ATU-nun mətbuat xidməti
Bu günlərdə ABŞ-ın Cənubi Kaliforniya Universitetinin
Neonatologiya bölməsinin rəhbəri, professor Ranqasami
Ramanatan və İngiltərəli neonatologiya üzrə məsləhətçi,
professor Merran Tomson Bakı-
da səfərdə olublar.
“The Chiesi Foundation” qey-
ri-kommersiya fondunun dəstəyi
ilə baş tutan bu səfər çərçivəsində
mütəxəssislər Azərbaycan Tibb
Universitetinin (ATU) Tədris
Cərrahiyyə Klinikasını ziyarət
edib, klinikanın direktoru, AMEA-
nın müxbir üzvü, professor Nuru
Bayramov ilə görüşüblər. Tədbirdə
Azərbaycan Tibb Universite-
tinin Neonatologiya kafedra-
sının müdiri professor Səfixan
Həsənov, ATU-nun Beynəlxalq
Əlaqələr Şöbəsinin müdiri Na-
dir Zeynalov, Tədris Cərrahiyyə
Klinikasının Anesteziologiya
Şöbəsinin müdiri Cavid Paşa-
yev və Tədris Cərrahiyyə Kli-
nikasının Beynəlxalq Əlaqələr
Şöbəsinin müdiri Aygün Şükü-
rova iştirak ediblər. Görüş za-
manı ekspertlər yenidoğulmuş-
lara göstərilən neonatoloji xidmətin təkmilləşdirilməsi ilə bağlı
öz təcrübələrini bölüşüblər.
Professor Ranqasami Ramanatan bu cür əməkdaşlığın
həkimlərin praktik fəaliyyəti ilə tanış olmaq, elmi müzakirələr
aparmaq və s. baxımından əhəmiyyətli olduğunu qeyd edib. O,
“The Chiesi Foundation” təşkilatının Mərkəzi və Şərqi Avropada
bir çox hökumətlərlə əməkdaşlıq etdiyini bildirib. Həmkarı ilə in-
kişaf etmiş ölkələrin təcrübəsini paylaşmaq üçün Azərbaycanda
olmaqdan böyük məmnunluq duyduqlarını vurğulayıb.
Professor Merran Tomson isə öz növbəsində, ölkəmizdə ne-
onatologiyanın inkişafı istiqamətində qısa müddətdə görülən
işlərdən yaxşı mənada təəccübləndiyini dilə gətirib: “Həm in-
tensiv terapiya, həm də neonatoloji tədbirləri həyata keçirmək
üçün çox müasir, yüksək keyfiyyətli və qiymətli avadanlıqla
təchiz olunmuş tibb müəssisələriniz var. Hətta deyə bilərəm
ki, burada İngiltərədə olan şərait yaradılıb. Azərbaycanda bu
sahədə vəziyyət, əvvəl olduğum ölkələrdən qat-qat yaxşıdır.
Hökumət bu istiqamətdə çox mühüm addımlar atıb. Eyni za-
manda həkimlərinizin öyrənmək, neonatal xidmət sahəsində
vəziyyəti yaxşılaşdırmaq üçün təşəbbüslərini, istəklərini görmək
də çox xoşdur. Məncə, neonatoloji qulluğu yaxşılaşdırmaq, dün-
ya səviyyəsinə qaldırmaq baxımından yüksək təcrübəyə, ix-
tisas dərəcəsinə malik mütəxəssisləriniz var. Onların bir çoxu
Türkiyə və Almaniyada təcrübə keçiblər və şahidi olduq ki, xa-
rici ölkələrdə öyrəndiklərini fəaliyyətlərində çox gözəl tətbiq
edirlər. Həkimlərinizə biz yalnız bəzi məsələlərdə kömək edə
bilərik”.
Qonaqlar gələcəyimiz olan uşaqların sağlamlığının qorunması
üçün problemlərin kompleks həllinin, bütün lazımi tədbirlərin
həyata keçirilməsinin həddən artıq vəsait tələb etdiyini diqqətə
çatdırıblar. Professor Ranqasami Ramanatanın sözlərinə görə,
uşaq doğulduğu anda və erkən dövrdə ona çox vəsait sərf edilsə,
böyüyəndə daha sağlam olar: “Uşaqların sağlamlığını qorumaq
hökumət, həkimlər və valideynlərdən ibarət birgə komandanın
işidir. Ayrı-ayrılıqda onların heç biri bu işin öhdəsindən gələ
bilməz”.
Ekspertlər həmçinin neonatoloji xidmətin keyfiyyəti və uşaq-
ların sağlamlığı baxımından vaxtından əvvəl doğulmuş körpələr
üçün qidalandırıcı venadaxili məhsulların alınması, ana südünün
donor bankı mərkəzlərinin, eyni zamanda tibb müəssisələrində
ananın yeni doğulmuş körpəsi ilə bir yerdə qala bilməsi üçün
lazımi şəraitin yaradılması, körpələrə verilən oksigenin həcmini
ölçmək üçün xüsusi kiçik cihazların alınması, yeni doğulan uşaq-
ların olduğu tibb müəssisələrində əl yuma yerlərinin çox olması
və s. ilə bağlı məsələlərə diqqət yetirilməsini tövsiyə ediblər.
Qonaqlar ABŞ-da və Britaniyada neonatologiya sahəsinin
artıq 50 ildir mövcud olduğunu diqqətə çatdırıblar: “Bizim üs-
tünlüyümüz odur ki, bu müddətdə biz çox şey öyrənmişik,
dəyişə-dəyişə inkişaf etmişik. Artıq o səviyyəyə çatmışıq ki,
öz işimizdə yalnız cüzi dəyişikliklər edirik. Azərbaycanda isə
bu sahə son illərdə inkişafa başlamışdır və neonatoloqlarınız 50
illik təcrübəni qısa zamanda öyrənməlidirlər. Fikrimizcə, onlar
bunun üçün çox yaxşı çalışırlar və səy göstərirlər”.
Görüş zamanı həmçinin perinatal xidmətin yaxşılaşdırılması
yolları haqqında tərəflər arasında fikir mübadiləsi aparılıb.
Dostları ilə paylaş: |