Dünyanın tanınmış ekspertləri atu-nun qonağı olub Tibb Universitetində elmi-praktik konfrans



Yüklə 13,01 Mb.
Pdf görüntüsü
səhifə19/31
tarix02.01.2022
ölçüsü13,01 Mb.
#1350
1   ...   15   16   17   18   19   20   21   22   ...   31
Mütəxəssis sözü

 

                          



M

üasir dövrdə keçirdiyimiz həyat 

tərzinə  xas  olan  xəstəliklərdən 

biri  də  onurğa  xəstəlikləridir. 

Hazırda onurğa ilə bağlı problemlər 

geniş  yayıldığına  görə  ATU-nun 

Tədris 

Cərrahiyyə 

Klinikasının 

neyrocərrahiyyə  şöbəsinin  müdiri 

Fərid Qaralovla da elə bu mövzuda 

söhbət etdik.  

   

  

  Qeyd  edək  ki,  Fərid  Qaralov  2005-

ci ildə ATU-nun müalicə işi fakültəsini 

bitirib,  həmin  ildə  də  Türkiyənin  Egey 

Universitetində  uzmanlıq  kursu  keçib. 

2012-ci  ildə  təhsilini  başa  vuraraq  uz-

man  neyrocərrah  adını  qazanıb.  Daha 

sonra  Bakıya  dönərək  2012-ci  ildən 

ATU-da  ilk  olaraq  baş  laborant,  daha 

sonra assistent kimi fəaliyyətini davam 

etdirib.

  F.Qaralov deyir ki, onurğanın dar ka-

nalı, yəni “spenal stenozis” və fəqərələr 

arası  diskin  sürüşməsi,  yəni  “spondilo-

dispezis”  kimi  xəstəliklər  kifayət  qədər 

geniş yayılıb.

-  Əvvəlcə  “spenal  stenozis”  adlan-

dırdığımız  xəstəlik  haqqında  danışmaq 

istərdim.  Onurğa  beyninin  içində  onur-

ğa  kanalı  yerləşir  ki,  onun  ölçüləri  hər 

bir  insanın  öz  orqanizminə  uyğundur. 

Bəzən  bu  ölçünün  daralması  və  həmin 

onurğa  beyninin  sıxılması  nəticəsində 

əmələ  gələn  xəstəlik  “spenal  steno-

zis”  adlanır.  Bu  xəstəliyin  ilk  əlaməti 

bel  ağrılarıdır.  Bəzən  onurğanın  bütün 

nahiyələrində  -  məsələn,  boyun,  döş, 

bel,  oma  nahiyəsində  də  ağrılar  olur. 

Amma daha çox buna bel-oma ətrafında 

rast  gəlinir.  Xəstədə  xroniki  ağrıların, 

hərəkətin  çətinləşməsi,  əllərdə  və  ayaq-

larda gücsüzlük, keyimə, daha sonra yeri-

şin pozulması və nəticədə sidik qaçırtma 

əlamətləri  ortaya  çıxa  bilər.  Xəstənin 

şikayətlərini  dinlədikdən,  həm  də 

xəstəliyə  uyğun  radioloji  görüntüsünə 

baxdıqdan sonra biz əməliyyatın vacib 

olub-olmamasına  qərar  veririk.  Dar 

onurğa  kanalı  ilə  bağlı  xəstəliklərə  xas 

olan  xüsusiyyətlərdən  biri  də  xəstənin 

müəyyən bir məsafəni yeridikdən sonra 

oturmağa  məcbur  olmasıdır.  Məsələn, 

elə xəstələr var ki, 1 kilometr gəzəndən 

sonra ayaqları ağrıyır və oturmalı olur. 

Bu, onurğanın bel nahiyəsindəki kanal-

larda problemindən xəbər verir. Amma 

xəstə  artıq  500  metrdən,  100  metrdən, 

hətta  bəzən  1-2  metrdən  sonra  ağrı-

dan  gəzə  bilmirsə,  onda  belə  xəstəyə 

əməliyyat vacibdir.




Yüklə 13,01 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin