364
Bir arzumuz iki qəlbdə yuva
salıbdır.
Bircə sizdən bizim evə köçmək
qalıbdır,
Buna hicran deyirsən?
Elçin haqlı olaraq "Sevgi yağışı"nı muasir
poeziyanın nümunəsi kimi götürür və sənətkarlıq
baxımından şairin istedad və bacarığını bu iki
obrazın vasitəsilə belə qiymətləndirir ki, "bu
oğlanın və qızın hisslərindəki saflıq, təmizlik,
paklıq
Fikrətin
poeziyasının
poetik
komponentləridir
və
həmin
poeziyanı"
səciyyələndirən və məxsusiləşdirən cəhətlərdir
və məhz buna görə də həndəsi fiqurlara
aludəçilik,
naturmotlara
meyl
F.Sadıq
poeziyasına o qədər lazımdır, nə qədər ki, həmin
saflıq, sadəlik təmizlik zora düşməsin". İnsan
ürəyi şair üçün kəşf olunmamış sirlər aləmidir. Bu
ürək dünyanın möcüzəsidir. O da varlıqdır. Bu
dünyanın varlığıdır. Ürək hər şeydə var; Qalaq-
qalaq qalaktikalar da bir qurtum suda, bir ovuc
küldə, bir zərrə odda "bütöv bir ürək var":
Onun
yaratdığı
əsərlərdə
böyüklüyünə,
kiçikliyinə baxmayaraq böyük məna var. Hələ 60-
cı illərdən ədəbiyyata gəldiyi illərdə F. Sadıq
özünə "cığır" açıb. Elə bir cığır ki, o B.
Vahabzadə demişkən "yalnız özü üçün deyil,
başqaları üçün də yaşamaq" naminə yaradıb,
qurub. Mirvarid Dilbazi
onun
yaradıcılığna
365
dərindən bələd olan bir xalq şairi kimi böyük
uzaqgörənliklə demişdir:" Fikrətin "Bulud", "Cığır"
və xüsusilə xalq əfsanəsi əsasında yazdığı "Ana
əli" poeması onun gələcəkdə yaxşı bir şair
olacağını göstərir."
366
FİKRƏT SADIQ YARADICILIĞINDA
TƏBİƏT
F.Sadığın
şe'rlərində
təbiət
ayrıca
bir
mövzudur. Meşələrin, quşların, ətraf mühitin
mühafizəsində
təiiliyin
olmaması, buraxılan
tüstülərin dünyaya vurduğu zərbə, çirkli suların
dənizlərə
axıdılması,
bunun
nəticəsində
"günahsız, körpəcə balıqlar"ın, canlıların məhv
olması, zavod bacalarından ilan kimi qıvrılıb,
"burum - burum" burulub göylərə qalxıb, zəhərli
tüstüsü
ilə
təbiəti
zəhərləməsi, meşələrin
qırılması, düzlərdə ceyranların, çayda Xəşəm
balığın,
dağlarda
giləmeyvələrin
kökünün
kəsilməsi şairi kədərləndirir. Meşələrdə nadir
ağacların kökünün kəsilməsində, qoca dünyanın
ağlına yazılan "Qırmızı kitab" damğasında insan
əli var. Amma insan unutmamalıdır ki, bu dünya
təkcə onun deyildir, hamınındır. Bu dünyada adi
bir cücünün də, həşaratın da yaşamağa haqqı
var. Şair təbiətə, torpağa, tanrı ne'mətlərinə,
gözəlliklərinə bilərəkdən, bilməyərəkdən -fərqi
yoxdur balta çalan insanlara bunu məsləhət
görür ki:
Adicə
çiçəyin
də
burnunu
qanatmayaq!
367
Torpaq yaşadır bizi.
Nankor övladıq məgər,
Torpağı yaşatmayaq?!
Torpağı, təbiəti qorumaq, yaşatmaq bəşər
övladının borcudur. Ana təbiətin övladı öz
yaradanına,
yaşadanına
qarşı
nankor
olmamalıdır. Meşələri yox edən, qalaq-qalaq
mə'nasız kağızlara çevirən, tamahından dünyanı
kor qoyan insan övladının çoxluğundan dünya
dağılmaz, amma "əl boyda" tüstülərdən dünya
əyilər, məhv olar, tarazlığını itirər.
Şair öz narahat duyğularıyla insan övladını
qəflət yuxusundan oyatmağa çalışır. Artıq bu
dünyanın təmiz, aydın səmasına, torpağına,
varına, bəzəyinə vurduğu zərbəni duyan insan
innən belə dünyanı qoruyacaqsa, ətrafında bu
gün də mövcud olan təbiətə düşmən qüvvələrin
əməllərinə göz yummamalıdır.
O, elinə, təbiətə vurğun şairdir. Onun
əsərlərində insan öz elinə, obasına, üstündə
gəzdiyi torpağa möhkəm tellərlə bağlı, xalqının
taleyini, torpağının qüdrətini duyandır. Torpağa
məhəbbətinin böyüklüyüdür ki, insanın ondan
güc almasını şair tez duyur. O, ana təbiətin,
doğulduğu
Şirvan
torpağının,
əsrarəngiz
Göygölü- Azərbaycanın bütün dilbər guşələrinin,
eləcə də ana təbiətin bihuşedici mənzərələrini
tərənnüm edir. Onun aləmində təbiətə münasibət
insanın mənəvi dünyasını üzə çıxarır. O, təbiəti,
368
meşələri, dağları, çayları, çölləri qorumaq naminə
bəlkə
də
onun
gözəl
dağlarını, sıldırım
qayalarını, şiş uclu zirvələrini, enişli-yoxuşlu
yollarını, füsunkar baharını, könül oxşayan qışını
tərənnüm edir. Onun şerlərində bir həyəcan təbili
var və flora və faunamızın, təbiətimizin taleyi
üçün narahatdır.
Yadıma akademik Həsən Əliyevin "Həyəcan
təbili" kitabı düşdü. Təbiətin vurğunu müəllif
yazır:" Əlimə qələm alarkən torpağın tədqiqindən
başladım. Bu sahədə yazdığım kitabların da,
məqalələrin də oxucuları yalnız torpağı tədqiq
edənlər və becərənlər oldu. Bəs torpağın dərdi?
Özündən süd verib, bəslədiyi insanlarda sinəsinə
yara
vuranlardan,
gözlərinə
zərər
tozu
üfürənlərdən. Mən isə torpağın övladlarından
birisi kimi haray saldım ki, … qoy səsimi hamı
eşitsin". Fikrət Sadıq da təbiətin, torpağın,
dərdini, sərini çəkə bilməyib, elə bir haray çəkir
ki, qorxur. Atlantida faciəsindən qorxan kimi
qorxur. Nə vaxtsa belə bir ölkə olubmu?
Naməlumdur. Amma öz yaşadığı zamanda icad
edilən silahlar onun torpağını, yaşadığı dünyanı
Atlantida əfsanəsinə döndərə bilməsi reallığını,
təhlükəsini duyur, qorxur, həyəcan təbilini çalır.
Nələr çəkmiş torpağın başı: dəhşətli müharibələr,
keçirilən nüvə sialahlarını sınaqları, istehsal
edilən kimyəvi məhsullar, zavod və fabriklərin,
tullantılarının torpağın bağrında açdığı qara
369
yaralardır. Təbiətsevərlər kimi Fikrət Sadıq da
qələmini bu mövzuda məsələlərə həsr edir. Meşə
Fikrət Sadığın əsərlərində əvəzsiz sərvətdir, o
xalqın da sərvətidir, gözəlliklər məskənidir.
Ay şairin şe'rlərində bir aləmdir. İnsan övladı
dünyaya gələndən, "ağlı kəsəndən", "göylərin
çırağı" ayın vurğunu olub. Onun buludların
arasından "qıyqacı baxış"larını sevib. Onun on
beş günlük "sehri haləsinə" məftun olub və ona
görə də
Ulduz hanı Aya tay,
Ay yaranıb qüdrətdən.
Ayı ilkin görənlər
"Ay" çığırır heyrətdən.
Aya insanın baxışlarını, verdiyi mə'naları,
baxışında, duruşunda gördüyü gözəlliyi, saflığı,
şair göz önünə gətirir. Onun gözləri önündə
neçə-neçə körpəyə "ay parçası deyiblər"; hər
şairin dünyada "Ay üzlü" yarı olub. Şairlər
yaratdıqlar əsərlərində gözəli, vəsf etdiyi insanı
Ayla müqayisə edib. Aya aşiqlik prizmasından
baxıb; gah
onun
gözçəlliyini
vəsf
edib,
ulduzlardan üstün tutub, gah sevdiyi gözəlin
üzündə Ayın nurunu, işığını gəzib, görüb,
tərənnüm edib, gah göylərin yaraşığı gözəllərin
qaşlarını "hilala" - yeni doğulmuş on dörd gecəlik
aya bənzədib. Ay insan övladının istəklərinə
uyğun vəsf edilib və F.Sadııq da onu vəsf edir.
Amma başqa şəkildə;
370
Ay üzü qazıq-qazıq,
Ay üzü dərə-tərə.
Göydən yağan daşları,
Ay qoymur düşsün yerə.
Demə ay ləkələri
Yağan daşların yeri,
Ay göyün fədaisi,
Yerin cəsur əsgəri.
Ulduz yağışlarının,
Önündə tənha durur.
Odur ki, keçib gedir,
Gecələr məğrur-məğrur.
Demə ta yaranandan,
Yeri qoruyubmuş Ay.
Yerlə göy arasında,
Keçikçi olubmuş Ay.
Ay şairin nəzərində bax budur. Ayın belə
tərifini F.Sadıq qələmində tapa bilərik. Onu ay
üzlü nigarına bənzətmir. Ay parçası bildiyi bir
körpəyə oxşatmır. Amma o da Aya heyrandır.
Baxışına, duruşuna vurğun olanlardandır. O,
Ayda başqa bir aləm tapıb: ay sən demə "Göyün
fədaisi", "göylə yer arasında keşikçi", "göydən
yerə yağan daşları" yerə düşməyə qoymayan
sən demə "yerin cəsur əsgəri" imiş. Bu ülvülüklə,
bu bənzərsizliklə, bu baxışlarla aya baxmaq özü
371
də insandan daxili ictimai bir zənginlik tələb edir.
Bu şair təxəyyülünün zəngin xəzinəsinin qiymətli
bənzətmələrindəndir.
Bu
bənzətmələr
F.Sadığındır.
Gördüyünə,
eşitdiyinə
yaxın
mənada
nə
varsa,
hamısına
hörmətlə
yanaşmaqla bərabər, öz sözünü də demək
bacarığı, cəsarəti. Nizami sevgili yarını "üzü
aydan da gözəl sərvi xumar"a bənzədir. F.Sadıq
isə dünyası üçün narahat olan bir əsgər kimi
düşünür. Onun baxışını, duruşunu məğrur, cəsur
əsgərə bənzədir. Hər iki bənzətmə sənətkarların
əhval-ruhiyyəsinə uyğundur, gözəldir, bədiiliyi ilə
könülə yatandır. F.Sadığın Aya baxışları muasir
zamanla, dövrlə səsləşir ona görə oxucu onun
demək istədiyi fikri tez tutur, mə'nanı anlayır. Bu
əhval ruhiyyəni onun "Soyuq şe'r"ində də oxucu
tez
tuta
bilir. "Canımdakı
soyuğu
çıxara
bilməzsən həkim!"-deyir şair. Ç ünki bu adi soyuq
deyil.
Onun
canındakı
"soyuğun"
kökü
uşaqlıqdan gəlir, artıq o soyuqlar onun canıda
"daşlaşıb", ona loğmanın gücü çatmaz, təbib,
məlhəm kömək edə bilməz. Ç ünki uşaqlıqdan
canında yığılıb qalmış soyuqların kökü var:
Atalı-analı yetim olmuşam.
Doğmalarıma qərib olmuşam.
Üzümə yalandan gülə-gülə,
Üzümə soyuq baxıblar.
O
soyuq
baxışlardan
qalıb,
qalanıb,
372
Ciyərimin başındakı qar.
Gördüyü soyuqluqlar onun üzünü dünyadan
döndərib. Sevgidən qaçanda özünə soyuq
olduğunu hiss edib, sevəndə də ""soyuq" baxışlar
görüb. Yaxşı yazanda "üzünə soyuq baxıblar".
Çoxlarının-doğmaların,
yadların,
qohumların
soyuq baxışlarından ciyəri "xalvar-xalvar" soyuq
çəkən şair hardasa bir soyuq baxışdan da
mütəəsirdir. Yadın yad, soyuq baxışı yad olduğu
üçün qəlbi qıra bilməz, küsdürə bilər, ürəyini qısa
bilər, amma qıra bilməz.
Amma:
Yaxın adamın buz baxışı
Qılıncdan betər kəsir.
Bəlkə şairə soyuq baxanlardan biri elə
həkimin özüdür. Çünki şair " bir az da sənin
soyuqluğun üşütdü qəlbimi" deyir, qınaq dolu "
xətrinə dəyməsin, dərmanların kar eləməz qat-
qat qalanmış soyuqlarıma"-deyir. Kövrək insan
özünə yaxın insanların bir soyuq baxışlarının
ağrısın, acısını duyduğu kimi "Soyuq şer"ində
ümumiləşdirir. Bu soyuq "adi soyuq" deyil, bu bir
insan övladının taleyinə, qismətinə yazılmış ömür
payıdır və bu ömürdə gördüyü, yaşadığı qəmin,
qüssənin soyuğudur.
Şair təbiətin soyuqluğundan öz daxili əhval-
ruhiyyəsini vermək üçün bədii vasitə kimi
yararlana da bilir. Təbiətin soyuq üzü şairə yad
deyil.
373
Məmməd Araz:"Fikrət Sadığın təbiət şerləri
yalnız təsvir, peyzac lirikası deyil. Bu şerlər əsgər
papağı geyimli bir şairin vətəndaş çağırışı,
harayıdır. Təbiətə əl qaldıran insan təkcə palıdı,
vələsi qırmır, əslində özü oturduğu budağı kəsir,
təkcə quşun qanadını qırıb, ceyranı didərgin
salıb, bulağı nəğməsiz qoymur, öz nəfsini
daraldır, öz çörəyini zəhərləyir, öz ömrünü
tüstüyə bükür".
Ehtiyatlı olun quşlar
Tora düşmək…
Yaralanmaq qorxusu var.
Şairin dediyi kimi təkcə insanın deyil,
hamınındır bu dünya. Adi bir cücünün də haqqı
var yaşamağa.
Məhsuldarlığı
artırmaq,
torpağın
gücü
çatacaq çəkidən çox məhsul əldə etmək üçün
əkin sahələrinə səpilən kimyəvi maddələrdən
geninə boluna, ölçüsüz, meyarsız istifadə, onu
yeyən insanlarnı orqanizminə dəyən zərbə,
meşələrin məhv edilməsinin təbiətə, insan
sağlamlığına, ətraf
mühitə
vurduğu
zərbə
bugünkü elmi-texniki inqilabın havanı, təbiəti
böhranlı vəziyyətə salması, ekoloci müvazinətin
pozulması insan əməlidir.
Dünyanın dərdini çəkən, torpağın ağrısını
can ağrısı kimi qəbul edən F.Sadıq qorxur ki,
İnsanların çoxluğu ağırlıq salmaz
Yerə.
374
Amma dünya əyilər, əl boyda
tüstülərə.
Bu da təbiətin gələcəyindən nigaorançılığın
nəticəsidir ki, şair onu şerinin mövzusuna çevirir,
təxirəsalınmaz mövzusuna.
"Dünyadan qaçan insan"ı da ana torpaq
bağrına basır. Torpağın bir zərrəsinə dönən
insan Bəhramgura bənzədilir.
Bəhram-Gur şahı da
Elə-beləcə çığıra-çığıra,
Ç əkmişdi kamına
Torpaq-mağara.
Dünyadan qaçan insan övladının xoşbəxtliyini
görmür, "qışı qış kimi", yazı yaz kimi gəlməyən
həyatından da bezib. O insan ki, onun sevinci
ərşə çəkilib, torpaqdan qovulanın varı talanıb,
arzuları gözündə qalıb. Bu insan o zaman bu
dünyaya qayıdacaq ki,
Qarabağlılar qayıdıb,
Doğma yurdlarında
Yenə məskunlaş"acaqlar.
Bir-birini əvəz edən fəsillər olacaq; baharını
qar, şaxta vurmayacaq. Qarında baharının
ağacları düymələyib və bir də amansızcasına
budağında dondurulmayacaq, yaxşını görəcək,
yamanı görməyəcək, millətinin birliyini görəcək.
Şair folklor mötivləri üzərində köklənmiş bu
əsərində Adəm övladının yaşadığı dünyadakı
əzablarını
ümumiləşdirməklə
yanaşı, dünya
375
əzablarına, hərc-mərcliyinə, şeytan-iblis əməlli
insanların insanlığa, insan adına gətirdiyi pisliyə
qarşı çıxır.
Fikrət Sadığın yaradıcılığının kamillik dövrünü
yaşamaqdadır. Onun bütün əsərlərinə küll
halında nəzər saldıqdan, yetkin dövrlərini də
diqqətlə nəzərdən keçirdikdən sonra belə bir
qənaətə gəlmək olur ki, yaradıcılığında əsas
cəhət lirikadır. Onun yaradıcılığında təbiətə,
məhəbbət,
vətənpərvərlik
lirikası
yaşayır.
Dünyaya göz açan insan təbiətin qoynunda
böyüyür, yaşa dolur, onunla daima təmasda olur.
Fikrət Sadıq da bu milyardlarla insanlardan
biridir. Onun qələmində təbiət öz gözəllikləri ilə
əsərlərinin məna tutumunu zənginləşdirir. O,
təbiəti insanla qoşa tərənnüm edir. Təbiət onun
gözündə o zaman ülviləşir, füsünkar olur ki, o
insanı yaşadır. Təbiətin əsrarəngiz gözəlliklərini
görən, duyan, hiss edən qiymətləndirməyə qadir
olan insan təbiəti dərk etdikdə özünü onunla
birlikdə görür. Özündə ona oxşar cəhətlər seçir,
onun sirlərindən agah olduqca özünün də enişli-
yoxuşlu ömür yolunun sirlərini açıqlayır. Özündə
təbiətlə eynilik axtarır. Ona oxşamağa çalışır. Bu
istək, arzu üstündə qələmini kökləyir. Yaşadığı
dünyada nəyəsə gərək olduğunu duyan şair
təbiətə daha yaxın olduğundan buluda "and"
verib yalvarır ki, onu göy üzünə qaldırıb
meşələrin üstüylə gəzdirsin, quru ağac görəndə
376
onu yağış eləsin yağdırsın onun üstünə, ona
gərək ola bilsin.
Pəncərəsi meşəyə açılan şair boz üzü olan
payızın təbiətin gözəlliyini talan etdiyini duyur,
duyduqca kövrəlir, yamyaşıl təbiətin saçlarına,
bərinə-bəzəyinə düşmən kəsilən payızın əlindən
qaçmaq istəyən ağacları, budaqları özünün
qəlbindən keçən hisslərlə, duyğularla "dilləndirir".
Oxşarlıq gəzir, tapır, təbiətin payızında ömrünün
yaxınlaşan
qocalığını
görür,
hisslərini,
duyğularını, təbiətin
sonsuz
gözəllikləri
ilə
müqayisədə bölüşür.
Payız buludlarının gətirdiyi qüssə-qəm şairin
daxili əhval-ruhiyyəsini açır:
Birbaşa qəlbimə yağdı
dünənki yağış.
Yuyub apardı
qəmi, nisgili, qayğını.
Yuya bilmədi, amma
ürəyə dolan payızı,
yaxınlaşan qocalığı.
Ömrünün "payızı" ilə kəsişən payız fəslinin bir
sıra bənzərliklərini poetikləşdirən şair "ömrün
payızından"
qaçmaq
mümkün
olmadığı
qənaətinə gəlir. Təbiətin payızını da ömrə yazılan
bir an kimi qəbul edir və:
Dünya, bir də düçar elə,
Xəzan yağışına məni!-deyir.
377
Yaşamaq
eşqini
bu
misralar
üzərində
kökləməklə
qəlbindən
keçən
həyat
eşqini
ümumiləşdirmiş olur. İnsana yaxın, insanla qoşa
olan təbiət Fikrət Sadıq sənətində hər cür
anlarda insanla yanaşıdır. Təbiətin özündə bir
insan ömrü var.
Fikrət Sadığın lirik qəhrəmanı kimin üçünsə
yaşamağı, kiməsə gərək olmağı həyatının
mə'nası bilir. Bunun üçün bəzən buluddan da
kömək ummağı təbiidir. O, buluda yalvarır, ona
and verir ki, yağışından onu "salla"yıb göy üzünə
qaldırsın, meşənin üstüylə gəzdirsin, onu ora
tullasın. İstəyir:
Yağış bilib yağdır məni,
O ağaca gərək ollam.
Fikrətğ Sadıq ağaclara, meşələrə qarşı da
həssas şairdir. O, bütün ağacları, təbiəti sevir,
onları ömrü boyu yaşatmağa hazırdır. Payızın
xəzan yağışı saraldıb məhv edə biləcək meşələri
o " otağında gizlət"məyi ürəkdən arzulayır. Hər
ağac onun lirikasında bir obrazdır. "Qaməti ağ
şirmayıdan yonul"muş ağcaqayın şairin daha çox
sevdiyi ağacdır. Şair onu obrazlaşdırır; onu
nəzərində aycaqayın ağac deyil, gözəl bir qızdır.
Bu qıza mehrlə, ülfətlə baxsan "yola düşüb
yeriyəcək".
İllah da ki, meh sığallaya
islanmış saçlarını.
378
Ağcaqayın gözəlliyi ilə "meşənin bütün
ağaclarını dəli edib". Şair vurğunu olduğu təbiətin
seçmələrinə də vurğun ola bilər. Fikrət Sadığın
şerlərində meşə canlıdır, onun öz nəfəsi, öz
həyatı, öz taleyi var. Yağışlar yağanda "meşə
nəfəsini qısır", quşları susur, dələləri dəcəl
uşaqlar kimi atılıb-düşmür, ağacdələnlər ağacı
dəlmir.
Bir zamanlar bütöv olan meşənin indi
çəpərlərə alınması, bölünməsi onu kədərləndirir.
O, "bu ağac mənim, o ağac sənin" deyib meşəni
bölən insanların meşəyə olan məhəbbətini
ağacların bir-birindən ayrılmasına, birləşmək
dərdinə, yenə də bütöv olmaq ümidi, həsrəti ilə
yanmasına dözə bilmir. Şair burada vətəni,
torpağı parçalanan xalqının birlik, bötövlük eşqilə
göynəməsi ilə meşələrin bölünməsi nəticəsində
onların düşdükləri vəziyyətdə bir oxşar tale gəzir
və görür bu oxşar taleni, kədərlənir, dərdinin
üstünə dərd gəlir, hisslərini boğa bilmir, "açır
sandığı
tökür
pambığı",
insanları
qəflət
yuxusundan oyatmağa çalışır. Hər gördüyü
ayrılıq, həsrət qığılcımında içini də yandıran bir
qığılcımı duyur.
Fəsillər təbiətin möcüzəsidir və şair bu
fəsillərin rəngarəngliyinə biganə deyil. Onların
hər biri bir dünyadır şairin gözündə və o dünyaya
öz gözləriylə baxır, hər fəsildə bir məna gəzir, hər
birində bir həyat var.
379
Payız şairin lirikasında fəlsəfədir. Payız bir
insan ömrüdür, payız şairin lirik dünyasında bir
aləmdir. Elə bir aləm ki, o, bəzən şairə çox
əzizdir. Onun nəzərində belə anlarda " hər təzə
payızın öz hüsnü var". Dünya sirli-sehrlidir. Onun
işindən
baş
açmaq
imkanı
olmayan
lirik
qəhrəmana bircə məsələ aydındır ki, onun dörd
əli, dörd üzü var və bunlar fəsillərdir. O fəsillər
yaz, yay, payız, qışdır və o, yaxşı başa düşür ki,
yaz əlilə gətirən, payız əlilə aparan, yay əlilə nur
əliyən, qış əliylə qar əliyən bu dünya elə
fəsillərdə dünyalığını görür, varlığını duyur.
Dördəlli, dördüzlü dünyanın köksündədir bu dörd
fəsil
"Payız düşüncələri"ndə şair vahid hissi, fikri,
əhval-ruhiyyəni poetik bir məharətlə ifadə edir.
Burada şerin bütün bəndlərində həm daxili forma,
həm də hiss və duyğular bir-birini tamamlayır.
Təbiət hadisəlri şairin lirik qəhrəmanın fikirlərini
ifadə etmək üçün bir bədii priyomdur. Yaşamaq,
yaratmaq üçün şairin keçirdiyi nigarançılıq
hisslərinin içində bir böyük təlaş hissi də var ki,
bu da təbiətin, insan ömrünün baharı, yayı,
payızı, qışı olmasını təbii qarşılayır. Bunu təbiətin
yazılmamış bir qanunu kimi qəbul edən, bu
qismətə, yazıya bir insan kimi boyun əyən şairin
dünya üçün keçirdiyi təlaş hissidir. "İlin payızı
onsuz da gələcək", "ömrün payızından da
qaçmaq olmaz". Amma Tanrıdan istəyi budur ki:
380
Dünyanın
payızı
olmasın
ancaq!
Qoy dünya həmişə rahat olsun.
"Biz gəldi-gedərik,
dünya var olsun!"
Şerdəki bütün bədii və təsvir vasitələri-xəzan
yağışının ağacları yuyub təmizləməsi, budaqların
pəncərədən
içəri
boylanması, qaməti
"ağ
şirmayıdan yonul"muş ağcaqayının gözəlliyi, bu
yağışlı payız ömründə meşələrin susması,
yağışın gətirdiyi lal sükut, hər fəslə verilən
romantik adlar lirik boyalarla zənginləşdirilir.
Payızın-ömür payızının təbiətin fəsillərindən biri
olan payızın obrazıyla qarşılaşdırma dünya-
insan-kainat-təbiət mövzusu fəlsəfi tamlığını
tapır. Burada fəlsəfi lirika öz başlanğıcını həyat
fəlsəfəsindən
götürür.
Real
təfərrüatlara,
müqayisələrə, əsaslanan şair burada təbiət
hadisələri, insan ömrü ətrafında düşüncələrə
dalır və bunları təsirli, obrazlı bir qələmə alır.
Şairin obrazlılıq dedikdə şerlərində güclü
pafos yoxdur, amma onun sakit, adi görünən
misralarının canındadır bu pafos; təmtəraqsız,
haysız-küysüz, amma təbii və son dərəcə təbii bir
dillə deyilir bunlar və insanı düşündürür. O,
ətrafında baş verən hadisələri sadəcə seyr etmir,
onların mahiyyətinə varır. Şəxsi əhval-ruhiyyə,
duyumlarla
şer
üçün
götürdüyü
mövzunu
zənginləşdirir. Şair yaşadığı təbiətə laqeyd deyil,
|