348
duyduğu yoxluğundan. O İlkindən ki, uzaq səfərə
gedib; nağıl dolu bir səfərə, üç qardaşdan birinin
getdiyi gedər-gəlməzə. Ordan arabir şeytanın
qıçını qırıb gələndə gecə qatarıyla gəlib və evə
qatar vağzalından taksiylə gələrdi. O taksi şairin
bu gün dərd dağarcığına çevrilib:
Hərdənbir… gecə…
Evimizin qabağında
Taksi dayananda
Oyanıram əyləcə.
Əyləcin paslı
qıçırtısına,
Çırpalan qapı
səsinə.
Diksinirəm, oğlum!
Az qalır mənimlə bahəm
Ev də diksinə.
Diksinmə? Yox, könüldən qopub ayrılan və o
müdhiş ayrılığı duyan ata ürəyinin-kövrək hisslər
sahibinin-şair ürəyinin titrəməsidir. O xalqı üçün
də, onun 20 yanvar faciəsinin qurbanları üçün
də, Xocalı faciəsi üçün də, hər gün Rusiyadan
meyiti gələn oğullarımız üçün də ürəyi belə
titrəyib, ruhu belə diksinib. Ömrünün bu müdrik
çağlarında keçirdiyi təlaşlı günlərin ağır yükünə
bir oğul dağı da qarışdı-karvan gərək çəkib
aparsın. Sarvan gərək yol göstərsin, Dədə
Qorqud gərək "Bəy ərənlər, Dünya mənimdir
deyənlər, Fani dünya kimə qaldı" sözlərindəki bu
349
dünyanın sakini insan övladının taleyinə yazılan
yazı-qismətin təsəllisini bir an da olsa içində hiss
etsin, bir qədər səbr etsin. O şairdir, ona səbr
etmək də çətindir. Necə səbr etsin? İllərlə İlkin
yolu gözləyib ata. Onun qayğılarına bir ananın
qayğı, dərd, qüssə, göz yaşı dolu baxışları da bir
yük deyilmi? Ç əkən karvan lazımdır bu dərdi.
Fikrət Sadıq çəkəcək bu dərdi, yeri gələndə
anaya da, qardaşa da, bacıya da təskinlik
verəcək, ovunduracaq onları, amma içində öz
dünyasının dərdini yaşayacaq, qeyriləri üçün
narahat
olacaq, oğullar
yadına
düşəcək,
sərhədlər yadına düşəcək. O sərhədlər ki,
Ölkələri basa-basa,
Sərhədləri keçə-keçə -
gələrdi İlkini. O həsrət yanğısı, o həsrət dağı
çiyinlərdə, ürəklərdədir, zaman-zaman gecə
taksisi onu diksindirəcək, qatarlar onun nigaran
ümidlərinə, yola
dikilmiş
baxışlarına
son
qoymuyacaq, o unudulacaq deyil. Ç ünki onu
çəkən insan Fikrət Sadıqdır. O, doğmalarının da,
xalqının da dərdini, qayğısın belə çəkib. Onda
ilahi bir böyüklük var. Tanrı onu belə yaradıb, o
həsrət, o
istək
onun
qanındadır. Kövrək
qəlbinizin sızıltılarına səbriniz kömək olsun! Bu
dərdi təkcə siz çəkmirsiniz. Bu torpaq son illər on
minlərlə
boylu-buxunlu, yaranal
oğullarımızı
əlimizdən alıb, o uzaq yollar çox ailələrə dərd
gətirib, zaman-zaman, saat-saat gətirib, könüllər
350
sındırıb, ürəklər
dağlayıb. O, bu
millətin
istəməyənlərinin qurbanıdır. O, bir insana qarşı
deyil, milyonlarla öz müstəqilliyini əldə etmiş
Azərbaycan xalqından gizlin alınan intiqamlardır.
Amma onun arxasında bir tarix var, xalq onu
unutmayacaq. Unutmayacaq ki, onun başı bu
yolda nələr çəkib. Gözünün önünə Nəriman
Nərimanovun oğlunu, Hüseyn Cavidin oğlunu,
neçə-neçə kin-küdurətin qurbanlarını gətirək. O
taleyə bir Fikrət Sadıq taleyi də qoşuldu.
Dözməliyik. Allah səbr versin! Misralarındakı
həsrət gözümün yaşını tökdü, ağlatdı, qoymadı
çox söz deyim, elə yaxşıdır, çox sözüm, çox
kövrəldər
sizi.
Yaxşıların
yanmasını,
göynəməsini istəmirəm. Yerdə qalan oğulların,
millətin, xalqın arxan, dayağın olsun!.
Onun lirik şerlərində, "Oğlum İlkinə", "Körpə
yuxusu", "Ad günündə", "Yaşıl xatirələr" və digər
əsərlərində hisslər səmimi və təbiidir. Övlad
sevgisini hər şeydən əziz bilən ata qəlbinin,
məhəbbətinin bədii, təbii ifadələrlə zənginliyi bu
şerlərin keyfiyyətlərini, bədiiliyini artırmışdır.
"Şairin poeziyası fikir üstündə boy atır. Amma
bu fikir heç vaxt kitabdan, dərsliklərdən gəlmir.
Şairin şerlərindəki müdrik fikirlər adi həyati
müşahidələrdən doğur. Şairin qüvvətli fantaziyası
yoxdur, amma qüvvətli həyati müşahidələri var.
Kökündən onun poeziyası reallıq üzərində
köklənib. Sabir kimi gördüynü yazır, şair onu
351
narahat edən mövzuları, problemləri şerinə
gətirir. Düşündürücü yazır, çoxlarının könlündən
keçənləri elə bil görüb, gördüklərini özünəxas
tərzdə mənalandırmaq, müşahidə etdiyi həyat
hadiəsləri haqqında sakit-sakit söhbət açmaq
paradoksal görünsə də məhz bu yolla poetik
müdrikliyə nail olur. Ç ünki faktda görünə bilən
mətləbi şərh etmir, ona ancaq eyham vurmaqla
çox zaman kifayətlənir".
"Tapılmış
ümidləri
qırıl"an, qəlbi
sınıq,
ümidləri kövrək, hər dəfə sevdiyini görüb yenidən
"sevdaya" düşən bir zamanlar məğrur olub, bir
acı kəlməsindən inciyən, lakin o vaxtından daha
əziz, itirdiyini yenidən tapan, "əbədi sevgi"dən
qorxub, lakin onun əbədilyinə şübhə etməyən bir
can sahibinin keçirdiyi daxili sarsıntıları, arzu və
istəkləri görürük:
Əbədi
sevgidən
qorxmuşdum
onda,
Bu haqlı suala indi nə deyim.
Bu yorğun ürəkdə sevgi oyadan,
Əbədiyyətimdir səni görməyim.
Bu əbədi sevgi onun sakit dənizinə daş atıb,
onun yatmış baxtını oyadıb, indi onun dünəni
xatirə, sabahı ümid olan dünyasını bir-birinə
qovuşdura biləcək sevgisinə sözü budur:
Yelkənsiz tərəddüd qayğınla sən,
Sahilimə yanaş, əlindən tutum.
Ya da bir dəfəlik çıx ürəyimdən,
352
Bir zərrə də qalma səni unudum.
("Yenə səni gördüm")
Ürəyi olmayan "fikirli qaya", "qayğısız su", "laləi
cığır", "ötən bulud", "güllü çəmən"i öpən körpə
çay" şairin ilk sevgisinin şahididir. Onlar ilk eşqin
şahidi olsalar da şair kimi ürək sahibi deyillər ki,
onun çəkdiyi əzabı çəksinlər, bu vəfasız sevginin
ağrı-acılarına dözüb, yanıb, göynəsinlər:
Ürəyiniz yoxdur, sizə nə var ki,
Əzab çəkməzsiniz yar sorağında.
Hanı o ildırım baxışlı yar ki-
Könül dəftərimin hər varağında
Silinməz bir lövhə yaratdı getdi.
Eh sizə nə var ki
Yar atdı getdi!
"Eh sizə nə var ki".
Şairin lirik qəhrəmanı sevən aşiq, vüsala
çatmayan, ona yalnız həsrət, hicran nəsib
eyləyən iki qara gözə, iki sönmüş gözə
bənzətdiyi "iki gilə qara şanı"da öz daxili istək və
arzularını, hal-vəziyyətini sevgi yolunda çəkdiyi
əzab və üzüntüləri, həsrət qaldığı o bir cüt gözün
sinəsinə
vurduğu
yaranı, verdiyi
əzabları
ümumiləşdirir:
İki gilə qara şanı,
İki gilə göz yaşım.
Döndü birdən,
Qövr elədi yenə odum, közüm
mənim.
353
("İki gilə qara şanı").
Şairin
lirik
qəhrəmanı
sevdiyi
insanın
ayaqlarına qapılmır, sadə bir dillə ona müraciət
edir. Darıxan sevgilisinə özünün də darıxdığını
bildirir və deyir ki, "gəl bir yerdə darıxaq". Şair
sevdiyi
insan
üçün
darıxdığını, onu
itirə
biləcəyindən keçirdiyi qorxunu, həyəcanını açıb
söyləyəndə sevdiyi insanın daxili duyğularından
xəbərsiz
olduğunu
gizlətmir.
Mən
səni
itirəcəyimdən qorxuram, "mən səndən ötrü
darıxıram, səni bilmirəm" sözlərində bir insan
qəlbini narahatçılığı yaşayır. Bu lirik duyğularda
saf məhəbbət, onun yaratdığı hicran, həsrət
qorxusu ehtiyatlanma əsasdır.
Şairin lirik qəhrəmanının nəzərində üzdə olan
təbəssüm, gözdə olan göz yaşı ilə ölçüdə adidir.
Təbəssüm üzdə olur, sevincin lal səsi olub,
yalançı da ola bilər. Amma göz yaşı rişədir və
onun "kökü ürəkdə olur", o gözlə görünən niskil,
əllə tutulan kədər"dir, o yalançı olsa belə şirin
dildir. Şairə yalançı təbəssümdən yalançı göz
yaşı
daha
əzizdir. "Sevgi
yağışı" şerinin
qəhrəmanı oğlan və qızdır. Qəfil yağan yağışdan
qorunmaq üçün mağaraya sığınmış bu iki sevgili
daş divarlar ararsında bir-birini sevənlərin hansı
dövrdə, zamanda yaşamasından asılı olmayaraq
ümumiləşdirilmiş
obrazlardır.
Onlar
daş
mağaranın
içərisində
yağış
damlalarının
yaratdığı səslər arasında öz gücüylə, qüvvəsiylə
354
öyünən bir igid gözəl bir qızla öz sevgisindən, bir
qəbilənin oğlanının digər qəbilənin qızına olan
sevgisindən, arasındakı maneçiliyi məhəbbətin
gücüylə aradan götürmələrindən, qızın
Sevirsən, gəl apar,
Verməsələr, güclə al,
-istəyinin qarşısında oğlan "öldü var, döndü
yoxdur"
kəlməsiylə
eşqinə
sadiqliyini,
dönməzliyini bildirməsindən poetik bir dillə bəhs
edərkən muasir gəncliyin Leyli, Məcnun, Fərhad,
Şirin kimi yüksək saf, təmiz, ülvi duyğulara malik
olduğunu, bu hissləri, duyğuların bəşəriliyini
tərənnüm etmiş olur. Elçin bu hisslərin çox gözəl
təhlilini verir: "əsrlər keçər, ictimai qurumlar bir-
birini əvəz edər, insan təfəkkürü yeni-yeni
naliyyətlər
əldə
edər, predmetlər
aləminin
mahiyyəti dəyişər, fəqət oğlanın və qızın
hisslərindəki saflıq, təmizlik, onların sədaqəti,
mərdliyi dəyişməz və əbədidir. Oğlan və qız Leyli
və Məcnundur, Romeo və Cüllettadır, Əsli və
Kərəmdir,
müasir
gəncliyin
ən
yaxşı
nümayəndələrindəndir". Elçin fikirlərində haqlıdır.
Fikrət
Sadıq
öz
zəmanəsinin
sevən
gəncliyinin obrazını yaradır. Elə yaradır ki, elə bil
nağıllar aləmidir, elə hörmətli şairəmiz Firuzə
Məmmədli demişkən:" bir sevən oğlan vardı, bir
sevən qız vardı, bir də sevənləri mağaraya
qovub, qapıya pərdə kimi endirilən sevgi yağışı
vardı. "Oğlan yağış pərdənin saçaqlarını yana
355
çəkib" baxanda və "qız da ona qısılanda"
aşağıda yağış selini yuyub üzüaşağı apardığı
yamacda möcüzə baş verdi: "Bir qız ilə bir oğlan
əl-ələ verib qaçdılar; dağ yolu ilə üzüaşağı"
Möcüzə oğlanla qızın əl-ələ verib qaçmaqlarında
deyildi. Möcüzə bu gənclərin çıxıb gəldiyi qədim,
lap qədim dövrlərin, minilliklərin o üzündən bu
üzünə boylanmasında idi. Kim bilir, möcüzə
bəlkə də oğlanla qızın qəlbini birləşdirən sevgi
tellərinin işığında idi".
İnsan yaranandan bəlkə də onunla qoşa
yaranıb məhəbbət və bu məhşəbbətin işığında
insan mənən zənginləşir; dünyasını sevir, həyatı
sevir, insanları sevir. Bu "sevgi yağışı"nda
saflaşır. Həyat eşqini, yaşamaq, yaratmaq
əzmini artıran ruhi bir ehtiyacdır sevgi Fikrət
Sadığın əsərlərində. Ona görə də insan övladının
sevgisini dünyanın bütün real və qeyri real
varlıqları içərisində daha ülvi, dah uca olduğunu
vəsf edir. "Balıqçı və su pərisi" əsərində insan
sevgisinin böyüklüyünün möhtəşəm heykəlini
yaradır. Sadə, lirik bir dillə verdiyi təsvir və
tərənnüm daxilində duyumlar yaşayır ki, bir
məhəbbət dastanına bərabərdir. Əsli-Kərəm,
Leyli-Məcnun, Balıqçı Kastitis-Su pərisi Yurate
sevgisi həmişə var; keçmişdə də olub, bu gün də
var, sabah da olacaq. "Balıqçı və su pərisi" lirik
poeması bir qədim Litva əfsanəsinin süceti
əsasında
qurulmuş, sərbəst
şer
vəznində
356
yazılmış ən gözəl əsərlərdən biri sayılmalıdır.
Burada şairin ədəbiyyata, şerə gətirdiyi məzmun,
mövzu yeniliyi forma ilə vəhdətdədtr. Şairin lirik
dünyası bu poemada öz əksini daha dolğun,
daha təsirli bir şəkildə tapıb. Səmada buludların
toruna
günəş
düşdüyü
kimi, dənizdə
də
Balıqçının qayığı dalğaların "toruna düşür".
Qayıqda oturan Balıqçı da "xəyalların toruna
düşür". Su pərisinə vurulmuş Balıqçı "Su pərisi
hara, mən hara" fikir burulğanında çırpınır. Lakin
ürək onu çəkib görüş yerinə gətirmişdi. Balıqçı
dənizə çıxıb ki, balıq ovlayıb qoca ata-anasının
istəyini yerinə yetirsin. Amma o bunu unudub,
vurğun gözləri ovunu gəzir, içində təlatüm,
qasırğa burulğanı var. Şair dalğalarla xəyalların
torunda çırpınan Balıqçını və onun qayığını
küləyin axarı apardığı səmtə-Dəniz qızıyla
yenidən görüş yerinə çəkir:
Bir dalğanın köpüklü qanadında
gəldi Dəniz qızı.
Qızılı saçlarından sürüşdü işıq
kürələri.
Bir telində bir damcı asıldı,
yelləndi.
Bir cüt əlin sığalı
Dənizə tökdü damcıları.
İki gilə dəniz qaldı təkcə,
Kirpiklərin qoruğunda
Qaşların daldasında.
357
Su
pərisinin-nağıllar
dünyasının
qəhrəmanının obrazının bu qədər reallıqla verə
bilmək, onun varlığını təmin etmək, nağıl
dünyasına "daş atmaq" da sənətkardan məharət
tələb edir; elə bir daş ki, könüllərə bir istilik, həm
də bir titrətmə, bir duyğu gətirdi, dəyməyilə titrətdi
oxucu qəlbini.
Bu misralardakı poetik deyim, həyat eşqi, iki
qəlbin çırpıntıları pak və məsum hisslərin ülviliyini
Dəniz
qızının-Su
pərisinin
munis
görkəmi
haralara
çəkib
aparmır
insanı. Su
pərisi
Balıqçının "ayrılığı qıran qollarında" bir göz
qırpımında qayığa qalxır. Balıqçı hansı hisslərin
torunda çırpınır? İnsan övladının sevgi gücü
dərya imiş ki:
Mən öləriyəm, sən pəri"
"Bilirəm Balıqçı".
"Dənizi atarsanmı məndən
ötəri?"
"Sevirəm Balıqçı"
"Atam, anam, qocalar
görmək istəyir səni".
"Gedirəm, Balıqçı".
Ülviyyətin qucağına atılmış, sevgi deyilən saf
bir varlığı bu qədər incəliklə, lirik bir duyumla
iərənnüm etmək sərbəst vəznin imkanlarını
genişləndirmək,
sənətkarın
sənətkarlıq
imkanlarının zənginliyi nəticəsində buzu qırmaq
lirik
istedad
və
qüdrətin
sərbəst
vəznin
358
imkanlarının
heç
də
əruz, heca
vəznin
imkanlarından geri qalmadığını sanki sübuta
yetirmək deyilmi? Deməli, istedadlı sənətkar öz
sözünü hər bir vəzində deyə bilərmiş, bunun
üçünsə istedad zənginliyi, zəngin sənətkar bədii
təxəyyülü
olmalıymış
ki,
sərbəst
vəznin
imkanlarının məhdudlaşdıran, bu vəzni rədd
edənlərin əksinə olaraq Azərbaycan şerində bu
vəznin ən qiymətli, zəngin nümunələrini yaradan
Rəsul Rza məktəbinin yetirməsi Fikrət Sadığın öz
istedadı sayəsində əldə etmişdir. Qəhrəmanın
daxili aləmini, lirik duyğularını, sevgi yolunda
çəkdiyi əzabları, bu sevgi yolunda ölümə gedən
öz ülvi duyğularının əsiri olan İnsan-sevən insan
obrazını belə zəngin bədii keyfiyyətlərə, ülvi
hisslərə malik Məcnun ürəkli, Kərəm diləkli
Balıqçının mükəmməl sevgi aşiqi obrazının
yaratmaq xüsusi bir istedad tələb edir. Elə bir
istedad ki, ona, o lirik, yüksək bədiiliklə deyilə
biləcək sözlər üçün vəzn əsas olmasın. Əsas
odur ki, hansı dillə, hansı bədii təfəkkürlə, estetik
zövqlə, incəliklə, bədii pafosla, metononiya ilə
deyilir:
Qabarlı
ələ
bənzər
qayalı
sahildən
Üsulluca itələndi qayıq.
Yırğalandı nəhəng beşik.
Yatırdı qorxaqlığı.
Qayıq haqladı üfüqü.
359
Üfüq iki bölündü.
Uzaqlaşdı bir qövsü.
Bir qövsü söndü.
Uzaqda-lap uzaqda-
Dənizlə
səma
qarışanda-bir-
birinə
Üfüq parçalandı dörd yerə.
Qövslər birləşdi, oldu çevrə.
Qayıq ortada qaldı tək, nöqtə.
Tor atıldı, oxşadı vergülə.
Görəsən nə olacaq bu cümlənin
axırı?
Apardı qayığı küləyin axarı.
Bir də yelkənin
Yamaqlı ciyərinə xışıltı ilə dolan
hava.
İnsan sevgisində bir əbədiyyət var. Elə bir
əbədiyyət ki, ölüm qorxusu duymur. Sevdiyi
Dəniz qızını-Su pərisini meşənin kənarında
görünən kəndə ata-anasının görüşünə aparmaq
istəsə də, ümmanda doğulan, boy atan Su pərisi
"zərrəyə sığmaram, Balıqçı" deyir və ona "dənizə
qayıdaq, Balıqçı, dənizə" deyə kəndə getməkdən
imtina etdikdə Balıqçı onu dənizin qucağına
səsləyən səsə səs verir. Ürək onu çəkib aparır.
"Qayıq yorğun", "dor ağacı köhnə", yelkən
yamaqlı olmasına baxmayaraq insan övladı
ürəyinin köləsinə dönür, sevgi onu çəkib özüylə
aparır. "Qurudan əsən külək qısqandı bu iki
360
sevən qəlbə, az qaldı bir əsimdə qıra dor
ağacını, yelkəni çırpdı üzünə "şillə kimi". "Şirindilli
sevgi ovutdu Balıqçının" aldığı acını. Ürəklərdə
qopan " məhəbbət tufanı" insan övladını çəkib
apardı dalğaların qoynuna. Dənizin ənginliklərinə
doğru aparanda "bəxtiyarlaşmış baxışlar unutdu
hər şeyi. Göz gözü görməyəndə qayıq bir sualtı
qayanın çeçələ barmağına toxundu. İnsan
övladının "öləriyəm" dediyi məqam çatdı:
Toxundu qayıq.
Parçalandı
dilim-dilim, taxta-
taxta.
Su pərisi bir dalğanın yalında.
Aşdı o taya.
Balıqçı daşa dəydi,
Yanına düşdü qolları.
Qana bulaşdı, üzü qızardı.
Utandı
mənzil
başına
çatmadığından.
Utandı çiliklənmiş qayığından.
Daş kimi batdı suya.
İnsan
övladı
həsrətində
olduğu
sevgi
dəryasında üzə bilməməyindən utandı. İnsan
qüruru hər şeydə yüksəklərə qalxdı. Dəniz qızı
Balıqçını xilas etmək istədi, əbəs imiş. Onda
Dəniz qızı "inandı ölümün doğruluğuna":
"Ölüm" deyir insanlar buna.
Acıdı insanlara.
Dönə-dönə
361
dolandı o yerin başına.
Yoldaşı vurulmuş sona kimi.
"Mən quruda boğulurdum,
o suda boğuldu.
Günah sevgidə oldu
Günakar mən oldum".
İnsan övladıyla sevgidə Dəniz qızı da
imtahanlardan üzü ağ çıxdı. Bu da məhəbbətin
müqəddəsliyindən irəli gəlir. Dözmədi insan
övladına bəslədiyi sevginin ölümünə, əlindən
getməsinə,
Özünü dalğa kimi çırpdı qayaya,
Pul-pul libası qəlpə-qəlpə oldu.
Səpələndi dənizə,
Ç evrildi kəhrəbaya,
Ç evrildi əfsanəyə,
Ç evrildi nağıla.
Şair bir qoca balıqçıdan eşitdiyi əfsanənin
təkcə sücetindən istifadə edib onu nəzmə
çəkmədi, eyni zamanda onu məhəbbət haqqında
balladaya çevirdi. Dənizlə torpaq övladının saf
sevgisinə əbədi bədii heykəl qoydu. "Aman nə
bərkmiş torpaq", "Aman Allah, insan necə gəzir
quruda"- deyən Dəniz qızı bu kobud quru torpaq
üzərində yaşayan insan qəlbinin incəliklərinin,
zərif duyğularının əsirinə çevrildi, yenə insan
övladını sınağa çəkdi, onun öz sevgisinə
sadiqliyini gördü, çəkib özyülə dənizə aparanda
da bu insanın köksündəki su kimi zərif bir varlığın
362
böyüklüyünü, möhtəşəmliyini duydu. Bərk torpaq
üstündə
bərkiyib
mətinləşmiş,
əzablara,
çətinliklərə sinə gərmiş, yaşamış, yaratmış, üzü
bərk torpağı özünə ram etmiş və dünyanın
əşrəfinə çevrilmiş, o torpaq tərəfindən sevilmiş,
əzizlənmiş, qucağında, köksündə
ona
yer
ayırmış, onun-insan övladının sevgisini qazanmış
insan ürəyi nələrə qadir deyilmiş, İlahi! İnsan
övladı üçün torpaq həyatdır, Dəniz qızı üçün də
dəniz o deməkdir. Torpağın sərtliyinə dözmədi
Su pərisi. İnsan övladı sevgisində demə daha
etibarlı, daha mətinmiş ki. Ümmanlar qoynunda
doğulmuş
Dəniz
qızı
torpaqdan,
onun
sərtliyindən qorxub insan övladını dəryalara
səslədi, onu çəkib apxasınca apardı. O insan ki,
yer üzünün varlıqları içərisində elə o sevgiyə, o
munis duyğulara görə ən qiymətli varlıqdır,
əşrəfilik taleyinə yazılıb. İnsan övladının saf
duyğularıdır ki, məhəbbətinin böyüklüyüdür ki,
Balıqçı Kastitis və Su Pərisi- Dəniz qızı Yurate
haqqında, onların bu qarşılıqlı, möhtəşəm, saf
məhəbbəti
kəhrəbanın
görünüşündə
əbədiləşdirilir. Donmuş göz yaşına bənzədilən
kəhrəba -Yurate, Kastitis yadımıza Leyli və
Məcnunu, Əsli və Kərəmi salır. Onların öz eşqi,
məhəbbəti yolunda canını qurban etmələri,
sevginin
əbədiliyini,
pərdə-pərdə
yenidən
gözümüz önündə canlandırmış olur. Sanki şair
Leyli-Məcnun sevgisinin əbədiliyini, ülviliyini, bu
363
bədii
məziyytlər
içərisində
əbədiləşdirməyə
çalışır.
Sarı rəng özündə bir dünya həsrəti, hicranı
yaşadır. O sarı rəng payızda rəngini dəyişən
yarpaqlar, həsrətdən saralmış tarın simlərinə
çöküb. "Gözlərimin kökünün, yarpağımın rəngi
də, tarımın simi də məhəbbətdən saralıb"-deyir
şair. "Ayrılıq" Fikrət Sadıq dünyasının bəzən şirin
anlarına şirinlik gətirir. O ayrılıqdan o qədər
gileylənmir. Onun
poetikasında
ayrılıq
öz
çalarları ilə seçilir "yaxın yerdə ayrı olmağın"
onun üçün öz gözəlliyi var. Sevgilisinin hicran
kimi qəbul etdiyi ayrılığa şair tamamilə başqa bir
don geyindirir. Güllü-çiçəkli dağın qüzeyində özü,
güneyində yarı yaşadığını, "bir günəşin" zərrələri
altında isindiklərini, "bir küləyin" buz nəfəsində
üşüdüklərini
söyləyən
şair
"buna
hicran
deyirsən?" deyə könlünü almağa çalışır. Şairin
poetik duyğuları burada da baş alıb gedir,
buludlardan
yağan
yağışlar
hər
ikimizin
bağçasına "düşür", köhnə cığırlarda "ayaq
izlərimiz" hər gün görüşürsə buna hicran demək
olarmı? Hicrandan, ayrılıqdan gileylənməməyə
çağırdığı sevgili yarın onları qarşıda gözləyən
səadətə fikrini cəlb etməyə çalışır:
Birdir
qürub
çağımız
da,
səhərimiz də,
Bir ulduzun altındadır evlərimiz
də.
|