- EKO-nun tətbiqi üçün hansı məhdudiyyətlər var?
- Ağır somatik və yoluxucu xəstəliklərdə, hamiləliyin və
əməliyyat müdaxiləsinin mümkünsüz olduğu hallarda
EKO proqramını həyata keçirmək olmaz. Ailədə uşaqların
tərbiyəsini çətinləşdirən psixosomatik xəstəliklər, habelə
xəstələrin yumurtalığında bədxassəli törəmə və ya digər
yerlərdə bədxassəli şişlər olanda da EKO proqramı tətbiq
edilmir.
- Süni mayalanmada uşağın cinsini “sifariş” etmək
olarmı?
- EKO proqramında dölün cinsinin seçimi cinsi xromo-
somlarla ilişikli genetik xəstəliklərə dair tibbi göstəricilər
olduğu halda implantasiya qabağı diaqnostika metodu
əsasında müəyyən edilir. Məsələnin mənəvi-estetik tərəfi
ayrı-ayrı ölkələrdə müxtəlif cür yozulur.
Dostları ilə paylaş: |