Dünyagörüşü: strukturu və tarixi formaları. Fəlsəfə tarixində varlıq probleminin qoyuluşu



Yüklə 47,69 Kb.
səhifə17/19
tarix06.09.2023
ölçüsü47,69 Kb.
#141720
1   ...   11   12   13   14   15   16   17   18   19
Biletler

İnsanın mahiyyəti və mövcudluğu.


Fəlsəfə tarixində insan varlığı geniş tarixi-nəzəri səpkidə araşdırılır; həyatın mənası, insanın mahiyyəti, məqsədi və idealı kimi məsələlər tədqiq edilir. Belə ki, fəlsəfi kateqoriya kimi məhz «insan» çıxış edir. Bu elə anlayışdır ki, ağıllı varlığı başqa təbii hadisələrdən fərqləndirir. Lakin insan həm də onu şəxsiyyət kimi müəyyənləşdirən keyfiyyət və xassələrin daşıyıcısıdır. İnsan haqqında müxtəlif konsepsiyalar olubdur. Antik fəlsəfi fikirdə insana əsasən Kosmosun bir hissəsi kimi baxılırdı, özünün insani təzahürlərində ali başlanğıc olan taleyə tabe edilirdi. Sokratın fikrincə fəlsəfənin başlıca məqsədi insanın mahiyyətini dərk etməkdir, nə qədər ki, insan öz mahiyyətini dərk etməyib, o yerdə qalan dünyanı da dərk edə bilməz.
İnsan həyatının mənası probleminin həlli haqqında çoxsaylı fikirləri əsasən üç qrupa bölürlər: 1) həyatın mənası ilk başlanğıcdan onun dərin qatlarında əbədi mövcuddur. Belə izah daha çox dini təlimlərə aiddir; 2) həyatın mənası həyatdan kənarda mövcuddur. Belə izahın əsasında dindən azad (sekulyar) fikir dayanır. Bu konsepsiyanın tərəfdarları göstərirlər ki, insan dünyanı xeyir və ədalət əsasında yenidən qura bilər. Bu məqsədə doğru hərəkət tərəqqi adlanır. Tərəqqi məqsədi nəzərdə tutur, onu şərtləndirir, məqsəd isə insan həyatına məna verir; 3) həyatın mənası subyektlərin özü tərəfindən yaradılır. Həyatın mənası yoxdur, yalnız biz özümüz şüurlu və ya kortəbii, bilə-bilə və ya qeyri-ixtiyari olaraq həyata məna veririk və bununla da öz insani mahiyyətimizi seçir və yaradırıq.
İnsanın mahiyyəti haqqında nə bilirik? – sualına konkret belə cavab vermək olar: İnsan fiziki və mənəvi, təbii və sosial, irsi və həyatda əldə edilənlərin vəhdətindən ibarət canlı sistemdir. İnsan həm hadisələrin təbii əlaqəsinə qoşulur, həm də bioloji (biofiziki, biokimyəvi, fizioloji) qanunauyğunluqlara tabedir; insan şüuru psixik və şəxsiyyət səviyyəsində spesifik qanunauyğunluqları olan sosial varlığa çevrilmişdir. İnsan fiziki, morfoloji orqanizm kimi kainatda materiyanın ən yüksək, mütəşəkkil formasıdır. Deməli, insan bütövlükdə bio¬loji, sosial və psixik– mənəvi ölçülərin təşkil etdiyi tamlıqdır. Bioloji cəhət insanın varlığı üçün ilkin şərt olan morfofizioloji, genetik, beyin–əsəb sistemi, elektrokimyəvi və s. kimi hadisə və prosesləri ifadə edir. Psixik–mənəvi cəhət insanın daxili və mənəvi aləminin (şüur, iradə, əhval–ruhiyyə, yaddaş,xarakter, temperament və s.) əks etdirir. İnsanda sosial aspekt onun başqa adamlarla qarşılıqlı əlaqə və münasibətlərini, sosial əlaqələrini, ictimai mühitdə kəsb etdiyi xassə və keyfiyyətlərini əhatə edir. Bu aspektlərin üçü də insanda vəhdət halında təzahür edir və insanın biopsixososial mahiyyətini əks etdirir. Həmin fikri söyləyən ispan mütəfəkkiri tək deyildir. Hələ vaxtilə böyük alman filosofu İ. Kant belə bir nəticəyə gəlmişdir ki, fəlsəfə mövcud olan 3 suala cavab verməlidir. Bu sualları İ.Kant aşağıdakı kimi ümumiləşdirmişdi. «Mən nəyi bilməliyəm?», «Mən nə etməliyəm?», «Mən nəyə güvənə bilərəm?»



  1. Yüklə 47,69 Kb.

    Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin