199
zaman və sonralar, ehtimal ki, yer, su tanrıları
maddi həyat ehtiyacları və həyat tərzi ilə ilişgəli
olaraq ən qüvvətli, ən böyük tanrılardan biri kimi
xalqların inamında kök salmışlar. Bu tanrılar
guya türk xalqlarının gündəlik maddi və mənəvi
ehtiyaclarının ödənilməsinə yardım edirdilər.
Ç ünki biri su ilə, biri isə torpaqla, yerlə bağlı idi.
Türk xalqları hər iki Tanrını birləşdirməklə onun
simasında öz maddi ehtiyaclarının müdafiəçilərini
görürdülər. Şairin görüb hüsnünə heyran olduğu
türk
xalqları, o
cümlədən, altaylılar üçün
müqəddəs bildiyi məbudlara-tanrılara yer, su
deyilir. "bu məbudlar ya uca dağların zirvələrində,
eləcə də ölkələri yaşıllaşdıran çayın başında
otururlar".
Azərbaycan xalqının soykökündə duran əski
qəbilə birləşmələri də öz inam və etiqadlarında,
əkinçilik, ovçuluq, maldarlıq məşğuliyyətlərinə
görə altaylılarla yaxınlıq təşkil edir. Eyni inam və
etiqadlara söykənən türk xalqlarının milli-mənəvi
dəyərlərinə şair
münasibətində eynidir. O,
tərənnüm etdiyi Gəlin Xatun çayını yurdunun
Həkərisi, Arazı, Kürü, Arpası kimi sevir, tərənnüm
edir. Görünüşündə duyulduğu doğmalıq şairə
imkan verir ki, qəmzə, naz donlu, xanım-xatın
yerişli "Gəlin Xatunu" vəsf eləsin:
Al da yaraşır ona, şal da!
Yenə bəzənib-düzənib,
Görüşə tələsir gəlin Xatun.
200
Bəy gözləyir onu-
Su qovuşanda.
Kür Arazı, Araz Kürü suqovuşanda necə
gözləyirsə, həzin-həzin nazla axan Xatunu Bəylə
qovuşmağa doğru axımını şair o incəliklə,
həssaslıqla tərənnüm edir. Baykaldan Bosfora
qədər, Türküstandan Yakutiyanın tundrasına
qədər, Qafqazdan Fars körfəzinə qədər uzanan
nəhəng
türk
dünyasının
qədim
dövrlərdən
mərkəzi hesab olunan Altaya səyahət edən şair
gördüyü,
eşitdiyi
hadiəsələri,
rəvayətləri,
mənzərələri tərənnüm edir. Altay qoğala-Göy
Anası ulduz yapmaq üçün təndirə yapdığı üstü
xaşxaşlı qoğala bənzədilir:
Göy Ana
təzə qoğal-ulduz yapacaqdı
intəhasız göy təndirə.
Əlləri əsdi.
üstü xaşxaşlı
qoğal -ulduz düşdü yerə.
Göy Ana
əlinin
tini
ilə
qoğalın
üstündə
qobular yaratmışdı.
Dağlar ucaltmışdı.
Ay işığı axıtmışdı,
Əlini çəkdiyi dərələrə
Əlləri əsdi,
Üstü sıra dağlı
201
Qoğal-ulduz düşdü Yerə,
Oldu Altay!
Şairin şerində işlətdiyi Göy Ana ifadəsi
Altaylılar, eləcə də türk dünyası üçün doğmadır.
Qədim türk mifologiyasında allahlar panteonunda
Göy Tanrı birinci yerdə durur. Qədim türklərin "
əsl dini gerçək inam bəslədikləri" Tanrı kainata
hakim olan Göydür, Göyüzüdür. Hələ yeddinci
əsrdə Bizans tarixçisi Simakattas yazırdı ki,"
qədim türklər yalnız kainatın yaratdığı olaraq
bildikləri və tək ulu qüdrət olaraq qəbul etdikləri
Göy Tanrıya tapınmışlar". Göy Ana-Göy Tanrı
yaradıcı funksiyaya malikdir. Dünyanın sahibi
Səma-Göy Ana tarixi mifologiyada hər şeyə
qadir, yerin
yaradıcısı, insanın
yaradıcısı,
dünyada baş verən hadisələri idarə edən, insana
ömür bəxş edən, müdriklik verən, günah
işlədənləri
cəzalandıran
qüdrət
sahibidir.
Altayların bu günə qədər mifik inamlarında
yaşatdığı Göy Tanrı -Səma kultu çox qədim
dövrlərin
qəbilələrinin
mifik
təfəkkürünün
məhsuludur:"Qeyd etmək lazımdır ki, Səma kultu
Mərkəzi Asiyanın bir sıra köçəri tayfaları
arasında
hələ
qədim
türklərdə
dövlət
yaranmasından xeyli əvvəl yayılmışdı. Həmin
xalqların tərkibində etnik elementlər olduğundan
qədim türklər öz etnik əcdadlarından çox şey
götürmüşdülər. Asiya köçəriləri içərisində səma
kultunun rolu və əhəmiyyəti o qədər böyük idi ki,
202
C.P.Ru onu dini tenqrizm baxışları adlandırmağa
cəhd etmişdir". L.P.Potapovun "Altay şamanizmi"
əsərində göstərilən bu məsələlərdən ətraflı
danışılır. Fikrət Sadıq bir şair kimi, həm də türk
mifologiyasına, Altay, Mərkəzi Asiya, Xəzər,
oğuz, qıpçaq və digər türkdilli tayfaların Allahlar
panteonuna
dərindən
bələd
olduğu
üçün
şerlərində bu obrazları poetikləşdirmədə çətinlik
çəkmir. Altay dünyasının yaranışında da bir
ilahilik, bir müqəddəslik axtarır. Yaradanın əl
çəkdiyi qayası, dağı, ocağı ilə zərif naxışlar
vurduğu, min bir bəzək tökdüyü Altay ulduza
bənzədilir. Elə bir ulduza ki, onun hər qayasının,
daşının, ağacının yiyəsi var. Şairin "göydəmir at",
"keçi başlı" "qaraşamlı", "yalınqat" adlı qayasının,
ağacının, yolunun Ulduzununun, Günəşinin,
Ayının öz yiyiəsi var və şairin arzusu, Altaydan
bircə istəyi budur ki, "bu yurdun təkcə o olsun
yiyəsi" və şair Altayından- türk dünyasının qədim,
əzəli türk torpağınını sabahından nigaran olduğu
üçün, bu gün qoynunda yaşadığı Azərbaycan
türk dünyasının başı çəkən müsibətlərdən ibrət
dərsi götürdlüyü üçün onu ehtiyatlı olmağa
çağırır:
Altay sənə ərkim var.
Sənə bir söz deyəsiyəm.
Təkcə sənsən bu yurdun yiyəsi.
Qoru bu çayları, bu ağacları.
Qoru bu dağları, bu yamacları,
203
Qızıl adını qoru.
F.Sadıq Ağac-İnsan varlığında bir oxşarlıq
gəzir. "Əski türkdilli xalqlarda ağac ana onqon,
onqonların anası, hərdən isə doğrudan doğruya
insanların, qəbilələrin, xalqların ulu babalarının
anası kimi özünü göstərir.
Şairin dediyi kimi:
Uzun illərdən gələn ağac-insan!-misrasını
bəlkə şair bu mifizmin işığında isinib yaradıb.
Görününr çox gözəl bilir ki, Altay eposunda ən
qədim dövrlərdən dünyanın mərkəzində bitən
ağac obrazı ən hörmətli obrazdır. "Altay dastanı
olan "Maday qara" türk xanlığı dövründən əvvəlki
əsrlərin məhsuludur və burada dağ başında bitən
dörd qayın ağacı yeni batırlar nəslinin anası kimi
qəbul edilir. Maday Qara təhlükə qarşısında
qalanda
körpə
oğlunu
həmin
ağacların
budağında beşik asıb onun içinə qoyur. Uca
dağların zirvəsində bitən dörd ağac mifik obraz
olub igidlərin himayəçisidir. Bir çox folklor
mənbələrində ağacın müqədddəsliyindən söhbət
gedirsə,
Fikrət
Sadıq
Altay
xalqının
mifologiyasında olduğu kimi ağac birlik, eli-obanı
bir yerə yığan, ağac heykəl, ağac insan
cütlüyünə fəlsəfi mifik baxışlarında poetikanın
işığında yenə bədii don geyindirir.
Şair burada "Maday Qara"nın ölməzliyini vəsf
edir. O Maday Qara ki, Altay-türk dünyasının ilkin
bahadırlarındandır.
Onun
ölkəsi
dağlıq,
204
düzənlikdir, yetmiş qollu çayı, yeddi böyük dağı,
qalası, dağlar arasında yeddi vadisi var. "Yeddi
qollu çayın qırağında, yeddi dağın ətəyindəki
vadidə
daşdan, doxsan
künclü
saray-yurd
qurulmuşdur". Onun xalqı bu yerlərdə yaşayıb,
onun çoxlu saylı sürüləri, heyvanları olub. Varlı
və qara adamlardan ibarət qəbilənin ağası
Maday qara şairin şe'rində yəhər üstə ömür
sürüb, yaylaqlı, qışlaqlı alaçıqlarda yaşayıb
qayalarına, qobularına, dağlarına, görümünə,
biçiminə, boyuna ad verib. O Altayda altmış xanı
məğlub edib "altmış kaanlı (xanlı) ölkənin başçısı
olub. Qocalanda altına yeddi qat pambıq döşək
salınmış, başının altına yeddi qat pambıq yastıq
qoyulmuş Maday qara 60 günlük yuxuya gedib
ayılanda sürülərini dağılmış, qəbiləsinin pərən-
pərən düşdüyünü görüb öz batırlıq qüdrətini
saxlayaraq ayağa qalxır. 60 gündən sonra
oyanıb heyvanlar üçün yeni otlaq, qəbilə üçün
yeni yurd yeri tapmaq qayğısını başa düşən
Maday qara özünün batır paltarını 62 düyməli
geniş şalvarını alıb geyinir, 90 qatlı çuqun altlı,
çuqun çəkmələrini ayağına çəkir. Ay kimi işıqlı 62
qızıl sədəf düyməli, ikiüzlü sincan kürkünü
geyinir. Gün kimi parlayan 72 gümüş sədəf
düyməli gün kürkünü çiyninə atır."
Altun dəbilqə qoyan, tunc kəmər bağlayan,
üstündən 68 düyməli, qızıl işləməli tunc geyim
geyinən Maday qaranın bahadırın atı Qarış
205
Qulaq da 62 şəkilli qızıl yüyənlidir. Altay
bahadırın
Maday
qaranın
yenilməzliyini,
ölməzliyini, vətəni Altayda daha yaxşı duyan
F.Sadıq öz bahadırları Koroğlu, Nəbi kimi Maday
qaranı da tərif edir. Onu dan ulduzundan yerə
enən Altaylı kimi vəsf edir və onun ölməzliyini bu
misralarda ifadə edir; döyüşdə, yürüşdə qocalıb
öləndə də şairin qəhrəmanı "dönüb ulduz olur
yenə". Altayın vadilərində qulaqlarına hələ də
atların kişnərtisinin gəldiyini duyur. Maday qara:
Mahnılarını, nağıllarını,
Ağaclara, axar sulara,
Ayın üzünə yazıb.
Ondan sonra qalan yurd yerləri çaylar,
qobular dağlar altay qəhrəmanını, altay xalqının
qədim igid bahadırlar yurdu olduğunudan xəbər
verir. "Uğursu", "Arcan qobu", "Ağdağ" kimi yer
adlarının doğmalığı şairin qəlbinə ilham gətirir.
Kövrək qəlbinin həzin tellərini titrədir. "Qızıl
dağlar ölkəsi"ndə gördüyü mənzərələr, eşitdiyi
nağıllar, dastanlar, doğma Azərbaycanına bənzər
dağlar dərələr, meşələr, çaylar göllər şairə ilham
verir ki, "Metenin min il əvvəl Günbatana atdığı
dəmir uclu qayım oxu"nu görsün:
Mən müqəddəs ağ qovağın
Min
il
əvvəl
xəzan
olmuş
yarpağıyam.
Qayıtmışam baxım görüm
Hanı mənim budağım?!-
206
- deyən şair bu budaqdan, kökdən, soydan
olduğunu unutmur və unutmaq fikrində də deyil.
Əgər unutsa onda gərək əslini, kökünü, soyadını
unutmuş ola:
1982-ci il 25 iyul tarixində Vasili Şukinin
yubileyinə
dəvət
alan
şair
ulu
dağların
astanasında "üz tutub Batırqana". Hər kəsi öz
dilində yad eləyən sənətkar torpaqa olan
sevgisini ümumiləşdirir:
Mən dilimin dil açdığı,
O çağları unutsam,
Onda gərək bəri başdan
Soyadımı unudum.
Torpaq, onun hər qarışı, elə bir dağı da şair
üçün "Son şer"ində bütöv bir dağlar mövzusuna
bərabər məzmun, ideya zənginliyinə malikdir:
Göylər niyə zalim olsun,
Tale mənə zamin olsun,
Bir dərə məzarım olsun,
Bir dağı örtün üstümə.
207
SƏNƏT- SƏNƏTKAR- ZAMAN
Fikrət
Sadıq
şəxsiyyətinin
nədənsə
bir
sənətkar kimi "kölgədə" qalması mənə elə gəlir
ki, onun təvazökarlığının nəticəsidir. Ç ünki bu
insan öz səsini qaldırmaq istəyəndə də abır-
həyasına qısılıb, boğulub, susub. Həmişə belə
olub. Bir zamanlar Məhəmməd Hadi, Əli Kərim
varlığı da Fikrət Sadıq taleyini yaşayıb. Mürşüd
Məmmədli bununla əlaqədar olaraq yazır:"
Zənnimcə, belə münasibətin əsasında yaradıcı
şəxslərin təvazö hissi ilə özünü reklam etmək
kimi zərərli peşəyə uymamaq mədəniyyəti durur.
Bəlkə də bu mədəniyyətin kökündə təbiətin
mahiyyətindən doğan örnəklər durur. Axı göylərə
ucalan
dağların, palıdların, varlığın
əzəli
hikmətlərindən mücdə verən çayların, irmaqların,
İsaq-Musaq
quşlarının
üfüqdə
qənirsiz
bir
gözəllik lövhəsi yaradan göy qurşağının özünü
təbliğə ehtiyacı yoxdur. Onları Tanrı neməti, tale
qisməti və mənəviyyat ruzisi kimi dəyərləndirmək
çağdaş anlaq və əxlaq sahiblərinin borcudur".
Müasir Azərbaycan poeziyasının inkişafında
öz dəsti-xətti olan şairdir. Onun gərgin və
məhsuldar
yaradıcılıq
fəaliyyəti
ərzində
qələmindən
çıxmış
ən
yaxşı
əsərləri
ədəbiyyatımızın inkişafında, onun əldə etdiyi
müvəffəqiyyətlərdə mühüm rol oynamışdır.
Anar yazır:" F.Sadıq oricinal poeziyasında
heç kəsin təkrarı deyil, öz üslubu, öz dəsti-xətti,
208
həyata öz baxışı olan bənzərsiz şer ustadıdır.
Fikrət
poeziyasında
dilimizin
incəliklərini
dərindən-dərinə duymaq, kəlmələri, ifadələri
zərgər dəqiqliyi ilə seçmək, sözün müxtəlif
çalarlarından, sözlərin bir-biriilə qonşuluğundan,
bir-birinə qoşulmasından, ya bir-birinə qarşı
çıxmasından doğan gözlənilməz məna və obraz
tapıntılarından faydanlanmaq məharəti onu öz
səsiylə seçilən sənətkarlarımızdan biri kimi təsdiq
etmişdir"
F. Sadıq öz əsərlərində sənətkara, onun
sənətinə həmişə hörmət və məhəbbətlə yanaşır.
Yaradıcılığında Sabir, onun şəxsiyyəti, keçdiyi
həyat yolu, Azərbaycanın işıqlı gələcəyi naminə
mübarizə, əqidə mübarizəsi ayrıca bir mövzudur.
Bu böyük sənətkarla eyni gündə dünyaya gələn
şair onun hər dəfə məzarını ziyarət edərkən,
Sabir haqqında deyilən hər sözdə yeni Sabir kəşf
edir. "Hophopnamə" müəllifinin
Azərbaycan
satirik poeziyasının inkişafında oynadığı mislsiz
rolu görür. Onu yaratdığı əsərlərdə yenidən tapır.
M. Ə. Sabir yaradıcılığına həsr etdiyi kiçik həcmli
şerləri ilə yanaşı, "Ömrün bir günü" poeması da
onun həyatından, fəaliyyətindən bəhs edən
mükəmməl, zəngin bədii dolğunluğa malik bir
əsərdir. Şairin bu gözəl, yığcam, qüvvətli
kompozisiyaya malik əsəri haqqında hələ 60-cı
illərdə Məsud Əlioğlu yazırdı:" Fikrət Sadıq
Sabirin böyüklüyünü səciyyələndirən ən mühüm
209
və həlledici hadisələri incə təfərrüatlarına qədər
xəyaldan və fikirdən uzun zaman silinməyən bir
şəkildə diqqət və sənətkarlıqla hafizələrə həkk
edə bilmişdir".
F.Sadıq yaradıcılığında Azərbaycan xalqının
maariflənməsində
ədəbiyyatımızın,
mədəniyyətimizin, tariximizin inkişafında mühüm
rol oynayan böyük sənət dahilərinə poetik
münasibətin özü əsas mövzulardan biridir.
Sabirin
yaradıcılığı,
taleyi
haqqında
düşüncələrində şair gözlərimiz önundə məğrur,
incə, həssas qəlbli bir şəxsiyyəti canlandırır.
Azərbaycan xalqının ağır və böhranlı dövründə
yaşamış, yaratmış, olduqca mürəkkəb, ziddiyyətli
həyat, yaradıcılıq
yolu keçmiş Sabir real
boyalarla tərənnüm olunur. Fikrət Sadıq onu
Azərbaycan
xalqının
həyatının
çıxılmaz
vəziyyətdən qurtuluşu üçün yol axtaran, cəmiyyət
daxilində fənalıqları görən, bunları yerli-dibli yox
etmək üçün vasitələr gəzən, qələmini bu yolda
"süngüyə çevirən", zəmanəyə və cəmiyyətə qarşı
sətiraltı mənalarda əsl üsyankar şair kimi çıxış
edən, şöhrət, para, mənsəb, vəzifə düşkünlərini
ifşa
edən,
yaşadığı
cəmiyyətin,
mühitin
yetimlərinin, sadə əmək adamlarının, günahsız
irtica qurbanlarının dərdli faciələrinə "gülməklə",
daxilində bunları ürək ağrısı və mənəvi sıxıntı
içində qarşılayan, dini adətlərin qurbanı avam,
savadsız, zülmət, cəhalət qaranlıqları içərisində
210
çabalayan xalqının işıqlı, xoşbəxt bir həyata
qovuşması, cəhalətdən qurtulub inkişaf etməsi
üçün çalışan, bir sözlə, cəmiyyəti fəlakətlərdən,
iztirablardan, həyatın eybəcər sıxıntılarından,
dəhşət və müsibətlərin pəncəsindən xilas etmək
naminə ömrünü şam kimi əridən Sabir şerinin
işığında yazdığı "Bir dəstə çiçək" şerində
ümumiləşdirir. Xalqın dərdini öz dərdi kimi
qarşılayıb, onun taleyini öz taleyi sanıb xalq,
millət üçün yaşayb-yaradan böyük sənətkarı
hörmətlə dindirir:
Sən elin dərdini hamıdan əzəl,
Bildirib ağladın, bilib ağladın.
Sən
gülə-bülbülə
yazmadın
qəzəl.
"Güldürüb
ağladın,
gülüb
ağladın".
F. Sadıq Sabirin məzarı önünə bir qələm
ustadı
kimi
deyil, Sabir şerinə, sənətinə,
şəxsiyyətinə vurğun bir Azərbaycan vətəndaşı
kimi gəlir. Təvazökarcasına:
Şair! Bu müqəddəs məzarına
mən,
Məhəbbət dolusu ürəklə gəldim.
Yaxşı şer demək gəlmir əlimdən
Odur ki, bir dəstə çiçəklə gəldim.
-deyir.
"Sabir olmasa" şerində də Sabir sənətini,
yaradıcılığını
bir
ədəbiyyatşünas alim kimi
211
düzgün
və
yüksək
qiymətləndirir.
Onun
poeziyasını yüksəklərə qaldırır və Azərbaycan
poeziyasının zirvələrindən bir sayır. Sabir şerini,
sənətini
düzgün
qiymətləndirməyi
bacarmayanların gözünü açmağa çalışır. Sabir
şerini bu gün qiymətləndirməsək, onda şerimizin
"qiyamət" günüdür-deyə narahatçılıq keçirir.
"Doğru sözün hörməti olmaz", "şerimizdə durum
olar", "sıra dağlardan bir zirvə əskilər" deyə
narahatçılığını bildirir və onun sənətini, yaratdığı
əsərlərin ideya, məzmun zənginliyinə, Sabir
poeziyasının Azərbaycanın realist poeziyasının
inkişafına təsirini bilərəkdən-bilməyərəkdən göz
yumanların cavabını verir:
Sabir olmasa,
Şer cəmənimizdə tikan bitər.
Gərəkli şer göyərməz
Yüz min gopgopnamə
Bir "hophopnamə"yə dəyməz.
Mirzə Ələkbər Sabirin 100 illik yubileyi
münasibətilə yazdığı "Ömrün bir günü" poeması
şairin lirik duyuğularıyla zəngindir. Burada şair
Sabirin kədərli, pərişan, tutqun baxışlarıyla, qəm-
qüssə, kədər içində qaralan üzüylə, başındakı zil,
qara papaqda oxşarlıq, bənzərlik görür. Tutqun
görkəmi ilə dostlarını kədərləndirən, düşmənini
sevindirən Sabir kasıb, köhnə sınıq-salxaq
daxmalarda çürüyən, dilənçi kökündə yaşayan,
bəy, qoluzorlular əlində döyülən, söyülən, əzilən
212
günahsız xalqının taleyinə acıyır. Təmtaraqlı,
varlı evlərdə kef çəkən, kəndlilərin əməyini
istismar edən bəylərin, qoçuların, hökümət
adamlarının əməllərinə hirsələnir:
Qəlbində bir millətin
Ç əkə biləcəyi dərd.
Dözə biləcəyi qəm,
Əlində qəlbi kimi
Sınıq, qurşun bir qələm
-olan şairin masasının üstündə özünün
dediyi kimi "vicdanı kimi təmiz bir neçə bəyaz
varaq və bir də dərdlərin əlindən, ahından sönə
biləcək çıraq oturub milləti, xalqı düşünür bu
cəfakeş, fədakar millət fədaisi. Vətən qan
ağladığı bir zamanda aşiqanə ruhlu qəzəllər,
mərsiyələr çıxmadı şairin qələmindən. O bunu
özüunə rəva da bilmədi. Qəflət yuxusunda
yatmış millətini top, tüfəng gücünə deyil, söz
gücünə oyatmağa çalışır:
Sözdür mənim silahım,
Tuşladığım hədəfə.
Sözü düz atmaq gərək!
Sözlə yatan milləti,
Sözlə oyatmaq gərək.
İkiyə bölünmüş Vətənin özünün də şəhərlərə,
şəhərlərin
məhlələrə
bölünməsi,
sünni-şiə
qarşıdurmasının
yaratdığı
ziddiyyətlər, din
xadimlərinin, bəzi ziyalıların vətənə, xalqa,
millətin acı həqiqətlərinə qarşı laqeydliyi, şairin
213
yazdığı həqiqətlərə qarşı hücumlar, hədə-
qorxular, "millətdən sən nə var, şairsən güldən
yaz, millət
özümüzündür, özümüz
bilərik,
öldürmək də, yaşatmaq da öz işimizdir"- deyən,
xalqa öz əmlakı kimi baxan tacirlərin, mollaların,
bəylərin hədələri şairi qorxutmur. Şair Sabirin:
"Millət necə tarac olur-olsun, nə
işim var,
Düşmənlərə möhtac olur, olsun, nə
işim var"
-
misralarını
xatırladır. Bu
misraların
arxasında gizlənən eyhamları, şərəfsizlərin çirkin
sifətləri, vətəni, xalqı, milləti hərraca qoyanları öz
dililə necə ifşa etdiyini nəzmə çəkir:
Bu sözləri molla dedi,
Tacir dedi, bəy, xan dedi,
Şair yazdı.
Ürək duydu, vicdan dedi,
Şair yazdı…
Ədaləti, həqiqəti
Zəncirləyən dövran dedi,
Şair yazdı.
Şair bu lirik poemada Sabiri xalq şairinə,
sənətkarına çevirən, onu haqqın-ədalətin carçısı
edən, gördüklərinə göz yummayıb düzü düz,
əyrini
əyri
olduğu
kimi
yazan, millətinin
düşmənlərini
öz dililə, öz sözləri ilə ifşa
edən, bir ordunun gücünə bərabər poetik
gücüylə, sözün qüvvəsiylə xalqının, millətinin
214
vəkilinə
çevrilən, insan
hüquqlarını, insan
azadlığını
tərənnüm
edən, yazdığı
ölməz
"Hophopnamə"si ilə tarixdə qalan xalq şairinin
işini, əməlini, ideyalarını lirik bir ustalıqla
tərənnüm edir. Sabir kimi bir şairin arzu,
ideyalarını yaradıcılığında davam etdirən -Sabir
ənənələrinin
davamçısı
olmaq
şərəfindən
məmnun olan Fikrət Sadıq satirik şair olmasa da
bir çox yazılarında Sabiranə deyimləri ilə ona
bənzəyir. Hər bir sənətkar öz əsərlərində
zəmanəsinin çatışmamazlıqlarını görüb, onlara
göz yuma bilmirsə, yaratdığı əsərlərdə onları
tənqid edirsə, bu onun vətəndaşlıq borcu kimi
qiymətləndirilməlidir. Fikrət Sadıq belələrindəndir.
F.Sadıq milli istiqlaliyyəti və azadlığı, xalqının
mənəvi ehtiyaclarını öz əsərlərində əks etdirən
Məhəmməd Hadi yaradıcılığına hörmət və
məhəbbətini ifadə edir. Vətənpərvər millətini,
xalqını dərin məhəbbətlə sevən Məhəmməd Hadi
zəmanəsinin təlatümlü, keşməkeşli bir vaxtında
qismətinə yaşamaq, yaratmaq düşdü. Xalqının,
dilinin başına gətirilən müsibətlərə dözməyərək
milli istiqlaliyyəti, azadlığı hər şeydən üstün
tutduğundan, yaratdığı əsərlərdə öz ideyalarına
sadiq qaldığından bir müddət yeridilən siyasətin
qurbanı
oldu,
yaradıcılığı,
şəxsiyyəti
qiymətləndirilmədi. Ürəyi, qəlbi qələmiylə ancaq
xalqına, vətəninə, millətinə xidmət edən bu
cəfakeş sənətkarı Fikrət Sadıq kimi qələm
|