misqal-
misqal" sevincdir.
"Mən adicə insanam" şerində şair yer üzünün
əşrəfi insanın gəldi-gedər olduğunu, dünyada isə
əməli qaldığını "Mən kainata baxılsa ən kiçik
zərrənin
mində
biriyəm"
-deyir.
Amma
"düşüncə"sinin
günəşdən
qətrə-qətrə
içdiyi
ziyasıyla, zəkasıyla nələrə qadir olduğunu kim
bilmir. O, qabarlı əllərilə sahibini Veneraya,
Marsa çatdıran insanın "fəqət adi olmayan,
kainat kimi sonsuz, işıqlı idrakı" var. Eyni
zamanda o idrakın sayəsində qazandığı, gücü,
qüdrəti, arzu-niyyəti var. Şairin nəzərində insan
belə böyük varlıqdır.
F.Sadıq insan övladının gücünü, təpərini,
qeyrətini, əlinin, qolunun qüvvəsini kor qoyan
silahlara qarşıdır:
Hələ tüfəngi görüb,
İnsana acıdı Koroğlu.
Dedi:
"Hünər getdi
Mərdlik getdi".
Bəs görsəydi atom yüklü raketi?
F. Sadıq yaradıcılığında xoşbəxtlik gəzmir.
Hərə
xoşbəxtliyi
bir
şeydə
görür. Birinin
xoşbəxtlik sandığı şey, digəri üçün istirab ola
|