Dünya xalqları öz nadir sənət incilərini



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə26/37
tarix09.02.2017
ölçüsü1,77 Mb.
#7868
1   ...   22   23   24   25   26   27   28   29   ...   37

415

Hara çatdı, hara vardı,

Orda qiyamət qopardı.

Əli gətirənə yardı,

Acizi qınadı manat.

Orda dağları tərpədər,

Salar kəndləri dərbədər.

Burda ölünü dirildər,

Lap İbn-Sinadı manat.

Səninlə olsa zamana.

Səsin çatar asimana.

Göy bir yana, Yer bir yana

Dursa, bir yanadı manat.

Ç ünki şairin lirik qəhrəmanı bu pulu belə

görüb, pul onun nəzərində:

Qızıl, gümüş, əfi ilan.

Ölüm, zülüm, böhtan, yalan,

Uçurmaqdan ləzzət alan,

-əzəldən fəna olmaqla yanaşı,  birinə "yad

qohum",  birinə "ana",  "evlər dağıdan",  "Leylini

Məcnunu"  bir-birindən ayıran,  "hər yetənə"  daş

atandır.  Şair onun bütün xüsusiyyətlərini bir

"Manat"  gəraylısında elə ustalıqla "tərənnüm" 

edir ki,  insan övladının gözü qarşısında çox

mətləblərə aydınlıq gətirilir;  "buz kimi",  "qəlbi

daş" manat-pul çox inadı qırıb, çox dizlilərin dizini

büküb,  çox nahaq qanlar töküb,  amma bu iblis-


416

mələk simalı pul sevilib,  insanları şirin dililə elə

zəhərləyib ki,  insanlığı içindən yeyib,  hümanist

dünyamıza elə qılınc çəkib ki, ana balasına, dədə

oğuluna və ya əksinə düşmən çıxıb.  Şair pulun

cəmiyytlərdə oynadığı çirkin simasını oxucuya

daha kəsərli, təsirli şəkildə çatdırmaq üçün mifik

obrazlardan yararlanır.  Əzrayıl,  Şeytan obrazları

ona fikrini tutarlı ifadə etmək üçün kömək edir:

Bu adam ələyən xəlbir,

Əzrayılla olub əlbir.

Kor Şeytanla dilbir, qəlbbir.

Gör necə mənadı manat.

Başdan - ayağa "şərdir təməli ilə" pul deyir və

bu iki misra-bir beytdə:

Hiyləyə büküb yaşadır,

Manatda manatı manat.

"Manatda manatı manat"-şairin qurduğu söz

oyunu fikrin təsirli,  qüvvətli verilməsinə xidmət

edir. Fikri bədii şəkildə, bədii çalarlarla verməklə

təsir qüvvəsini artırmış olur.

"Su üzü mübarək olar", "Ç ox atılıb yollara su" 

misraları ilk insanların inam və etiqadlarını əks

etdirir:


Su var hətta daşda, duzda.

Aydınlıqdı suyumuz da

-misrasında ilkin inamlar yaşayır.  Yuxuda

görülən su aydınlıq, paklıq, xeyir sayılır.

Burada

"Zər qədrini zərgər bilər,



417

Zərdən bahadır zərrələr.

Ağır qatarları çəkər,

Dönsə əgər buxara su,

-misralarında birinci misra "zər qədrini zərgər

bilər"  el misalı öz tutumuna,  məna dərinliyinə

görə ən yaxşı atalar sözü və məsllərimizdə

yaşayır.  Şair bu hikmətli sözlə suyun qüvvətini, 

qüdrətini daha təsirli ifadə etməyə nail olmuşdu.

"Su"  gəraylısı da "Manat"  gəraylısı kimi bir

varlığın

xüsusiyyətlərini

açır,  onun

yaxşı


keyfiyyətlərini tərənnüm edir.

"Su"  məzmunca "Manat"dan xeyli fərqlidir. 

Pul cəmiyyətə xidmət edir,  su bütün insanlara; 

kasıba da, varlıya da.

Pulun hər cür üzü var,  qüdrət və hiyləsində

istədiyi formada "şeytana papuş tikə bilər", suyun

isə bir üzü var və "su üzü mübarək olar"-deyir

şair. Su həyatdır, suyun canında od var, insanın

alın

təridir


su,  su

insanın


qada-balasını, 

xəstəliyini,  dərdini üstündən götürə bilmək

"qüdrətinə" malikdir, su əzizini yola salan insanın

ürəyinə, ruhuna təskinlikdir, onun yaşatmaq ruhu

böyükdür.  Ona görə də şair suyu sevə-sevə

tərənnüm


edirsə, 

pula


münasibətində

misralarından dərd tökülür.  Suya isə şairanə

yanaşır;  onu göz yaşına bənzədir,  şehə,  nəmə

bənzədir və bu bənzətmələr şerin ahəngini, bədii

gözəlliyini artırır:

Göz yaşıdı, şehdi, nəmdi…



418

Hər fəsildə bir aləmdi.

Lalə üzündə şəbnəmdi,

Zinət verir Bahara su.

Elə sular var ki,  təbibdi,  loğmandı,  cana

məlhəmdi.  Şair Badamlı,  İstisu kimi təbii, 

şəfaverici

müalicəvi

mineral

suların


xüsusiyyətlərini vəsf edir.

Şair suyu üzüyə, Yer kürəsini qaşa bənzədir. 

Dünyanın xeyli hissəsini,  hər tərəfdən su əhatə

etdiyindən, dünyanı üzük kimi dövrəyə aldığındın

şairin bu bənzətməsi yerinə düşür.  Su azadlıq

sevər,  yaxşı insan xislətlidir,  yaltaqlıq nə

olduğunu bilməz,  kimsəyə "əyilməz",  suyun

qüvvəsi,  qüdrəti böyükdür.  Onun sayəsində

gecələr aləm nura qərq olur,  "axar,  çilçıraqlara

su".  Su


qayğıkeşdir,  dünyanın,

insanların

qayğılaprını çiynində gəzdirəndir.  Ona görə də

dərdli adam dərdini suya açır,  qorxan su içir, 

suyla təsəlli tapar. Su çox keyfiyyətlərə malikdir, 

o

coşub-daşmağı,  vurub-dağıtmağı,  "qurub



yarat"mağı da bacarır. Su "insanın pənahıdır", Su

dünyanın "anası"dır, "susuz heç nə təmiz olmaz, 

su təmizlik,  su dəstəmaz,  su həyatdır".  Şair bu

keyfiyətləri lirik bir dillə tərənnüm edir.  Bəzən

tərif-tərənnüm etdiyi suyun gözünə ictimai, siyasi, 

fəlsəfi fikirlərini, düşüncələrini də "qatır":

"Suyla, təkcə suç yuyulmaz,

Neyləsin günahkara su,

və yaxud:


419

Ulduzların ahı sudur.

İnsanın pənahı sudur,

Neytron silahı sudur,

Var bomba su, qumbara su.

Və yaxud:

İnsanın alın tərində

Hörülübdür divara su.

Və yaxud:

Abır-üzün suyudursa,

Çaxır üzüm suyudursa,

Yalan-sözün suyudursa,

Gör gəlib hardan-hara su.

Və yaxıud:

Qarışmaya dünyada kaş

Məhəbbətə, ilqara su.

Və yaxud:

Hamı ağzına su alıb,

Yer üzündə su azalıb.

Bütün bunlar bir daha göstərir ki,  Fikrət

Sadığın gəraylılarında həyatın müxtəlif sahələri-

dünya-kainat-insan-zaman-su-torpaq-sevgi

öz

ifadəsini tapıb və bu mövzular xalq ədəbiyyatının



da mövzusu olub.  Həm məzmunca,  həm

ideyaca,  həm də sənətkarlıq baxımından bir-

birinin bəzəyi olan bu şerləri rişəsi xalq

ədəbiyyatından su içmiş bir qəlbin,  təfəkkürün

məhsuludur. "Zər qədrini zərgər bilər" atalar sözü

burda


yerinə

düşür.  Fikrət

Sadıq

xalq


ədəbiyyatını sevən,  ona bələd olan,  onun

420

gözəlliyini

duyan, 

mənəvi


zənginliyini

qiymətləndirən, 

ondan

zərgər


kimi

öz

yaradıcılığında yararlanan,  bir-birindən dəqiq, 



əntiq əsərlər yaradan qələm sahibidir.

421

MİNATÜR

Fikrət Sadığın yaradıcılığında minatür şerləri

də mühüm yer tutur.  Bu həcmcə kiçik,  lakin

məzmun və ideyaca dərin mənalı minatur şerlər

də şairin dünyagörünüşünü,  dünya,  kainat, 

torpaq,  vətən,  insan sevgisi,  sənət sənətkar

haqda duyğy və düşüncələrini ifadə edən

mükəmməl sənət əsərləridir.

Harda türk var,

Orda neft var.

Harda neft var,

Orda bəla var.

Nefti olan ölkələrin,

Haqqında Kərbala var.

Güney-quzey Azərbaycan kəlməsi taleyinə

yazılan ağrı-acılar şairə dərddir.  Bu dərdlərə

günçıxan-günbatan

adının


da

qoşulması, 

Azərbaycanın

bir


ürək

kimi


dörd

yerə


parçalanması dərdlərdən də "betər dərddir". 

Bir zaman ikiyə bölündü Vətən, 

Güney-quzey azmış demə,

İndi də günçıxan-günbatan,

Çıxdı bu yandan.

İndi vətən dörd oldu.

Bu dərd əvvəlkilərdən

Betər dərd oldu.



422

R. Rza onun  şerləri haqqında yazırdı: "təkcə

qədim poezyamızın ənənələrindən deyil,  eləcə

də təsviri sənətimizin minillik ənənələrindən -orta

əsr minatürlərinin rəsmlərindən gələn zəriflik, 

poetik dünyagörüşünün zərgər incəliyi Fikrət

Sadıq istedadının başlıca xüsusiyyətidir.  Fikrətin

bir sıra şerlərində poetik dəsti-xəttin kalliqrafik

nəfisliyi duyulur".

Kobudluq böhtan atdı zərifliyə,

Zəriflik

həyadan  sındı çilik-çilik.

Yalanı da çağırdılar,

Dedi:-Bilirik

Zərifliyin kobudluğunu.

Gerilik də bilir bunu.

Ədalətə çatdı xəbər

gec idi,


Zərifliyi yerlə-yeksan eləmişdilər.

Burada zəriflik düzlüyün,  saflığın rəmzidir. 

Yalançının,  riyakarın həyasız,  mənfur qəlblilərin

böhtanına məruz qalıb təhqir olunan,  əzilən

təmizliyin,  müdrikliyin timsalı Zəriflik haqq-ədalət

öz yerini tapana qədər atılan böhtanlara,  yalana

dözməyərək mənən məhv olduğu kimi,  cismən

də dünyanın ədalətsizliklərinə dözmür,  məhv

olur.  Nadana,  yalana qəhmər çıxıb düzü

baltalayanlar

da, 

yalançılar



da, 

onun


dəmtutanları da o mənfur qüvvələrdən heç nələri

ilə seçilmir.



423

Fikrət Sadığın minatür şerlərinin hər biri

ayrılıqda bir mövzudur.  İki-üç bəzən dörd-beş

misrada dolğun,  bitkin bir fikir var.  Özünü

öyənlər,  eqoist insanlar şairin ikicə misralıq

şerində öz əməllərinə görə bilərlər və bu misralar

əsil ibrət dərsidir:

Biri polad qayanı qəlpə-qəlpə

qoparıb

yol açır, öyünməyir.



Biri

köhnə


cığırın

otunu


təmizləyib hər

gün


özündən

deyir.


("Biri")

Kimsənin arxasınca danışmağı bacarmayan, 

bunu kişilik qüruruna,  qeyrətinə sığışdırmayan, 

hər kəsin eybini üzünə deyən şair:

Susdum,

çoxaldı dostum.



Dindim, 

Düşmənim artdı, 

Gəl, gör nə partapartdı.

-deyir.  Dostun

düz

sözünü


acı

bilən, 


eşitdiyindən nəticə çıxarmayan, dostla düşmənini

seçməyi


bacarmayan

kəslər


şairin

bu

misralarından ibrət götürülməlidirlər.



Fikrət Sadıq insanlar arasına nifaq salanları, 

ikiüzlü, hiyləgər şəxsləri dörd misrasında  tənbeh

edir:

Saman altdan su yeritmə,



424

Saman çürüyər əvvəl-axır.

Üzə çıxar qəlbin pası,

Üzə çıxar bütün paxır.

Eqoistləri,  başqalarından

özünü


yüksək

tutanları şerlərində çox incəliklə ifşa edir:

Nə gördü bəyənmədi.

"Bu boşdu",

"Bu puçdu",

"Bu heçdi"-dedi.

Özündən özünə dedilər:

"Bu bambaşqa məsələ,

Bunun qiyməti beşdi"-dedi.

Üzdə quzu kimi sakit,  mehriban,  dalda

"başkəsən"  ikiüzlülər şairin insan kimi baş aça

bilmədiyi nifrət elədiyi şəxslərdir.  Şair onları

insanlar arasında görmək istəmir, hər kəsi öz bəd

əməlinə görə tənbeh etməyi məsləhət görür:

Yalançını yalanla,

Zalımı qılıncla,

Acgözü yeməklə,

Sözbazı qaxıncla,

Nadanı biliklə,

Tənbəli balıncla,

Rüşvətçini pulla,

Paxılı acıqla,

Öldürün!

Öldürün, qorxmayın,

Aləmə bildirin!

("Xəbərdarlıq")



425

Bu misralar insanı bəd əməllərdən uzaq

olmağa çağırişdır.  İnsanlığa yaraşmayan əməl

sahibi insanlıq adına ləkə gətirdiyindən ölümə

layiqdir.  Şair düzlüyün,  saflığın simvolu kimi

insanı qiymətləndirir.  Ona görə də hər bir pis

əməl sahibini o əməllə yox etmək lazımdır.

Fikrət


Sadığın

atmacaları, 

zarafatları

arxasında insan düşüncələri dayanır. Kamil zəka

sahibinin

atmacaları

insanı

düşündürməyə



bilməz.  "düzə zaval yoxdur"  atalar məsəli "yüz

ölçülüb,  bir biçilmiş"  fikirdirsə,  düzü zavaldan

Allah niyə bəs saxlamır bu cəmiyyətdə?  Onun

atmacalarından birində deyilir ki:

Düzü divara dirədilər

güllələdilər.

Güllələr düz getdi.

Əyrini divara dirədilər

güllələdilər.

Güllələr əyri getdi.

Haqsızlıq dünyanı başına götürdüyündən

"indən belə əyriyə zaval yoxdur"-deyən şair

fikrində bəlkə də haqlıdır.  Bu gün bir milyona

yaxın həmvətəni torpağından qaçqın,  didərgin

düşüb;  Xocalı kimi dəhşətli bir tarixi faciəni

yaşayıb;  on minlərlə oğul-qızlarını şəhid vermiş

Azərbaycan xalqının başına erməni faşistlərinin

və onun tərəfdarlarının gətirdiyi müsibətlər, 

elmin,  texnikanın,  insan şüurunun ən yüksək

inkişaf mərhələsinə qədəm qoyduğu bir dövrdə



426

erməni


murdarlarının

yalançı


hay-küylərinə

inanan bir çox dövlətlərin onların yalanlarına

uyub

günahsız


xalqımızın

səsinə


deyil, 

yalançıların səsinə səs verməsi -Fikrət Sadıq

kimi haqqın səsini eşitmək istəyənlərin gəldiyi bu

nəticə


bir

şair


qəlbinin

dünyanın


bu

haqsızlıqlarından

qəlbən

inciməsindən, 



küskünlüyündən doğur.

Şairin elə mövzuda atmacaları da vardır ki, 

bunlar ilk baxışdan gülüş doğurur. Məsələn, iclas

zalının qapısı ağzında məndən soruşdular:

Zalda nə qədər adam vardı?

Dedim:  "elə bilirsən zaldakıların hamısı

adamdı?"

Fikrət Sadığın bu atmacalarındakı fikir və

ideyaları görkəmli alimimiz proffessor Kamil

Nərimanoğlunun sözləri

ilə ümumiləşdirmək

istərdim:"  Fikrət Sadığın atmaca və zarafatları

özü kimidir,  iynəli,  tikanlı deyil.  Başqasına

sataşmaq,  toxunmaq məqsədindən də uzaqdır. 

Həyatın özü kimidir;  kədəri də,  sevinci də

özündədir. Həmişə mənə elə gəlir ki, Fikrət Sadıq

bu atmaca,  zarafatlarla özünü sakitləşdirib, 

tarıma çəkilmiş qəzəblərini yumşaldıb,  taleyin

ironiyasına ironiya ilə cavab verib.  Hər şeyin

zarafat damarını tutmaq, özü də sənətkarlıqdır"

Fikrət Sadığın atmacalarında fəlsəfi fikirlər

özü bir aləmdir. Bir dəfə bir cavan oğlan məndən

soruşdu:


427

-Əmi, bu maşını sən sürürsən?

Dedim:

-Oğul mənə bir ömür verilib,  heç ömür sürə



bilmirəm, maşını necə sürüm?

Və yaxud:

Bir kitab həvəskarı məndən soruşdu:

-Sizdə "İdeal" var?

Dedim:-"İdi"-rusca (get), al!

Yəni-get al, əgər tapsan.

İdeal-insanlığın can atdığı və çatmadığı əl

çatmaz, ünyetməz bir gələcəkdir.

Yarandığı gündən səma,

Bir an ürəksiz olmayır.

Ürək-günəş cəzb eləyir.

Ürək-Ayı.

Nə qədər ki, yorulmayıb,

Qabarmalar, çəkilmələr,

Yaşayacaq ürək-Yer.

Fikrət Sadıq şerə,  sənətə yüksək qiymət

verən sənətkardır. O "Şerin dörd halı" bir bəndlik

minatür şerində sanki bu yaşanmanın möhürünü

vurub:

Köhnə fikir təzə libas geysə -



cəhalət!

Köhnə fikir köhnə libas geysə-

ətalət!

Təzə fikir köhnə libas geysə -



əsarət!

428

Təzə fikir,  təzə libas geysə-

cəsarət!

Onun üçün yazan-yaradan əsil şair,  əsil

sənətkar öləndən sonra da "ölməz".

Şair doğulub anadan deyirlər ki

filankəs.

Hamı bir cür doğulur, amma bir

əmması var. Əsil şair dünyada

doğulanda bilinməz.

Öləndə bilinər bu-şair öləndə

ölməz!


"Xəbərdarlıq"  minatür

şe'rində


şair

əsl


nəsihətçidir.  On misralıq bu şeri aşıqların

ustadnamələrini

xatırladır. 

Gəncliyə


öyüd-

nəsihət,  onu düz yola döndərmə,  milli-mənəvi

dəyərlərə hörmət prinsiplərini uca tutmağa, 

qocasına,  ağbirçəyinə qayğıyla yanaşmağa, 

onların böyüklüyünü unutmamağa çağırışdır.  Bu

misralar:

Qocasını saymayan millətin,

Övladı nadan olacaq.

Gör-götür dünyasıdı bu.

Soruşma, bu nədən olacaq.

Fikrət Sadıq    minatür şerlərində dünyanın

dərdindən gileylidir.  Kiminsə qismətinə kasıblıq, 

ehtiyac, kiminə də var-dövlət nəsib edən Tanrıya

giley-güzardımı bu,  yoxsa üsyan,  yoxsa görüb

müşahidə etdiyi dünyanın haqsızlığına qarşı


429

etirazmıdır?  Hər halda bu ədalətsiz bölüm haqlı

olaraq şairin narazılığına səbəb olur:

Bu qurbanı olduğum Tanrıda

Bilmirəm bu nə adətdir,

Bu nə adət!

Pulu olana pul verir,

Evi olana imarət!

Kasıbı da unutmur,

ona da


dərd üstündən verir dərd.

Tənbəllik də şairin minatür şerlərində qısa, 

yığcam tərifini alır.  Nədir tənbəllik:  tənbəllik -

gözünü qum tutmuş bulaqdır,  ayaq açıb gec

yeriyən uşaqdır. "əsarətə öyrəşən el"dir.

Tənbəllik;

İstedadın ölümü,

Fikrin xərçəngi.

Arzunun güvəsi

Usta Zeynalın nəvəsi-

-dir. 

Tənbəllik, 



onun

fəsadları

bütün

çılpaqlığıyla



göz

önündədir.  Tənbəl

insan

istedadı


öldürə

bilər, 


gözəl

ideyalarının, 

fikirlərinin evini yıxa bilər,  ətalət içində qalar. 

Mirzə Cəlilin "Usta Zeynal"ı kimi yoxsulluğu

qədər- qismət kimi qarşılamaqla,  bir ömrü aclıq, 

kasıbçılıq içində başa vura bilər. Tənbəl insan bu

dünyada heç nədir.  Şairin bu qısa,  yığcam

şerində qalın-qalın kitablara bərabər məzmun, 

ideya var.


430

Şair "Nəzirə"sində qanun-qayda, dinc yaşayış

görmədiyi dünyanın eybəcərliklərini kökündən

baltalayır. Bəzəksiz, boyaqsız bütün çılpaqlığıyla

dünyanın əsil simasını göstərir:

Dinc yaşayış nə Yerdə var,  nə

Ayda.

Yalan-palan



danışmaqdan nə

fayda.


Qanun-qayda

var


deyirlər

dünyada.


Yalan sözdür,  nə qanun var,  nə

qayda.


Bundan ona,  ondan buna qeybət edənləri, 

aragəzdirənləri,  söz aparıb söz gətirənləri, 

ədavət toxumu səpənləri şair puç, mənasız ömür

sahibləri, məhvə məhkum məxluqatlar adlandırır:

Sözlərin içindən pıçıltı.

Bunun boynuna biçildi.

Pıçıldadıqca kiçildi.

Ondan buna pıç-pıç.

Bundan ona pıç-pıç.

Axırda özü də puç oldu.

Fikrət

Sadığın


minatür

şəkilli


şerləri-

yanıltmacları da mənalıdır, şirindir, axıcıdır, könül

oxşayandır.  Xalq

ədəbiyyatının

ən

gözəl


nümunələrində

olduğu


kimi, 

şairin


yanıltmaclarında da bir təbiilik, axıcılıq vardır:

Həmişəgələn həmişə gələr.

Hərdəngələn hərdən gələr.


431

Vay o gündən

Həmişə gələn hərdən gələr.

Hərdəngələn həmişə gələr.

Və yaxud:

Göydə var bir çərxi-fələk.

Yerdə var min çərxi-fələk.

Bu çərxi fələyin,

Qəlbində nə var

Bilə bilmirik.

Min çərxi-fələyin

Ürəyindəkini nə bilək.

Şair "yalan ayaq tutar yeriməz"  atalar

məsəlini yaşadığı zəmanə üçün mə'nasız görür.

Yalan ayaq tutsa da

Yeriməz deyiblər.

Yalançını işə gələn

Görürəm hər səhər.

Və yaxud:

Bu zamanda

Əli Vəliyə şər atır.

Vəli Əliyə şər atır.

("Bu zamanda")

Onun


zamanında "əyrini divara diriyib

güllələyəndə güllələr əyri gedir"  "düzü divara

diriyib güllələyəndə güllələr düz gedir":  düz

öldürülür,  məhv edilir,  böhtana məruz qalır; 

zaman düzlərin zamanı deyil.


432

Sabir Rüstəmxanlı: yazır"Fikrət Sadığın sözü

iti və kəsədir.  Məclislərdə, yolda-irizdə elədiyi

zarafatlar bəlkə də saf poeziyadır.  Bu kitabda

bədhatən deyilən: 

Dedilər ki, bütləri qırın,

Demədilər ki, lütləri qırın".

Şairin fikrincə,  haqq şairi haqqı deməlidir, 

həqiqətin carçısı olmalıdır:

Vacib deyil ki, şair-

Xalq şairi olsun gərək.

Bu vacibdir ki, amma

Haq şairi olsun gərək.

("Atalar demişkən")

Fikrət Sadığın həcmcə kiçik,  lakin mənaca

dərin    münatür şerlərində böyük ideyalar var, 

oxucunu düşündürür,  onu yerindən tərpədir:" 

Əgər hər hansı şer,  yaxud şerin təkcə misrası

oxucunu təlatümə gətirirsə,  onu adi təsəvvürlər

məngənəsindən çıxarıb qəlbinin tellərini böyük

arzular məqamında kökləyə bilirsə,  yaxud … 

insanı öz "mən"inin dərinliklərinə nüfuz edib

mahiyyətini və taleyini ona göstərməyə qadirdisə, 

belə bir əsərdə poeziyanın nəinki varlığı,  hətta

müvəffəqiyyəti göz qabağındadır".


433

UŞAQ ƏDƏBİYYATI

İstər Azərbaycan şairləri,  yazıçıları,    istərsə

də dünya ədəbiyyatı korifeyləri hansı canrda

yazıb-yaratmasından

asılı

olmayaraq



öz

yaradıcılığında uşaq ədəbiyyatının inkişafına

ciddi fikir vermişlər.  Bu cəhət Nizami,  Füzuli, 

Sabir,  Mirzə Cəlil,  Rəsul Rza,  Şekspir,  Puşkin, 

Qorki,  Tolstoy,  Viktor Hüqo,  M.  Tven,  C.  Vern

kimi bir çox sənətkarların yaradıcılığında aydın

görünür.

Söz sənətinin tərbiyəvi əhəmiyyəti böyükdür. 

Gənc oxucuya,  uşaqlara bədii əsərlər mərdlik, 

vətənpərvərlik,  qəhrəmanlıq    hissləri aşılayır. 

Buna görə də   uşaq və gənclərin bədii zövqünü

oxşayan, onların mənəvi tərbiyəsinə xidmət edən

bədii

əsərlər


xalq

tərəfdən


yüksək


qiymətləndirilir.

Bu cəhət Fikrət Sadığın yaradıcılığı üçün də

səciyyəvidir.  Qara Namazov "Azərbaycan uşaq

ədəbiyyatı"  kitabında yazır:"  Uşaqlar üçün

yazmaq

çətindir. 



Onun

özünəməxsus



434

xüsusiyyətləri yazıçıdan    fitri istedadla,  elmi

biliklərə yiyələnməklə yanaşı,  uşaq aləmini

dərindən öyrənməyi tələb edir.  Müxtəlif yaşlı

uşaqların maraq dairəsini,  estetik zövqünü

öyrənmədən onu müəyyən məqsədə doğru

yönəltmək,  onun fərdi meyllərini inkişaf etdirmək

olmaz."


Fikrət

Sadıq


yaratdığı uşaq

ədəbiyyatı

nümunələrində uşaq psixologiyasını dərindən

bilməklə yanaşı, balacaların yaş xüsusiyyətlərini, 

qavrama qabiliyyətini,  zövqünü,  təfəkkürünü

özünəməxsus bir oricinallıqla qələmə almışdır. O

çox gözəl başa düşür ki, uşaqlar üçün yaradılan

əsərlər Camal əhmədov demişkən "humanist

ideyalar təbliğ edir, şəxsiyyəti formalaşdırır, nəcib

insani hisslər aşılayır, balaca oxuculara cəmiyyət

və təbiət hadisələri barədə bilik verir, bu sahədə

onların məlumatlarını genişləndirir və tamalayır."

Fikrət

Sadıq


uşaq

ədəbiyyatımızın

ən

görkəmli nümayəndələri Sabirin,  A.  Səhhətin,  S. 



S.  Axundovun    nəcib

ənənələrini davam

etdirərək,  Azərbaycan uşaq ədəbiyyatını əsərləri

ilə zənginləşdirmişdir. O, ədəbiyyat tarixinə uşaq

şairi kimi    daxil olmasa da,    uşaq ədəbiyyatının

ən yaxşı nümunələrini yaradanların sırasında

öncüldür.

Yaratdığı "Cırtdan hara getmişdi"  (1970), 

"Bala kirpi"  (1972),  "Göydə nə var"  (1978), 

"Göydən alma düşmədi"  (1982),  "Gəlin dənizi



Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin