298
Uzaq Sibirin, Qazağıstanın, Türkmənistanın,
Özbəkistanın qumlu səhralarında ölümə sinə
gərərək işləmiş, ən ağır əmək işləri görmüş,
xəstəlik, səfalət içərisində çoxu məhv olmuş,
qayıda bilənlərin taleyinə isə dərd içində yaşama
düşündürür. Atasız, anasız qalmış repressiya
qurbanlarının
övladlarının
başına
gətirilən
müsibətlər,
onların
doğmalarından
ayrı
salınması, yetimxanalarda böyüməsi, dostların,
qohumların qorxudan onlara yaxın durmaması,
qohumlar, ailələr arasında tellərin qırılması,
kimsəsiz qalan, "xalq düşməni" nin övladları kimi
tanınmanın xalqımızın böyüməkdə olduğu nəslin
taleyinə, qismətinə yazılmış faciələr idi. Belə
bəxti gətirməyən övladlardan biri idi Fikrət Sadıq.
F. Sadığı yaşadan ümidlər, "pıçıltıyla da olsa"
atasının "yaxşı" adam olduğu haqqında eşitdiyi
sözlər idi. O zaman xalq düşmənlərinin adının
belə çəkilməsi "yasaq" olduğu bir zamanlar
Şamaxıda, Yevlaxda icrakom işləmiş atası
haqqında deyilən həqiqətlər haqqın-ədalətin
tamamilə məhv olmadığından xəbər verirdi və
Fikrət Sadıq da ürəyində bir könül rahatlığı
tapırdı ki, onun atası yaxşı insan olub. O "yaxşı
insan"ın oğlu kimi deyil, "düşmən oğlusan" deyilib
təhqir olunanda, aclıq dövründə bir tikə çörəyə
möhtac qalanda, "düşmən oğlusan"-deyib ona
çörək verilməyəndə "aclığa" da, "acığa" da
dözüb, lakin "tənələrə dözməyib, içində qırılıb,
299
sümükləri "ağır -ağır dirəkləri daşıdıqca bərkiyib"
on üç yaşından məftil çəkməkdən əlləri qabar-
qabar olsa da, işıq çəkib ellərə. Özünün dediyi
kimi atası tutulub getsə də atasız evləri çıraqsız
qalsa da, o özgə evləri işıqlandırdıqca "İşıqçı
əmi" sözünün işığında təsəlli tapmaqla gəncliyini
qoruyur, saxlayır və sanki şair kədərini, aldığı
mənəvi zərbələri, bütün dərdini, ağrılı-acılı iyirmi
illik göynərtilərini, təhqirləri, tənələri "çilik-çilik"
edir, təmiz
adının
qayıtmasıyla, atasının
qayıtmasıyla:
Atam qayıtıdı…Yenə
Təmiz adım qayıtdı.
Keçmişim qayıtdı.
Gələcəyim qayıtdı,
Həbs edilmiş səadətim,
Açılmamış məhəbbətim,
Dodağımdan qoparılmış,
Şaqraq uşaq gülüşlərim,
Uzaqlara aparılmış,
Arzum, muradım qayıtdı.-deyir.
O təmiz ad-geri qaytarılmış saf ad onun
kədərini, dərdini, əzablarını, "güclü yaz seli kimi"
gəlib yudu, apardı. Fərəh "köz-köz" olmuş
könlünün yaralı yerlərinə "məlhəm oldu", ata
gedəndən işığını, istisini duymadığı Günəş
qəlbinin ən qaranlıq guşələrinə də "düşdü". Fikrət
Sadıq bu Günəşin işığını, istisini duyanda
ömrünün ən coşqun, qaynar gənclik illərinə
300
qədəm qoymuşdu. Yaşıdları, dostları, tanışları
qarşısındı
artıq
tənəli
baxışlarla
qarşılanmayacaq, şərəfli adının geri qayıtdığına
sevinməklə yanaşı, ömründən gedən iyirmi ildə
və ondan bir qədər əvvəldən başlanmış bu
dəhşətli
repressiyaların
"qapı-qapı
gəzdiyi"
günləri, çoxlarına göz yaşı, acı daddırdığı əzabı,
əyilməz, igid oğulları necə diz çökdürdüyünü ürək
ağrısıyla xatırlayır və ona görə Sibirin, Uzaq
Şərqin qarlı-çovğunlu çöllərində mədənlərdə
işləyən həmvətənlərini həm cismən, həm də
mənən çəkdiyi əzabları göz önünə gətirir. "Atam
qayıtdı, təmiz adım qayıtdı" bir insan taleyinin,
xoşbəxtliyinin ən yüksək zirvəsi olan o saflıq,
təmizlik, hallalıq heç bir meyarla ölçülə bilməz.
Onu yalnız Nəsimi kimi bir cahana sığmayan,
lakin cahanı özünə sığışdıra bilən ürək ölçə bilər.
Və o ürək şair ürəyidir ki fərəh dolu, sevinc dolu
misralarda bunu vəsf edə bilib.
F. Sadıq iyirmi ilik gənclik, uşaqlıq dövründə
çəkdiyi əzab-əziyyətləri, məşəqqətləri qalın-qalın,
cild-cild kitablara yaza bilərdi. Lakin öz şəxsi
kədərini, qüssəsini, ağrı-acısını qismətinə yazılan
"taleyin acığına" sinəsində saxladı və bir misrayla
bu qüssəni, həsrəti elə vurğuladı ki, epopeyalara
bərabər oldu. "Atam qayıtdı, təmiz adım qaıtdı".
F. Sadıq dərdlərinə, sərlərinə "yas" quran
sənətkarlardan deyil. Onun hər dəfə şerləində
vurduğu "güllər" bəs edir ki, bir insan kimi
301
çəkdiklərini izhar eyləsin. Eyni zamanda öz
qüssəsini, ahları şerləri üçün mövzu seçməyən
insandır. O dərdə-kədərə "kişi ürəyi ilə dözməyi"
bacarandır:
Ağlama, sısqama, bəbə deyilsən.
Kişi köksündəsən, kişi ol Ürək
-deyən Fikrət Sadıq iyirmi ildə də ürəyini
dözümlü, təpərli olmağa çağırıb. "cınqırını
çıxarma, gülərlər sənə" deyib. Onu qınaqlardan
da çəkindirib. Bir təmiz adın qayıtması insan
üçün böyük bir səadət idi. Elə bir səadət ki, o
təmiz, saf adın işığında övladlarını böyütdü,
tərbiyə etdi. Cəmiyyət üçün, xalq üçün, millət
üçün
qələmini
süngüyə
çevirdi. Orxonlar
yetişdirdi, hansı ki, bu gün cəmiyyətdə gedən
proseslərə qarşı öz aydın, işıqlı, cəsarətli
təfəkkürü ilə qorxmadan üsyana çıxır. Xalq, millət
mənafeyi
naminə
dədəsinə
belə
güzəştə
getməyən Orxan Fikrət oğlunu yetişdirib, Orxan
Millətoğlu. Azərbaycanın işıqlı, sözdə deyil, işdə
əsl demokratik, azad, varlı, firavan, suveren
olduğunu
gözləri
ilə
görmək
istəyən
və
qorxmadan buna əngəl tördənləri ifşa edən
Orxan Millətoğlu. XX əsrin birinci dövrünün Mizə
Cəlilləri, Sabirləri kimi ölümdən qorxmadan,
həqiqəti üzə deyir, düz deyir, düz sözün içində
millətin xoşbəxt, işıqlı gələcəyi naminə sözünü
qılınca çevirib, kəsir, doğrayır….
302
F. Sadıq elə bir şəxsiyyətdir, o mərdi
namərddən, düzü
əyridən
seçmək
üçün
ürəyindən, gözündən də məsuliyyət tələb edir.
Dost həyatın sınaqlarından çıxmaqda sənə
kömək edirsə, onda əsl dostdur. O, dostu,
düşməni seçməkdə sərrafdır:
Dar günümdə ələyirəm,
Dostu dostdan, yadı yaddan.
Dost var yaman gözə girir,
Dost var tamam çıxıb yaddan.
Dar günündə dostu dostdan, yadı yaddan
seçməyi bacaran şair qəvvas gözüylə onları bir-
birindən ayırır. Dostların hamısı şairin nəzərində
eyni deyil. Dost var çətin anda dostuna gərək
olur, ona
əl
tutur, həyatın
enişli-yoxuşlu
yollarında dost gərəkliyindən imtina etmir. Belə
yaxşı ürək dostlarının varlığından narahatdır.
Ona görə də yaxşısını sınadığı, yamanını
"qınadı"ğı dostlarla bağlı yazdığı şerlər öz ideya
və məzmununa görə bəşəridir. Fikrət Salıq üçün
dost nədir, dostluq nədir, yaşının bu müdrik
çağına qədər gördüyü, tanıdığı, seçdiyi dostlara
hər kəsə öz xislətinə uyğun qiymətini verib:
Tost vardı,
Dost vardı.
Tost qurtardı
Dost qurtardı.
Malının, cibinin dostları şairin bu misralarında
öz qiymətini alır.
303
Şair
düzlüyün, saflığın, haqqın-ədalətin
tərənnümçüsüdür. Onun poetikasında hər şey
Sabiranədir. Düzü düz, əyrini əyri-necə görübsə
elə yazır. Ona görə də keçid dövrü adlandırılan,
xaosa çevrilən ömrümüzün bir çox illərinə nəzər
salır, saf çürük edir və belə qənaətə gəlir ki, bu
"keçid deyil addamacdır, addamac".
Bu keçid dövrü qıl körpüsü tirdən olandır. Bu
"keçid" dövründə hərə öz bacardığı kimi özünə
çəkir. Əlinə fürsət düşən qarışqa kimi yuvasına
daşıyır. Bu addamacdan ancaq millət yarımır,
xalq yoxsullaşır, yoxsulluq ordusu yaranır, bu da
ki, faciədir:
Qalıb millət bu keçiddə naəlac.
Başdan-başa fəlakətdi addamac.
Addamacda neçə-neçə adam ac.
Neçəsinə taxtı-tacdı addamac.
Son
illərdə
bəlkə
də
keçid
dövrünün
eybəcərliklərini bu dərəcədə açıq, cəsarətlə ifşa
edən ikinci bir şair az tapılar. Keçid dövrünün
çətinlikləri Fikrət Sadıq yaradıcılığna nigarançılıq,
təlaş gətirib. Vaqif Yusifli onun "bu təlaş və
nigarançılığı yalnız bir fərdin daxili narahatlığını
ifadə etmir, ümumən dövrün, konkret desək, bu
günün (bu keçid dövrü nə qədər davam edəcək,
Allah bilir) sözündən doğur"-deyir. Vaqif Yusifli
Fikrət Sadıq şerlərindən nümunə kimi:
Ç örəklə sınağa çəkiblər xalqı,
Qarışıq salıblar haqla-nahaqqı.
304
Bu yazıq camaat neyləsin axı,
Vətən satılanda-kitab satılmaz
-misralarını "dövrün, zamanın üzünə çırpılan
şillədir bu" deyir və bildirir ki, " bu şillənin səsini
Fikrət Sadığın başqa şerlərində də eşidirik".
Bu misralar insan saflığının, xalqa yanımlığın
nətiəcəsidir. Ömrünün müdrik çağı bu keçid
dövrünə düşən Fikrət Sadıq X1X əsrin sonu, XX
əsrin
əvvəllərində
Azərbaycanın
ictimai
vəziyyətinin kəskinliyini öz satiralarında Sabir
necə ifşa edirdisə, Fikrət Sadıq ona oxşar
şəkildə, ancaq Fikrət Sadıq üslubunda bu dövrün
eybəcərliklərini açıb tökür. Dediklərindəki həqiqət
oxucu kütləsinin ürəyindən xəbər verir. Bu
"keçid"də yetimə, yesirə, kasıba rəhm yoxdur.
Gözdən pərdə asanların əməllərində də bir
özünəçəkimlik
hökm
sürür.
Yetim-yesirin,
qaçqının, didərginin malı yeyilir. Günahsız
döyülür. Söyülür, onu qorğa kimi qovurur
addamac. Addamacı qıpqırmızı qızmar "sac"a,
günahsızı isə qovrulan "qorğa"ya bənzətməklə
şair keçid dövrünün bütün eybəcərliklərini açıb
tökür. Bu keçid dövrünün eybəcərlikləri, xalqa
zidd əməlləri "bazarda" daha çılpaqlığıyla üzə
çıxır. Bazar "gözbağlıca meydanıdı". Onun təməli
şərlə qoyulub, işi hiylədi və bazara bu qədər irad
tutması təbiidir:
Tüstü içindədi başı.
Ovulmuş tərəzi daşı.
305
Yalan, fırıldaq, göz yaşı,
Qarğış, ahu-zardı bazar.
Dadlı xörək, ləzzətli keyf,
Dünyanı yeyəcək bu dev.
Birinə üçmərtəbəli ev,
Birinə məzardı bazar.
Günü gündən ölkəni başına götürən bahalıq,
qıtlıqğın əzabını xalq, millət çəkən kimi şair özü
də çəkir. Kasıbı dost-tanış məclislərinə dəvət
etmir, kasıb
qonşunu, qohumu
saymırlar,
doğmalardan da, ata-anadan da şirin olan pulun
insanı bu kökə salması şairi sıxır, kasıbın
ölüsünə də oxunan Yasini molla yarımçıq kəsir
və güzəranın belə ağır vaxtında ölünün özünün
də kasıba yük olması göynədir:
Oğul-uşaqlara
dərd
verməməkçin,
Lap ölə-ölə də yaşamalısan.
Şair dünyadan o qədər küsüb ki, kimsəni
xərcə salmamaq üçün, kimisə narahat etməmək
üçün son nəfəsində özü öz qəbrini qazmağa
razıdır. Bir zamanlar öz evinin işığını yandıra
bilməsə də, qeyrisinin evinə işıq çəkəndə necə
sevinirdisə şair, bu gün də mənəvi işıqdan
məhrum olan ürəklərə işıq çəkmək, məlhəm
olmaq eşqilə yazır, yaradır:
Günü-gündən bahalaşır,
Ç örək, dərman, nəqliyyat.
306
Cənnətdə yaşasam da,
Cəhənnəm olub həyat.
Dördnala çapır atını
Üstümüzə bahalıq.
Hara çatır, qiymət artır,
"Qaç, at basdı, millət"
vallah
çaş-başdı millət.
Şair gördüklərini, ürəyini ağrıtdıqlarını yazır.
Hərə öz hayındadır; kimi deputatlıq uğrunda
mübarizə
aparır, kimi
öz
gün-güzəranını
yaxşılaşdırmaq üçün min bir hiylə qurur. Kimi
aşkarlıq pərdəsi altında altdan-altdan özünə iş
yeri, vəzifə tapır, ad alır, kiminin də dünyanın bu
gedişatına baxanda həyat gözündən düşür:
Duz
səpmə
gəl
ağzı
açıq
yarama.
Əsir olub indi halal harama.
Dünya nədir? Ağzı bağlı barama.
Vallah
dəyməz
bir
kəpənək
ömrünə.
F.
Sadığın
xalqına,
vətəninə,
olan
məhəbbətinin, onun
qayğılarına
öz
şəxsi
qayğıları kimi yanaşmasının nəticəsidir ki, öz
kökünə, xalqının qurduğu nağıllara qayıdır; o
"dəsti-xətlə" sözünü deyir, cəmiyyətdə gördüyü
və
dözmədiyi
halları
pisləyir. Böyük
rus
dramaturqu A.N. Ostrovski yazırdı ki" " xalq
yazıçısı olmaq üçün vətənə məhəbbət bəsləmək
307
azdır. Ç ünki bu məhəbbət yazıçıya enerci, hiss
verir, məzmun vermir; odur ki, vətəni sevməklə
bərabər xalqı yaxşı bilmək, onunla yaxınlaşmaq,
ona dərindən bələd olmaq lazımdır. Bədii istedad
üçün ən gözəl məktəb öz xalqının həyatını
öyrənməkdir. Xalqın həyatını bədii şəkildə əks
etdirmək isə yaradıcılıq fəaliyyəti üçün ən gözəl
sahədir".
F. Sadıq 60-cı illərdə ədəbiyyata gəlmiş sənət
adamları
içərisində
layiqli
yer
tutmuş
şəxsiyyətdir. Hələ 60-70-ci illərdə o, Azərbaycan
poeziyasında öz dəsti-xəti ilə tanımaqda idi.
Rəsul Rza yazırdı ki, " 50-ci illərin sonu, 60-cı
illərin əvvəllərində Azərbaycan poeziyasına gənc
istiedadlı şairlər gəldi. Yeni forma axtarışları,
mövzu diapazonunun genişliyi trafaret obraz,
qafiyə və metaforaların inkarı - çox şey onları
birləşdirdi. Yeni, məhz bu illərdə formalaşmış
nəslin tarixi təcrübəsi də onları birləşdirən
amillərdən oldu. "Bu şairlər içərisində həm
yaşına, həm də istedadına görə ön sırada
gedənlərdən biri Fikrət Sadıq idi".
F. Sadıq yaradıcılığını izləyən, onun sənət
aləmində əldə etdiyi uğurları görən görkəmli
qələm
ustadları
öz
sözünü
demiş, onun
müvəffəqiyyətlərini görmüş, yaradıcılığa gətirdiyi
mövzuların zənginliyini, məzmun dolğunluğunu,
Fikrət Sadıq fərdiliyini onun zəngin yaradıcılıq
qabiliyyətinə malik olduğu haqqında yazılan
308
məqalələrdə böyük səmimiyyətlə etiraf etmişlər.
Bu
cəhətdən
Rəsul
Rzanın
Fikrət
Sadıq
yaradıcılığı
haqqında
dedikləri
sanki
onun
əsərlərinin, şəxsiyyətinin canlı güzgüsüdür. Bu
güzgüdə Rəsul Rza onun yaradıcılıq imkanlarını,
bir vətəndaş, hümanist insan kimi keçirdiyi
hissləri, təmiz duyğuları, dünya haqqında təzadlı
fikirlərini əks etdirir. Onun insan-kainat-dünya-
onun problemlərini duyma, onu yaradıcılığında
əks etdirmə, insan övladının irqindən, dilindən,
dinindən asılı olmayaraq ona əziz olması, insan
xoşbəxtliyinə can atma, dünyanı, insanları
xoşbəxt
görmək
istəyi-bir
sözlə
F.Sadıq
qəlbindən keçən bütün fikirlər var. O, bir ürəyində
ümman
yaşadır. O, ümmanın
sevincinə,
xoşbəxtliyinə
mane
olanları, ondan
əzab
çəkənləri dərdini tək ürəyində, köksündə çəkir.
Ç əkdiklərini şe'rə çevirir: "Gənc, çox istedadlı
şairimizi Əli Kərimin vaxtsız ölümündən doğan
kədər də Lermentov və Orxan Vəlinin vaxtsız
ölümündən doğan kədər kimi ürəyini yaxır.
Azərbaycan
xalq
dastanı
qəhrəmanlarını,
əfsanəyə görə öz məhəbbətinin odunda yanmış
Kərəmin faciəli taleyi, Xirosima və Osvensin
külünün döyündüyü bir ürəkdə yaşayır. Şair ürəyi
müxtəlif zamanların və müxtəlif xalqların sevinc
və kədərinin qovuşduğu titrəmə mərkəzidir.
Sabirin məzarı və faşistlərin yandırdığı Litva
309
kəndi Pirçüpisin sakinlərinə qoyulan abidə də bir
ürəkdədir".
Ona görə də millətinin dərdini şəxsi dərdi
kimi qarşılayır, "mənim dərdim" - deyir. Qaçqınnı
da, köçkünün də yazısı kağızlar üstündə qalıb.
Maddi imkansızlıq ucbatından əsərləri işıq üzü
görməyən istedadlı sənətkarların çəkdiyi mənəvi
sarsıntıların doğurduğu dərdi də, mənasız qalaq-
qalaq cızma-qaralarını gah efirə çıxaran, gah
nəşr
etdirən,
özündən
başqa
özgəni
bəyənməyən dahilik iddiasına düşənlərin, Avropa
xəstəliyi gəzdirənlərin, Füzuliyə "şıllaq" atanların,
Mirzə
Cəlili
duymayıb
nankorcasına
ona
tüpürənlərin, Haqverdiyevə daş atanların, 60-
cılara
göz
süzdürənlərin, 80-cilərin
varlığı
gözlərinə tir kimi girənlərin, vəzifə, kürsü naminə
əldən-ayaqdan
gedənlərin,
dədəsinə
belə
utanmadan
güllə
atanların
Azərbaycan
ədəbiyyatı,
sənətkarları
hansı
ki,
dünya
mədəniyyətinə, ədəbiyyatına dahilər bəxş etmiş
Azərbaycanın dahi sənətkarlarını bəyənməyib,
Avropa ədəbiyyatına cumub yaxşını-pisi seçə
bilmək qabiliyyəti belə olmadan onu dalına palan
kimi götürüb ədəbiyyatımıza gətirənlərin, qarşısı
kəsiləndə topsuz-tüfəngsiz yalan-böhtan dolu
yazılarla, çıxışlarla vətən, xalq sevən, onların
keçmişinə qayğı, bu günə səbirlə yanaşanlara
qarşı qalxıb "inqilab" etməyə hazır olan nadan,
cahillərin əlindəki qələmlərin müqəddəsliyini,
310
məsuliyyətini duymayanların, vəzifə başında
oturanlara "ithaf" yazmaqdan "şil-küt" olanların,
bu milləti birliyə deyil, bölünməyə aparanların
törətdikləri faciəni, dərdi öz dərdi bilir. Hər gün
qapısını
döyüb
birliyə
üzv
olmaq
eşqilə
yaşayanlarıın, əli, cibi pulluların gündə bir
mənasız, sönük kitablarına keçirdiyi təqdimatlar,
pul verib özünə elmi iş yazdıranlar, amandı məni
şair olmağa qoymayın deyib məclislərdə səsinin
gur yerinə salıb bir-iki misrasını on məclisdə
oxuyanlar, abrını-həyasını töküb özünü əsil
sənətkar, şair
kimi
mərtəbəyə
qaldırmaq
istəyənlər, cibini güdənlər efirləri şit, bayağı
musiqiləri (əgər musiqi demək olarsa) ilə, çığır-
bağırı
ilə
Azərbaycanın
nəfis
musiqisini
kökündən
baltalayanlar,
küçələri
orfoepik
cəhətdən səhv, biabırçı şüarlarla dolduranlar,
Azərbaycan
dilinin
qramatikasından
xəbəri
olmayanların yazdıqları reklamlar, sürətlə sözünü
"surətlə" sözündən ayıra bilməyənlərin kasıb
mənəviyyatı,
şəhərimizə,
mədəniyyətimizə
qarışqa kimi daraşan əcnəbi dilli reklamlar,
afişalar, şəhərimizin milliliyini pozan, dilinə,
mədəniyyətinə yad, yabançı olan sözlərlə,
üstündən də rəngbərəng işıqlar asmaqla öz
səhvlərini, eyiblərini örtbasdır etmək istəyənlərin
çirkin, həyasız əməlləri də şair üçün dərddir.
Bomboz çöllərdə qəbirstanlıqları salınan, torpağa
amanat qoyulan yurdsuzların qəlbindəki Vətən,
311
yurd həsrətləri, göynərtiləri dərddir şairə. Şair
dərdləri
ərşə
qalxanda
əl
açıb
göylərə
yalvarmaqdan
başqa
əlacı
qalmır.
O
yalvarışlarda da millət dərdi var.
O
yerdəkilər
kimdir? Şairin
"Yaddaşın
qayıtması" şerində (Sabirin dediyini yadına salıb
bu gün də öz cəmiyyətində gördüyü) daşqəlbli,
qohum, yad, Allah, din, iman tanımayan, xalqı
aldadıb pul yığan, özü xımır-xımır yeyən,
üstündən su içən, yetimə əl tutmayan varlının
ədası, yoxsulun
xəcaləti
dərddir. Ölüsünü
basdıra bilməyənin, sələmin altında əzilənin,
ehtiyacın içində ölənin dərdidir bu dərd ki, Fikrət
Sadıq onları yaşayır, ağrısını çəkir.
Nizami Şəmsizadə "Şer göydən enəndə"
məqaləsində yazır:"Fikrət Sadıq, sənin şerlərin
narahat ruhun pıçıltılı fəryadlarıdır. Mən bu
şerlərdə Azərbaycan xalqının üzüntülü simasını
gördüm.
Sənin
tənhalıq
və
imkansızlıq
arasındakı fəzada aramsız çırpınan lirik mənin
arı çiçəkdən bal çəkən kimi insanların üzündən
Hüzn
yığır
və
onu
ilham
gülüstanında
məhəbbətlə çiçəkləndirir. Bu sarı Hüzn çiçəkləri
bizə daha doğmadır, çünki onlar tənha xalqın
kədərli təbəssümünün poetik ifadəsidir. Daş-
kəsəkdə çiçək bitirmək hər bağbanın işi deyil,
sənin füsunkar poeziyan "heç nə" adlandırdığın
daş- kəsəkdən yaranıb. Sən bu daş-kəsəyə
birdən-birə
elə
məhəbbətlə
baxmısan
ki,
312
heyrətdən böyüyən gözlərin kədər bulağı- göz
yaşı çağlayıb, onlara yazığın gəlib. Yazığın
yazığa acıması ən böyük hümanizmdi; sən onun
müəllifisən. Yazıq cəmiyyətin qərib şairi- sənin
oxucun da elə bizik- kövrək qəlbin göz yaşı
adlanan insanın saflığını baxışlarına yığan,
yaddaşına hopduran, kədərinə səxavətlə boy
verən ziyalı dostların."
F. Sadıq Azərbaycan dilinin qrammatikasında
dilimizin, nitqimizin inkişafında rol oynayan
cümlələr, insanlar arasında nitqdə ən çox işlənən
şəxs əvəzliklərindən öz fikirlərini ifadə etmək
üçün sənətkarcasına yararlanır. Şairin fikrincə,
mən, sən, o-üç şəxsi birləşdirir və onlar "bir-birilə
zəncirlə bağlıdı". Lakin bu mən, sən, o bir-birini
düşünmür:
Mən nə tapsa
Özü yeyir
xımır-xımır,
xırda-xırda.
Səni neyləyir,
Onu neyləyir.
Birlikdən kənarda qalan bu mən, sən, o -ların
birliyi nə deməkdir bir xalq üçün, millət üçün,
onun işıqlı gələcəyi, təhlükəsizliyi üçün. Bu mən,
sən, o lar niyə bu qədər cismən, mənən bir-birinə
hər bir sahədə bağlanmır, ki, insan övladı
bundan əziyyət çəkir. Müharibələrin, dəhşətli
terrorların, şəxsi intiriqaların qurbanı olur. Niyə
|