Dünya xalqları öz nadir sənət incilərini



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə25/37
tarix09.02.2017
ölçüsü1,77 Mb.
#7868
1   ...   21   22   23   24   25   26   27   28   ...   37

398

GƏRAYLI.

Fikrət Sadıq yaradıcılığı çox şaxəlidir.  Onun

əsərləri həcmcə də çoxdur. Bu əsərlər içərisində

şairin çoxlu sayda gəraylıları da çap olunmuşdur. 

Bu gəraylılar Azərbaycan şerinin ən gözəl

nümunələridir.

Fikrət Sadığın sərbəst vəznində yazdığı

yüksək lirik tutuma,  bədii təsir qüvvəsinə malik

şerlərində olduğu kimi heca vəznində yazdığı

kəraylıları

da

mövzu


ideya


zənginliyi

cəhətdən,  sənətkarlıq

baxımından

diqqətə


layiqdir.  Onun "Son şer"  gəraylısı vətənpərvər, 

mərd Azərbaycan oğlunun arzu və istəklərini

özündə ehtiva edir: 

Döyüşdə ölmədim deyəm,

Bayrağı örtün üstümə.

Üstündə son misram donmuş,

Varağı örtün üstümə.

Onun lirik qəhrəmanı ümidi "yaralı bir quş", 

qolu-qanadı qırılmış,  zamanın kötəyini yemiş

insandır.  Lakin vətən,  torpaq sevgisi onun üçün



399

həyatın mənasıdır.  Üşüyəndə "yarpağı örtün

üstümə",  qara günüm çox olduğundan "  qara

torpağı örtün üstümə"  deyir.  Dar məqamda, 

çətinə düşəndə karına torpağı,  onun yarpağını

çağırır.  Son anda taleyinə,  qismətinə düşən

məzar yeri də bir dərəni arzulayır və üstünün bir

dağ örtməsini istəyir. Bu lirik qəhrəman döyüşdə

öldükdə Vətənin bayrağını üstünə çəkilməsini

istəyirsə,  demək onun qanında,  canında bu

vətənin,  torpağına,  onun hətta xəzəl olmuş

yarpağına da məhəbbəti böyükdür.  Vətənə

məhəbbətin ən ülvi işartıları da onun üçündür. 

Lirik bir xalq şeri üslubunda yazılmış gəraylıdakı

mövzu,    ideya,  məzmun və forma bitkinliyi şerin

bədii təsir qüvvəsinin zənginliyindən xəbər verir.

"İnsan gendə küsüb durur"  gəraylısı da

özünəməxsus dil-üslub gözəlliyi ilə doludur. 

Ömür yolu suya bənzəyir, bu yolda əcəl dayanıb, 

torpaq,  vətən ağrısını tale yazısı,  insan üçün

dərd,  əzab sayır.  Şairin "oda atır bizi torpaq" 

misrasında Qarabağ,  Təbriz,  Kəlbəcər dərdi

duyulur,  yalnız ümidə sığınan qəhrəmana ümid, 

ona dostdur,  arxadır.  Sevinci,  dərdi şair fələyin

"uki quşu"  adlandırır.  Zamanı uçar quşa,  insana

yaşamağa aman verməyən görür:

Quş belində uçur zaman.

Yaşamağa vermir aman.

Qarışıbdır yaxşı-yaman,

İnsan gendə küsüb durur.



400

"Ağlar"  gəraylısında da insan taleyi,  insan

səadəti,  insan xoşbəxtliyi əsasdır.  Dünyanın

qəmi,  kədəri,  qüssəsi göz yaşı tökdürür.  Ç əmən

də, meşə də, ağac da ağlayır. Amma insan kimi

ağlayan ola bilməz:

Sözdür ki, ağlar asiman,

Ağlar dağ-daş, ağlar ümman.

Ağlasınlar: amma insan-

Hamısından betər ağlar.

Dünyanın haqsızlıqlar içərisində çabalaması, 

onun ağrılarını çəkən insan üçün ağırdır. Bu ağrı, 

əzab həddini aşıbdır. 

Gəraylılarında sözü, şairi tərənnüm edir. Şair

o yazıları,  qüvvətli,  şairləri mahir sənətkar

adlandırır ki, onların duyumu, hissi güclüdr. Onlar

boş yerə söz deməzlər. Ürəkləri dərdlə, sevinclə

dolanda


şer

yaranır.  Xəyallarla

yaşayan, 

yazdıqları ilə özünü aldadan,  "qəlbi soyuq,  şeri

yalan"  şairlərin də olduğunu gizlətmir.  Lakin

qüdrətli şair ancaq sözü ilə ucala bildiyindən

həmişə "uca söz hayındadır".

Şair özü də sözə, onun məna tutumuna, bədii

dəyərinə diqqətlidir.  O,  söz meydanında adını, 

tutumunu


saxlamaq

üçün


bütün

varlığıyla

hərəkətdədir.  Şer yaza bilməmək şair adına, 

ləyaqətinə ləkədir, bu əsl sənətkar üçün ölümdən

betərdir, şair bu məsuliyyəti duyur:

Tanrı məni birdən öldür,

Ölümə möhtac bil məni.


401

Bir də özümə gəlmərəm

Devrilmiş taxt-tac bil məni!

( "Şer yaza bilməyəndə")

Şairin şair qəhrəmanı şer yaza bilmirsə, 

özünü "barsız ağac"a bənzədir. Həyat onun üçün

şahmat,    oyundur.  Şer,  sənət şairin ilham

mənbəyi, könül sirdaşıdır. 

Sabir

Rüstəmxanlının



şairin

gəraylıları

haqqında yazdıqları yerinə düşür:" Fikrət Sadığın

gəraylıları bu günün ağrılarından biçilib,  forma

ənənəvi,  "arxaik"  olsa da,  ruh arxaik deyil, 

çalınan saz olsa da, çalan "Uvertura", milli marş

çalır və ya şəhid məzarı üzərində ağı deyir.  Bu

forma çağdaş dünyanın rənglərinə boyanıb və bu

dünyanın heç bir dərdinə darlıq eləmir".

İnsan, 


zaman-kainat-dünya

movzularına

Fikrət Sadıq yaradıcılığında çox tez-tez müraciət

etməsi təbiidir.  "Zəmanədən küsən şerim", 

"onsuz da hər gün,  hər saat,  mən ölürəm,  sakit

rahat",  "İnnən belə əvvəlkitək fırlanacaq çərxi-

fələk",  "Quş belində uçur zaman"  və s. 

misralarında yatan məna buna misaldır.

Şair Sabir Rüstəmxanlı onun gəraylıları

haqqında yazır:"  onun gəraylılarında zaman

sərhədləri şərtidir, çünki şerlərdə bir ömrün ağrı-

acısı,  itki və təəssüflər…  ilə yanaşı zamanın, 

məkanın kainat ölçüləri də var və şair ruhu

həmişə bu iki ölçü arasında-ölümlə ölümsüzlük, 

insani

sonla


ilahi

sonsuzluq

arasında


402

çırpınmaqdadır.  Bu təzad,  narahatlıq onun

şerlərində həm dil,  həm obrazlar sistemi

baxımından yeni, bənzərsiz ifadəsini tapır".

Şair gəraylılarında nəvəni budağının barına

bənzədır.  Özünü kök,  oğlunu budaq,  nəvəni

budağın barı bildiyi nəvəsi onun üçün həm də

"düşmən çəpəri"dir.  Şairin gəraylı üstündə

köklədiyi "Nəvəmi görəndə"  şe'ri su kimi axıcı, 

sadə,  şirin bir dilə malikdir.  Nəvəsinin dünyaya

gəlişini yorğun "payız qocanın"  qayıtmış Baharı

kimi vəsf edir. Nəvə şair babanın gözündə nədir?

Nəvəsiz bu dünya nədir?

Nəvə- dəvə qafiyədir.

Dünya dəvədi, ya nədir?

Dəvənin ovsarı sənsən.

Nəvə onun üçün bal kimi şirindir. Onun gəlişi

özüylə nə gətirdi?

Sevindirdi bizi göylər,

Baba-nəvə, balnan-şəkər.

Bütöv sevinc varsa əgər,

Yarı mənəm, yarı sənsən.

"Düşmən gözü çıxardanım",  "Sənə qurban

olsun canım",  "Qəlbim,  ürəyim,  Fuadım"  kimi

ifadələr məhəbbətlə doludur.  Şair keçirdiyi daxili

hissləri,  sevinci, fərəhi ifadə edir. Bu ifadələrdən

elə bir sevinc, şadlıq tökülür ki, şair öz hisslərini

gəraylı üstündə elə tərənnüm edir ki,  unudursan

onun sərbəst vəzndə yazdığı əsərlərini.  Elə

bilirsən,  elə ömrü boyu heca vəznində yazıb



403

F.Sadıq və elə heca vəzninin ən gözəl

nümunələrinin də o yaradır.

Ay hələ məndən qaçanım!

Sənə qurban olsun canım!

Bu yorğun payız qocanın,

Qayıtmış Baharı sənsən!

"Balaca körpə,  dürr qızım,  dürdanə qızım", 

"yeri şəhanə qızım"  deyə nəvazişlə oxşadığı

Ayselini də şair böyük məhəbbətlə şe'rinin

qəhrəmanı edir.  Aysel onun evinin sevinci,  "tər

Günəşi",  "Ay parçası",  "uca dağların laləsi"  dir. 

Şaqraq səsini gur bulaq səsinə,  yerişini xanım-

xatınların, şahzadələrin yerişinə oxşadır.

Gəraylının incə mətləblər ifadə edən misraları

təpədən-dırnağa sevgiyə bürünüb.  Elə bir sevgi

ki,  Aysel onu ata-anasına bağışlayıb.  Aysel

mehriban


pərvanə kimi

ata-ananın başına

dolanan,  qayğısını çəkən,  qulluqlarnıda duran

övladdır. Həm də ona görə ata Ayselini bu qədər

çox sevir, bu qədər gözəl tərənnüm edir ki:

Ağıl, ismətdi daş- qaşı,

Ürəyi büllur göz yaşı.

Qardaşına qız qardaşı,

Ər qızım, mərdanə qızım.

Aysel balam elə budur.

Özü sadə, amma məğrur,

Ürəyim arxayın vurur,

Əyilməz dövranə qızım.


404

Şair F.Sadıq görmək istədiyi zəngin,  mənəvi

gözəlliyi sevimli Ayselində görür və ona görə də

qürurla onu vəsf edir.  Bu msisralarda Ayselə

bəslənən ata sevgisinin ölçüsü-meyarı yoxdur. 

Övlad sevgisi F.Sadığın bir parçasıdır.

"Yoxdur"  gəraylısı

məzmunca,  ideyaca

zəngin bir gəraylıdır.  Bu şe'rdə bircə misra da

olsun artıq söz yoxdur.  Bir-birini tamamlayan

bəndlərdə bir bitkin mövzu, ideya var və bunlarda

insan


ləyaqəti,  humanizm

prinsipləri

əsas

götürülür. İnsanlığın ölçüsü-insaf nədir?



Hər ürəkdə insaf bitməz.

Hər buludda leysan yoxdur.

Hər dərədə sel şütüməz

Hər ormanda aslan yoxdur.

İnsaf dürrdür, az tapılar.

Az tapılan dürr saf olar.

Daşda məgər insaf olar.

İnsaf yoxsa, insan yoxdur.

"Ç ərxi-fələk"  gəraylısında da şair zamanı, 

dövranı,  rast gəldiyi ədalətsizlikləri çərxi-fələklə

üz-üzə qoyur. Onu bir növ itiham edir. Bazarın od

tutub yanmasını görən insanın ağlı başından

çıxırsa, hər kəs özüyçün yaşayırsa, insaf-mürvət

yoxa çıxıbsa,  "kim qoyub bu nırxı fələk?"-deyə

suala tutur. Fələyin çarxı çönüb:

O çarxın dişləri dən-dən.

Yaralayır bizi hərdən.


405

Dövranın gərdişi həmən.

Dəyişməyib axı, fələk.

Şairi narahat edən də budur ki,  çarxı-fələk

əyriyə qahmar çıxsa yalan həddini aşacaq, bu da

elə bir vəziyyətə gətirib çıxaracaq ki, xalqın səbir

kasası daşacaq,  ayağa qalxacaq və bundan da

şair narahatdır. "Aldatma gəl, xalqı fələk"- israrla

bunu tələb edir.  Onun haqqa-ədalətə çağırdığı

tərəfin əməllərində müəmalı görünən tərəflər var:

Düzlüyə gəlişin nədi?!

Əyri ilə işin nədi?!

Dəyirman öz işindədi

Həməndi çax-çaxı fələk?!

"Dəyirman öz işini görür,  çax-çaxı baş

ağrıdır."  məsəli xatırlanır.  Amma şair sözünü

deyir,  deməlidir.  O, sabah üçün narahatdır.  Onu

narahat edən "çörək dərdi"dir.  Xalqın düşdüyü

çətinliyini fəsadları-işsizlik,  bahalıq,  qıtlıqdır. 

"Görəsən sabah nə olar,  nədəndir bu qorxu, 

fələk"  misralarında

ümidsizlik

var

sabaha, 


ümidsizlikdən cana doyma var.  Tezliklə bu

çətinlikdən çıxacağına gümanı qalmayan xalqın

könlündən keçəni, düşündüyünü deyir şair Fikrət

Sadıq.


Dünya bəzən şairin gəraylılarında ürəyini

boşaltdığı varlıqdır.  O varlıq ki,  onun qapısına

çox daş atılır.  Daş-qaşa tutan da onu aldada-

aldada nağılla "yaşa"dıb.  Ç ətinə düşüb ona üz

tutanda ətini "şişə"  çəkib,  nadana,  paxıla onu


406

möhtac edib.  Öz övladına dünyanın belə laqeyd

münasibəti ürəyini qırdığından, ondan umduğunu

görmədiyindən incikdi şair.  Ona görə "döy

başına, ağla"-deyir. Ç ünki özü sürgünə bənzəyən

dünya onun ömrünü düyünə salıb,  onu yaman

günə qoyub:

Şerlə qatdın başımı,

Tükətdin də göz yaşımı,

Eşit mənim qarğışımı,

Bir tutma gəl, xalxla məni.

Şair "tale"yə də o cür müraciət edir. Dünyaya

"döy başına,  ağla məni",  hər yetən fağırla məni

dəyişik salma",  "xalxla məni"  bir tutma deyirsə, 

taleyə də "mənimlə oyun oynama"  -deyir.  Qoca

vaxtında onunla oyun oynayan taledən niyə

yanıqlıdır şair? Niyə ehtiyatla dolanır onunla, niyə

istəmir bir az da könlünü aça?  Ç ünki taleyə

bələddir,  uşaqlığından bələddir.  Bu o taledir ki, 

onu 20  il ata üzünə həsrət qoyub və bu qoca

vaxtında da istəmir, onunla oynasın tale, çünki:

Sən yazılı aynamısan?

Sənə baxsa çaşar insan.

Sən çaşmayıb oynamısan.

Bir dəfə də çaş oynama.

Sən Yerin-Göyün hakimi,

Mən ərköyün uşaq kimi.

Kəs oyunu, saxla hökmü,

Oynama, qardaş, oynama!


407

Sən oynasan, axmaz sular,

Meşə saçlarını yolar.

Zəlzələn evlər uçurar,

Titrəyər dağ-daş oynama!

Zəif görmüsən qocanı.

Qırmısan qapı- bacanı.

Mən tapmışam tapmacanı.

Sən ol, qara daş oynama.

"Ən ucqar ev"  gəraylısında şair insanlığın

yoxa çıxmasından, dostun, yadın dəyişməsindən, 

güzəranın pisləşməsindən gileylənir və nəticədə

bütün hər şeyi-götür qoy edəndən sonra belə

qərara gəlir ki,  yaşadığı dünya həmən dünyadı, 

dəyişməyib, dəyişən insandır-özümüzük.

"Qumru-1",  "Qumru- 11"  gəraylıları Qumru

quşuna müraciətlə yazılıb.  Qumru quşunun

şəhərə necə gəlib çıxdığını, evinin banında yuva

qurduğunu,  bir kimsəyə dəyib toxunmadığını

tərənnüm edir. Onun qəmli, kədərli nəğmələrinin

səbəbkarı

olan


bu

həyatdan,  zamandan

gileylənir.  Eyni zamanda hansısa bir səbəbdən

öz doğma yurdunu itirib yeni yurda düşən

Qumrunun buralara alışmadığını öz daxili-əhval

ruhiyyəsinə uyğun tərənnüm edir:

Bütün quşlar oxuyur da!

Alışmırsan təzə yurda.

Gecə-gündüz səni burda,


408

Boğan qəhərdən ötürsən.

Nə günüvə dirçələsən?

Dirçəlibsən ki, beləsən?

Dərddən ötürsən hələ sən.

Bezib şəhərdən ötürsən!

Gecə məni oyatmısan.

Daş yuxuma daş atmısan.

Deyirsən ki, "ayıl insan",

Ayılmıram mən, ötürsən.

Bu gəraylıda həyatdan,  dövrandan narazılıq, 

yurd həsrəti, bu çətin, ağır güzərandan qurtulmaq

üçün insan övladını mübarizəyə çağırış,  şəhərin

tüstülü,  zəhərli havası,  kəndin təmiz dünyası, 

dərdin,  qəmin,  qüssənin çoxluğu,  bundan insan

övladı kimi təbiətin bu zərif məxluqutun da əzab

çəkməsi,  vaxtlı vaxtında dən tapmaması-çörək

dərdi çəkən insanlara işarədir.  Qumru şairə

imkan verir ki,  qur-qur ötən səsindən istifadə

etməklə könlündən keçənləri sapa düzsün.  Hər

biri qiymətlidir bu sözlərin, çünki onda həyat eşqi

var; insan övladının öz haqqını tələb etməsi var, 

insan kimi yaşamaq istəyi var və daha nələr, 

nələr var bu qumrunun səsində.  Şair məhz

bunları ümumiləşdirir.  Onun toxunduğu simlər, 

mətləblər oxucuya aydındır.  Sabir Rüstəmxanlı

yazır:


409

"Bahardır:"bütün

quşlar

oxuyur"-qınağa



baxın!  Qınağın

incəliyinə

baxın,  incəliyin

gözəlliyinə baxın! Sonra gələn dözülməyən dərdi

görün!  Qınağın ardınca gələn bu ağrı-acı nədir? 

Doğrudanmı bu bir qumru quşunun ağrı-acısıdır, 

yurdunu itirmiş,  dəyişmiq qumru quşunun?  Yox, 

inanılası deyil,  yurdunu itirdiyinə görə belə quş

ağrı-acısı olmaz.  Bu yurdunu-yuvasını itirmiş bir

qız Qumrunun,  bir gəlin Qumrunun,  qaçqın

Qumrunun qəhərdən boğula-boğula yanıqlı səsə, 

sözə çevirdiyi ağrı-acısıdır".

Oğlu ölən bir il ağlar.

Yüz il ağlar,

Min il ağlar,

Yurd itirən

Yeddi hecalı "Girir araya"  gəraylısında da

şairin


baxtından, 

taleyindən, 

dövranından

şikayəti var.  Sevinməyə həsrətdir,  elə ki bir az

günü xoş keçir,  "zülüm girir araya".  Həmişə işi

"nəhs" gətirir:

İşim nəhs gəlir, nəhsəm.

Çaşıb bütöv söz desəm,

Bütövləmək istəsəm,

Bölüm girir araya.

Burada şairin eyhamlı fikirləri oxucunu tutur. 

Özü də öz oxucusunu.  O oxucunu ki,  birlik, 

bütövlük arzulayır.  Xalqına birləşməyi,  vahid

Azərbaycan problemini həll etməyi məsləhət bilir. 

Xalqımızın mütərəqqi fikirli ziyalılarının ən böyük


410

arzusu,  işi,  məqsədi budur.  Fikrət Sadıq da

bunlardan biridir. İstədiyinə çatmadığı üçün "işim

nəhs gəlir,  nəhsəm"- deyir.  Bu gəraylıda şairin

şəxsi duyğuları da öz ifadəsini tapıb.  Onun lirik

qəhrəmanının bir şeydə bəxti gətirmir.  Elə

məhbbətdə də:

Xəyalım göydən ensə,

Yerdə bir yar bəyənsə,

Ürəyim bir söz desə,

Dilim girir araya.

"Deyiləm-1".  "Deyiləm-11"  gəraylıları Yunis

İmrə ruhuna yaxındır. 

Sözdü mənim söz möcüzəm.

Özüm də bir kəlmə sözəm.

Parça buludca acizəm.

Xəfif dumanca deyiləm.

Yunis İmrə də duyğuların belə

ifadə edir.

Yunus, sənin sözün dərin.

Cahil görməz sahillərin.

Bilməzmisən cahillərin

Necə keçir zəmanəsi.

Nəriman Əbdürrəhmanlı yazırdı:"  Nə vaxtsa

Fikrət Sadığın "Son şer"  adlandırdığı gəraylısını

oxumuşdum və sözün gözəlliyini bütün canımda-

qanımda duymuşdum.  Misralar,  bəndlər durna

qatarı kimi yaddaşıma düzülmüşdü. Amma onda

Fikrət Sadığı sərbəst şer yazan şair kimi


411

tanıyırdım.  Bu boyda gəraylı duyumundan

xəbərim yoxuydu:

Tərəzi ol, iki gözüm,

Ağır çəkmə hər adamı.

Əməlinə görə ayır,

Nanəcibdən ər adamı.

Həm də Fikrət Sadıqda gəraylı yazan başqa

şairlərdə görmədiyim bir cəhəti gördüm.  O çox

vaxt səmadan yerə enir, əbədi mövzulardan yox, 

gün-güzəran

detallarından-"eyvanıyla

qabaq-

qənşər


bitən

qovaq"dan, 

ən

"ucqar


ev"dən…adicə "su"dan yazır və bütün bunları

gəraylı qəlibinə ustalıqla sığışdırır".  Fikrət Sadıq

N. Əbdürrəhmanoğlünün dediyi kimi doğrudan da

şerlərində nə güldən,  nə bülbüldən,  nə ilahi

eşqdən dəm vurur.  Onun gündəlik həyatımızı

gəraylının qəlibinə bu qədər ustalıqla,  incəliklə

lakin təffərrüatı ilə yerləşdirə bilməsi də onun

zəngin


dünyagörüşündən, 

sənətkarlıq

imkanlarının çoxşaxəliliyindən irəli gəlir.  Fikrət

Sadəq sərbəst şerlərində olduğu kimi xalq

üslubunda yazdığı şerlərində də vətən,  torpaq, 

dünya, insan, məhəbbət, torpaq, təbiət incəlikləri

duyumunda təbiidir.  Gəraylılarında romantik

dünyasından çox real həyata, bağlılığını görürük, 

Onun gəraylıları, qoşmaları bizim yadımıza Xəstə

Qasımı, Yunis İmrəni, Şəmşiri, Ələsgəri salır. Bu

ilk öncə ədəbiyyata heca vəznində yazdığı

əsərləri ilə gələn, sonralar sərbəst şerin ən gözəl



412

nümunələrini yaradan bir özünəməxsusluq,  bir

istedad, bir duyum, bir poetik dünyası olan Fikrət

Sadıqdan xəbər verir.

"Anam

yadıma


düşəndə" 

gəraylısının

mövzusu ana məhəbbəti üzərində köklənib. 

Burada şairin anaya olan ən gözəl hissləri ifadə

olunub.  Ana itirən övladın anaya bəslədiyi

səmimi duyğuları,  analı dünyasının acılı-şirinli

xatirələri, əlindən gedən ana mehribançılığınının, 

onun çəkdiyi əzablardan doğan qüssəsini bu

gəraylının içərisində belə zərif,  incə,  həzin,  lirik

bir


dillə

tərənnümü

Fikrət

Sadığın


xalq

ədəbiyyatının şer növündə də elə zərgər dəqiqliyi

ilə

işlədiyini



göstərir

bu



gəraylı

ana


məhəbbətini özündə əks etdirən ən gözəl

əsərlərdən

biri

kimi


qiymətləndirilməlidir. 

Bəzəksiz-boyasız,  real həyat hadisələrini,  insan

taleyini özündə yaşadan bu gəraylı öz məzmun

və forma incəliyinə görə ən gözəl əsərdir. 

Yaşadığı zamandan,  dövrandan narazı gedən, 

ömründə bir xoş gün görməyən anasına "donub

qalmış mənam mənim"- deyə əzizləyir.  Dərdini

əzizləyir,  Gözünün önündə analı dünyasının

acısını da yaşamış, çəkdiyi mənəvi sarsıntıları öz

ürəyində də duymuş qəlb sərrafı şairin analı

dünyasının acı xağtirəlrini,  kövrək anlarını əks

etdirir və bu gəraylı ahəngdar,  musiqili sözlərlə

zəngindir.


413

"Məndə"  gəraylısı mövzuca digər gəraylıları

kimi ən yaxşı şer nümunələrindəndir.  Burada

şairin lirik qəhrəmanı kasıb olsa da xəbis deyildir. 

Dost,  düşmənin minnətinin yükünü çəkən deyil. 

Dünyada varı-dövləti ancaq söz olub onun. "Dərd

verib, dövlət qıyma"yan fələkdən də şikayəti təbii

dillə verilir.

"Göydə

düyülüb


düyünüm"-deyir. 

Səsi


eşidlməz olduğunu,  ömrünün-gününün çox pis

keçdiyini söyləsə də,  hələ ümidi hər yerdən

üzülməyib.  Vətən

boyda


ümidinə

sığınıb, 

sabahına nikbin baxır, çünki Vətəni var; eli-obası

var-dövləti, arxası, dayağı Vətən olan şairin giley-

güzarı ona ümidini bağlayanda tamamilə yox

olur:


Ümidim sənədir, Vətən!

Korluğum yoxdur heç nədən.

Susayıram su verirsən.

Üşüyürəm-kürkün məndə.

Şair burada keçmişini- səxavətli, qüdrətli türk

övladı kimi tanındığını,  türkün bir zamanlar

adında,  soyunda yaşatdığı böyüklüyü qoruyub

saxlayır.  Keçmişini müqəddəs tutur,  bu günkü

türkün

qismətinə



o

türkün


qisməti

yazılmadığından "məcburdur" ki, desin o yalnız o

türkün adını saxlaya bilib.  Zaman poladı əritdiyi

kimi, insanı da əridib:

Dedin: "bəs türk qüdrətlidi,

Bəs belə səxavətlidi",



414

O türklər dünyadan gedib,

Adı qalıb türkün məndə.

Şairin bu gəraylısında kökdən isinmə,  ona

bağlılıqla yanaşı, o türk kimi qüdrətli, birgə olmaq

istəyi,  istədiyini görməməkdən doğan təəssüf

hissi güclüdür.  Bu gəraylılarda istifadə etdiyi

həmqafiyələr şerin oynaqlığını, tempini artırır.

"Bir qəlbi qıra-qıra"  gəraylısında şair çox

zəngin xalq ifadələrini şerinə gətirməklə onun

sənətkarlıq

cəhətdən


gəraylının

ən

yaxşı



nümunəsi kimi yaratmağa müvəffəq olmuşdur. 

"Yaman dəyişdi halım",  "töküldü yerə kalım, 

dəymişim

dura-dura", 

"asta-asta

gəlirsən, 

gəlməyindən qalasan"  "dağsız dünya göründü

gözümə qara-qura" və s. ifadələr könül oxşayır.

Şair "Manat"  gəraylısında pulun cəmiyyətdə

oynadığı rolu göstərir.  İnsan dünyaya gələn

gündən onu kasıbçılıq,  var-dövlət sınağa çəkdi, 

pulu olan "korun gözü", "lalın dili", "çolağın qandı" 

manat pul olub.  Ç ünki pul ilə insan istəsə

dünyanı dağıdar.  Şair yaşadığı zəmanədə də

pulun elə fironluğunu görür, kasıbın halına yanır, 

pulsuzun dərdinə acıyır və pulun insan üçün

dünyada hər şeyə qadir olduğunu açıb-tökən

"Manat"ında:

Misri qılıncdı, Qıratdı.

Topdu, tüfəngdi, "qrad"dı.

Sözdü, ürəkdi, muraddı,

Min cür təmənnadı manat.



Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin