149
Əvvəllər də şəhid olub.
Ç ox Şəhidlər unudulub.
Gəlin bir də
Şəhidləri unutmayaq.
Şair
20 yanvar
hadisələrinin
ildönümü
münasibəti ilə yazdığı misralarında çəkdiyi
nigarançılığı-unutqanlığı
yenidən
millətinin
xalqının yadına salır, hafizəsində yaddaşında
möhkəm olmağa çağırır:
Bir il keçdi…
Qarışdı göz yaşımıza.
Min illik yaddaşımıza.
Xiyabanın daşına bax.
Daşında göz yaşına bax.
Xiyabanda uyuyanlar
Daş sadaqda cərgələnmiş,
ox timsalı.
Qısılıblar bir-birinə.
Bu lal sükut deyir mənə:
Şəhidləri unutmayaq.
Dağ üstə dağ!
Dağüstü park.
Qırçın-qırçın, təpə-təpə,
Sözümüzdə olsun təpər.
Şəhidləri unutmayaq.
F.Sadıq
bu
gün
digər
işğal
olunmuş
torpaqlardakı Şəhidlər xiyabanlarının gələcəyi
üçün də narahatdır. Unutqan xalqının təmiz
ürəyini, kin -küdurətdən uzaq qəlbini, düşmən
150
xəyanətini unudan, içində kin saxlamayan xalq,
düşməninin isə hiyləgər, azğın olduğuna görə
narahatdır.
Şəhidlərin məzarlığı
Yenədəmi park olacaq?
Bir zaman olmuşdu axı,
Bəs nə oldu axırı,
Yaddaşımız yenədəmi
Yalanlara qərq olacaq.
Bir müddət olmuşdu axı.
Sonra açıldı paxırı.
("Yenədəmi")
F.Sadıq
dünya
görmüş
insandır. Rus
imperialistlərinin yeritdiyi siyasət nəticəsində
körpəlikdən
bu
dünyanın
haqsızlıqlarıyla
kökləndi, döyüldü, söyüldü, atasız böyüdü.
Vurulan damğaların ucbatından gözdə, könüldə
sevincini itirdi. Körpəlikdən ac, susuz qalıb, gecə-
gündüz çalışıb, gec də olsa atasının-vətənə layiq
bir vətəndaşın övladı olduğunu sübuta yetirdi.
Yenicə gözündə yaş qurumuşdu ki, yenə
amansız küləklər ocağına əsdi. Əziz balası rus
şovinistlərinin qurbanı oldu. Həmin əsən soyuq
ruzgarların o tərəfdən əsdiyini gördü, qəzəbləndi
və başına gələn bəlaların məkanına nifrət və
qəzəbini tökdü:
Bu bəlanın təməl daşı,
Gülüstanda qoyulubdu.
Bir gülüstan o zamandan
151
oyum-oyum oyulubdu.
Bu bəladan gəldi bizim başımıza
min bir bəla.
Bu bəlanın üstü ilə
gəlib çatdıq istiqbala.
-deyən
şair
fikrimizi
qara
20 yanvar
hadisəsinə, Qarabağ dərdlərinə, "kor ehtiyac
ucbatından
yurdundan
dərbədər
düşən
övladlardan, "həftədə bir gələn xəbər"lərə, bilə-
bilə təklənən, "dənlə"nən vətən övladlarımızın
taleyinə uzanan qara əllərə yönəldir və ədavətə
qurban gedən övladının "perik düşmüş qərib
ruhu" nun, "bizdən güclü" bildiyi hələ açılmamış
sirrlərin
açılacağı
gününün
doğma
yurda
dönəcəyi ümidini yaşayır.
"Şübhə və həqiqət" şe'rində şair oğlunun
ölümündə Rusiyanın günahlandırır. Şair bu
bəlaların Gülüstanda təməl daşı qoyulduğunu, bu
bəladan başımızın çox çəkdiyini, bu bəlaların
üstündə gəlib çatdıq "istiqbala" deyir. 20 Yanvar,
Qarabağ dərdlərində, Qarabağ hadisələrində
onun əli olduğunu qorxmadan açıb. Bu dərdlərin
bəlaların, içində balası da güdaza gedən-qürbət
dərdini də görür. O qürbət ki, ora Rusiyadır.
Orda-düşmən qapısında sevincdən yox,
əsər-ətər,
Ad günlərin dumanında həftədə bir qara
xəbər.
152
O qara xəbərin biri də kövrək şairin
qapısınındır:
Erməniyə arxa duran dostu baxmır
haqqa-ədalətə
Bəlkə İlkin övladım da qurban gedib
ədavətə.
Şairin bu fikirlərində həqiqət var. Bəli, igid, iş
bilən, əməksevər oğullarımızın qara tabutları
içərisində İlkin də var və onlar ədavətin
qurbanıdır.
F.Sadığın "Bir parça Vətən" poemasının
mövzusu türk xalqlarının həyatından götürülsə
də, Azərbaycan türklərinin canında Mete geninin
izi var. Onun bu əsərəinin mövzu və ideyası
haqqında Süleyman Əhmədlinin dedikləri yerinə
düşür:"Ümumiyyətlə,
tarixi
dram
əsərinə
çevirmək çox məsulmiyyətlidir və bu sahədə
Azərbaycan dramaturgiyasının özünə məxsus
ənənəsi
vardır.
İndiyə
qədər
əgər
dramaturgiyamız Azərbaycan-türk tarixinə daha
çox müraciət etmişlərsə, Fikrət Sadıq ümum türk
tarixini qələmə almış və əsərdə şəxsi faciəni
milli, milli faciəni isə bəşəri faciəyə çevirərək
uzun ömürlü bir səhnə əsəri yaratmışdır". İndiki
gənc tamaşaçılar (keçmiş Qorki adına gənc
tamaşaçılar teatrı) teatrında səhnəyə qoyulmuş
"Bir
parça
Vətən" tamaşası Fikrət
Sadıq
sənətinin, onun mövzu zənginliyinin, yaradıcı
təxəyyülünün məhsuludur.
153
"Yanacağam günəş kimi" şerində azadlıq
uğrunda döyüşən, bu yolda canını qurban verən
mübariz insanların arzu və istəkləri, vətəndaşlıq
ideyaları toplanıb:
Nə qədər ki,
azadılğın qollarında zəncir durur.
Nə qədər ki,
həqiqəti üzə demək qorxuludur,
O vaxtadək
Nə yorğunluq, nə soyumaq.
Biləcəkdir mübarizəm.
Yanacağam günəş kimi.
F.Sadıq
vətəninin
şəhərinə,
kəndinə,
qəsəbəsinə işıq çəkərkən, qəlbində bir işıq yeri
də qoyurdu ki, bu da doğma vətənin guşələrinə
olan sevgi işığıdır. Onun "Bakı" şerində Vətənin
paytaxtı tərənnüm olunur. Evləri "pillə- pillə"
qalxan, "küçələri dənizə axan" Bakının hər
gecəsi kəhkəşanın-ulduzlu, aylı gecənin bir
parçasına bənzəyir. Bakı günəş olsa da, olmasa
da, nur saçsa da, saçmasa da ögey deyil. "A
mənim arzularımın, ümidlərimin şəhəri"- deyib
vəsf etdiyi Bakının torpağı, suyu da oddur,
alovdur. "Öz oduna sığınan" şəhərinə şirin
xəyallarında tay gəzir, bənzərini axtarır.
F.Sadıq üçün vətən sərhəddən başlanır.
"Sərhəddə səhər" Fikrət Sadığın mənzum şerə
bənzəyən əsəridir. Poetik bir zənginliklə yazılmış,
deyilmiş
bu
kəlmələr, misralar
sərhədçiyə
154
ünvanlanıb. "Sərhədçi! Sərhəd çəpər deyil, qala
deyil! Çaşma, sərhəddə dur, amma sərhəddi
aşma. Bil ki, insan olmasaydı, sərhəd də
olmazdı! Qəbilə, millət, dövlət olmasaydı sərhəd
də olmazdı! İndi ki, sərhəd var, onda möhkəm
dayan! Nə qədər ki, sən burda varsan, dövlətin
müstəqildir! Elə ki, sən burda olmayacaqsan,
bura başqa sərhədçilər gələcək, onda vətən
müstəqil
olmayacaq". Bu
isə
milyonlarla
Azərbaycan vətəndaşı kimi Fikrət Sadıq üçün də
böyük dərddir. Həzin, kövrək şair ürəyi buna tab
gətirə bilməz. Ona görə də sərhədçi öz
qarşısında duran vəzifəni bilməlidir. "Sərhədin də
sərhədi var" deyən şair ona durduğu yerdən o
yanda onun doğulduğu, boya-başa çatdığı,
üstündə yeridiyi, doğması, əzizləri yaşadığı,
ulusu uyuduğu torpaq, Vətən torpağı olduğunu
təkrar-təkrar xatırladır. Fikrət Sadıq üçün o
torpaqda "doğma ocaq", ata yurdu, kəndi, şəhəri
var. Bənövşəli, laləli, qərənfilli, qızılgüllü, süsən-
sünbüllü bağları, bağçaları var; gölləri, dənizləri,
dağları var. Özünün dediyi kimi "Araz, Kür,
Girdiman, Samur, Şahdağ, Babadağ, Kəpəz,
Murov kimi dağları" var və neçə-neçə adını
şairanə çəkdiyi daş abidələr, söz abidələri var.
Şair sərhədçini etiyatlı olmağa səsələyir. Və
deyir ki, "sənin durduğun yer gözlə görünən
sərhəddir.
Amma
dünyada
görünməyən
155
sərhədlər də var. Ç ox sərhədçini bada verib bu
sərhədlər, sən də sərhədi keçmə heç!"
Şair sərhədçidən ayıq-sayıq olmağı tələb
edir. Ondan ölkəsinə ancaq xeyir gətirənləri
buraxmağı, yaxşılığı, xeyirxahlığın gətirilməsini
rəva bilməyə çağırır, narahat olur ki,"sənin
saqqızını oğurlayıb" bu yana saqqız keçirərlər,
"qoyma".
Şair sərhədçinin qan yaddaşını yada salır,
Dədə Qorqud dövrünün sərhədçisindən görüb-
götürməyə çağırır. Bəkil oğlu İmran ilk sərhədçi
idi, şair "Bəkil oğlu İmranın başına nə gəldi" -
deyə onun fikrini ona yönəldir ki, Bəkilin ayağını
sındığını eşidən Təkur kafirləri sərhəddi keçmək
istəyəndə, oğuz yurduna basqın fikrinə düşəndə
Bəkildən dərs alan oğlu İmranı görür. Gənc
İmranın təcrübəsiz olacağını düşünən kafirlər
məğlub edilir. İmran Təkuru atdan salıb sinəsinə
çökəndə Təkur ondan aman diləyir və "Yetmiş
bütxanamı sənin bir olan Allahına dəyişərəm,
mənə aman ver" deyir və dönüb müsəlman olur.
Şair bu günün sərhədçisindən o keçmiş şərəf və
ləyaqətin qorunmasını, Bəkilin, İmranın ləyaqətli
davamçısı olmasını nəsihət edir.
F.Sadıq gecənin zülmətinin bir işıqlı səhərlə
əvəz olunduğunu, sərhədçinin yuxusuz gecəsinin
müqəddəs amallara xidmət etdiyini alqışlayır,
çəmənliyə, otların üstünə sübh zamanı düşmüş
şeh damcıları, bir damla göz yaşına bənzəyən
156
"şeh gətirmişdir"-deyir. Şair bu sərhəd səhərini
lirik bir dillə sərhədçinin taleyindən, vəzifəsindən
ayırmır: "Özünə, balalarına yem axtaran quşlar
sərhədi o yan, bu yana keçsə onlara dəymə!
Səhər bu yana keçir qoy keçsin! Günəş bu yana
keçir, qoy keçsin! Külək bu yana keçir, qoy
keçsin, quşlar bu yana keçir qoy keçsin! İntizar
baxışlar, həsrət ümid keçir, qoy keçsin, onlara
toxunma… Halal sənə söykənib, halalın sərhədi
var. Sən halalı qoru"-deyirsə gənc sərhədçiyə bir
Dədə Qorqud öyüdünü çatdırırsa, ona düşmənini
öz adıyla da tanıtdırır:"Ermənini buraxma! Şəri,
yanğını, tüstünü, ölüm və qanı qoyma! Qoyma ki,
düşmən sərhəd boyu irəliləsin. Qapqara niyyəti
var onun".
Açılan nurlu səhərlərimizi zülmətə döndərmək
istəyənləri lənətləyib şair: "Allah sənə yar olsun!-
deyib Qorqud duasıyla salamladığı sərhədçini
vətəni, sərhədi, səhəri, günəşi, özünü qoru"-
deyə Ulu Tanrıya tapşırır. Bu tapşırmada
yurduna,
onun
igid
əsgərinə,
dövlətinə,
bayrağına, gerbinə, dilinə, dininə hörmət etdiyi,
müqəddəs saydığı bir vətəndaş sevgisi yaşayır.
Hələ yaranmaqda olan müstəqil dövlətimizin yeni
sərhədçisinə verilən xeyir -dualardır. "Sərhəddə
səhər" yazısını ədəbi-bədii əsərlərin ən gözəl
nümunələrindən biri olduğunu xüsusilə qeyd
etmək istərdim. Vətən, torpaq, millət sevgisi ilə
157
zəngin bu sətirlər Fikrət Sadıq dünyasından-
vətənə bağlılıqdan yaranıb.
"Azərbaycan sərhədçisinə bu günün sözünü
şair Fikrət Sadıq yazdı" deyənlər fikirlərində
haqlıdırlar. Fikrət Sadıq o sözü açıq yazdı,
ürəklə, mərdlik yerişiylə:" səndən əvvəl, illər
boyunca sərhədlərimizdə yad dayanardı. Yad
ögeydi. Yadın canı yanmaz sənə. Sən bu
sərhədin ilkin, doğma sərhədçisisən. Doğma
sözünə fikir ver. Döğma deyəndə dodaqlar
birləşir, ögey deyəndə, yad deyəndə dodaqlar
birləşmir. Sən elin-obanın doğma sərhədçisisən.
İndi sən dayanmısan sərhəddə" bu vətən
sənindir, sən də bu Vətəninsən!".
Şair sərhədçisinin yadına şanlı keçmişiylə
yanaşı, son unutqanlıqlarını da salır. Qəflət
yuxusundan onu oyadan"Topxana meşəsində
kəsilən ağacların" fəryadından oyanmayıb, "hələ
mürgü döyən"lərimizin olduğundan narahatdır.
Şair ona görə də "Sərhədçi, amandır, sən sayıq
ol! Oyaq ol! Sən də yatsan bu millət heç
oyanmaz. Bu millətin bəxti heç nədə gətirməyib,
heç olmasa sərhəd işimizdə gətirəydi."Bu saat
oyaq qalan -yerdə sənsən, göydə ulduzlar, Tanrı,
bir də ki, ümid! Ümid deyəndə ev-ocaq yada
düşür".
Şair
keçmişimizi,
qədim
döyüşçülərin
vuruşmalarda öldükləri yerdə dəfn edilmələrini,
geri çəkilmək üçün, arxada arx qazıldığını
158
sərhədçinin yadına salır: "Gərək o Laçın
dəhlizində
qalaydı, ordan
başlanır
Vətən,
sərhədçi"-deyir.
Sərhədçi, sən kimsən, bu xalq, Vətən, torpaq
üçün ! Vətən qoruq yeridir, sən qoruqçü, Vətən
bağdır, sən çəpər, vətən qaladır, sən bir kərpici,
Vətən dastandır, sən bir sözü. Sən bütün bu
deyilənləri unutmamalısan, sərhədçi!".
F.Sadığın bu deyimlərində bir dünya, kainat
var, onun geniş ənginliklərində xəyalda, arzuların
qanadlarında zirvələri fəth edən, qalaktikadan o
yana özünə, yerinə, dünyasına sirdaş axtaran
insan var. İnsan həyatın, alın yazısı var. O alın
yazısına cənnət diyarlar, dilbər guşələr düşən,
lakin onun ağrı-acısını çəkən, öz varını, barının
özü yığıb-yığışdırılmağa imkan verilməyən, açıq,
sidq ürəkli bir Azərbaycan övladı var. O
Azərbaycan
övladı
ki, onun
bu
dünyada
qonşusundan da ehtiyatlanmağa məcbur edən
səbəblər var. O Azərbaycan övladının ondan
başı az bəlalar çəkməib. Gözünün toxluğundan,
qəlbinin saflığından, könül açıqlığından tülkü kimi
pusquda girəvə gözləyənlər nəsə umub həmsişə
və umacağına çatmaq üçün dönüb quduz
canavara
da. Onun
ağrılarını
çəkmiş
Azərbaycan indi ayılmış, qanı, canı bahasına öz
müstəqilliyini
əldə
etmiş,
Demokratik
Respublikasını qurmuş, və bundan sonra da bu
müstəqillik yoluyla irəliləməkdə olduğu anlarda
159
da ehtiyatlı olmalıdır. Onun öz ordusu, öz
bayrağı, öz dövləti, öz dili var. Eyni zamanda
onun işğal olunmuş Qarabağı, Zəngilanı, Qərbi,
Şərqi
var. Onları
geri
qaytarmaq
üçün
Azərbaycan əsgəri də vardır. Bu gün artıq
müsəlləh bir əsgər kimi yetişməkdə olan
Azərbaycan əsgərinə şairin nəsihəti var, ən
müqəddəs, ən ali, ən möhtəşəm, ən gərəkli, ən
vacib nəsihət.
Şairin əsərləri içərisində diqqətimizi cəlb edən
"Qərib at-Qəribə at" poeması bədii dəyərinə görə
şairin ən gözəl əsərlərindən biri sayıla bilər. Şair
əsərin əvvəlində yazır:" Qərib at-Qəribə at"ı
yazanda bir işıq aradım ki, ona doğru gedim, bir
ümid istədim ki, yolda qırılmasın, bir sarban
axtardım ki, dərd karvanımı çəkib aparsın. Ç ox
gəzdim, çox oxudum. Bu günün və sabahın şairi,
Şərqin böyük söz ustadı Şəhriyarın "Azərbaycan"
şerinə rast gəldim. Bu şeri haçansa tələbə ikən
müəllimim xalq şairi Bəxtiyar Vahabzadənin
təkidi ilə farscadan tərcümə etmişdim.
Dedim, qoy bu şer çağırsın "Qərib at-Qəribə
at"ı iki bölünmüş Ana yurda".
Bunları əsərin proloqu kimi götürmək olar.
Əsər folklor motivləri ilə zəngindir. Əsərin
qəhrəmanı atlı, işıqçı Fəriddi. Onun üzəngisinə
ayaq
qoyduğu
atın
adı
Qəribdir. Türk-
Azərbaycan mifologiyasında at uğurlu, düşərli
sayılır. Tarix boyu babalarımız atı qəhrəmanın
160
dostu, silahdaşı saymışlar. Qalın-qalın, cilid-cilid
xalq dastanlarında, nağıllarında , "Koroğlu"da,
"Dədə Qorqud"da, "Qaçaq Nəbi"də , "Qaçaq
Kərəm"də Qırat, Dürat, Göydəmir, Boz at, Boz
ayğır kimi atlar olub. Fikrət Sadığın qəhrəmanın
atının adı Qərib atdır və o at digər atlardan
seçilir. Onun sələflərinə oxşar cəhətləri ilə yanaşı
özünəməxsus xüsusiyyətləri var.
Bu qərib atın
Nə ley kimi uçmağı,
Nə ceyran kimi qaçmağı,
Nə düşmən başı gəmirməyi,
Nə ağzından od saçmağı vardı.
Nə ipək yalı,
Nə ulduz-ulduz xalı,
Nə zər baftalı yəhəri,
Nə qızıl üzəngisi,
Nə əşrəfidən nalı vardı.
O şairin dediyi kimi "nağıldan gəlmə"mişdi.
Onun adı kimi görkəmindən də bir qəribəlik
yağırdı. Şair onun qəribliyini taleyinə ikiyə
bölünmək, bir-birinin qəribinə çevrilmək düşmüş
yurdunun o tayından gəlməsində görür.
Bəlkə də nağılın o tayından,
Lap o taydan gəlmişdi.
Gəlmişdi bir xalqın
Birləşmək ümidi,
Bir də qırılanda.
Bir sevincin gözü kor olanda.
161
O Qərib at Azərbaycan xalqının - "gözü kor
olan sevinci" yaşayan başıbəlalı xalqın ağrı-
acısını çəkən atdır. O qərib atın sinəsinə çalın-
çarpaz dağ çəkilib. Bir ürəyin ortasından çəkilmiş
sərhəd tikanlarının göynərtisini yaşayan atdır, o
taylı-bu taylı Azərbaycanın dərd-sərini sinəsində
gəzdirən atdır.
Qərib at
Gecələr yaralı quş kimi
Çırpır özünü
Sərhəd tikanlarına.
Qanadır sinəsini, dizini.
O, Qərib atda o taylı-bu taylı Azərbaycan
xalqının dərdi qəmi ümumiləşib. O taydan-bu
taya gedib-gəlmək imkanlarını axtaran, keçilməz
sədlərin böyüklüyünü, təhlükəsini duyanda, əli
heç bir şeyə çatmayanda qəzəbindən "zəncir
çeynəyən" oğulları kimi o da "qəzəbindən yeri
eşir ovum-ovum".
O, hər dəfə özünü oda, közə vurub sərhəd
məftillərinə yaxınlaşanda qanayan sinəsindən,
dizindən
çox
sərhədçilər
tərəfindən
qovulmasından göynəyir. Bəzən taleyin bu
amansızlığına boyun əyib kor-peşiman qayıdır,
dayanıb
baxır, "addım-addım" hovur-hovur,
həsrətlə geri boylana-boylana qayıdır və birdən "
şimşək kimi yenidən çaxır", qəzəbi aşır, "birdən-
birə yelə dönür, tufan olur" bu Qərib at şairin
misralarında:
162
Qayalığın arasından -daşlıqdan,
Misri qılınc timsalı
Sıyrılıb çıxır birdən.
Dördnala çaparaq,
Çırpılır yenə
Sərhəd dirəyinə!
Dəyir qayıdır əks-səda kimi.
Qəhər boğur onu,
Ağlayır adam kimi.
Onu daşlara, qayaya çırpan arzu, istəkdir.
Yolların qəfil bağlanması onu bu tayda qoydu.
Beş aydır ki, o at əzizini, doğmasını gəzir.
Doğması Maşallah onu gəzən kimi. İş yerindən
Fəridə verilmiş bu Qəribə at öz qəribəliyini sanki
ona da hiss etdirir. Fərid atın başını sağa
çəkəndə, at sola çəkir:
Axırda Fərid
başlı-başına
buraxdı atın başını.
Qərib at neçə kəndi-kəsəyi arxada qoyub,
özünü bir neft buruğunun astanasına-taxta
körpünün yanına yetirir. Sanki "qapını döyürmüş
kimi" döyəcləyir ayağını "didim-didim didilmiş
körpünün ayağına". Sahibini haraylayır. Bir vaxt
azmış, indi isə evinə qayıtmış uşaq kimi sevinir
Qərib at. Ç ünki sahibi "Demokrat" Maşallah "dəli
kimi qaçdı körpüyə, gözüm, canım" deyə-deyə.
Uzaqdan onu tanımış, ayrılıq həsrətinin acısını
163
Qərib atdan az çəkməmiş Maşallahın heyrətini
həyəcansız oxumaq olmur:
"Bu at mənim atımdı.
Dünya ölüm-itimdi.
Beş aydır ayrılmışıq.
Vətən o tayda qalıb,
Biz bu tayda qalmışıq.
Bir-birimizdən uzaq,
Beş aydır mən onu axtarıram,
O da məni.
- İşə bir bax!
- Yazıya bir bax!
- -Varam çərxi -fələyin
birdən belə oyununa".
Maşallah qaçdı, sarıldı
Qərib atın boynuna!
Fikrət Sadıq bu görüş mənzərəsinin sanki
canlı şahidi olub. Bəlkə də o elə Fərid özüdür. Bir
atın yüyənini sağa çəkəndə sola döndüyünü,
onun dərdini-sərini duyub, başa düşmək üçün
şair qəlbi, həssas qəlb sahibi lazımıydı ki,
qəzəblənmədən, hirslənmədən
səbrlə
atın
cilovunu buraxıb onun hara gedəcəyini görmək
üçün arxasınca düşüb kəndlər, ellər, obalar
keçsin. Borsunlunu, Xanqərvəndi arxada qoysun,
gəlib neft buruqlarına çıxsın. O neft buruqlarına
ki, Cənubi Azərbaycan ovladı olan, "demokrat"
adlanan Maşallahı - atın sahibini tapmasını
görsün və bu görüş səhnəni
164
Qardaş, orda olaydın kaş!
Görəydin ki, necə görüşür
Təbiətin iki dərdli övladı,
-deyə
dərdli-dərdli
söyləsin
gördüklərini.
Onların axıtdıqları göz yaşlarının doğurduğu
təəssüfü, nisgili belə çəkidə təsvir etsin, ifadə
eləsin. Atın göz yaşına qarışan insanın göz yaşı-
içimizdə elə ağır oldu ki,
Bu damla
Əyə bilməz onu.
Əgər tərəzinin o biri gözünə
Dünyanın
bütün
göz
yaşları
qoyula.
Hər düşən göz yaşları-damlalar
"cızıltıyla yandırdı yeri".
Qəriblik Astarasında qoyub gəldiyi və dönə-
dönə tapşırdığı bu Qərib at nələrə qadir imiş:
"Bərk saxlayın
qoruyun bu atı.
Bu at-vətən amanatı.
Araz amanatı.
Həsrət amanatı.
Bu at gəlib Naftalana çıxır. Burda onu
arabalara qoşmaq, boru üçün dirək daşımaq
istəsələr
də
həsrət
adlı
əzablarının
göynərtisindən
"ipə-sapa"
yatmadığından,
Mehtər onun başına gələnləri yaxşı bildiyindən
"onu
qoruyub.
Keçmiş
Nobeldən
qalma
emalatxanada ona tövlə qurub. Burda da Qərib
165
atın kişnərtisi, fəryadı yoldan eləyirdi doğmanı,
yadı!
Qapını bağladılar,
Qapını sındırdı.
Ayağını cidarladılar,
Kəndiri qırdı.
Saxlaya bilmədilər
Onu yoldan.
At olasan belə inad olasan.
Kaş, belə inad ola insan!
Hər gecə Biləsuvara
Dəyib qayıtdı.
Dəli saydılar qərib atı.
Mantyor Fərid Naftalan- Tərtər üzrə xəttə
çıxanda Qəribdən başqa tövlədə at olmadığından
Mehtər onu verməli olur və Qərib atın dilini bilən
bir insan kimi onu Fəridə tapşırır: " muğayat ol"-
deyir və bildirir ki:
İnsan kimi dil bilir bu at,
Vətən həsrəti çəkir bu at.
Qəribə atdı bu at.
Qərib atdı bu at.
Bil Fərid!
Bunun iki mənzili var:
Gündüz tövlə.
Gecə sərhəd.
Fərid o gün qırıq telefon xətlərini birləşdirə
bilməsə də, iki həsrətlini bir-birilə birləşdirməkdə,
onları bir-birinə qovuşdurmaqda əli olan xeyirxah
|