231
De
necə
sığışdın
bu
dar
məzara?
Əgər belə getsə mizan-tərəzi,
Şairə, sənətə hörmət azalar.
Özbəkistana,
Belarusiyaya,
Litvaya,
Macarıstana və digər xalqların həyatına həsr
edilmiş şerləri milli və beynəlmiləl duyğuları əks
etdirir. Onun üçün dünyanın bütün qələm
sahibləri, onlar ki, əsərlərində bəşəri duyğuları
əsas götürürlər onların özü də, sənəti də əzizdir.
Latış şairi Aleksandr Ç aka həsr etdiyi "Şairlə
görüş" şerində Xəlil Rza demişkən " xalqlar
dostluğu, millətlər qardaşlığı haqqında heç bir
gurultulu ibarəyə, şüar, plakat ifadəsinə rast
gəlmirik. Azərbaycan şerində bu mərhələnin
aradan qalxdığını Fikrət Sadıq yaxşı bilir. Buna
görə də təbiiliyə, səmimiliyə meydan verir,
inandırır ki, Aleksandr Ç ak da onun üçün
Məhəmməd Hadi qədər əzizdir".
Latış rəssamı "Statis Krasauskasın əlləri" şeri
bənzərsiz ifadələrlə zəngindir. "Göyə uzansa
əllər ovuclar Aya bənzər, Barmaqlar şüalara,
Günəşdən aldığı odun milyonda birini qaytarar".
Parlaq, mənalı bir ömür sürmək uğrunda
düşünənlərin, mübarizə
aparanların
surətini
yaradır.
"Şair Adil Rəsul üçün ağı" şe'rində də o
yaşantıları, dost itgisindən doğan kədəri, hüznü
görürük. Onun da sakit, saf bir həyat sürdüyünü,
232
dünyanın başına götürən "yoxsulluq"dan gileyini
eşidirik. Adil Rəsul kimi qayğılı bir şairin ömrü
bütün şairlərin ömrünə bənzəyir. F.Sadığı bu
zəmanədə narahat edən bir şey var: Nədir adil
rəsulları dünyadan belə erkən aparan?
Yaşın əlli doqquzu keçmiş idi.
Dərdin məgər birmi idi, beşmi idi.
Batmışdın dərd içində.
Ürəkdən danışıb, gülərdin bəzən.
O da içəndə.
Acılı-şirinili şair ömrünə
Bir canı yanan varmı görən"
Kimdir bu vaxtsız ölümə məsul.
Adil Rəsul?
"Dillər əzbəri nəğmələri" olan şair ömrü,
güzəranın, dövranın
çətinliklərinin
çiyinlərə
yüklədiyi
qayğıdır. Şair
sözünə, qələminə,
istetadına baxışların yoxsullaşması, qayğıların
azalması və bir də şairin şairlik ömrü. Şe'rlərini
satıb dolanan şair Məhəmməd Hadi taleyi
yaşayan
şairlərə
zəmanə
niyə
biganədir?
Zəmanə niyə belə qəddar, zalım çıxır dünyanın
dərdini çəkən, özgənin dərdini öz dərdi bilib öz
içində yaşadan şe'rinə boyayan şairə? Budurmu
qəlbi kövrək, hissi oyaq, ancaq dünyaya səadət,
sevinc arzulayan və bu arzuların işığını, nurunu
axtaran şair taleyinə qayğı? Niyə öləziyib?! Bir-iki
mədhiyyəçilərin
yararlandığı
mükafatlar,
233
ordenlər, adlar, ianələr bütün şair dünyasına
olunan hörmətinmi ifadəsimidir, Allah!
Şair üçün sənətkarın milləti, sərhəddi yoxdur.
Harda qüdrətli nasir, şair varsa, Fikrət Sadığın
ona, onun sənətinə hörməti də var. Görkəmli latış
şairi Aleksandr Çakın məzarını ziyarət edərkən
şair hansı ülvi duyğularla yaşayırsa onu qələmə
alır. Qarlı bir gündə bir dəstə bənövşəni soyuq
məzara-qara mərmər daşın üstünə qoyduğu,
yandırdığı şam əllərini isitidiyi kimi çiçəkləri də
isidir. Şair burada keçirdiyi hissləri böyük bir
doğmalıqla,
məhəbbətlə
Aleksandr
Çakın
ünvanına çatdırır.
Fikrət Sadıq şerə, sənətə yüksək qiymət verir
və sənətkar qarşısına tələblər qoyur:
Haqq şairi olan hər kəs xalqının istək və
arzularını yaradıcılığında əsas tutacaq. Yalançı
ad sənətkara şərəf gətirməz. Şair haqqın şairi
olmalıdır. Düz əməlli, nəcib qəlbli, düz ilqarlı
şairin qiymətini yazdığı əsərlər verir. Quru adlar,
fəxri fərmanlar, diplomlar gözdən pərdə asmaq
kimi bir şeydir. Cəmiyyətin ziddiyyətli dövründə,
iqtisadi geriliyin hökm sürdüyü bir zamanda
əlində pulu olub, vecsiz yazıları ilə xalqın başını
qatanlar, zəif əsərlərin çapı, gündə bir bədii
dəyəri olmayan əsərləri gözə soxmaqla "mən
şairəm" deyərək bar- bar bağıranları, Füzuliləri,
Cəlilləri dananları, özünü ədəbiyyatda yenilikçi
kimi tanıtmaq ümidi ilə boş-boş bağırtılarla, hay-
234
küylə ədəbiyyat aləminə qalmaqal salanları bir
möhürlə ümumiləşdirir:
Bu möhürlə tanıyacaqlar,
gələcəkdə Azərbaycanı.
Bu illərdə şair olmayanın
Kitabı çıxırdı.
Şair olanın canı.
Əsil
sənət
sahibləri, qələm
ustadları
yazdıqlarını maddi çətinlik ucbatından mətbuat
səhifələrinə çıxarmaqda
aciz
qaldıqları bir
zamanda
"qafiyəbazlar" qaz
vurub
qazan
doldurur. Şeri, sənəti öz cılız yazıları ilə daha da
cılızlaşdırır və bunu görən Fikrət Sadıq kimi əhli-
qələmlər sakit qəbul edə bilmir, onları yerində
oturtmağı vacib bilirlər:
Kağızı bol-dərdi az-
qafiyəpərdaz!
Sən get nadan naşirin
Gözündən pərdə as!
Bu ağılla, bu kamalla
Xalqı aldatmaq olmaz.
Nə qədər boylansan da,
Lap od tutub yansan da,
Ç abalasan da, partlasan da
Təpə dönüb dağ olmaz.
Şairi şerin qayda -qanunlarını bilməyən, bu
gün şer-sənət incəliklərini zirvələrdən endirib
qiymətdən
salanların, şerin
başında
şair
235
demişkən "turp əkən"lərin cəfəngiyyat yazıları
bezdirir:
Əruz, heca nədir,
Misra, bənd nədir?
Adicə qaydanı-
Qanunu bilmir.
Şerinə, ağlına
nə desən gəlir.
Bircə düz əməlli
qafiyə gəlmir.
Dərin mənalı, yüksək məzmunlu əsərlərin-
kitabların bu gün az çap edilməsi, yaxşı
kitablardan
"quru
ad"
qalması,
sayının
azalmasına səbəb "şerə də mafiya" gəlməsində
görür. Pullu şairlərin yalançsı şerləri həqiqi şeri
öldürür.
Şer, sənət şairin nəzərində ən ülvi, uca
varlıqdır. Yaxşı şerin "üzündə nur, dilində ah"
olmuş taleyə bənzəyir. Hikmətli, dərin mənalı söz
şairin nəzərində aləmdir. Sabirlər xalqın, millətin
dərdini şerə yazdı. Xəyyam beytlərdən, sözdən
qala qurdu. İlk söz, ilk deyim, ilk şer Adəmə
bərabər tutuldu. Fikrət Sadıq qələmində, əzəli,
əbədi ilkin olan söz şerin dürrü, incisidi. Doğru
söz şerin təməl daşıdır. Şair şerin, sənətin bu
günü üçün narahatlıq keçirsə də, ümidsiz də
deyildir. O bilir ki, "şer var, olub, olacaq".
Çoxlarına şer adidirsə, Fikrət Sadıq kimilərə şer
"Hatəmdi".
Dövrana,
zamana,
zəmanəyə
236
əyilməyən şerdə eşq, hicran, həsrət, məhəbbət,
ümid, sevgi var. Şerdə dorğru söz var. Doğru söz
isə iti qılıncdan da kəsərlidir:
Doğru sözün əsli qılınc,
Söz qılıncı-Misri qılınc.
Söz də kəsir misli qılınc.
İnamdan möhkəmdi şer.
Sözlə hörülən şerin ölçüsü, bəzəyi qafiyədir:
Qafiyə şerin zinəti,
Libası, bər-bəzəyidi.
Mətləbi uzatsa da o,
Yenə şerin gərəyidi.
Qafiyələr gəzən, şerlərində məna olmayan,
şair olmaq istəyənlərə şerləri ilə Fikrət Sadıq
deyir ki:
Təzə-təzə qafiyə ilə,
Ha təzələ, ha malala.
İçindən dərd boylanmasa,
Şer şer olmaz, bala.
"Bu gün şair mənəm"-deyib quduranları,
gözləri ayaqlarının altını görməyənləri, "sözü
sözə yapışdırmaqla" şair olub şer yazanları:
Yoxdur vəzn, yoxdur məzmun,
qafiyə yox, misra məğmun.
Şairlikdir yoxsa oyun?
Biri görür, biri görmür.
Baş sındırıb, cümlə qurur,
Fikir dayaz, məna quru.
237
Aydan arı, sudan duru,
İşıqlı sözləri görmür.
Saatlarla
oturub
fikirləşən,
sınıq-salxaq
cümlələr quran, qurduğu cümlələrdə məna
olmayan "şairlərin" məhdud
dünygörüşünün
nəticəsidir ki, istedadının zəifliyidir ki, hər
birindən nur tökülən sözləri görmür, istedadsızlıq
imkan vermir ki, nəyəsə qadir olsun, nəsə yarada
bilsin və yaratdığı oxucu kütləsinin könlünü
oxşasın. Söz özü də elə bir varlıqdır ki, hər
deyəndə, hər şair olmaq istəyənin əlində ipə -
sapa yatmır:
Hər misrası bir müəmma,
Kəpənəyi görür, amma
Kəpənəyin qanadında
Rəngi görmür, zəri görmür.
Əbu-səhl olan bəndə,
Susur sözdən söz düşəndə.
Tükü tükdən seçir səndə,
Öz gözündə tiri görmür.
Şair üçün sözün misraya çevrilməsi də ötəri
iş
deyildir. Bu
gör-götür
dünyasında şair
görübdür ki, sözün əlindən tutub ehmal-ehmal
gətirərlər şerə. Sözdən naşı şəkildə istifadə
edənlər şairin nəzərində sözün ayağından
yapışıb necə gəldi atır şer misrasına,
Sözün kobudluğundan
Az qalır misra sına.
238
Hər bir qələm sahibi şairin nəzərində sözdən
məharətlə
istifadə
etməyi,
şerin
qayda
qanunlarına əməl etməyi, vəzni, hecanı, ahəngi,
qafiyəni gözləməklə yazılan şerin gözəlliyini
qorumağa borcludur.
Daşdı, daşın köhnəsi də,
Daş üstə daş olur qala.
Şer də sözlə hörülür,
Köhnə söz də sözdür, bala!
Qayıt, baş vur dönə-dönə,
Qafiyələr ümmanına.
Amma şeri büründürmə,
Hoqqabazlıq dumanına.
Şeri yüyənsiz ata, qafiyəni "kəmənd"ə, şeri
təzə "gəlinə", qafiyəni rübəndə bənzədir və şair
şerin bütün incəliklərinə, qayda-qanunlarına
dərindən bələd olan bir söz-sənət ustadı kimi
haqlı olaraq bildirir ki:
Şer qala kimi hörülür bənd-bənd.
Bəndləri bağlayır nizə-qafiyə.
Qafiyə misrada öz yerində işlədiləndə şe'ri
göylərə qaldırır. Şair şe'rlərdə qafiyə gəzir, elə
qafiyə ki, yeni olsun, təzə olsun, təzə söz deməyi
bacarmaq, şe'rə, sənətə
məzmun
yeniliyi
gətirmək, şe'rin mə'na duyumunu artırmaq şairin
qarşısına qoyduğu əsas vəzifə olmalıdır.
O sevilən əsərləri ilə xalq içərisində hörmətlə
qarşılanan şairlərimizdəndir.
239
Hələ
onun
yaradıcılığının
ilkin
nümunələrindən
olan
"Cığır" şerlər
kitabı
haqqında yazırdılar:" Fikrət Sadığın "Cığır" şerlər
kitabındakı "Könül soyuq Ay olunca" misrasıyla
başlanan şer insanları mənalı ömür sürməyə
səsləyir. Bu şairin ilk kitabıdır. Həmin şerlər gənc
şairin döyünən ürəyi, arzuları, diləkləridir. Onun
tərənnüm
etdiyi
yüksək
ideyalar
oxucunu
dərindən düşündürür, onun qəlbinə hakim kəsilir.
Buradakı
şerlər
Azərbaycan
poeziyasının
sıralarına istedadlı gənc şair gətirmişdir."
F.Sadıq doğrudan da milli poeziyamızın
inkişafına çalışan, onun qayğıları ilə, problemləri
ilə nəfəs alan, yaşayan, yaradan sənətkardır.
Onun öz dəsti-xətti vardır. Öz əxlaqi görüşləri,
təfəkkür dünyası vardır. O əməksevərliyi, taleyin
ona verdiyi, yüklədiyi ağır kədərli uşaqlıq illrinin
çətinliklərində,
əzab-əziyyətində
bişib,
möhkəmlənib. Onun şerləri yığcam, incə, zərif,
şairanə naxışlarla zəngindir, poetik kəşflərində
həyat eşqi güclüdür, eyni zamanda mərdanəlik,
vüqar var. Xəlil Rza nahaq yerə onunla fəxr
etdiyini demirdi:"Azərbaycan torpağının illər boyu
yetirdiyi şairlər sırasında Fikrət Sadıq adlı bir şair
də var. Mərd, mətin, cəsur, vüqarlı bir şair".
F.Sadıq həmişə yazdığı əsərlərinin məzmun
və qayəsinə görə diqqəti cəlb etmiş, onun
yaradıcılığı haqqında istər qələm dostları olsun,
istərsə də ədəbiyyatşünaslar, oxucular maraqlı,
240
qiymətli fikirlər söyləmişlər. Onun tərənnüm
etdiyi, qələmə aldığı mövzular ürəyindən gəlir. O
yazdığı şerlərində duyğularını, hisslərini, fikirlərini
oxucuları ilə bölüşür. Gah onların ruhunu oxşayır;
gəncində, qocasında, cavanında həyat eşqini
artırır, gah onu millət, xalq, dövlət, torpaq naminə
birliyə
çəkir, gah
da
onu
əməllərindəki
naqislikdən təmizləməyə çalışır:
Bakıda qocalar evi var.
İnanmırdım, gördüm, inandım.
Biz də qoşulduq soyuq millətlərə.
Dünya başıma fırlandı.
Gör necə döndü dövran.
Övladların da üzü döndü.
Atadan-anadan.
Mən elə bilirdim
nankor olmaz
bizim övladlar.
Bakıda qocalar evi var.
Şairin Bakıda qocalar evinin olmasından
narahat olmasının əsası var. O, ağlı kəsəndən
ata-ana qarşısında borcunu yerinə yetirməsini,
qocalarına,
xəstəsinə,
uşağına
qayğı
göstərməsini görüb. Lap qədimdən üzü bəri
tarixin bütün qatlarında da şair belə eşidib, belə
görüb, kitablarda belə oxuyub, insanlar arasında
belə görüb. Ona görə də:
Döyüşə gedəndə,
241
Gözünün qabağında olsun deyə,
Qocasını-qarısını,
Döyüş arabalarında
Özüylə aparan
Türkə yaraşmaz
Bu vəhşi adət.
Bu millətin əgər,
Qocalar evi varsa,
Deməli, yoxdur o millət.
Bu misraları oxuyan hər kəsin qeyri-ixtiyari
olaraq şairin gördüyü mənzərədən təsirlənərək,
kədərlə, qəzəblə qələmə aldığı misralardan sanki
vicdanı oyanır. Yerində deyilən, öz dövrünün
hadisələrini
dolğun
əks
etdirən, gördüyü
yaramazlıqlara göz yummayan, əksinə, onu ifşa
edən, cəmiyyətin saflığına çalışan, kökə hörmət
prinsiplərini
qoruyan, bəşərilik, düşünməyə,
düşündürməyə vadar edən mövzulara daha çox
yaradıcılığında yer ver, sələflərinin poetik və
mənəvi təcrübələrindən yararlan, əsərləri ilə gənc
nəslin
mənəvi
və
vətəndaşlıq
cəhətdən
yetkinləşməsinə
xidmət
etdən, öz
poetik
fərdiyyətlərinə
arxalanmaqla,
özünəməxsus
şairlik dəsti-xətti ilə həyat hadisələrini qələmə
alma
Fikrət
Sadıq
yaradıcılığının
özünəməxsusluğundan,
zəngin
mövzu
dairəsindən xəbər verir:
Qələm olsun barmaqlarım,
Qələm tutub yalan yazsa.
242
Səni necə doğru yazım,
Başdan-başa yalansansa.-
misralar
F.
Sadıq
mənəviyyatının
güzgüsüdür. O, özü saf, pak olduğu kimi
yazılarında da bu paklığı, düzlüyü qorumağa
çalışır. Öz dəsti-xətti, dünyaya baxışlarında
bənzərsizliyi F.Sadıq yaradıcılığının oricinallığı
çoxlarının diqqətindən yayınmır. Anar F.Sadıq
yaradıcılığına dərindən bələd olan böyük qələm
ustadı kimi çox yerində deyir ki, "Fikrət
poeziyasında
dilimizin
incəliklərini
dərindən
duymaq, kəlmələri, ifadələri zərgər dəqiqliyi ilə
seçmək, sözün müxtəlif çalarlarından, sözlərin
bir-birinə
qonşuluğundan,
bir-birinə
qoşulmasından, ya bir-birinə qarşı çıxmasından
doğan
gözlənilməz
məna
və
obraz
tapıntılarından faydalanmaq məharəti onu öz
səsiylə seçilən sənətkarlarımızdan biri kimi təsdiq
etmişdir. Şairlər yurdu Azərbaycanda əsl şair adı
qazanmaq çətindir. Xaqanidən üzü bəri şairlər
məskəni kimi şöhrətlənmiş Şirvan torpağında bu
iş bir az da tuldur. Amma Şirvan torpağının
suyunu
içmiş, havasını
udmuş, laylaları,
bayatıları, şer xəzinəsi mühitində yetişmiş Fikrət
sadıq bu çətin işin öhdəsindən uğurla gəlmiş və
gəlməkdədir. O poeziyamızın ədəbi karvanını
keçmişdən
gələcəyə
aparan
dəyərli
söz
sərraflarından biridir."
243
Qorxudan
ağarıb,
saçım
qorxudan,
Qocalıq qorxusu deyil bu qorxu.
Məni əzizləyən, məni ovudan,
Bu ana torpağa nə verdim axı?
-misralarında şair saçının ağarmasını obrazlı
şəkildə-vətən, xalq naminə narahatlıq keçirən bir
vətəndaşlıq
məsuliyyəti
ilə
bağlayır.
Bu
misralarda
obrazlı
ümumiləşdirmə
cəhdi
qüvvətlidir. Burada
vətənin, torpağın
işıqlı
gələcəyi üçün daha çox çalışmaq, məsuliyyət
hissi yığcam, obrazlı şəkildə verilir.
F.Sadıq
əsərlərinə
xalq
ədəbiyyatından
gəlmə mövzular seçəndə onu müasirləşdirməyə,
əsərin bədii-ideya zənginliyini qorumağa çalışır.
Xəlil Rza onun "Vətənin əl boyda daşı"
poemasını əzəmətli bir romana bənzədir:"Sən bu
məlum əfsanəni necə usta, necə qüdrətli qələmlə
göz önündə canlandırmısan. Sən dilimizi necə
gözəl bilirsən, Fikrət Sadıq! Sənin sərbəst şerin
nağıllarımızdan, bayatı və laylalarımızdan su içib.
Yalnız gözəl, mərd yaşayanlar belə bir poeziya
yarada
bilərlər. Sənin
poeziyan
yaşanmış
hisslərin bəhrəsidir".
Sənətə, sənətkara düzgün qiymət verməyən,
istedadlı, qüdrətli sənətkarı gözü götürməyənlərə
Fikrət Sadıq ancaq şeri, kəsərli misraları ilə
cavab verir:
244
Şer
nədir, şair
nədir, sən
bilməzsən.
Fəhm nəsə, səndə yoxdur,
xamsan hənuz.
Təşbeh-sehr, cinas-daş-qaş,
Təlmih-eyham.
Sən girdiyin kol deyildir, heca,
əruz.
Beyt
evdir,
misra
-qapı,
ağzıbağlı.
Bir vaxt adil aça bilən o kilidi
İndi paslı bir mismarla nadan
açır.
Ç ünki, indi bütün işlər ikilidir.
Özündən əvvəlki sənətə, şerə, ədəbiyyata
yuxarıdan aşağıya baxan bir-iki cızma-qara
müəlliflərə şair məsləhət verir ki:
Dönə-dönə
danışırsan
sən
ağacın,
Ovum-ovum
ovulacaq
yarpağından.
Heç olmasa bircə kəlmə də
danışaydın,
Gövdəsindən,
budağından,
torpağından.
İndi ədəbiyyatımızın canına taxtabiti kimi
daraşan qələmçilərin yaradıcılığını şair yarpağa
bənzədir və onun kök üstündə bitmədiyindən
245
"ovum-ovum" ovulacağına şübhəsi yoxdur. Nə
qədər qaraya ağ, ağa qara deyilsə də, "yalanların
üstü ilə yeriyir haqq", keçmişinə təpik atan,
cübbəli libasını bəyənməyənləri "sütül nəsil"
adlandırır və onları əmin edir ki, ədəbiyyatımızın
qocaman sərkərdələrini öz "südqarışıq acı sözləri
ilə nə qədər" gözdən salmağa çalışsalar da, onlar
"öz yolundan döndərəmməz şerimizi".
"Söz hörgüsü" şerində şairin sözdən yaranan
misraya, beytə, rübaiyə, qafiyəyə, bölgüyə,
məcaza, bənzətməyə, mübaliğəyə, alleqoriyaya,
şerə - bir sözlə, şer növünə, bədii təsvir və ifadə
vasitələrinə poetik şəkildə münasibətini bildirir.
Şairin fikrincə, şairi tanıtmaq üçün bircə tutarlı,
mənalı, dolğun məzmunlu misra kifayətdir. Şerin
hər sətri misradır. Misrada tam bir fikir ifadə
oluna bilir. Məsələn Səməd Vurğunun "El bilir ki,
sən mənimsən"- "Azərbaycan" şerindən bir
misradır. "Mən cahan mülkündə mütləq doğru
halət görmədim"-misrası Vaqifin "Görmədim"
müxəmməsindən götürülümüş misralardır və
burada fikir tamdır. Şair misranı bir bənddə belə
poetik tərifini verir:
Düz xəncər, nizə, işıq şüası.
Şerin ilkin daşı-kərpici.
Şairi tanımaq üçün
bəs eyləyər bircə misrası.
246
Böyük klassiklərimizin, eləcə də F.Sadığın
yaradıcılığında belə bitkin, tutarlı, bədii cəhətdən
qüvvətli misralar çoxdur.
Şerdə iki misra beytdir. Beytin tərkibindəki o
iki misra bitkin bir fikri ifadə edir və bir-birini
tamalayır:
Məni candan usandırdı, cəfadan
yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım
şəmi yanmazmı?
-beytdə şairin şerində dediyi fikir bitkinliyi
əsasdır. Sözləri cilalamaqla beyt yaranır. Burada
işlədilən hər söz qiymətli daş-qaşla bərabər
tutulur. Şair yığcamlıq, dolğunluq sevən beyti
yaradan
şairdən,
sənətkardan
sənətkarlıq
məharəti gözləyir. Hər sözü yanaşı yazmaqla
beyt qurmaq olmaz. Məzmunca, ahəngcə,
başlanğıcla, sonuncu deyilməklə beytlər seçilir.
Məqtə beytlər yaratmaq öz məzmunu, ifadə etdiyi
fikrə görə lap qədimdən klassik sənətkarlarımızın
yaradıcılığında olmuş, qüvvətli, zəngin şah
beytlər
yaranmış
və
bunlar
öz
ustadının
qabiliyyətinin, istedadının məhsulu kimi yüksək
qiymətləndirilmişdir. Fikrət Sadıq şer yaradıcılığı
haqqında "Söz hörgüsü" şerində ədəbiyyatşünas
alim kimi çıxış edir. Rübai dörd misradan ibarət
olan şer növüdür. Rübailərin ən gözəl növünü
Ömər
Xəyyam, Azərbaycan
ədəbiyyatında
Məhsəti Gəncəvi yaratmışdır. Dörd misra şairin
247
şerində bürclü qəsrə bənzədilir. Elə bir qəsr ki,
onun daxilində həyat, məhəbbət, gözəllik, insanın
könül dünyası, fəlsəfi duyğular, dünya, kainat
həyat haqqında fəlsəfi düşüncələri öz əksini
tapır. Rübailr sənətkardan yüksək istedad,
qabiliyyət
tələb
edir. Dünya
ədəbiyyatının
klassiklərindən olan Ömər Xəyyam, Məhsəti
Gəncəvi və digər sənətkarlar ən gözəl rübailər
yaratmaqla
bu
şer
növünü
yüksəkliklərə
qaldırmışlar. Fikrət Sadıq klassik ədəbiyyatımıza
dərindən bələd olan, rübailərdə yatan məna və
məzmun gözəlliyini dərindən duyan və şer
yaradıcılığında onların xüsusi əhəmiyyətini bilən
bir tədqiqatçı, ədəbiyyatşünas alim kimi rübaini
də
yüksək
qiymətləndirir.
Şairin
"ahəng
tərəzisinin
pərsəngi",
"şer
divarının
üzü
adlandırdığı
qafiyədə
ekiz
sözə-misraların
axırında işlənən, bir-birinə səs tərkibi etibarıyla
yaxın olan sözləri deyir. "şerdə qafiyə böyük
əhəmiyyətə malikdir və onun yadda qalmasını
asanlaşdırır. Həmqafiyə olan sözlər daha çox
misraların axırında gəldiyi üçün başqa sözlərə
nisbətən yüksək intonasiya ilə deyilir. Həmin
sözlərdə
intonasiyanın
yüksəlməsi
misranın
tamamlanmasını bildirir, eyni zamanda onu
əvvəlki misra ilə bağlayır və şerin ümumi
ahəngini tənzim edib nizama salır. Buna görə də
şerdə qafiyə formal əlaməti, xarakteri daşımayıb
|