166
bir insan kimi sevinirdi və onun nəzərində "bu
dünyaya dəyən bir işdi". O vaxtdan "Vətəni
Maşallahda, Maşallah da Vətəni Qərib atında
tapdı".
Şair şahidi olduğumu, eşitdiyi hadisənimi
qələmə
almaq
üçün
yalnız
Şəhriyarın
Azərbaycan şerini tərcümə edəndən sonra
özündə qüvvə tapdı. Bu hadisənin üstündən qırx
il keçir. Maşallah da daha dünyada yoxdur.
Amma Maşallah kimi vətən həsrətliləri var. Ağ
saçlı anasını, gəncliyini Azərbaycanımızın o
tayında
qoyub
gəlmiş
dərdlilər
yurdudur
Azərbaycaınmızın bu tayı da. Azərbaycan
Maşallahın
ölümündən
sonra
Qərib
atın
yoxluğunu rəvayətə çevirir:
Maşallahdan sonra
Qərib atı bir də görüblər.
Görüblər ki, deyirlər!
Deyirlər,
Buluddan idi elə bil.
Canlı deyildi sanki.
Yerimirdi, uçurdu.
Həmişəki tək
Biləsuvara gəldi, durdu…
Məlul-məlul o taya baxdı.
Sonra da havaya qarışıb axdı.
F.Sadıq bu misralarda təkcə şair deyil, eyni
zamanda millətinin, xalqının dərd-səri önündə
içində damla-damla əriyib axan şam, saçını
167
erkən yaşında ağardıb gəncliyində saçları bəyaz
qara dönən müdrik bir qoca, bir mllətin atası,
anası, qocası, dərdlisi, həsrətlisi, o taylı-bu taylı
Azərbaycanı
özündə
yaşadan,
ağrılarına
göynəyən, o ağrıları içində göz yaşına çevirən,
sevinməyə, şad olmağa gücü çatmayan, canlısı-
cansızı da bu dərdləri özü kimi çəkdiyini düşünən
bir vətəndaş şair, el ağsaqqalı, el oğlu, el
qəhrəmanıdır. Qılıncı sözdən ibarət olan şairin
Qərib atı da Qırat, Dürat kimi gözləri önündə
haqqın-ədalətin pozulduğunu görəndə zəncir
çeynəyən Boz atlardandır. Onun yaratdığı bu
Qərib
at
real
dünyamızın
gerçəkliklərinin
yaratdığıdır. Onda nə yel qanadlar var, nə dərya
atlarına məxsus qüdrət. Onun qüdrəti də, ülfəti
də
itirdiyi
vətəndədir. Əlindən
gedəndən
qismətinə sərhəd tikanlarının sinəsində açdığı
yaraların göynərtisində kişnəmək qalıb, bir də
səhərə qədər sərhədddə durub o taya baxıb
düşünmək, için-için ağlamaq. Bütün bunları şair
Fikrət Sadıq elə qələm alıb ki, ancaq vətən, xalq
düşünən qəlb bu rəvayəti belə yüksək bir
istedadla qələmə ala bilər. Mədinə Gülgün və
Balaş Azəroğlu bu əsər haqqında yazır:"
Cənubdan gətirilmiş bu atın qürbət çəkməsi,
Vətən həsrətilə yaşaması əsl poetika, tapıntıdır.
Siz
bu
nadir
mövzunu
istedadınızın
imkanlarından istifadə edərək o qədər inandırıcı
və poetik təsvir etmişsiniz ki, oxucu bu qərib atın
168
hər axşam yüyənini qıraraq cənuba-sərhədə
doğru üz tutub getdiyinə zərrə qədər də şübhə
etmir. Hətta bu sizin misralarınızda atın ayaq
səslərini, qəlbinin döyüntüsünü eşidir, nəfəsini
duyuruq. Bu
vətən
məhəbbətinin
ən
ülvi
çağlarıdır ki, siz onu kəşf etmisiniz, bir şair kimi
yaşamısınız, poetik yüksəkliyə qaldıra bilmisiniz".
Bəzəksiz-boyasız, pafoslu kəlmələrdən uzaq
bu əsərdə elə bir ritm var ki, onun haqqında
oxucu həmişə düşünəcək. Hər dəfə Qırat, Dürat,
Xızır peyğəmbərin boz atı, Metenin Göydəmir atı
xatırlananda,
onların
qəhrəmanlıq
dolu
həyatlarındakı epizodlar yada düşəndə, hardasa
o an oxucu qəlbini göynədən qəmli Qərib at
əfsanəsi də yada düşəcək və onda Fikrət Sadıq
da hər dəfə xatırlanacaq. Necə ki indi də kim o
əsəri oxuyursa o Qərib atın taleyinə acıyırmış
kimi Təbrizini, Xocalısını yada salır. Məgər
Erməni faşistlərinin törətdikləri qanlı cinayətlər
zamanı aylarla dəmir zəncirlərdə qalıb acından
ölən, qapısı bağlı tövlələrdə acından qırılan mal-
qara, Qərib at taleyindən də acı talelər qismətinə
düşən atlar az olubmu? Düşmən əlində azmı
qalıb. İnsanlarımız, neçə-neçə gəlin-qızlarımız,
igid ərlərimiz, mömin qocalarımız, bu gün də
dağların o üzünə həsrət torpaqlara amanat
qoyulanlarımız bizə Qərib atı unutdura bilərmi?
Heç vaxt. Gözümüzün nuruna bir həsrət dumanı
çöküb, qoymaz ki, sevinək, qoymaz ki, Qərib at
169
istəyini, pasportuna "demokrat" damğası vurulan
maşallahları,
didərgin
damğası
vurulan
qaçqınlarımzın taleyini unudaq.
Ona görə də Qərib atın belə bir əfsanəvi
yoxluğu, rəvayətə çevrilsə də buna nağıl demək
şairin ağlına da gəlmir. Bu bir həqiqətdir ki, bu
taleyi də millət yaşayıb. Gördüyünü, eşitdiyini
rəvayət yox, nağıl yox, həqiqət, əsl doğru həqiqət
adlandıran şair fikirlərində israrında haqlıdır.
Ç ünki nə qədər ki, dünyada həsrət var. Nə qədər
ki, o taylı, bu taylı, qərbli, Şərqli Azərbaycanlıların
sinəsində Vətən həsrəti, ayrılıq göynərtisi, girov
dağı birləşib, bir ocağın başına yığılmaq, Vahid
Azərbaycan olmaq həsrəti var. Nə qədər ki,
qərib-qərib dağlarına, yurduna baxıb göy yaşları
tökülür, nə qədər ki, Təbriz, Şuşa, Borçalı,
İrəvan, Göyçə dağları sinəmizdədir, yaralar
sağalmayıb, Anayurdun belə bir böyük həsrət
yükü var, onun o həsrət yüklü Dünyasının Qərib
atı var, ruhu da torpağa həsrətli maşalahları da
var, unudulmaz Qərib at harayı, kişnərtisi. Onu
Fikrət Sadıq elə dastanlaşdırıb ki, unudulası
deyil. Əsl sənətkar odur ki, zamanın ruhunu tuta
bilsin, millətinin qayğılarını yaşaya bilsin və onun
ruhunua uyğun əsrlər yaratsın, yadda qalsın,
sevilsin, seçilsin. Şair Fikrət Sadıq kimi qismətinə
xalq məhəbbəti düşənlər nə qədər xoşbəxtdir.
Belə sənətkarı olan xalq da xoşbəxtdtr. Gücü
170
qələminə, sözuünə çatanların işi bir orduya
bərabərdir.
F.Sadığın
bu
poeması
bu
günkü
Azərbaycanın dərdini, sərini, istək və arzularını
özündə birləşdirən ən gözəl, qiymətli, dərin
məzmunlu, zəngin ideyalı əsərdir.
"Yaşıl yarpaqlar" silsilə poemalarda "yaşıl" bir
işıq var. Yaşıl işıq sənin yolundur. O işıqda sən
keçilməz sədləri keçə bilərsən. Nə qədər ki, bu
dünya o tayın bu tayın həsrətini çəkir. O
həsrətlilərin düşmənə qarşı olan qəzəbi dağlar
kimi şahə qalxacaq, dəniz kimi coşacaq, o yaşıl
işıq görünəcək və o yaşıl işıq bizim də
yolumuzda yanacaq. Fikrət Sadığın o "yaşıl"
ümidi, səbr, bir də mərdanəlik, təpər, birlik istəyir.
Birlik olan yerdə keçilməz sədləri aşmaq daha
asandır.
F.Sadıq bəzən düzgün yazılmamış tariximizin
taleyindən narahatdır. "Tarix elmi" şeri bu
mövzuda yazılmışdır. Keçmişin saxtalaşdırılması,
xalqın öz tarixini olduğu kimi bilməməsi, qaldığı
çaş-başlıq şairi narahat edir, nəyin düz, nəyin
təhrif olunduğunu üzə çıxarıb, tarixi yenidən
yazmaq tarixçilərin qarşısına vəzifə kimi qoyulur.
İndiyə kimi yazılmış tarixin müəlliflərini tarixi
düzgün yazmamaqda günahlandırır:
Ya özləri bilə-bilə yazıblar,
Ya onlara bu tarixi yazdırıblar.
171
Şair bu fikirlərində haqlıdır. 200 il hegemon
bir dövlətin apardığı ardıcıl siyasətin nəticəsidir
ki, bu gün tariximizi yenidən araşdırmaq, onu
yenidən
yazmaq, düz, olduğu
kimi
tarixi
həqiqətləri üzə çıxarmaq ehtiyacı doğub.
F.Sadıq üçün mövzu qəhət deyil. Lakin o hər
mövzunu da əsəri üçün sucet eləmir. Buna görə
də onun əsərlərində bir-birinə bənzəməyən
əsərləri sırasında "Sındırıldı süküt buzu" şe'ri də
diqqəti cəlb edir. Budapeştdə erməni dığasının
hərəkətlərinə
dözməyən, yurdunu
yuvasını
düşmən əlində olmasından nifrəti daşan Ramil
Səfərovun düşməndən aldığı intiqam qisasını
tərənnüm edir:
Birdən- birə qövr elədi,
Ürəyində pıçıldayan torpaq dərdi.
İllər keçir,
yurddaşları hələ də ki,
didərgindi, dərbədərdi.
Xocalını yandıran o,
Qarabağı yandıran o,
O "yan" ların birisindən qisas
aldı.
Ər oğlu ər, milli əsgər Ramil
Səfər.
Bu xəbərdən aldığı təssuratını şair bir
dastana bərabər misralarla ifadə edir. O misralar
ki, Dədə-Qorquddan gəlir, Koroğludan, Nəbidən,
tankçı Həzidən gəlir:
172
Ç al qılıncın, Ramil Səfər, yetdim-dedi.
Ramil Səfər şairin nəzərində neçə ananın
qisasını aldı, neçə igidin, neçə bacının, qardaşın
muradına yetdiyini eşitdi. Elə bil Ramil əsgər
"sükut buzu"nu sındırdı, ana yurdun oğul-qızını
öz hərəkəti ilə düşməndən qisas yoluna çağırdı.
Bu hərəkət "bir haray, bir çağırışdı".
Bu gələcək döyüşlərə,
Xəbərdarlıq işarəsi,
Haqqın səsi.
Sonra hücum, sonra zəfər.
O zaman da Ramil Səfər onların arasında
olacaqdır. Ç ünki bu istək, arzu onu hərbiçi
olmağa vadar etmişdir.
"İpək yolunun üstündən köndələn" şerində bu
yolun
üstündən
Ermənistana
Rusiyanın
göndərdiyi təyyarələrə qarşı çıxır:
Erməniyə tank verirsən,
Üzümüzə gülə-gülə.
Ona raket göndərirsən,
Bizə balet göndərirsən bilə-bilə.
Buna görə də şair xalqını, millətini, dövlətini
çətinliklərdən çıxarmaq üçün məsləhət görür ki,
"özünə güvən, oğul özünə inan". Dostların
çoxluğuna baxmayaraq dara düşəndə ona da bel
bağlamağa
ümid
qalmır. Bir-birinə
qənim
dövlətlər, millətlər bir-birinə soyuqdur". Ona görə
də: "Özünə güvən, oğul özünə inan!"-deyir və
173
inanır ki, yalnız bu yolla bir yana çıxar
Azərbaycan.
"Qız qalası" şeri şairin şerləri içərisində öz
məzmununa, bədii dəyərinə görə də qiymətlidir.
İnsan olsa da o Qız qalasına vurğundur. Şair onu
"tarixin daş əsgəri", "Xəzərin övladı" kimi
əzizləyir. Onu
elə
öz
vüqarına, təmkini
görünüşünə görə də vəsf edir:
Cilalayır səni zaman.
Yuyur yağış, üşüdür qar.
Səndə ötən nəsillərin baxışı var,
Qız qalası!
Daşlarında
donub
qalıb
indiyədək,
Hər bahardan bir az çiçək.
Hər payızdan bir az xəzəl.
Şair burada abidənin qədimliyini yada salır.
Bir zamanlar Xəzərin qoynunda olan, dənizdə
boy atan "Xəzər övladı"nın indi ondan kənar
düşməsi, ləpələrinin öpüşünə həsrət qalması lirik
bir dillə tərənnüm olunur. Ona vurğunluğunun
sirlərini gəzir:
Mən insanam, sən abidə,
Qız qalası!
Bəs vurğunam sənə nədən,
Qız qalası?!
Parisdə yaşayan Əyyub və Davud Emdadian
qardaşlarının-Cənublu
qardaşlarının
Azərbaycana gəlişini kövrək sözlərlə ifadə edir:
174
Mən Sizi
Təbrizdən gözləyirdim.
Siz Parisdən gəldiniz.
Mənim əziz qardaşlarım.
Onların çəkdiyi şəkillərdə duyduğu vətən
həsrəti şairin də qəlbini göynədir. Əvvəlki
misralarında Təbrizdən gəlməsini arzuladığı
qəmi-qüssəni, vətən ayrılığını şair bu kövrəldici
misralarında daha təsirli şəkildə ümumiləşdirir:
Ç əkdiyiniz şəkillərə baxdım.
Gözümdə bir az da ucaldı.
Zirvə-zirvə, naxış-naxış,
Rəng-rəng.
Savalan,
Heydərbaba,
Damavənd.
Onun gördüyü şəkillərdəki sapsarı xətt-
"Qürbət-qürbət-qürbət" içini talayır. Dünyanın hər
yerinə səpələnmiş o taylı -bu taylı Azəri övladını
"payız yarpağı"na bənzədir. Anayurda dönmək
ümidi onun başını ağartdı, "bu həsrətlə daşım
göyərdi, göyərmədi arzum mənim" deyə şair öz-
özünə sual verir, düşüncələr içərisində çabalayır
ki,
Yoxsa, yoxsa ta əzəldən,
Buymuş alın yazım mənim!
Amma şair yenə ümidsiz deyil. Əyyub və
Davud qardaşlarına ünvanlanan bu qırıq-qırıq,
parakəndə misraları təsəlli kimi qəbul edilməsini
istəyir. Ümidini hələ üzməyib. Nə vaxtsa üzünə
175
güləcək taleyə inanır və bir yerə yığılacaqlarına
ümid bəsləyir.
Şairin yaradıcılığı haqqında M. Arazın fikirləri
daha
əhatəlidir: "ağlı
kəsəndən, "heybəsi
çiynində" zəhmət yükü daşıyan, həyatı şerinə,
şeri həyatına yol göstərən bir şairdən söz açmaq,
onun poetik kəşflərinə yenidən kəşfiyyatçı gözü
ilə baxmaq o qədər də asan deyildir. Burada
istər-istəməz ona müəllimlik edənin
böyük
poeziya sənətinin xəritəsini göz önünə gətirirsən:
torpağa məhəbbət, insana hörmət, sabaha inam.
Böyük sənətin təbliğ elədiyi böyük ideallar
həmişə bunlarla bağlı olub. Fikrət Sadıq bu
poeziya xəritəsindəki bütün şərti işarələri sərraf
şair gözü ilə mənimsəyir, ondan öz boyasını, öz
miqyasnı götürür; dünyanın adı Vətən olan bir
parçasında öz "təsərrüfatını" yaradır:
Gözümü yumub açdım.
Ötüb keçdi dəli yaşım.
Yoruldu tufanlı yaşım,
Duruldu selli yazım.
Ana yurda səpələnib,
Aranlı-dağlı günlərim.
Yollara töküldü yaşım,
Kəndçi yaşım, çöllü yaşım.
Müxtəlif rəngələrə məxsus naxış elementlərlə
və təsvirlərlə bəzədilən bədii toxuculuq məmulatı
olan xalçalar yüksək estetik əhəmiyyət kəsb
176
etməklə yanaşı, məişətimizdə otaqların daxilində
istiliyi saxlayan, binaların divarlarına bəzək verən
əşyalardır. F.Sadıq Azərbaycan xalçalarının
kompazisiya zənginliyinə naxış elementlərinin
oricinallığına, rəng koloritinə görə digər şərq
xalçalarından əsaslı surətdə fərqləndiyini, onun
özünəməxsus gözəlliyini tərənnüm edir. Dünyada
öz xalçaları ilə məşhur olan Aəzrbaycan xalçaları
toxunulan ərazilərin, tayfanını, xalça toxuyan
ustannını, naxışın və ya kompazisiyanını adıyla
adlanır.
Azərbaycanda
"Bərdə",
"Aran",
"Qarabağ",
"Açma-yumma",
"Pirəbədil",
"Qonaqkənd", "Afurca", "Qobustan", "Şirvan",
"Xiləəfşan", "Gəncə", "Fəxralı", "Kəmərli","Şıxlı",
"Təbriz" kimi xalçalar Azərbaycan xalçalarının
şöhrətindən xəbər
verir. Xalçalara vurulan
naxışlar, bəzəklər şairin könlünü riqqətə gətirir.
Xalça naxış-naxışdı.
Bu bulud, bu yağışdı.
Yeri güllü bahardı,
Köbəsi qarlı qışdı.
Xalçada tağ görmüşəm.
Tağda çıraq görmüşəm,
Aydımı ya qaşdımı,
Yoxsa oraq görmüşəm?
Xalçalarda tariximiz, keçmişimiz var. Şairin
nəzərində xalça qədim xəritəni, hikmətlə dolu
şe'ri xatırladır. Burda hər ilmə bir kitablıq söz
177
deyir. Şair xalçadakı butaları, bəzəkləri, iri ölçülü
həndəsi göyləri, nəbati motivli gül və naxışları ən
qədimdən nənələrimizdən, babalarımızdan bizə
miras qaldığını bildirir.
Xalça uzaq dünənin bu günə gül
xonçası,
Min bir əfsanə sayır hər gülü, hər
qönçəsi.
Əlifbanı
bilməyən
nənəmin
əlyazması,
Bir gülünə həkk olub həm özü, həm
dünyası.
Arxeoloci mənbələrə və yazılı abidələrə görə
belə bir fikir yürüdülür ki, Xalçalıq Azərbaycanda
hələ tunc dövründən mövcud olub. Dağlıq Altay
kurqanlarındakı
daimi
buzlaq
ərazilərdə,
Mingəçevirdə xalçaya aid ən qədim və qiymətli
arxeoloci materiallar, tapıntı yeridir. Herodot,
Klavdi, Ksenefont Azərbaycan xalçalığının inkşafı
haqqında məlumat vermişlər. F. Sadıq üçün də
dünyanın əlifabası elə nənələrimizin naxışları,
xalçaya vurduğu ilmələrdir. Şair ilmələrinə,
naxışlarına bələd olduğu Azərbaycan xalçalarını
tərənnüm edir. O xalçaları ki, adına yaraşır.
"Balıq xalçası pul-pul yanır". "Bulud" xalçası
xeyir-bərəkət yağdıran, yağış tökən buluda,
"Ləmpə" xalçası alışıb
yanan
tonqala
bənəzədilir. Xətaidən, Babəkdən yadigar qalan
xalçalarda vətənin nəqşləri, rəngləri yaşayır.
178
"Kürlə haşiyələnmiş Qazax xalçası, Dədə Qorqud
qopuzlu"dur. Öz görünüşüylə Tovuz quşuna
bənzəyən Bərdə xalçası Nüşabəni yada salır":
Nüşabədən söz açır Bərdədən gələn
xalça.
Tovuz quşudur sanki, az qalır qanad
aça.
Bu xalçanı bir zaman görüb Sultan
Məhəmməd.
Gör nə danışır naxış, gör nə deyir
sınıq xətt.
Bu xətt onun ümidi, bu sədd onun
imkanı.
Sevinci dağ laləsi, kədəri çöl tikanı.
Hər ilməsi bir hərf, hər düyünü
kəlmədi…
Xalçaya vurulan hər "gül" bir məna daşıyır.
"Gül" var oxdur, kamandır, şəhərdir, qaladır, "gül"
var çəndir, dumandır, dağdır, "gül" var Baba
dağı, Gül var Şirvan düzü, torpaq, xan çinar, göz,
qaş, "yarın üzüdür". "Yumru gül" çərxi fələyin
rəmzidir. İnsan qəlbindən keçən arzular, fikirlər
nağıllardan eşidilən əfsanəvi varlıqlar, naxışlar,
bəzəklər qəlb çırpıntılarıdır xalçaların üzərinə
həkk olunub. Əlifbanı bilməyən insanın ilk
yazısıdır bu incəliklər. Şairin lirik duyğuları baş
alıb gedir. Zərif xalça naxışlarının zəngin
butalarına, güllərinə, ilmələrinə, naxışlarına
baxdıqca
tarixi,
xalqımızın
milli
mənəvi
179
zənginliyini, dəyərlərini düşünürük. Bu xalçaları,
onların adlarını, gözəlliyini bayatılar üstündə vəsf
edən şair şifahi xalq ədəbiyyatının ən zəngin
dərin mənalı, yüksək tutumlu bayatılarının da
sayını artırmış olur. Bu bayatılarda "Muğam",
"Qımıl", "Təbriz" "Quba", "Şirvan", "Gəncə",
"Qollu-cici", "Qarabağ", "Qobustan", "Pirəbədil",
"Xilə-buta" xalçalarının adı çəkilir və Azərbaycan
xalçaçılıq sənətinə məxsus bu gözəl, qənirsiz,
nəfis dəst-xətli xalı -xalçalardan danışılır. Şairin
tərənnüm etdiyi o nəfis, gözəl zərif duyumlu,
xalçaların gözəlliyi ilə şairin o gözəlliyi tərənnüm
etdiyi, seçdiyi, dənə-dənə mirvari kimi sapa
düzülmüş zərgər misallı sözlər birləşib milli-
mənəvi sərvətimizin ən zəngin xəzinəsinə çevrilir.
İki sənət-bir- sənətkar gözündə, sözündə daha
da ucalır, ülviləşir: Qobustan xalçasının hər
gülünü bir dastana bərabər tutur, "ağ sapı"nda
toy nişanəsi , qara sapında qara günün yasını
görür.
Bu xalça "Qobustan"dı.
Hər gülü bir dastandı.
Ağ sapı toydan qalıb.
Qara sapı yasdandı.
Bu xalça "Gəncə " olar.
Naxışı incə olar.
Yeri gül, xonçası gül,
Köbəsi qönçə olar.
180
"Təbriz" xalçasında "uçuq", naxış "körpülər"i
ayrılığın izləri kimi qüssəli bir dillə tərənnüm edir.
Ayrılıq, həsrət duyur hər ilməsində. Öz qədimliyi,
gözəlliyi ilə dünyanı gəzən, əldən-ələ keçib bu
gün Avropanın ən zəngin muzeylərini bəzəyən
"Təbriz" xalçasının hər gülündə bir məna gəzir
şair. Qəlbindən keçən qüssə-kədəri duyur və bu
duyumla onu oxşayır, sevir, əzizləyir. "Qımıl"
xalçası qışın oğlan çağında gül "umul"an
arzuları, istəkləri özündə yaşadır:
Bu xalça "Qımıl"dımı.
Qonçədi, yumuldumu?
Qışın oğlan çağında,
Ondan gül umuldumu.
Xalçalarımızın misilsiz gözəlliyini tərənnüm
edən bu bayatı qoxulu misralar insan qəlbinin
tellərini
riqqətə
gətirir. İçərişəhərin
Xalça
muzeyində
saxlanan
xalçalar,
xalçaçılıq
muzeyində bu sənətlə bağlı nümunələr, onları
nəzərdən keçirən şair baxışlarında bədii şəkildə
öz əksini tapıb. Onun bu əsəri haqqında deyilən
fikirlərə biz də şərikik. "Şair qayım-qədim
xalçalarımızı
savadsız
nənələrimizin
əlyazmalarına bənzətməklə cəlbedici bir poetik
lövhə yaradır. xalqımıza xas olan incəliyi, gözəllik
və əlvanlığı özünə hopdurmuş bu şer hökmən
orta məktəb proqramına daxil edilməli, müvafiq
televiziya
verilişlərində
təbliğ
olunmalıdır.
Muzeydən
aldığı
təəssüratı
fikir
yükü
ilə
181
cilaladıqdan sonra sanki ilmə-ilmə toxunan
misralara çevirir:
Hər ilməsi bir hərf.
Hər düyünü kəlmədi.
Gözümü bir anlığa
Yana çəkə bilmədim.
Bu gül baba dağıdır.
Bu gül şirvan düzüdür.
Bu gül gözdür, bu da qaş.
Bu gül yarın özüdür.
Savalanın qaşına
Təzə yağmış qara bax.
Zəncir boyunbağıda
Dənələnmiş qara bax.
F.Sadıq ədəbiyyata çox sakit, hay-küysüz,
özünü təqdimatsız gəlib; aramla yazıb, çox
oxunub, çox düşündürüb".
Sadə, aydın, xalq şeri üslubunda deyilmiş,
heca vəznində qurulmuş bu misralar Fikrət Sadıq
sənətinin ecazkarlığından, oricinallığından xəbər
verir.
Sənətkarlıq
imkanlarının
zənginliyini
göstərir. Deməli, sərbəst vəznin üstündə qurduğu
şerlərində, poemalarında olduğu kimi, heca
vəznində yazdığı şerlər də öz bədiiliyinə, təsir
gücünə, sənət tutumuna görə qiymətləndirilir.
Fikrət Sadıq üçün " Sərbəst şer mücərrədliyi
sevmir, sərbəst o demək deyil ki, mücərrəd
182
sözlərə sərbəstlik verəsən. Sərbəst mücərrədçilik
eləyəsən. Sərbəst o deməkdir ki, oxucuya daha
aydın, daha yığcam, daha kəsə bir yol ilə yazdığı
mətləbi anladasan. Məmməd Arazın Fikrət Sadıq
poeziyası haqqında fikirlərinə biz də şərikik.
"Fikrət Sadıq böyük poeziya salonunda öz
kürsüsü olan, öz oxucularına əsl sənət örnəkləri
oxuyan, əvəzində xalqın minnətdarlıq alqışını
qazanan bir sənətkardır. Əsl xoşbəxt şair çox
yazan, çox dərc olunan deyil, çox oxunan
sənətkardır. Sənətdə mütləq meyar budur: çoxun
az təsirindən, əlbəttə azın çox təsiri gərəklidir.
Burada söz cilası, söz zərgərliyi vərdişinə
yiyələnmək bacarığı həqiqi istedada qismətdir".
Dostları ilə paylaş: |